Siqnal Hill döyüşü

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Siqnal Hill döyüşü
Yeddiillik müharibə
fransız qravürü
fransız qravürü
Tarix 12 sentyabr 1762
Yeri Sent-Cons (Nyufaundlend); Nyufaundlend
Nəticəsi ingilislərin qələbəsi
Münaqişə tərəfləri

Böyük Britaniya

Fransa

Komandan(lar)

Uilyam Amherst (William Amherst, 1st Earl Amherst)

D’Arsak de Terne, Şarl-Anri-Lui (Charles-Henri-Louis d'Arsac de Ternay)

Tərəflərin qüvvəsi

təxminən 500

təxminən 300

İtkilər

4-5 ölü

10-20 ölü

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Siqnal Hill (Sent-Cons) uğrunda döyüş (ing. Battle of Signal Hill) — 12 sentyabr 1762-ci ildə baş vermiş və Yeddiillik müharibənin Şimali Amerika səhnəsindəki yekun döyüşü sayılır.[1]

1762-ci ildə Britaniya və Fransa artıq təxminən 7 il idi ki müharibə edirdilər və münaqişənin hər iki tərəfi sülhə meylli idi. Fransanın Atlantik okean sahillərinin britaniyalılar tərəfindən mühasirəyə alınması Fransa iqtisadiyyatını sarsıtmış, həmçinin müstəmləkə qoşunlarına hərbi yardım imkanlarını istisna edərək fransız qarnizonlarının təhvil verilməsinə və xeyli saylı əsirlərə səbəb olmuşdu.

Nyufaundlend o zamanlar Avropadan Şimali Amerikaya gedən yolda vacib strateji forpost sayılırdı. Fransızlar gələcəkdə sülh müqavilələrinin imzalanması ümidi ilə müqəddis İoanna fortunu Sent-Cons şəhəri ilə birlikdə ələ keçirməyi qərara aldılar.

Fransız işğalı

[redaktə | mənbəni redaktə et]

20 may 1762-ci ildə bir neçə fransız gəmiləri mühasirəni yararaq Brestdən Atlantik okeanına çıxa bildilər. 20 iyunda fransızlar Nyufaundlenda yan aldılar. 27 iyunda fransızlar 750 nəfərlik dəstə ilə güclü müqavimətə rast gəlməyərək Sent-Consu ələ keçirdilər. Sent-Consu tutduqdan sonra fransızlar balıq infrastrukturlarını məhv etməyə başladılar (britaniyalıların sonrakı hesablamalarına görə təxminən 1 milyon funt zərər dəymişdi).

Fransızlar ingilislərin cavab hərəkətlərini gələn ildən tez gözləmirdilər, lakin iyulda fransızların hücumlarından xəbər tutan general Uilyam Amherst Britaniya ekspedisiya dəstəsini topladı. Sent-Consun geri qaytarılması üçün Nyufaundlendə Britaniyanın 1500 nəfərlik dəstəsi daxil oldu. 12 sentyabrda Britaniya əsgərləri fransızlara hücum etdilər. Britaniyalıların hücumu gözlənilməz oldu və sürətli hücumla onlar Siqnal-Hilli ələ keçirdilər. Fransız komandanı Şarl-Anri-Lui d'Arsak de Terne gücü iki dəfə üstün olan britaniyalılar ilə göyüşə girməmək qərarına gəldi və quru qarnizonunu dəniz piyadalarının bir hissəsi ilə fortda saxlamaq qərarına gəldi və onlara üç gündən sonra təslim olmağı əmr etdi. Komandan özü isə dumandan və əlverişli küləkdən istifadə edərək Fransaya getdi.

  1. "Signal Hill | Historic Sites Association of Newfoundland and Labrador". Archived from the original on 2012-12-20. İstifadə tarixi: 2019-10-04.