Portal:Opera/Seçilən məqalə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Nabukko (it. Nabucco) — Cüzeppe Verdinin Temistokle Soleranın librettosu əsasında yazmış olduğu 4 pərdəli opera. Librettosu Bibliya hekayəsi əsnasında yazılmışdır. Əsərin ilk premyerası 9 mart 1842-ci ildə Milanda, La Skala səhnəsində oynanılmışdır.

Verdinin sayca III operası olan Nabukko ona böyük şöhrət qazandırmışdır. Operada yəhudi xalqının əzabkeşliyindən, onların babillilərin əsiri olmasından, sonra isə Babil hökmdarı Nabuxodonosorom tərəfindən vətənlərinə dönmələrinə izin verilməsindən danışılır. Verdi özü qeyd edirdi ki, məhz bu opera ilə o, əsil yaradıcılığa başlamışdır. Bu opera doğurdan da tamaşaçı kütləsi tərəfindən böyük maraq və heyranlıqla qarşılanmışdır. Bir sıra tənqidçilər buna baxmayaraq opera haqqında mənfi rəylərlə çıxış edirdilər. Alman bəstəkarı Nikolay Otto librettonu alan ilk bəstəkar olsa da onun süjetini anlamır və opera yazmaqdan imtina edir.

Məqaləni oxu...