Rəvayətçi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Rəvayətçiədəbiyyat mətnləri, kino, teatr, teleserial və s. kimi sahələrdə sözügedən hadisələri təsvir edən xəyali bir varlıqdır.[1] Rəvayətçilərin hadisələrin gedişatında müxtəlif funksiyaları vardır: ya onlar hadisələri şərh edirlər, ya oxucuları (izləyiciləri) hadisələr ilə tanış edirlər, ya da hadisələrin gedişatına şahidlik edirlər.[2]

Ədəbiyyat növləri (roman, hekayə və s.) əsasən bir rəvayətçi tərəfindən nəql edilir.[3] Rəvayətçilərin insan olmadıqları ədəbiyyat əsərləri nümunələri də vardır. Məsələn, məşhur ABŞ yazıçısı olan Mark Tvenin “Mikroblarla üç min il” əsərində rəvayətçi insan yox, vəba mikrobudur.[4][5] Bəzi ədəbi əsərlərdə isə rəvayətçi bir deyil, birdən çoxdur. Məsələn, Orxan Pamukun yazmış olduğu Mənim adım qırmızı romanında müxtəlif rəvayətçilər vardır.

Ət-Tayyib Əs-Salihin yazmış olduğu “Mövsümül-Hicrə iləş-Şimal” romanındakı rəvayətçi isə adı əsər boyu açıqlanmayan bir personajdır. Bununla belə, bu adı məlum olmayan rəvayətçinin müəllifin digər kitablarında rast gəlinən Mühəymid adlı personajla eyni olduğu fikri irəli sürülmüşdür.[6]

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • Heiler, Lars. Against Censorship: Literature, Transgression, and Taboo from a Diachronic Perspective // Taboo and Transgression in British Literature from the Renaissance to the Present. New York: Palgrave Macmillan. 2010. 49–74. ISBN 9780230105997.
  • Shen, Dan: "Unreliability", in Peter Hühn (ed.): The Living Handbook of Narratology, Hamburg: Hamburg University Press. (retrieved 8. March 2021)
  • Smith, M. W. (1991). Understanding Unreliable Narrators. Urbana, IL: National Council of Teachers of English.
  1. Frey, James N. How to Write a Damn Good Novel, II: Advanced Techniques for Dramatic Storytelling (1st). New York: St. Martin's Press. 1931. səh. 107. ISBN 978-0-312-10478-8. 12 December 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 April 2013.
  2. Nünning, Vera. Unreliable Narration and Trustworthiness: Intermedial and Interdisciplinary Perspectives. Gruyter. 2015. səh. 1. ISBN 9783110408263.
  3. Unreliable Third Person Narration? The Case of Katherine Mansfield Arxivləşdirilib 2019-04-04 at the Wayback Machine, Journal of Literary Semantics, Vol. 46, Issue 1, April 2017
  4. Booth, Wayne C. The Rhetoric of Fiction. Univ. of Chicago Press. 1961. 158–159.
  5. Phelan, James. "Estranging Unreliability, Bonding Unreliability, and the Ethics of Lolita". Narrative. 15 (2). May 2007: 222–238. doi:10.1353/nar.2007.0012. ISSN 1538-974X.
  6. "Et-Tayyib Sâlih'in "Mevsimu'l-Hicre İle'ş-Şemâl" Adlı Romanının Tahlili" (türk) (1). 5 oktyabr 2018: 662–689. doi:10.33171/dtcfjournal.2018.58.1.31. ISSN 2459-0150. 10 noyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 noyabr 2021.