Vikipediya:Silinməyə namizəd səhifələr

Vikipediya, azad ensiklopediya
Ən son rəy:58 dəqiqə öncə, Redivy tərəfindən "Balakişi Vəliyev" mövzusunda
Naviqasiyaya keç Axtarışa keç
Zəhmət olmasa, aşağıdan yeni mövzu əlavə edin
Qısa keçid-yönləndirmə

Bu səhifə Vikipediyadakı səhifələrin silinməsi barədə müzakirələr aparmaq üçündür. Burdakı müzakirələr VP:SNSMÜZAKİRƏSİ qaydasına əsasən aparmalıdır. Bərpa üçün müzakirələr bu səhifədə yox, bərpa üçün namizəd səhifələr səhifəsində aparılmalıdır. Fayllarla bağlı müzakirələr isə Vikipediya:Silinməyə namizəd fayllar səhifəsində, kateqoriyalarla bağlı müzakirələr də Vikipediya:Kateqoriya müzakirələri səhifəsində aparılmalıdır. Şablonlar üçün müzakirələr də müvafiq olaraq, Vikipediya:Şablon müzakirələri səhifəsində aparılmalıdır.

Müzakirəyə qoşulmazdan əvvəl istifadəçilərdən şəxslərin ensiklopedik əhəmiyyəti, etibarlı mənbələr və digər qaydalarla tanış olmaları tələb olunur. Fikir bildirərkən silmə müzakirələrində istifadə etməkdən çəkinməli arqumentlərlə tanış olmağınız tövsiyə olunur.

Səhifə bu səhifəyə təqdim olunarkən Səhifəyə {{Silinməyə namizəd}} şablonu yerləşdirilməlidir. Müzakirə açmaq üçün aşağıdakı düyməyə klikləyin:

Yeni müzakirə yarat

Arxivləşdirilmiş müzakirələrə buradan baxa bilərsiniz. Arxivdə axtarış etmək üçün aşağıdakı axtarış formasını istifadə edə bilərsiniz.



Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Vikipediya:Kateqoriya müzakirələri səhifəsindən köçürüldü.

Buradakı 3 sənədli filmin əsas film olan Nəsimi (film) səhifəsinə birləşdirilməsini təklif edirəm. Nəsiminin məqaləsinə də köçürülə bilər. {{İmadəddin Nəsimi}} şablonundan yönləndirmə kimi yaxud birbaşa alt başlığı qeyd edərək səhifələrdən birinə keçid vermək lazımdır. Vacib deyilsə, şablondan silinə də bilər, amma hər nə də olsa, şəxslə bağlıdır deyə qala da bilər. Fikirlər maraqlıdır. Hörmətlə, Gadirmüzakirə 15:23, 2 may 2024 (UTC)Cavabla

Nəsimi (film) səhifəsi ilə Nəsimi (film, 1971) səhifələri eyni filmdən bəhs edir, birləşdirilməlidir. Ümumiyyətlə, Nəsimi (film) çox məşhur filmdir, Nəsimi məqaləsində ayrıca bölmə ("Həmçinin bax", "Populyar mədəniyyətdə" və s başlıqları ilə) altında bəhs olunmalı, amma səhifəyə birləşdirilməməlidir (İmadəddin Nəsimi səhifəsinə).
Digər 2 filmin isə ötəri səhifələrinə göz gəzdirdim, rejissor, ssenari müəllifləri fərqlidir. Onlar haqqında o qədər də fikrim yoxdur, ensiklopedikliyi araşdırılıb ya saxlanılmalı, ya da elə İmaddədin Nəsiminin öz məqaləsində bayaq dediyim başlıqlar altında məlumat verilib səhifələrin özü silinməlidir. Hatselate (müzakirə) 17:24, 2 may 2024 (UTC)Cavabla
Yox, ayrıca sənədli film kimi yayımlanıb. Bəli, elə ona görə səhifənin adını eyni səbəblə dəyişdirmişəm. Nəsiminin məqaləsində "Populyar mədəniyyətdə" bölməsi yaradılıb ora köçürülə bilər, əsas film haqqında da həm "Populyar mədəniyyətdə", həm də xüsusi alt başlıq açılacaq qədər diqqətəlayiqdir deyə açıb orada da məlumat verilə bilər məqaləsində və oradan da {{əsas}} şablonu ilə film məqaləsinə keçid qoymaq olar. İmadəddin Nəsimi haqqında filmlər kateqoriyası da qalsın, genişlədilə bilən kateqoriyadır gələcəkdə. 2000–2010-cu illərdə Vusal1981 istifadəçisi tərəfindən kütləvi yaradılmış məqalələrdəndir. Əslində SNS-də açacaqdım, müzakirəni məqalələrlə bağlıdır deyə köçürərəm SNS-yə. Hörmətlə, Gadirmüzakirə 18:15, 2 may 2024 (UTC)Cavabla
"Vikipediya"da axtarış verdikdə 4-5 adda məqalə çıxdı, bunların bəziləri bir-birinə yönləndirmə verirdi, ümumilikdə, 2 film haqqında 3 yazı var. Nəsimi (film), Nəsimi (film, 1971) və Nəsimi (film, 1973) bir səhifəyə yönləndirmə verir, İmaməddin Nəsimi (1973) və İmaməddin Nəsimi (film, 1973) isə başqa bir səhifəyə. İlk 3-nün yönləndirmə verdiyi əsas səhifədəki (Nəsimi (film)) filmə ilk baxış ilinin 1971, lakin filmin ilinin isə niyəsə 1973 qeyd olunduğu diqqətimi çəkdi. Digər film isə 1973-cü ildə çəkilib. Təklifim budur ki, "Nəsimi" filmini və yönləndirilmiş səhifələri 1971 deyə qeyd edək, "İmaməddin Nəsimi" filmini isə 1973. Əgər yönləndirmə səhifəllərini qeyd elədiyim şəkildə yenidən istiqqamətləndirsək və dəqiqləşdirmə səhifəsindəki yanlışlığı silsək, düşünürəm ki, nəticədə belə qarışıqlıq yaranmaz. Filmlərin heyətinə gəldikdə isə, bəli, Həsən Seyidbəyli və s. ortaq iştirakçılar varsa da, ümumilikdə, tamamilə, ayrı şəxslər də heyətlərdə yer alıb. Bu da filmlərin ayrı-ayrı olduğunu bir daha təsdiq edir. Fikrimi ümumiləşdirsəm, yəni, açığı silinməsinə qarşıyam. Düzgün istiqamətləndirmə hazırlayaraq həm məqalələri silinməkdən xilas edə bilərik, həm qarışıqlığı aradan qaldırarıq, həm də sonradan Nəsimiyə dair məqalədə, Sizin də qeyd etdiyiniz kimi, "haqqında çəkilmiş filmlər" bölməsində "daha çox bax" tipli qısa yazılar qeyd edə bilərik. Fikirləriniz önəmlidir, @İstifadəçi:Gadir, @İstifadəçi:Hatselate. -- Rüfət Həsənli 08:23, 19 iyun 2024 (UTC)Cavabla

Abuzər Nadirov

[mənbəni redaktə et]

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Gadir adlı inzibatçı bütün şərhlərimi pozdu. Mən nə istəyirdim. Sadəcə təklif edirdim ki müzakirəsi 28 gündən çox uzanmış səhifələrin müzakirəsi dayandırılsın. 28 gün məhdudiyyəti VP:SNSMÜZAKİRƏSİndə konkret yazılıb. Bu onun xoşuna gəlmədi. Sonra da deyirsiniz ki, vikipediya könüllülər layihəsidir, hamı bərabər şəkildə fikir bildirə bilər və s. Boş şeydir, belə görürəm vikipediya inzibatçıların öz şəxsi düşüncələrinə uyğun şəkildə idarə olunduğu yerdir. Asel007 (müzakirə) 08:58, 16 iyul 2024 (UTC)Cavabla
Əslində pozulmalı idi, çünki heç bir töhfə vermir, buna baxmayaraq Vikipediya müzakirəsi:Silinməyə namizəd səhifələr səhifəsinə köçürülüb. Zəhmət olmasa bu məsələ ilə bağlı bura əlavə şərh yazmayın, məqalə barədə fikir bildirəcəksinizsə, buyurun. Hörmətlə, Gadirmüzakirə 09:01, 16 iyul 2024 (UTC)Cavabla
Mən bilmirəm ki, siz vikipediyadakı müzakirələri neçə vaxtdandır ki, təqib edirsiz, amma 28 gün söhbəti heç vaxt vikipediyada nə qayda olub, nə də mütləq əməl olunan bir şey. Onu orda şərti olaraq yazmışıq ki, çox müzakirə yığılmasın, amma ortada müzakirə getməyibsə, müzakirələr daim uzadılır. RuViki-də elə müzakirələr var ki, 2-3 ildir ki, davam edir, bağlanmayıb, xəbəriniz var? Sırf 28 gün yazılıb deyə yalandan, təmtələsik müzakirələr bağlanmır, lazımdırsa, müzakirə davam edə bilər. Bunun heç kimə və heç nəyə ziyanı yoxdur. Kosmik Ozan utora! 14:34, 16 iyul 2024 (UTC)Cavabla
Niyə Kosmik Ozanın şərhi qalır, amma mən ona nə cavab yazıram, Gadir onu pozur? Asel007 (müzakirə) 15:29, 16 iyul 2024 (UTC)Cavabla
Həəə başa düşdüm. Kosmik Ozan inzibatçıdır, mənsə yenicə başlamış istifadəçi. 🙂 Amma burada 28 gün müzakirəsi olmazsa, ona da olmaz axı. Gadir, yoxsa ona olar? Asel007 (müzakirə) 15:40, 16 iyul 2024 (UTC)Cavabla
@Gadir, zəhmət olmasa, istifadəçinin şərhlərini pozma, müzakirəni təqib etmək çətindir müxtəlif yerlərdə. Kosmik Ozan utora! 15:58, 16 iyul 2024 (UTC)Cavabla
@White Demon, burada məqalə müzakirə olunmalıdır, bunlar yox, zəhmət olmasa köçür münasib yerə, orda davam et. Hörmətlə, Gadirmüzakirə 16:10, 16 iyul 2024 (UTC)Cavabla

Balakişi Vəliyev

[mənbəni redaktə et]

Kərim Vərahram

[mənbəni redaktə et]

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Əkbər Nəcəf

[mənbəni redaktə et]

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Fatimə İbrahimbəyova

[mənbəni redaktə et]

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Haqqında mənbələr var. Saxlanıla bilər. Patriot (müzakirə) 08:27, 30 may 2024 (UTC)Cavabla
Maraqlıdlır ki, filmoqrafiya var. Məncə silməyə tələsməyək. Zohrab javad (müzakirə) 16:01, 30 may 2024 (UTC)Cavabla

Ahmedowsky Trio

[mənbəni redaktə et]

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

  • X Silinsin: q/e məqalə. Hər rayonda Tarix-Diyarşünaslıq Muzeyi var. Qəti formada əhəmiyyətli təsisat deyil. Rayon məqaləsində 1-2 cümlədə verilə bilər. RİH saytında copy üsulu ilə hazırlanan məqalədir. Grenzsoldat 18:30, 3 iyun 2024 (UTC)Cavabla
 Sürətli qalsın: hər rayonunda tarix-diyarşünaslıq muzeyi ensiklopedikdir. --► Hörmətlə: SolaVirum 09:44, 7 iyun 2024 (UTC)Cavabla
 Sürətli qalsın: Muzey kimi ensiklopedikdir. Grenzsoldat, hansı qaydaya əsasən sözügedən muzeyin əhəmiyyətli təsisat olmadığını düşünürsüz ? — Kholat Syakhl (müzakirə) 05:45, 8 iyun 2024 (UTC)Cavabla
  • ✔ Qalsın: bu cür məqalələrin təqdim edilməsi, sadəcə vaxt aparmaq kimi qiymətləndirilməlidir. Məqalə dövlət tərəfindən qeydə alınmış muzey haqdadır. Rayonun tarixini, mədəniyyətini və s. özündə əks etdirir. Başa düşmürəm bu cür məqalələri necə SNS etmək olar? — Tarixi Nadir (müzakirə) 13:24, 10 iyun 2024 (UTC)Cavabla
     Sürətli silinsin: Qalsın deyən heç kim fikrini əsaslandırmayıb. Azərbaycanda təxminən 70 rayon, təxmini 7 də RT şəhər var. Hamısında da icra hakimiyyəti, bələdiyyə, təhsil, gənclər-idman, statistika, maliyyə idarələri olduğu kimi tarix-diyarşünaslıq muzeyləri də var. Yəni bu bir növ şərtdir. Hər rayonda mütləq bu tip muzeylər olmalıdır. İndi artıq bir çox rayonlarda “Heydər Əliyev Mərkəz”ləri yaradılır deyə həmin rayonlardakı bu muzeylər də 2-ci plana keçib. Bu tip məqalələrin qalması o deməkdir ki, sabah hər rayondakı nümunə çəkdiyim qurumlar üçün də məqalə yaradıla bilə gərək. Kimsə yaratsa etiraz etməyək onda? Bu Vikipediya məntiqi deyil. Unutmamalıyıq ki, Vikipediya nə kataloqdur, nə də “vətənpərvərlik meydanı”. samral müzakirə 14:37, 15 iyun 2024 (UTC)Cavabla
    ✔ Qalsın: Tarix-diyarşünaslıq muzeyləri nəyə əsasən qeyri-ensiklopedik hesab olunur? Hər rayonda var deyə? Bu səbəb deyil axı. Hər rayonun özünəməxsus tarixi, coğrafiyası, başqa xüsusiyyətləri var deyə muzeylərin də kompoziyası, eksponatları fərqli olur. Xeyli yazmaq olar. Heydər Əliyev muzeylərini anlayaram ki, eyni tipli bir şeylərdir, bir-birilərinin kopyasıdırlar, ona okey olaram. "Hər rayonda var, şərti şeydi, silək" arqumenti bilirsiz nəyə oxşayır, "hər ölkənin öz konstitusiyası var, bu şərti şeydi, bütün konstitusiya məqalələrini silək" deməyə. Lap olsun ki, hər rayon üçün şərtidir, bu, hələ qeyri-ensiklopediklik demək deyil axı. Bilmirəm mövzuya nə qədər dəxlisi var, amma özüm də Yaponiyadakı diyarşünaslıq muzeyləri haqqında məqalələr yazmışam, yaponca vikipediyanın özündə Yaponiyadakı diyarşünaslıq muzeyləri haqqında 228 məqalə var. Kosmik Ozan utora! 13:40, 5 iyul 2024 (UTC)Cavabla
    Müzakirə dayandırılsın. Müzakirə maksimum 28 gün çəkə bilər. Oxuyun: VP:SNSMÜZAKİRƏSİ Asel007 (müzakirə) 02:58, 17 iyul 2024 (UTC)Cavabla
  •  Sürətli qalsın: - Bakıdakı muzeylər haqqında məqalə varsa, Sədərəkdəki haqqında nə əsasla olmasın ki? Silmək üçün əsaslı səbəb görmürəm. -- Rüfət Həsənli 15:47, 5 iyul 2024 (UTC)Cavabla
  • ✔ Qalsın: --SE213193 (müzakirə) 15:13, 15 iyul 2024 (UTC)Cavabla
  • Birmənalı şəkildə ✔ Qalsın: Redivy (müzakirə) 09:28, 30 iyul 2024 (UTC)Cavabla
  •  Sürətli qalsın: göstərilən arqumentlər əsassızdır. — Xeyal (müzakirə) 16:59, 6 avqust 2024 (UTC)Cavabla

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

 Birləşdirilsin: Əliyevşünaslıq --► Hörmətlə: SolaVirum 09:43, 7 iyun 2024 (UTC)Cavabla

Heydər Əliyev muzeyləri

[mənbəni redaktə et]

Hal-hazırda ölkədə onlarla belə muzey var. Heç birinin xüsusi ensiklopediklik yükü yoxdur. VP:EƏVP:EƏŞT əsasən. Ona görə təklif edirəm ki:

Məqalələri X Silinsin:. Ola bilsin ki, ümumi müzakirədən məqalələrin vahid adda Heydər Əliyev muzeyləri məqaləsinə birləşdirilmə qərarı da çıxsın, lakin fikrimcə ensiklopedik olmayan məqalələri bir araya gətirərək ensiklopedik məqalə ortaya çıxarmaq mümkün deyil. - Dr.Wiki54 (müzakirə) 10:42, 4 iyun 2024 (UTC)Cavabla

  • ✔ Qalsın: hər bir məqalədə geniş məlumat bazası və üstəlik istinad siyahısı var. Yəni mövzular tam əhatə olunub. Muzey və mərkəzlər mövcud olduqları bölgənin mədəni, siyasi və maarifləndirici istiqamətində əhəmiyyətli rol oynayırlar. — Tarixi Nadir (müzakirə) 11:23, 4 iyun 2024 (UTC)Cavabla
    Məlumat əksikliyi və ya istinad əksikliyindən söhbət getməyib. Hansı əhəmiyyətli rolu oynayırlar? Və buna kim qərar verir? İdeoloji aspektdən baxmamağı tövsiyə edirəm. - Dr.Wiki54 (müzakirə) 12:25, 4 iyun 2024 (UTC)Cavabla
    Necə yani hansı əhəmiyyətli rol oynayırlar? Bunu anlamaq üçün rayonun ictimai-siyai-mədəni həyatını izləmək lazımdır. Demək olar ki, rayonun bütün mədəni tədbirləri bu muzeylərdə keçirilir. Muzeylər nəinki, tək muzey funksiyası daşıyır, onlarda həmçinin müxtəlif maarifləndirici, təhsil və s. tipli tədbirlər baş tutur. Mənim heç bir ideoloji aspektim yoxdur. Vikipediya fəaliyyətimdə bu açıq özünü biruzə verir. — Tarixi Nadir (müzakirə) 13:29, 10 iyun 2024 (UTC)Cavabla
    @En Merker, siyahı şəklində tərtib etmək daha yararlı olmazmı? Hörmətlə, Gadirmüzakirə 13:34, 10 iyun 2024 (UTC)Cavabla
    @En Merker, muzeylərdə tədbirlər keçirilir deyə onlar ensiklopedik olur? Orta məktəblərin akt zalı, idman zalı, musiqi məktəbləri, gənclər mərkəzlərində tədbirlər keçirilir, ensiklopedik və əhəmiyyətlidir mi? Ensiklopedikliyə baxış bucağınız doğru deyil. Dr.Wiki54 (müzakirə) 15:28, 10 iyun 2024 (UTC)Cavabla
  • ✔ Qalsın: Muzeylər özü-özlüyündə ensiklopedir. Redivy (müzakirə) 14:49, 4 iyun 2024 (UTC)Cavabla
    Siyahı şəklində vermək olar, ağlabatan təklifdir, amma tərtib etməsi üçün könüllü olacaq lazımdır. Digər yandan, Heydər Əliyev məqaləsində də müvafiq bölmədə lakonik şəkildə məlumat vermək olar. Hörmətlə, Gadirmüzakirə 15:36, 4 iyun 2024 (UTC)Cavabla
    iş artıq könüllü məsələsinə gələndə biraz qəliz olur mövzu.😅 Redivy (müzakirə) 01:24, 5 iyun 2024 (UTC)Cavabla
  •  Sürətli silinsin: hamısı qeyri-ensiklopedikdir. Bakıda və rayonlarda neçəsində olmuşam. Hamısı bir-birinin “copy-paste”sidir. samral müzakirə 02:03, 5 iyun 2024 (UTC)Cavabla
  •  Sürətli qalsın: bütün bu muzeylər özü-özlüyündə ensiklopedikdir. --► Hörmətlə: SolaVirum 09:43, 7 iyun 2024 (UTC)Cavabla
    Sual Sual: @Solavirum, bu iddianızı VP:EƏ qaydasına uyğun əsaslandıra bilərsiz? samral müzakirə 13:12, 5 iyul 2024 (UTC)Cavabla
  • X Silinsin: Ümumiyyətlə Heydər Əliyev şəxsiyyətinəpərəstiş mövzusunda məqalə olmalıdır və hamısı orada verilməlidir. Grenzsoldat 09:52, 7 iyun 2024 (UTC)Cavabla
  • ✔ Qalsın: Heydər Əliyev Muzeyləri adlı bir məqalənin yaradılması mövcud məqalələrin silinməsi üçün əsas verirmi ? O zaman Asiya ölkələri adlı bir məqalə yaradıb, Asiyada olan bütün ölkələr haqqında məqalələri silək ? Silinməsi üçün SNS-ə təqdim edilən, yuxarıdakı məqalələrin hər birinin istinadı var və dövlət tərəfindən rəsmi muzey olaraq qeydiyyata alınıblar. Özü də, bu muzeylər heç də kiçik muzeylər deyil. Digər tərəfdən əgər bir məzmun ensiklopedik deyilsə, onları toplayıb necə ensiklopedik məzmun yaratmaq olar ? Silinməsini arzu edən vikipediyaçılar tərəfindən yuxarıdakı müzakirədə, tutarlı arqumentlər təqdim olunmayıb.— Kholat Syakhl (müzakirə) 05:38, 8 iyun 2024 (UTC)Cavabla
    "Dövlət tərəfindən qeydiyyat alınıblar" və? Hər dövlət tərəfindən qeydə alınan ensiklopedikdir? Siyahı fikrini mən dəstəkləmədiyimi bildirmişəm, mənim fikrimin təkrarını yazmısınız. Kiçik böyük olması nəyi dəyişdirir? Böyük kustar bazarlara və s. üçün də onda böyükdür deyə məqalə yaradaq? Hər biri bir-birinin kopyası olan muzeylərin ensiklopedik olması üçün digər bütün qaydalarda olduğu kimi onun digərlərindən "fərqləndirən", "əhəmiyyətləndirən" nəsə olmalıdır. Bu muzeylərdə nədir? Mənbələr "katalog.org.az" və "ih.gov.az" və? İkinci dərəcəli mənbələr qoyulmasın ki, "Astara HƏM-də Heydər Əliyevin 100 illiyi qeyd olundu", "Göyçayda HƏM-də Heydər Əliyevin 80 illiyi yubileyinə həsr olunan tədbir keçirildi". Ensiklopedik olduğunu əsaslı təsdiqləyən faktlar, kriteriyalar, mənbələr yoxdur. Əks halda bura çıxarmazdım. - Dr.Wiki54 (müzakirə) 15:33, 10 iyun 2024 (UTC)Cavabla
  •  Sürətli silinsin: yuxarıda rayon/şəhər tarix-diyarşünaslıq muzeyləri üçün yazdığım geniş rəy bu məqalələrə də aiddir. Demək olar ki, hər rayonda bu muzeylərdən var. 90 faizi də bir-birinin “copy-paste”dir. Hamısında eyni şəkillər, eyni məlumatlar, eyni büstlər və s. Fərqli olan odur ki, məsələn Neftçaladakında H.Ə.-in Neftçalaya səfərindən də fotolar olur, misal üçün Salyandakında o rayona səfərlərindən və s. Heç biri enaiklopedik deyil. Hər hansı birini VP:EƏ qaydasına əsasən ensiklopedik edəcək heç bir məqam yoxdur. Əgər olsaydı “qalsın” deyənlərdən biri qaydaya istinad edib bunu sübut da demirəm, ən azından bəyan edərdi. Ən yaxşı halda Əliyevçilik məqaləsində cədvəl kimi verilə bilər. samral müzakirə 16:38, 24 iyun 2024 (UTC)Cavabla

Fuad Kazimov

[mənbəni redaktə et]

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

http://web2.anl.az:81/read/page.php?bibid=70216&pno=57&fbclid=IwZXh0bgNhZW0CMTAAAR2ZmRJjtnwQ2KGF68K54FADOn2zJ570Z9OD6o-2x3FiXP9rbBfFlkUXFL8_aem_AZAdjJL39p55LNyWqp_VeqMt8NE9Je3zN3WE7R3-TYdjUf3juHZgdr_-omKX89E-irccAOUeYUwix-L4-lVJo_Dm
https://www.youtube.com/watch?v=r9LhcolIV2E Kazımov Fuad (müzakirə) 12:03, 10 iyun 2024 (UTC)Cavabla
https://president.az/az/articles/view/66222?fbclid=IwZXh0bgNhZW0CMTEAAR2vPkaKJ5TAS0cgQoUNZGoVcIeC9g8DcOILsvOq8ygf0hgcrp6VeVSoXwc_aem_AZB10Ggd6HlWnqGHN8XmAePpadapYsXINeN0o9_upQP_mxoIiEjC4q2U-lJlsNQpDBnJyeoSEUiOBm_HpWwU4TXU Kazımov Fuad (müzakirə) 12:07, 10 iyun 2024 (UTC)Cavabla
https://xalqqazeti.az/az/medeniyyet/178728-usaq-qelbini-saflasdiran-tamasa Kazımov Fuad (müzakirə) 12:10, 10 iyun 2024 (UTC)Cavabla
İlham Rehimli azərbaycan teatri . səh. 109 -110 Kazımov Fuad (müzakirə) 13:09, 10 iyun 2024 (UTC)Cavabla
Salam. Məqalə haqqında maraqlanan, mövqe sərgiləyənlərin hər birinə təşəkkürümü bildirirəm.Dyula Urbanın "Bütün siçanlar pendiri sevirlər" pyesi son quruluş verdiyim tamaşadı. İrqçiliyə , ayrı seçkiliyə yönəlib.Elə indi müəllifi və quruluşçu rejissoru olduğum, 44 günlük Vətən müharibəsinə həsr olunmuş "Kəşfiyyatçı" tamaşasının məşqindən gəlirəm. Onu da qeyd edim ki , günün ikinci yarsında isə balaca tamaşaçılar üçün yazdığım "Hoqqa" peyesinin məşqi var. Sabah isə AzTv nin mədəniyyət kanalında həftə içi 5 gün yayımlanan "Nağıl vaxtı" verilişinin çəkilişindəyəm. Bütün bu proseslərdə ətrafımda olan həmkarlarımın əksəriyyəti Vikipediyada var. Mənim gördüyün işləri, yazdığım pyeslərə, qurduğum tamaşalara, böyük bir tamaşaçı baxır, maariflənir. Və düşünürəm ki afişada adımı görəndə Vikipediyada bu adı axtarışa verə bilərlər. Nəticə olaraq digər yaradıcı nümunələrdən bəhrələnə bilərlər.
Reklam xarakterlı məqalənin movzüsü:
1-AzTv mədəniyyət kanalı "Nağıl vaxtı" verlişi həftə içi 5 gün . Orda məni böyük xidmətim var. 6 -ci ilə keçib. Reklam olunuramsa niyə heç kimin xəbəri yoxdu?
2- Mədəniyyət sahəsində fasiləsiz tamaşalar, tamaşaçı rəyi, alqışı( sosiyal şəbəkə və yaxud yazılı ) tamaşalar alqışlanır. Ancaq müəllif və ya rejissor səhnədə görsənmir deyə bilinmir kimdi. Əla reklamdı.
Qaldı mənbə məsələsinə:
1- Mən bacardığım peşəmlə məşğul olmuşam. 2 gündü Vikipediyada nələrsə etmək istədim çox peşmanam. Təkcə vaxtımı hədər xərcləmədim , həm də yəqin ki uzun bir müddət yaradıcılıqla məşğul ola bilməyəcəm.
2- Mənim işim mənbə tapmaq deyil. Mən elə bilirdim televiziyadakı xəbərlər,qonaq olduğumuz verlişlər, kitab və qəzetlərdə ki yazılar, əqli mülkiyyət agentliyindən aldığımız müəllif kimi qonararlar elə sübütdu. Sən demə başqa mənbələr də var mənim bilmədiyim.
3 - Necə olur eyni ölkədə, eyni şəhərdə, eyni mədəniyyət ocağında eyni ixtisas üzrə fəaliyyət göstərəsən ancaq ətrafıdakılar Vikipediyada olalar sənin "mənbən" olmaya?
QEYD: (SUALIM) "Allah gözünün yaşını çörəyinə yavanlıq eləsin" Bu cümlə hansı azərbaycan dramaturqunun pyesindən nümunədi? Kazımov Fuad (müzakirə) 10:51, 11 iyun 2024 (UTC)Cavabla
@Kazımov Fuad, avtobioqrafiya səhifəsinə nəzər yetirə bilərsiniz (ingiliscə). Hörmətlə, Gadirmüzakirə 11:10, 11 iyun 2024 (UTC)Cavabla
Salam Qədir bəy üzürlü sayın bir söz söruşum . Mənim bu sahədə elə də səriştəm , məlumatım yoxdu. Bu vikapediyaaz da məqalə yerləşdirmək ödənişlidi? Kazımov Fuad (müzakirə) 11:31, 11 iyun 2024 (UTC)Cavabla
@Kazımov Fuad salam xeyr ödənişli deyil tam könüllü formada fəaliyyət göstərə bilərsiniz. yerləşdirdiyiniz məqalə üzərində işlər aparın stil kitapçasına uyğunlaşdırın -- ☞QRAF☜   (✉ → ♕) 11:58, 19 iyun 2024 (UTC)Cavabla
Salam. Xeyr. Vikipediya ensiklopediyadır və buranı nizamlayan müəyyən qaydalarımız var və məqalələrin olub-olmamasının, əhəmiyyətliliyini ölçmək barədə konkret qaydalarımız var. Məqalələr müvafiq qaydalara görə tərtib olunmalıdır, dəyərləndirmələr həmin qaydalara istinadən edilir və qərarlar ona görə verilir. Hörmətlə, Gadirmüzakirə 12:09, 19 iyun 2024 (UTC)Cavabla
Baxın , mən məsələyə tam fərqli tərəfdən yanaşıram Sizsə başqa. (İstinad:Yəqin ki Viktor Hüqonun "Səfillər" romanını oxumusuz)Mən Vikipediyanın mövcud qaydalarına bilməyərəkdən rəyət etməyə bilərəm. Ancaq bu o demək deyil ki ona görə qadağa qoyulsun. Çünkü hər kəs bütün peşələri bilmək iqtidarında deyi. Siz bu sahənin mütəxəssizi olaraq (həm də çox həssas şəkildə) düzgün istiqamət göstərməkdə mənə kömək etsəniz Sizə minnətdar olaram. Məsələn teatr qaydalarını bilməyərək pozan və əlində yemək - içməklə salona daxil olan məktəbliləri teatrdan birdəfəlik uzaqlaşdırmaq əvəzinə onları maarifləndiririk. Çəza , qadağa cəmiyyəti yaxşı formalaşdırmır. Çoox hörmətlə Fuad Kazımov. Kazımov Fuad (müzakirə) 12:00, 11 iyun 2024 (UTC)Cavabla
@Kazımov Fuad, salam. Fəaliyyətiniz üçün təşəkkür edirəm, məqalələrin Vikipediyada saxlanılması üçün şəxs barədə müxtəlif saytlarda məlumat olmalıdır. Məlumat dedikdə sadəcə adının çəkilməsi yox, şəxsin fəaliyyəti mənbədə geniş əhatə olunmalıdır. Belə mənbələr varsa məqaləyə əlavə edə bilərsiniz. Nemoralis (müzakirə) 21:29, 28 iyul 2024 (UTC)Cavabla

Aşağı Çaylı (Ağdərə)

[mənbəni redaktə et]

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Çaylı (Ağdərə) məqaləsi mövcuddur. Fikrimcə, Aşağı Çaylı barədə ayrı məqalə düzgün deyil. Çünki bu Aşağı Çaylı sadəcə ləğv olunmayıbdır və Yuxarı Çaylının adı Çaylıya dəyişdirilməyibdir. 1982-ci ildə Yuxarı (Verin) Çaylı kəndi və Aşağı (Nerkin) Çaylı kəndi bir birinə birləşdiyindən Çaylı kəndi adlandırılmışdı. Yəni belə qənaətə gəlmək olar ki, Aşağı Çaylı Yuxarı Çaylıya birləşdirilməyib, sadəcə bu iki kənd bir birinə birləşibdir və birləşmiş kəndin adı Çaylı adlandırılıbdır. Bu səbəbdən, necə ki Yuxarı Çaylı səhifəsindən Çaylı (Ağdərə) məqaləsinə keçid var, fikrimcə Aşağı Çaylı (Ağdərə) məqaləsi də silinməli və Çaylı (Ağdərə) məqaləsinə istiqamətləndirilməlidir. Zohrab javad (müzakirə) 13:36, 10 iyun 2024 (UTC)Cavabla

X Silinsin: — Qeyd olunan arqumentlə razıyam silinməlidir. Vusalsuvarov1996 (müzakirə) 08:51, 14 iyun 2024 (UTC)Cavabla
@Samral, @Araz Yaquboglu, bu barədə nə düşünürsünüz? Zohrab javad (müzakirə) 18:38, 10 iyul 2024 (UTC)Cavabla
Yalnız yönləndirilsin, silinməsin. Çünki deyək ki, birləşdirilənə qədər bir şəxs Aşağı Çaylıda doğulubsa onun səhifəsində Aşağı Çaylı yazılmalıdır. Araz Yaquboglu (müzakirə) 04:53, 11 iyul 2024 (UTC)Cavabla
@Araz Yaquboglu Yəgin ki bu formada deyirsiniz? Zohrab javad (müzakirə) 14:48, 11 iyul 2024 (UTC)Cavabla
Bəli Araz Yaquboglu (müzakirə) 05:14, 12 iyul 2024 (UTC)Cavabla
Razıyam. Zohrab javad (müzakirə) 09:37, 12 iyul 2024 (UTC)Cavabla
Hər 3 kəndin vikidatasında da düzəlişlər etdim. siz də baxarsınız. Araz Yaquboglu (müzakirə) 05:13, 11 iyul 2024 (UTC)Cavabla
@Araz Yaquboglu Hansı 3 kəndi deyirsiniz? Zohrab javad (müzakirə) 14:44, 11 iyul 2024 (UTC)Cavabla
Aşağı Çaylı, Yuxarı Çaylı və Çaylı. Araz Yaquboglu (müzakirə) 05:13, 12 iyul 2024 (UTC)Cavabla
@Samral, bu barədə siz nə fikirləşirsiniz? Zohrab javad (müzakirə) 18:09, 13 iyul 2024 (UTC)Cavabla
@Zohrab javad, @Araz Yaquboglu düz deyir. 3 məqalə olması düzgündür. AFR (Qərbi Almaniya), ADR (Şərqi Almaniya) və Almaniya məqalələri kimi. samral müzakirə 19:19, 14 iyul 2024 (UTC)Cavabla
@Samral, Mən belə başa düşürəm ki @Araz Yaquboglunun dediyi istiqamətləndirmədir: bir Çaylı məqaləsi, digərləri isə (Aşağı ÇaylıYuxarı Çaylı) da Çaylı məqaləsinə yönləndirilir, yəni belə, və ya belə. Şərqi Almaniya ilə analogiya, fikrimcə, düz deyil, ən azı önəmlilik və məlumat həcmi məsələləri var. Zohrab javad (müzakirə) 19:27, 14 iyul 2024 (UTC)Cavabla
@Zohrab javad, “təşbehdə qüsur olmaz” deyə mən Almaniya misalını çəkdim. Yoxsa əlbəttə ki, çox gözəl bilirəm ki, Ağdərənin Çaylı kəndi hara o boyda Almaniya hara. Əgər vaxtikən Aşağı və Yuxarı Çaylı adında kəndlər olubsa sonradan bu 2 kənd Çaylı adı altında birləşdirilibsə və bu mövzularda da məlumat və mənbələr də varsa, 3 məqalə yaradıla bilər. İstiqamətlənmə düzgün deyil. Keçid olacaq ki, bu da kifayət edəcək, nəinki yolavermə istiqamətlənmə. samral müzakirə 20:09, 14 iyul 2024 (UTC)Cavabla
@Samral Axı bu məqalələrə nə yazıla bilər ki?)) Bir neçə cümlə, əksəriyyəti də copy-paste, “aşağı”nı “yuxarı”ya əvəz etməklə və ya “aşağı”-“yuxarı” yazmamaqla. Zohrab javad (müzakirə) 20:39, 14 iyul 2024 (UTC)Cavabla
@Zohrab javad, VP:EƏ qaydası ilə tanış olun, lütfən :) Sizin məntiqlə AzVikidəki 99 faiz kənd məqalələri silinə gərək. Araşdırılsa çox məqaləyə çox şey yazmaq olar. samral müzakirə 20:50, 14 iyul 2024 (UTC)Cavabla
@Samral Araşdırılsa yazmaq olar e. Bəs onda Çaylı məqaləsinə nə yazılsın ki, əgər hər yazıla bilənlər ayrı-ayrılıqda Yuxarı Çaylıya və Aşağı Çaylıya yazılırsa? :) Zohrab javad (müzakirə) 21:02, 14 iyul 2024 (UTC)Cavabla
@Zohrab javad, Tarix bölməsində ətraflı şəkildə bu 2 kəndin birləşməsindən yarandığı. Əhali, İqtisadiyyat, Təhsil filan bölmələrində də indiki vəziyyət. samral müzakirə 21:10, 14 iyul 2024 (UTC)Cavabla
@SamralMəsələ də odur ki, məqaləni kasıblaşdırmış oluruq. Bəlkə Çaylı məqaləsinə Aşağı Çaylı və Yuxarı Çaylı bölmələr və ya alt-bölmələr yaratmaq olar? Zohrab javad (müzakirə) 21:16, 14 iyul 2024 (UTC)Cavabla
Əslində @Samral düz deyir. Ayrı-ayrı məqalələr olmalıdır. Məqalədə yazılmalıdır ki, ləğv edilib və birləşdirilib. Araz Yaquboglu (müzakirə) 04:41, 15 iyul 2024 (UTC)Cavabla

Yamac buzlağı

[mənbəni redaktə et]

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Səma Həsənli

[mənbəni redaktə et]

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

 Sürətli qalsın: bütün peşəkar futbolçular ensiklopedikdir. --► Hörmətlə: SolaVirum 14:57, 24 iyun 2024 (UTC)Cavabla
Sola Virum, bütün peşəkar futbolçuların ensiklopedik olması təzə çıxdı? İndi biri bir klub açacaq, mən də orada oynayacağamsa ensiklopedik olacağam. İkincisi də peşəkarlıq nə ilə ölçülür, onu deyin. 3-4 cümlədən ibarət səhifədir, şəxsin heç bir tanınmış göstəricisi yoxdur, avtomatik silinməlidir. Asel007 (müzakirə) 03:27, 18 iyul 2024 (UTC)Cavabla
  • X Silinsin: Azərbaycanın əsas yığmasında çıxış etməyib. Həmdə məqalə VP:SK şərtlərinidə ödəmir. Grenzsoldat 14:33, 25 iyun 2024 (UTC)Cavabla
  •  Sürətli qalsın: Salam dəyərli həmkarlar. Bu məqalənin niyə silinməyə namizəd göstərilməsi çox maraqlıdır. Namizəd göstərilməzdən əvvəl Vikipediya:Ensiklopedik əhəmiyyətlilik (futbolçular) məqaləsinə baxılsaydı bu addım atılmayacaqdı. Silinməməsi üçün səbəblər aşağıda göstərilmişdir:
    • Əsas Kriteriyalar 1: «Futbolçu heç olmasa bir dəfə yüksək səviyyəli liqada oynamışdır». — Səma Həsənli Azərbaycan Yüksək Qızlar Liqasında tam mövsüm keçirmişdir.
    • Əsas Kriteriyalar 3: «Milli kubok turnirlərində meydançaya çıxmış və yarışda iştirak etmişdir». — Səma Həsənli Azərbaycan Yüksək Qızlar Liqasında çıxış edərək, Milli kubok uğrunda mübarizə aparmışdır.
    • Əsas Kriteriyalar 4:«FİFA tərəfindən təşkil olunmuş gənclər və yeniyetmələr arasında yarışda iştirak etmişdir». — Səma Həsənli Azərbaycanı U19 millisində təmsil edir ki, bunu FİFA təşkil edir. Kriteriyada görünür ki, "gənclər yeniyetmələr arası" sözü xüsusən vurğulanır. Bu isə ona sübutdur ki, futbolçunun mütləq şəkildə A Millidə oynaması ilə bağlı kriteriya yoxdur.
    • Əsas Kriteriyalar 7: «Ölkədaxili rəsmi futbol yarışlarında iştirak etmişdir». — Azərbaycan Yüksək Qızlar Liqası rəsmi yarışdır.

Yuxarıdaki kriteriyaları tək-tək yazdım ki, yazarlar rahat şəkildə oxusunlar, fikir bildirsinlər. Çox sağolun. Asif Məmmədov (müzakirə) 08:28, 3 iyul 2024 (UTC)Cavabla

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

  • X Silinsin: Məqalənin üslubunda problemlər var, tərəfli cümlələr mövcuddur, faktların bəziləri reklam məqsədli əlavə edilib və faktların əksəriyyəti yoxlanıla bilmir. Məqalə bu halı ilə qala bilməz. Sura Shukurlu (müzakirə) 17:39, 19 iyun 2024 (UTC)Cavabla
@Sura Shukurlu, məqalədəki 11 istinadın heç biri sizi qane etmədi? samral müzakirə 02:07, 24 iyun 2024 (UTC)Cavabla
@Sura Shukurlu, yazırsınız "tərəfli cümlələr mövcuddur, faktlar reklam məqsədli əlavə edilib". Xahiş edirəm 1 misal göstərin. Elə cümlə varmı ki, o tərəflidir və mənbəyi göstərilməyib. Science.gov.az və s. kimi mənbələrdə göstərilənlər necə tərəfli və reklam xarakterli ola bilər? Yazırsınız "faktların əksəriyyəti yoxlanıla bilmir". Zəhmət olmasa, konkret 1 misal göstərin, hansı faktın doğruluğu yoxlanıla bilmir. Goldenmath (müzakirə) 05:33, 27 iyun 2024 (UTC) (Kukla hesablardan istifadə halı təsdiqləndi və bloklandı. Yoxladı: Gadir)Cavabla
Azərbaycan elminə qarşı yürüdülən növbəti qara siyasət !!! Shine like a diamond (müzakirə) 08:29, 28 iyun 2024 (UTC) (Kukla hesablardan istifadə halı təsdiqləndi və bloklandı. Yoxladı: Gadir)Cavabla
@Shine like a diamond, burda bu tipli cümlələrə icazə verilmir. Zəhmət olmasa davam etdirməyin. Oxuyun: VP:MİLLİ Nemoralis (müzakirə) 15:07, 5 iyul 2024 (UTC)Cavabla
Sizin digər istifadəçiyə oxumağı tövsiyə etdiyiniz "vikipediya milli ensiklopediya deyil" bölməsi məncə ona deyil, bir sıra səhifələri əsassız olaraq silməyə namizəd göstərən iş yoldaşlarınıza ünvanlanmalıdır. Çünki bizim vikipediyaçılar tərəfindən silinən və silinməyə namizəd göstərilən səhifələr yalnız Azərbaycanca vikipediyadan olan səhifələrdir. Həm də çox yaxşı olardı ki, bəzi vikipediyaçılarımıza bu istifadəçiyə dediyiniz kimi "davam etdirməyin" deyəsiniz. Qoy silməyi namizəd göstərəndə ümumi sözlərdən yox, konkret faktlardan istifadə etsinlər. Fikirlərini həmin səhifədən nümunələr gətirməklə əsaslandırsınlar. Mathimm (müzakirə) 04:48, 9 iyul 2024 (UTC) (Kukla hesablardan istifadə halı təsdiqləndi və bloklandı. Yoxladı: Gadir)Cavabla
@Mathimm, Vikipediyaçılar işçi yox könüllülərdir, burda heç kim "iş yoldaşı deyil". Sizə də VP:MİLLİ kriteriyasını, ümumilikdə VP:VND oxumağı tövsiyə edirəm. Nemoralis (müzakirə) 05:02, 9 iyul 2024 (UTC)Cavabla
Mənim Sizə cavabımda söhbət hər hansı müəssisədə çalışan işçilərdən getmirdi. Mən işçi, iş yoldaşı sözünü geniş mənada demişəm. Fakt odur ki, silinməyə namizəd göstərilən səhifələr bir qrup adam tərəfindən edilir. Sizin mənə oxumağı tövsiyə etdiyiniz vacib məlumatları birinci növbədə məhz onlar oxumalıdırlar və öz qərarlarında bu prinsipləri əsas götürməlidirlər. Məsələn, bu səhifə müzakirəyə çıxarılıb. Amma onu müzakirəyə çıxaran özü müzakirədə iştirak etmir. Digəri ümumi sözlərlə "silinsin" deyir, amma faktlar gətirmək istəmir. Mən ingilis dilindəki vikipediyada da müxtəlif müzakirəkəri oxumuşam. Orada əsl müzakirə gedir. Burada isə ixtiyar verilib bir qrupun əlinə, onlar da quru bir "silinsin" deyir, vəssalam. Silinsin deyənlər niyə bunu səhifədən konkret nümunələrlə əsaslandırmırlar? VP:MS zəhmət olmasa, oxuyun, orada müzakirə nədir yazılıb. Burada isə faktiki olaraq məqalə haqqında müzakirə yoxdur. Sadəcə müzakirəyə çıxarıblar, müzakirəyə çıxaran adam özü isə müzakirə etmək istəmir. Sual: hər hansı səhifənin silinməsini istəyən adam əgər özü bunu müzakirə etmək istəmirsə, və həmin səhifənin əleyhinə olan adamlar da müzakirədə iştirak etmək istəmirlərsə, onda niyə belə səhifə müzakirəyə çıxarılır? Elə onda birdəfəlik desinlər ki, "Müzakirəsiz silinsin". Mathimm (müzakirə) 06:26, 9 iyul 2024 (UTC) (Kukla hesablardan istifadə halı təsdiqləndi və bloklandı. Yoxladı: Gadir)Cavabla
İxtiyar hansısa bir qrupun əlinə verilsəydi gəlib burda qalsın yaza bilməzdiniz, zəhmət olmasa əsassız iddialara yol verməyin. Müzakirəni açan şəxs və ya silinsən deyənlər iştirak etmirlərsə və ya iddialarını əsaslandırmırlarsa, bu öz günahlarıdır, digər Vikipediyaçıların yox. Elə danışırsınız ki, sanki siz ayrı bir qrupsunuz, biz ayrı. Hamımız Vikipediyaçıyıq. Nemoralis (müzakirə) 06:35, 9 iyul 2024 (UTC)Cavabla
Gəlin həqiqəti danışaq. Mənim burada qalsın yazmağımmı əsasdır, yoxsa Sura Shukurlunün silinsin deməyi? Mən adi istifadəçiyəm, o isə inzibatçıdır. Səhifəni də məhz inzibatçı silir. Yəni, sonda istəsə silə də bilər. Baxmayaraq ki, müzakirəni açdı və müzakirədə iştirak etmək istəmədi. Baxın bir inzibatçı yazır ki, "faktların əksəriyyəti yoxlanıla bilmir" amma bir misal belə göstərmək istəmir. Mən silinməyə konkret fakt ortaya qoyulmadığı üçün hesab edirəm ki, məqalə heç bir səbəb olmadan silinmıyə namizəd göstərilib və VP:SİLMÜZ qaydalarına görə səbəb olmadığından silinməyə namizəd səhifələr siyahısından çıxarılmalıdır. Və ya inzibatçı Sura Shukurlu öz iddiasını əsaslandırmalıdır. Əgər bunlardan heç biri baş verməzsə, onda elə mən dediyim düz olacaq ki, "ixtiyar bir qrupun əlinə verilib". Mathimm (müzakirə) 21:02, 9 iyul 2024 (UTC) (Kukla hesablardan istifadə halı təsdiqləndi və bloklandı. Yoxladı: Gadir)Cavabla
İnzibatçı olmağı bir şey ifadə etmir. Sonda istədiyi kimi qərar verə bilməz. Buna mən də daxil olmaqla digər istifadəçilər qarşı çıxar. Nemoralis (müzakirə) 06:29, 10 iyul 2024 (UTC)Cavabla
"faktların bəziləri reklam məqsədli əlavə edilib", "faktların əksəriyyəti yoxlanıla bilmir" və s. Bu kimi şəxsi fikirləriniz belə səviyyəli və böyük əməklə ərsəyə gələn səhifələrin silinməsi üçün əsas sayıla bilməz.. Shine like a diamond (müzakirə) 08:40, 28 iyun 2024 (UTC) (Kukla hesablardan istifadə halı təsdiqləndi və bloklandı. Yoxladı: Gadir)Cavabla
Grenzsoldat, mümkünsə, konkret misal göstərin, hansı tərəfli hesab etdiyiniz cümlə ciddi və tanınmış mənbələrdə göstərilməyib? — Bu imzasız yazı Goldenmath (mt) adlı istifadəçi tərəfindən əlavə edilib; 05:46, 27 iyun 2024 UTC (Kukla hesablardan istifadə halı təsdiqləndi və bloklandı. Yoxladı: Gadir)
  • Göründüyü kimi artıq neçə müddətdir müzakirənin açılmasına baxmayaraq, yuxarıda silinsin deyən 2 nəfər "silinsin" deyir, amma silinməyə səbəb olacaq heç bir fakt, konkret misal, nümunə kimi hansısa bir cümlə ortaya qoymaq istəmir. — Bu imzasız yazı Goldenmath (mt) adlı istifadəçi tərəfindən əlavə edilib; 10:46, 6 iyul 2024 (UTC) (Kukla hesablardan istifadə halı təsdiqləndi və bloklandı. Yoxladı: Gadir)Cavabla
  • ✔ Qalsın: Məqalə riyaziyyatçı alim, tədqiqat mərkəzinin direktoru haqqında yazılmış bir məqalədir. Alimlərə həsr olunmuş bir çox digər vikipediya məqalələrindən fərqli olaraq burada bütün söylənilən faktların mənbəyi istinadlarla göstərilib. Yazılan hər bir fikir internetdə asanlıqla yoxlanıla biləndir. — Bu imzasız yazı Mathimm (mt) adlı istifadəçi tərəfindən əlavə edilib; 04:24, 9 iyul 2024 (UTC) (Kukla hesablardan istifadə halı təsdiqləndi və bloklandı. Yoxladı: Gadir)Cavabla
  • Gadir, yalana haqq qazandırmaq üçün həqiqətin ağzını bağlamaq kifayətdir. Bilmədiniz nə edəsiniz, çarəniz kəsildi, sözünüz bitdi, kukla məsələsini ortaya atdınız. 😀 — Bu imzasız yazı Viking2024 (mt) adlı istifadəçi tərəfindən əlavə edilib; 08:41, 10 iyul 2024 (UTC) (Kukla hesablardan istifadə halı təsdiqləndi və bloklandı. Yoxladı: Gadir)Cavabla
    Elə danışırsınız ki, elə bil həqiqətin əsl təmsilçiləri sizsiniz. Vikipediya qaydalarına görə bir şəxs 2 profildən fikir bildirə bilməz, saxtakarlıq hesab olunur. İndi mən də sizin kimi danışıb "Deyəsən məqaləni saxlatmaq üçün saxtakarlığı seçdiniz" deyə bilərəm, amma bu xoşunuza gəlməz, düzdür? Nemoralis (müzakirə) 08:46, 10 iyul 2024 (UTC)Cavabla
    Heç kəsin səhifəni saxlamaq üçün ürəyi getmir. Əgər reaksiya verilməsəydi, səhifə onsuz da silinəcəkdi, çünki yuxarıda deyilən kimi bir qrup adamın əlindədir. Əsas odur ki, burada üstündən xətt çəkilmiş yazılanlar onu göstərir ki, səhifə müzakirəyə səbəbsiz çıxarılıb və məhz inzibatçı tərəfindən qaydalar pozulub. Bu bloklanma halı bir daha ona sübutdur ki, inzibatçılar nə istəsələr, onu da edirlər. İndiyə kimi səhifə redaktə olunanda kukla məsələsi yada düşmürdü. İndi həqiqəti deyən kimi, bloklandı. Gadir, tez gəlin bunu da bloklayın. 😃 Məncə üstündən xətt çəkilmiş yazıları birdəfəlik pozsanız daha yaxşı olar, çünki onlar sizin kimi inzibatçılar tərəfindən nümunəvi səhifələrə qarşı yönəlmiş qərəzli münasibəti açıq göstərir. 2001:1C02:2117:FA00:F893:E3C:AF3F:D2DB 09:31, 10 iyul 2024 (UTC) (Kukla hesab istifadəsi səbəbi ilə bloklanmış istifadəçi olduğu təsdiqləndi və bloklandı. Yoxladı: Gadir)Cavabla
    Özünüzə yaxşı təsəlli verirsiniz. Aparılmış texniki yoxlamanın nəticəsi burdadır: m:Special:PermanentLink/27092135#[email protected]. Buna da qərəzli deyərsiniz yəqin. Nemoralis (müzakirə) 09:32, 10 iyul 2024 (UTC)Cavabla
    Səhifə mühafizə edildi. Hörmətlə, Gadirmüzakirə 09:40, 10 iyul 2024 (UTC)Cavabla
Bu səhifənin silinməyə namizəd göstərilməsinin sifarişli olduğunu düşünürəm. Bir başqa səhifədə də oxşar şey görmüşdüm. Səbəblər aşağıdakılardır:
1) Burada 100-ə yaxın səhifə silinməyə namizəd göstərilib. Asanlıqla görmək olur ki, bir adam bir neçə məqaləni namizəd göstərir. Məsələn, @Nemoralis, @Gadir, @Yousiphh, @Grenzsoldat və s. Səhifəni namizəd göstərənlər özləri də buradakı bütün müzakirərdə aktivdirlər. Amma @Sura Shukurlu yalnız bu səhifəni namizəd göstərib və ümumiyyətlə səhifə silmə məsələlərində heç bir aktivlik göstərmir.
2) Yəqin ki, kukla hesabların kukla olması aşkar olunana qədər @Sura Shukurlu ona verilən suallara cavab verə, dediklərini əsaslandıra bilərdi, amma etməyib.
3) Məqaləyə baxdım. Şəxsin ensiklopedik olduğunu düşünürəm. Çoxlu istinadlar da var, yəni faktları yoxlamaq problem deyil. Asel007 (müzakirə) 17:39, 18 iyul 2024 (UTC)Cavabla
@Asel007, siz dəqiq ensiklopediyanı genişləndirmək üçün buradasınız? 4 gündür qeydiyyatdan keçmisiniz, artıq istifadəçiləri nəyləsə ittiham etməyə başlamısınız, belə davam etsəniz hesabınızın bloklanması uzaqda deyil. Bu məndən sizə bir inzibatçı kimi xəbərdarlıqdır. Nemoralis (müzakirə) 21:03, 18 iyul 2024 (UTC)Cavabla
@Nemoralis, bəli, mən 100% ensiklopediyanı genişləndirmək üçün buradayam. İstəyirəm, ensiklopediyada yalnız ona uyğun səhifələr olsun, digərləri çıxsın. Heç kimi də ittiham etmirəm. Yazmışam ki, belə düşünürəm, yəni əslində proqnoz verirəm. Proqnozumda statistikaya və ingilislər demiş "common sense"ə əsaslanmışam. Qəbul etmirsiniz, etməyin, daha məni bloklamaqla qorxutmaq niyə. Asel007 (müzakirə) 03:03, 19 iyul 2024 (UTC)Cavabla
Məqalə və burdakı müzakirə ilə tanış oldum və bunları qeyd edə bilərəm:
Məqaləni silinmə müzakirəsinə çıxaran inzibatçı deyir ki, tərəfli cümlələr var və faktların əksəriyyəti yoxlana bilmir. Grenzsoldat adlı digər bir istifadəçi də onunla razıdır. Kuklaları nəzərə almasaq, inzibatçı Nemoralisin yazısından da görünür ki, bu şəxslər fikirlərini əsaslandırmaqdan çəkiniblər. Əslində mən də istərdim onlardan xahiş edəm ki, fikirlərini əsaslandırsınlar, amma yuxarıda yazılanlardan aydın olur ki, heç bir cavab verməyəcəklər. Ona görə də bu istəyimdən daşınıram.
Məqalə haqqında isə onu deyə bilərəm ki, 15 istinad, 3 xarici istinad və məqalənin içindəki onlarla sayda əlavə linklərlə bütün faktları yoxlamaq olur. Yəni faktların əksəriyyəti yoxlana bilmir fikri yanlışdır. Tərəfli və reklam xarakterli cümlələr dedikdə, yəqin məsələn, şəxsin Amerika Riyaziyyat Cəmiyyətindəki kitabının ətraf regiondan yeganə kitab olması haqqında yazılmış fikir nəzərdə tutula bilər. Amma bu fakt məqalədə 3 istinadla əsaslandırılıb və bundan əlavə Googleda yazanda imm.az və khazar.org rəsmi  saytlarında da bu barədə məlumat çıxır. Deməli bunu təsdiqləyən ən azı 5 etibarlı mənbə var.
Şəxsin özünə gəldikdə isə şəxs Vikipediya: Ensiklopedik əhəmiyyətlilik (elm xadimləri) bölməsində göstərilmiş kriteriyaların bir çoxunu ödəyir. Məsələn, o, məqalədəki istinadlara əsasən, 1,2 və 5 kriteriyalarını ödəyir. Bundan əlavə 8 kriteriyasına uyğun gəlir: şəxs beynəlxalq bazalarda indekslənmiş elmi jurnalın məsul redaktorudur. Əslində isə həmin bölmədəki 9 kriteriyadan cəmi bir kriteriyanı ödəməsi kifayətdir ki, ensiklopedik hesab olunsun. Məqalənin əvvəlində deyilir ki, o elmi tədqiqat mərkəzinin direktorudur və  əslində elə tək bu fakt özü kifayət edir.
Heç bir səs vermək istəmirəm, çünki lap başda yazılıb ki, konsensus arqumentlərin keyfiyyətinə görə yaranır, səslərin sayına görə yox. Səhifələri silən inzibatçılar özləri bilsin. Diqqətinizə görə sağ olun. Hörmətlə, Qazanxan (müzakirə) 13:13, 5 avqust 2024 (UTC)Cavabla
Məqalənin tərtibatı ilə bağlı problemlər var. Mənbələr də ürəkaçan deyil. Məsələn, bu nədir? Ensiklopedikliyə heç bir təsiri belə yoxdur. Hələ digər mənbələri demirəm. Həmçinin faktlar üçün sadəcə ilkin mənbələr yox, üçüncü tərəf və ikinci dərəcəli mənbələr də olmalıdır. Mövzunun müəyyən əhatə dairəsi olmalıdır. Məqaləyə kukla istifadəsi ilə məşğul olan istifadəçi tərəfindən redaktələr edilməsi silinməsi üçün başlıca səbəb deyil, əlbəttə. İnzibatçılar istədiyi qərarı verə bilməzlər, lakin düzəlişlər edilməzsə, yəqin ki, uyğun olaraq bu halı ilə silinəcək. Hörmətlə, Gadir (müzakirə) 13:37, 5 avqust 2024 (UTC)Cavabla
Deyirsiniz bu nədir və ensiklopedikliyə heç bir təsiri yoxdur. Cavabım belədir. Bu onu göstərir ki, şəxs Oksford universiteti kimi çox nüfuzlu universitetə dəvət alıb və orada məruzə edib. Məqalədə bunu təsdiqləyən əsas mənbə də göstərilib: https://www.maths.ox.ac.uk/node/24710
Belə faktlar məncə şəxsin bioqrafiyasında mütləq göstərilməlidir. Həm də bu fakt məhz ensiklopedikliliyin birinci kriteriyasına uyğundur. Həmin kriteriyada deyilir: Şəxsin tədqiqatlarının işlədiyi sahə üzrə əhəmiyyətli təsirə malik olduğu neytral və etibarlı mənbələrlə təsdiqələnə bilir.
Bəli, məhz şəxsin tədqiqatlarının əhəmiyyətli təsirə malik olduğunu, digər faktlarla yanaşı həmçinin, onun Oksford universiteti kimi bir yerə dəvət alması və orada bu tədqiqatlar üzrə mühazirə oxuması aydın göstərir. Və bu fakt Oksford universitetinin rəsmi saytı ilə təsdiqlənir. Oksford universitetinin rəsmi saytı isə etibarlı mənbədir. Hörmətlə, Qazanxan (müzakirə) 14:10, 5 avqust 2024 (UTC)Cavabla
Belə başlıqlar çox alim haqqında var, indi hamısına məqalə açaq buna görə? Etibarsız mənbə demirəm, ensiklopedikliyin təsdiqi üçün mövzu barədə, onu əhatə edən şəxsdən (mövzudan) asılı olmayan mənbələr lazımdır. Müəyyən kənar əhatə dairəsi lazımdır məqaləsi olması üçün. Yoxsa bu şəkildə hər elm xadiminə məqalə açmaq mümkündür. Hörmətlə, Gadir (müzakirə) 14:15, 5 avqust 2024 (UTC)Cavabla
Yəni demək istəyirsiniz, jurnalistlər onun haqqında məqalə yazmalıdır? Bəs xarici alimlərin elmi məqalələri, kitabları? Adicə Google Scholarda şəxsın adını yazsanız görərsiniz ki, onun işlərinə 1000-ə yaxın istinad var, Kembridc universitetində Allan Pinkus adlı alimin nəşr etdirdiyi kitabda nəticələri gətirilib və işıqlandırılıb. Bundan əlavə bəzi tədqiqatçılar nəticələrini heyrətamiz nəticə, başlıca nəticə adlandırıb. Əgər science.gov.az sizi qane etmirsə həmin saytda məqalələrin adları da var, girib baxmaq olar. Qazanxan (müzakirə) 14:42, 5 avqust 2024 (UTC)Cavabla
  • Şərh Şərh: Mən bu müzakirədə mənə suallar ünvanlandığı dövrdə vikiyə çox ayıra bilmir, vaxt ayırsam da müzakirələrdən uzaq durub məzmun redaktəsi ilə məşğul olurdum. Odur ki, sualları indi cavablandırmalı oluram. Şəxs birmənalı olaraq ensiklopedik əhəmiyyət şərtlərini ödəmir, çünki şəxsin həyat və fəaliyyəti ikincidərəcəli müstəqil mənbələr tərəfindən işıqlandırılmayıb. Şəxsin haqqında bircə dənə müstəqil şəkildə yazılmış, onun həyat və fəaliyyətini və ya sadəcə fəaliyyətini belə olsa əhatə edən mənbə göstərin sadəcə. Şəxsin məqaləsinin olması üçün tələb olunan əhatə dairəsi sadəcə bu mənbədə mövcuddur, amma, bu da AMEA-nın rəsmi saytıdır, hansı ki, şəxs həmin müəssisədə işləyir. Heç kim nə scinece.gov.az-a, nə də başqa sayta tərəfli demir. Burda heç kim saytın, ya həmin yazının tərəfli, şəxslə əlaqəli olduğunu da demir, bunu da vurğulayım. Amma qaydalara əsasən bu mənbə müstəqil hesab edilmir. Geri qalanlardan da şəxs haqqında bir cümlə də olsa mətn təqdim edən science.gov.az xaricində ancaq azertag var, onda da ancaq bir fakt yazılıb. Yəni şəxsin həyat və fəaliyyəti yenə əhatə olunmayıb. Geri qalanlarda şəxs haqqında ümumiyyətlə mətn yoxdur: ya kitablarına, ya elmi işlərinə, ya da elmi işlərinə istinadlara verilmiş keçidlərdir. Mən heç bir fikrimi əsaslandırmağa çətinlik çəkmirəm, əgər VP:EƏ-yə əsasən şəxsin ensiklopedikliyi üçün tələb olunan mənbə mövcuddursa və diqqətimdən yayınıbsa, göstərilə bilər və ona uyğun müzakirə aparılar. --Sura Shukurlu (müzakirə) 13:59, 5 avqust 2024 (UTC)Cavabla
    Yuxarıda əyraflı yazmışam. İndi isə yalnız bunu deyə bilərəm:
    Bir elm xadiminin aşağıdakı kriteriyaların hər hansısa birini ödədiyi etibarlı mənbələrlə göstərilirsə, bu şəxs ensiklopedik hesab olunur......
    1. Şəxsin tədqiqatlarının işlədiyi sahə üzrə əhəmiyyətli təsirə malik olduğu neytral və etibarlı mənbələrlə təsdiqələnə bilir. -- Elmi məqalələr etibarlı mənbə sayılır. Şəxsin işlərinə 1000-ə yaxın istinad var.
    2. Şəxs ölkə və ya dünya səviyyəsində yüksək prestijli mükafat almış və ya uğur əldə etmişdir. -- Uğur əldə etmişdir. Bir riyaziyyatçının monoqrafiyasının Amerika Riyaziyyat Cəmiyyətində çap olunması xüsusi uğur sayılır. Həmin cəmiyyətin saytı etibarlı mənbə sayılır.
    3. Şəxs əhəmiyyətli bir ali təhsil müəssisəsində, ya da elmi tədqiqat mərkəzində yüksək vəzifəyə sahibdir və ya sahib olmuşdur. -- Riyaziyyat və onun tətbiqləri elmi tədqiqat mərkəzinin direktorudur. Xəzər universitetinin saytı etibarlı mənbə sayılır.
    Qazanxan (müzakirə) 15:03, 5 avqust 2024 (UTC)Cavabla
    @Sura Shukurlu, həm də yazırsınız şəxs AMEA-da çalışdığından science.gov.az müstəqil mənbə hesab edilmir. Amma şəxs AMEA-da çalışmır, o RMİ-Riyaziyyat və Mexanika İnstitutunda çalışır, RMİ isə 2022-ci ildən ETN-ə tabedir. Buna görə də istəsəniz science.gov.az saytında şəxs haqqında 2022-dən bu tərəfə yazılanları müstəqil mənbə hesab edə bilərsiniz. Qazanxan (müzakirə) 15:29, 5 avqust 2024 (UTC)Cavabla
    @Sura Shukurlu və @Gadir, məncə siz yalnız VP:EƏ-dən çıxış edirsiniz. Amma VP:EƏ-nin özündə yazılır ki, "bəzi XEƏ-lərin xüsusi funksiyaları var: məsələn, elm xadimləri üçün XEƏ meyarları ÜEƏ-dən fərqli prinsiplər ilə işləyir". Ona görə də alimlər üçün VP:EƏEX və oradakı kriteriyalara baxmaq lazımdır. Mən yuxarıda şəxsin elm xadimi kimi ensiklopedik olduğunu dedikdə həmin kriteriyaların bəzilərinə əsaslanmışam. Elm xadiminin həyat və fəaliyyəti haqqında tələb etdiyiniz müstəqil yazının olmasının vacibliyi bu kriteriyalarda göstərilməyib. Riyaziyyatçı nə artist deyil, nə də şair və ya yazıçı deyil. Onun həyat və fəaliyyəti haqqında mətbuatda yazı olmaya da bilər və bu o demək deyil ki, o elm xadimi üçün ensiklopediklik şərtlərini ödəmir. Orada 9 kriteriya var və mən yuxarıda hansı kriteriyaları ödədiyini yazmışam. Şəxs məhz 1, 2, 5-ci kriteriyaları ödəyir, 8-ci kriteriyanı da qismən ödəyir. Qazanxan (müzakirə) 18:26, 5 avqust 2024 (UTC)Cavabla
    @Qazanxan, Vikipediyada ensiklopediklik üçün əsas, başlıca tələblər VP:EƏ-də toplanıb. VP:EƏEX kimi xüsusi qaydalar bu qaydanın törəmələridir. VP:EƏEX-dəki kriteriyalar VP:EƏ-nin ödənilmə ehtimalının yüksək olduğu hallar təyin edilərək hazırlanıb. Amma Vikipediyanın ensiklopediklik üçün birmənalı tələbləri ikincidərəcəli mənbələrin diqqətində olması və əhəmiyyətli dərəcəd əhatə olunmasıdır. O cümlədən, qeyd etdiyiniz kriteriyalar, xeyr, ödənilmir. Şəxsin "tədqiqatlarının işlədiyi sahə üzrə əhəmiyyətli təsirə malik olduğu" haqda heç bir etibarlı ikincidərəcli mənbədə məlumat yoxdur. Bu kriteriyanın ödənildiyini şəxsin işlərinə edilən istinadlarla əsaslandıra bilmərik, bu, artıq orijinal tədqiqat olur. Həmçinin şəxsin uğuru da ikincidərəcəli mənbələr tərəfindən dəyərləndirildikdə önəmli olur, əks halda sizin bu uğuru əhəmiyyətli hesab edərək şəxsi ensiklopedik hesab etməyiniz sadəcə subyektiv fikirdir. O cümlədən vəzifəsi, xeyr, təkbaşına ensiklopedik edəcək əhəmiyyətdə deyil, universitet nəzdindəki mərkəzin direktorudur. Bu vəzifəni əhəmiyyətli hesab etməyiniz də sizin subyektiv fikrinizdir. Bu kriteriyalar o zaman ödənilir, yəni bu fikirlər o zaman təsdiqlənir ki, ikincidərəcəli müstəqil mənbələr də o fikirdə olsun. İkincidərəcəli etibarlı mənbələr hansı dərəcədə əhəmiyyət verirsə, Vikipediya ona inanır, icmanın subyektiv fikirləri və araşdırmasına deyil. AMEA mövzusuna isə gəldikdə, sözügedən mənbədə şəxs "AMEA alimi" kimi dəyərləndirilib haqqında yazı yazılıb. Sura Shukurlu (müzakirə) 18:47, 5 avqust 2024 (UTC)Cavabla
    @Sura Shukurlu, Vikipediya:Ensiklopedik əhəmiyyətlilik (elm xadimləri) bunu oxuyun:
    Kriteriyalar üçün açıqlamalar
    1. Şəxsin tədqiqatlarının işlədiyi sahə üzrə əhəmiyyətli təsirə malik olduğu neytral və etibarlı mənbələrlə təsdiqələnə bilir.
    1-ci kriteriyanın ödənilməsinin ən sadə yolu şəxsin istinad olunan çox sayıda akademik əsərin yazarı olduğunu göstərməkdir. Bu ya bir neçə çox yüksək sayda istinad sayına sahib əsər, ya da vacib miqdarda istinad almış əsər ola bilər. Şəxsin əsərləri haqqında əhəmiyyətli akademik nəşrlərdə nəşr olunan yazılar da istinad olaraq qiymətləndirilə bilər.
    Yazılıb ödədiyini necə yoxlamaq olar. Asanlıqla yoxlanılır ki, ödəyir. Məqalədəki mənbələrlə yoxlanılır. Şəxs çox sayda istinad olunan akademik əsərlərin yazarıdır. Bunu Web of Science, Scopus və Google Scholar sübut edir. Hansı ikincidərəcəli mənbə istəyirsiniz?
    Başqa nyuanslara toxunmayacam, amma AMEA-dan gətirilən son istinadlarda, səhv deyirsiniz, AMEA alimi kimi dəyərləndirilməyib, orada məhz ETN və ya sadəcə RMİ yazılıb. Məqalədəki 10 və 11-ci istinadlara baxın.
    https://science.gov.az/az/news/open/27506
    https://science.gov.az/az/news/open/29475
    Yuxarıdakı linklərdə yazılanlar və həmin linklərdə göstərilən məqalələrdə yazılanlara da ayrıca fikir verin.
    1-ci kriteriyaya uyğun gəlirmi???
    Yuxarıda science.gov.az müstəqil mənbədir, çünki şəxs orada işləmir. Məqalədə AMEA RMİ yazılıb, amma bu məqalə çoxdan hazırlanıb.
    O ki, qaldı mənim hansısa vəzifəni əhəmiyyətli hesab etməyimə, 5-ci kateqoriyada yazılıb:
    5. Şəxs əhəmiyyətli bir ali təhsil müəssisəsində, ya da elmi tədqiqat mərkəzində yüksək vəzifəyə sahibdir və ya sahib olmuşdur.
    Bunu yoxlamaq üçün məqalədə istinad da verilib, mənim o vəzifəni necə hesab etməyimə ehtiyac yoxdur. Yəni nə yazılıbsa o da ödənir. Onu da deyim ki, tədqiqat mərkəzləri dünyanın çox yerində məhz universitetlərin nəzdində olur.
    Qazanxan (müzakirə) 19:34, 5 avqust 2024 (UTC)Cavabla
    @Sura Shukurlu, mənə çox maraqlıdır, Amerika Riyaziyyat Cəmiyyətinin saytı, Oksford universitetinin saytı, xarici bir alimin Kembricdə çap olunmuş kitabı, Web of Science, Scopus, Google Scholar və s. göstərir ki, şəxsin tədqiqatları işlədiyi sahə üzrə əhəmiyyətli təsirə malikdir. 1-ci kateqoriyanın açıqlaması da bunu deyir. Amma siz deyirsiniz xeyr elə deyil, ikincili mənbə lazımdır. Siz nəyi nəzərdə tutursunuz, hansısa qəzetdə hansısa jurnalist yazısını, yoxsa mütləq bu barədə televiziyada deyilməlidir?
    Digər tərəfdən science.gov.az saytında son illər yazılanları nümunə gətirirəm, deyirəm şəxs orada işləmir, deməli müstəqil mənbədir. Onu da yenə doğru-düzgün mənbə hesab etmirsiniz.
    Belə olan təqdirdə mən müzakirəni davam etdirməyi mənasız sayıram. Hörmətlə, Qazanxan (müzakirə) 20:22, 5 avqust 2024 (UTC)Cavabla
    @Qazanxan Kembricdə çap olunmuş kitabı üçün etibarlı mənbə təqdim edə bilərsiniz lütfən? Hansı kitabı? Bir də WoS-da neçə məqaləsi çap olunub? Atakhanli (müzakirə) 20:29, 5 avqust 2024 (UTC)Cavabla
    @Atakhanli, Kembricdə çap olunan onun kitabı deyil, Allan Pinkus adlı xarici alimin kitabıdır. Orada şəxsin nəticələrinə çoxlu istinadlar olduğu deyilib. Mən yoxladım. Siz də baxa bilərsiniz. Kembric nəşriyyatının bu səhifəsinə keçid edin:https://assets.cambridge.org/97811071/24394/index/9781107124394_index.pdf
    Kitabın son səhifəsindəki İndex açılacaq. Görəcəksiniz ki, digər alimlərdən daha çox müzakirə edilən şəxsə istinad edilib.
    Kitabda edilən istinadlar haqqında müzakirə edilən məqalədə yazılıb. Elmi işlərinə istinadlar bölümünə və 9-cu istinada baxın.
    WoS bazasında şəxsin 36 məqaləsi var. Bu fakt məqalədəki 14-cü istinadla yoxlanıla bilər. Qazanxan (müzakirə) 20:56, 5 avqust 2024 (UTC)Cavabla
    ✔ Qalsın: 36 olduqca yaxşı rəqəmdir. Google Schoolar indeksi də yaxşıdır. ümumiyyətlə bu nəticələr bir çox heç əməkdar elm xadimlərimizdə yoxdur)) ümid edirəm ki, gələcəkdə əməkdar elm xadimi fəxri adı da alarsınız. əslində müzakirədə iştirak edənlərdə də günah yoxdur. ikinci dərəcəli mənbələr vikipediya üçün olduqca önəmli faktordur. hazırki məqalədə də o qədər gərəksiz hissələr var ki, əsas hissələr göz qırağında qalır. @Qazanxan siz yaxşı olar ki, mənə bütün elmmetrik portal, baza və akademik şəbəkələrdəki hesablarınızı göndərəsiniz. mən onları vikidataya əlavə edim, bu məqalənizdə sonda xarici keçidlər şablonunda görünsün (düzbucaqlının içində). məqalədə xeyli problemlər var. tərcümeyi-halınızı və digər məlumatları mənə göndərin mən məqaləni qaydaya salım. Atakhanli (müzakirə) 21:15, 5 avqust 2024 (UTC)Cavabla
    @Atakhanli, mənim müzakirə edilən şəxsə aidiyyətim yoxdur axı. Sadəcə tanıyıram, məqaləni diqqətlə oxudum və faktları yoxladım. Sonra isə müzakirədə iştirak etdim.
    Amma dediyiniz məlumatları yəqin ki, internetdən tapmaq olar. Əslində məqalədə şəxsin Google Scholar və Web of Science profilləri var. Başqa profilləri də, Scopus və s. internetdə olar yəqin. Qazanxan (müzakirə) 21:35, 5 avqust 2024 (UTC)Cavabla
    ) Sizi başa düşürəm və emosionallığınızı anlayıram. Mən də istəyirəm ki, məqalə qalsın. Məqaləni qaydalara uyğunlaşdırmaq lazımdır. Siz icmadan kimisə təhdid etməsəniz və nəzakətsizlik etməsəniz bloklanmarsınız. Və mən çalışıram ki, digər hesablardakı bloklar da geri götürülsün
    Atakhanli (müzakirə) 21:40, 5 avqust 2024 (UTC)Cavabla
    @Atakhanli, bloklanmağı anlamadım, mən icmanı təhdid etmirəm və nəzakətsizlik etmirəm. Sadəcə yuxarıda adekvat cavablar vermişəm. Məsələn, məqaləni silinməyə namizəd verən inzibatçı deyir ki, elə müstəqil mənbə yoxdur ki, şəxsin tədqiqatlarının işlədiyi sahə üzrə əhəmiyyətli təsirə malik olduğunu göstərsin. Mən isə deyirəm var. Məsələn, "Allan Pinkus, Ridge functions, Cambridge University Press" kitabı müstəqil, ikinci dərəcəli, etibarlı mənbədir. Həmin kitabın bir çox səhifələri şəxsin nəticələri haqqında yazır. Ridge funksiyalar da şəxsin məşğul olduğu sahədir. İndi həmin kitab şəxsin tədqiqatlarının işlədiyi sahə üzrə əhəmiyyətli təsirə malik olduğunu sübut etmirmi? Bundan yaxşı sübut nə ola bilər?
    Deyirəm science.gov.az saytında son illər yazılanlar müstəqil, ikinci dərəcəli, etibarlı mənbədir. Amma deyirlər, xeyr, çünki şəxs orada işləyir. Deyirəm, xeyr, orada işləmir və s.
    Sorğunuzu cavablandırmağa çalışım. İnternetdə axtarış etdim və bunları tapdım.
    Şəxsin Google Scholar profili:
    https://scholar.google.com/citations?user=ziQBM_cAAAAJ
    Şəxsin Scopus profili:
    https://www.scopus.com/authid/detail.uri?authorId=16039430700
    Şəxsin WoS profili:https://www.webofscience.com/wos/author/record/1544541
    Şəxsin mathnet.ru profili:
    https://m.mathnet.ru/php/person.phtml?personid=29480&option_lang=rus
    Şəxsin həyatı haqqında:
    https://www.imm.az/exp/2021/09/28/funksiyalar-n%C9%99z%C9%99riyy%C9%99si-sob%C9%99sinin-mudiri-riyaziyyat-elml%C9%99ri-doktoru-vuqar-ismayilovu-50-yasi-munasib%C9%99ti-il%C9%99-t%C9%99brik-edirik/
    Diqqətinizə görə sağ olun. Hörmətlə, Qazanxan (müzakirə) 05:30, 6 avqust 2024 (UTC)Cavabla
    @Sura Shukurlu, belə bir fakt da tapdım. Moskva Dövlət Universitetinin seminarında A.A.Kuleşov adlı alim çıxış edib. Çıxış müzakirəyə çıxardığınız şəxsin nəticəsinə həsr olunub. Çıxışın adı: "Ridge funksiyalar nəzəriyyəsində Buman-Pinkus probleminin həlli". Çıxışın annotasiyasında isə deyilir ki, riyaziyyatda belə bir problem olub və onu sözügedən şəxs həll edib. Sualım belədir:
    1) Bu ikinci dərəcəli, müstəqil, etibarlı mənbədirmi?
    2) Bu fakt ensiklopedikliyin 1-ci kateqoriyasına uyğun olaraq şəxsin tədqiqatlarının işlədiyi sahə üzrə əhəmiyyətli təsirə malik olduğunu göstərmirmi?
    Mənbə: https://www.mathnet.ru/php/seminars.phtml?presentid=26577&option_lang=eng
    Tanış olmaq üçün linkdəki abstrakt.pdf faylını açın. Qazanxan (müzakirə) 04:32, 7 avqust 2024 (UTC)Cavabla
    @Sura Shukurlu, @Gadir, ingilis vikipediyası yazır:https://en.wikipedia.org/wiki/Wikipedia:Notability_(people)
    Academics
    Main page: Wikipedia:Notability (academics)
    Many scientists, researchers, philosophers and other scholars (collectively referred to as "academics" for convenience) are notably influential in the world of ideas without their biographies being the subject of secondary sources.
    Bizim vikipediya isə yazır:
    Vikipediya:Ensiklopedik əhəmiyyətlilik (şəxslər)
    Alimlər
    Əsas səhifə: Vikipediya:Ensiklopedik əhəmiyyətlilik (elm xadimləri)
    Bir çox tədqiqatçılar, filosoflar və başqa elm xadimləri öz konsepsiya, ideya və ixtiraları ilə məşhurdurlar, onların həyatı isə ikinci dərəcəli mənbələrin mövzusudur.
    Açıq aydın görünür ki, tərcümə zamanı mənanı dəyişən səhvliyə yol verilib, məhz "without" sözü unudulub.
    Bunu əgər istəsəniz nəzərə ala bilərsiniz.
    Elm xadiminin ensiklopedik əhəmiyyət kəsb etməsi üçün onun bioqrafiyasının ikinci dərəcəli mənbələrin mövzusu olması vacib deyil. Qazanxan (müzakirə) 15:29, 8 avqust 2024 (UTC)Cavabla

"100 ilin astanasında" filmləri

[mənbəni redaktə et]

Hər ikisinin ensiklopedikliyi müzakirə mövzusudur. Məqalələrdə mövzunu ensiklopedik edən bir şey görmədim. (Vusal1981 istifadəçisi tərəfindən hər film, aktyor üçün yaradılan kütləvi məqalələrdəndir) Üzərlərində o qədər dəyişikliklər olunub, amma məzmun qaneedici deyil. Məqalədə qeyd edildiyinə görə, hər ikisi də "qısametrajlı sənədli film"dir. Azərbaycan filmlərinin siyahısıAzərbaycan qısametrajlı sənədli filmlərinin siyahısı məqalələrində adları qeyd olunub. Əlaqəli məqalələrdə məlumat verilərək X Silinsin:. Hörmətlə, Gadirmüzakirə 19:32, 19 iyun 2024 (UTC)Cavabla

Mən həmin şəxslərin məqalələrində məlumat verməklə silinməsininin tərəfdarıyam. belə məlumat itkisi olmur. Atakhanli (müzakirə) 22:15, 19 iyun 2024 (UTC)Cavabla

Rüstəm bəy Rüstəmbəyov

[mənbəni redaktə et]

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

3-cü dərəcəli "Müqəddəs Anna" ordeni ilə təltif olunduğu iddia olunur, amma etibarlı mənbə yoxdur. Dr.Wiki54 (müzakirə) 21:21, 10 iyul 2024 (UTC)Cavabla
Burada göstərilib ki, həmin ordeni alıb
https://millikimlik.az/wp-content/uploads/2020/10/689451777-1.pdf Qazanxan (müzakirə) 16:05, 1 avqust 2024 (UTC)Cavabla
@Qazanxan, elə məqalənin müəllifi də kitabın müəllifidir. Başqa mənbə də lazımdır. Dr.Wiki54 (müzakirə) 09:07, 5 avqust 2024 (UTC)Cavabla
İstinad cəhətdən zəif məqalədir. — Bu imzasız yazı Asel007 (mt) adlı istifadəçi tərəfindən əlavə edilib; 08:42, 17 iyul 2024 (UTC)Cavabla

Saleh Səmədov

[mənbəni redaktə et]

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Adam xeyriyecilikle mesguldur İmişli şəhərində böyük abadlaşma işləri gördürüb və gördürür. Cavid303 (müzakirə) 13:26, 23 iyun 2024 (UTC)Cavabla
@Nemoralis, doğrudur, tutduğu vəzifələrin dərəcəsi və göstərdiyi fəaliyyət, gördüyü işlər ensiklopedik olmaq üçün kifayət deyil. Asel007 (müzakirə) 07:04, 18 iyul 2024 (UTC)Cavabla

Avtostop (veriliş, 2010)

[mənbəni redaktə et]

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

✔ Qalsın: ölkənin ən məşhur və böyük kütləsi olan layihələrindəndir. bu silinəcəksə, nə qalsın? Atakhanli (müzakirə) 20:38, 18 iyul 2024 (UTC)Cavabla
Məqalənin vəziyyəti qənaətbəxş olmasa da, @Atakhanli ilə həmfikirəm Dr.Wiki54 (müzakirə) 08:06, 22 iyul 2024 (UTC)Cavabla
Ola bilər, amma məqalədəki mənbələrin böyük əksəriyyəti YouTube keçidləridir, digərləri də etibarlı/yetərli mənbə deyil yaxud mövzu ilə əlaqəli deyil, həmçinin şəxslərin müsahibələrindən ibarətdir. Xarici keçidlərdə YouTube kanalı kimi niyə görə "Tural Yusifov"un kanalı təqdim edilir? Hörmətlə, Gadirmüzakirə 21:09, 29 iyul 2024 (UTC)Cavabla

Hacıbaba Əskərov

[mənbəni redaktə et]

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

  • X Silinsin: q/e VP:İDMANÇI məqalələrinin təftişi davam edir. Növbəti qeyri-ens məqalə müəyyən etdim. Əvvəla qeyd edim məqalə VP:İDMANÇIVP:ŞEƏ şərtlərini ödəmir. Məqalədə copy üsulu ilə hazırlanıb - bu da mənbəsi. Şəxsin SSRİ zamanında referi olduğu qeyd olunub. Sözün düzü tutarlı və etibarlı istinad və mənbələrə rast gəlmədim. Amma bu bir tərəfə qalsın. Bu belə şəxsi ens etmir. Azərbaycanda minlərlə müxtəlif idman növləri üzrə referilər var. Onların hər biri haqda məqalə olmalıdır indi? Aralarında olimpiadaya qədər çıxmışları var əlbətdə və onların da məqalələri mövcuddur. Bu heç. Amma bu şəxsin fəaliyyətində əhəmiyyətli heçnə yoxdur. Bir-bir həyatına baxaq. Orduda olub, müharibə görüb və s. Yazılıb dəfələrlə AzSSR çempionu olub, amma etibarlı istinad bir tərəfə qalsın, heç ilidə məlum deyib. Sonra uni oxuyub, əsgər gedib və s. Referi adı alıb sə unidə dərs deyib. vəssalam. Bu qədər. Bu şəxsin niyə məqaləsi olsun + barəsində heç bir etibarlı və tutarlı istinad/mənbələrdə yoxdur. Grenzsoldat 21:18, 24 iyun 2024 (UTC)Cavabla
Dəfələrlə Azərbaycan çempionu və rekordçusu olması, Azərbaycan dilində ilk göstərilən dərsliyi yazması, öz məşğul olduğu idman növündə ilk beynəlxalq kateqoriyalı hakim olması onu ensiklopedik etmirmi? Məncə edir. Amma bir böyük problem var. Problem odur ki, bunları təsdiqləyən mötəbər mənbələr göstərilməyib. Əsas problem budur. Yoxsa, doğruluğu təsdiqlınsə, məncə şəxs ensiklopedikdir. Asel007 (müzakirə) 07:13, 18 iyul 2024 (UTC)Cavabla
✔ Qalsın:Müəyyən əlavələr etdim və şəxsin böyük bir həvəskar yaxud peşəkar müsabiqədə fəal iştirak etdiyi və ya əhəmiyyətli bir mükafat qazandığı və bunla bağlı ikinci dərəcəli mənbələrdə əhəmiyyətli bir məlumatların olması həmçinin şəxsi uğurlardan əlavə yüksək naliyyətləri olan tələbələr yetişdirməsi VP:İDMANÇI tam ödəyir. Redivy (müzakirə) 09:04, 29 iyul 2024 (UTC)Cavabla

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Salam, hörmətli @Solavirum. Məqalənin silinməsi üçün konkret bir səbəb varmı? Nə üçün qeyri ensiklopedik olduğunu düşünürsünüz? Sedef94 (müzakirə) 13:15, 27 iyun 2024 (UTC)Cavabla
@Sedef94, istənilən bir şey ensiklopedik olması üçün gərək VP:EƏ qaydasına uyğun olsun. @Turkmen, bizim qaydalarımız var. Bir şey sırf 100+ yaşı var deyə ensiklopedik hesab edilə bilməz. samral müzakirə 21:25, 29 iyun 2024 (UTC)Cavabla
@Samral ilə həmfikirəm. Dr.Wiki54 (müzakirə) 08:07, 22 iyul 2024 (UTC)Cavabla

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

@En Merker, @Qızılbaş, fikirləriniz önəmlidir. Trvikidə hər ikisi üçün də ayrıca məqalə var. Hörmətlə, Gadirmüzakirə 14:03, 28 iyun 2024 (UTC)Cavabla
Yousiphh ilə razıyam. 1732 və 1733-də müqavilələr var, amma ratifikasiya edilməyib. Buna görə də müharibə de facto və de yure 1730-dan 1736-a qədər davam edib.--Qızılbaş (müzakirə) 14:29, 28 iyun 2024 (UTC)Cavabla
@Qızılbaş, maraqlıdır ki, ikinci dəfə müqavilə 1736-cı ildə imzalansa da, bəzi vikilərdə "(1730–1735)" qeyd olunub. Hörmətlə, Gadirmüzakirə 14:37, 28 iyun 2024 (UTC)Cavabla

Mirhafiz Bahadır

[mənbəni redaktə et]

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Ensiklopedik deyil. Silinsin. Dr.Wiki54 (müzakirə) 08:08, 22 iyul 2024 (UTC)Cavabla

Əyalət (inzibati vahid)

[mənbəni redaktə et]

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

  • Azərbaycan dilinin izahlı lüğətinə (+digər lüğətlərə) də baxsaz əyalətvilayət sözləri sinonimdir. Demək olar ki, bütün vikilərdə də bu cürdür. Bir tək TrViki və Zazaca Viki ayırıb. Amma onlar da düz etməyiblər. Oralarda da müzakirə başladılsa başa düşərlər səhv etdiklərini. ABŞ-ın əyalətləri “ştat” və ya İranın vilayətləri “ostan” adlana bilər. Bu normaldır. Ruslar da “oblast”, ermənilər “mərz” deyir. Amma bu mahiyyəti dəyişmir. Hamısı əksər qərb dillərində “province” adlanır. Ona görə də bu məqalənin silinməsini təklif edirəm. Əyalət məqaləsindən də zatən vilayət məqaləsinə istiqamətlənmə vermişəm. samral müzakirə 20:12, 28 iyun 2024 (UTC)Cavabla
Ruvikidə “oblast” səhifəsi var. Zohrab javad (müzakirə) 05:49, 29 iyun 2024 (UTC)Cavabla
@Zohrab javad, ümumiyyətlə əksər vikilərdə “rayon”, “mərz”, “mxare”, “ostan/şəhristan”, “il/ilçə”, “kanton”, “ştat”, “quberniya/qəza” məqalələri var. Bizim vikidə də bəziləri var. Bunlar hamısı spesifik adlardır. Hər ölkənin özünə məxsus. Məsələn bizdəki “qəsəbə” vahidi hər ölkədə yoxdur. Və ya “iqtisadi rayon” və s. Amma “vilayət” və “əyalət” anlayışları ümumi anlayışlardır və sinonimdirlər. samral müzakirə 18:06, 29 iyun 2024 (UTC)Cavabla
İzahlı lüğətdə bu sözün 3 mənası verilsə də, faktiki 2 mənadan söhbət gedir. "Bir valinin idarəsi altında olan ölkə" ilə "Ölkənin bölündüyü inzibati rayon" demək olar ki, eyni şeyi nəzərdə tutur. Əyalət sözünü vilayət sözündən fərqləndirən 1 məna isə – "ucqar yer"dir. Amma, fikrimcə, "vilayət" sözü konkret olaraq orijinal dilin özündə "vilayət" (province) adlandırılan hallar üçün uyğundur. Ölkənin yerli dilindəki adı mətndə əhəmiyyət kəsb etməyən və konkretləşdirməyə ehtiyac olmayan hallar üçün isə əyalət ifadəsi məncə daha münasibdir. Bir də bəzi oturuşmuş ənənələr var. Məsələn, Google-da "Ontario əyaləti" söz birləşməsi 5 mindən artıq, "Ontario vilayəti" isə 200-dən bir az artıq nəticə verir. Yəni bəzi ölkələrə münasibətdə məhz əyalət ifadəsi işlənir və hesab edirəm ki, Vikipediya və vikipediyaçılar buna məhdudiyyət qoymalı deyillər. Həmçinin, Google-da axtarış edəndə daha çox rus və ya ingilis dilindən tərcümə edilmiş mətnlərdə, əsasən xəbərlərdə "vilayət" sözünün işləndiyini görmək olar. Belə ki, həmin dillərdə əyalət/vilayət fərqliliyi olmadığı üçün hər ikisi vilayət sözünün tərcüməsi olan "provintsiya, province" sözləri ilə ifadə edilir və özünü çətinə salıb nəsə araşdırmaq istəməyən jurnalist də asan varianta üstünlük verir. Üstəlik, əgər dilimizdə bu söz varsa, deməli işlənmə yeri də tapılacaq. Amma razıyam ki, bu iki sözün işlənmə yerinə dair dəqiq sərhədləri müəyyən etmək çətindir. Ona görə də bu məqalə silinsə də, "Əyalət" məqaləsi mütləq yaradılmalıdır. Wertuose (müzakirə) 08:11, 16 iyul 2024 (UTC)Cavabla

Lənkəran hadisələri

[mənbəni redaktə et]

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

  • Qara Yanvar məqaləsinə birləşdirilsə həm daha oxunaqlı olar həm də daha əlçatan. - Dr.Wiki54 (müzakirə) 08:41, 29 iyun 2024 (UTC)Cavabla
  • X Silinsin: qeyd edilən arqumnetlə razıyam. Qara Yanvar məqaləsində ayrıca başlıqda verilsin. Grenzsoldat 10:44, 29 iyun 2024 (UTC)Cavabla
  • ✔ Qalsın: Qara Yanvar Bakı şəhərində baş vermiş hadisələrlə bağlı olan məqalədir. Bakıdan 300 km aralıda baş vermiş bir hadisəni Bakı ilə əlaqələndirilməsini doğru hesab etmirəm. Fakt belə bir olay baş verib və 6 nəfər həlak olub. Məqalənin həcmi bir az problem təşkil edir.--Kholat Syakhl (müzakirə) 03:11, 4 iyul 2024 (UTC)Cavabla
  • Şərh Şərh: qəbul edirəm ki, məqalənin vəziyyəti qənaətbəxş deyil, birləşdirəndə də mənbə yoxdur deyə (məqalədə tək bir xarici keçid var) məzmunu köçürmək uyğun olmayacaq (hələ də statuslu bir məqaləyə). İşlənilib birləşdirmək yerinə elə məqalə qısa məzmunda işlənilib əlavə olunub saxlanıla bilər. Məqalə saxlanıldığı halda ada dəqiqləşdirmə əlavə olunmalıdır, baş verdiyi il. Təkliflə razı deyiləm, bu məntiqlə Gəncə üsyanı (1920) məqaləsi də Aprel işğalı məqaləsinə adı dəyişdirilərək ("Azərbaycanın işğalı" ola bilər) birləşdirilməlidir? Təbii ki, yox. Hadisələr də ardıcıl baş verib. Okey, deyə bilərsiniz ki, nisbətən daha geniş hadisə olub, amma daha kiçik nümunələr də göstərə bilərəm. Hər biri ayrı-ayrılıqda müstəqil mövzulardır. Onda II Qarabağ müharibəsindəki döyüşləri də götürüb birləşdirək? Qısacası, məqalənin məzmununa görə təklif etmək olar, amma təqdim edilən səbəbləri əsassız hesab edirəm. Hörmətlə, Gadirmüzakirə 21:19, 11 iyul 2024 (UTC)Cavabla
    @Kholat Syakhl, @Gadir, məqalə onsuz da 1-2 abzasdan ibarətdir. Nümunə isə uyğun deyil. Üsyan ayrı, işğal ayrı. Hə, onu da qeyd edim ki, Aprel işğalı da özü özlüyündə Şimaldan Bakıya doğru yönəldilən hərəkatın nəticəsində paytaxt Bakının işğalıdır. Ruvikidəki məqalədə adı Bakı əməliyyatıdır, amma "Завершение советизации Азербайджана" alt başlığında digər bölgələrin də işğalı var. Qarabağ müharibəsi məsələsində də müəyyən müzakirələr olmuşdu. Lakin burada vəziyyət belədir ki, hər nə qədər ardıcıl və əlaqəsiz görünsü də, mövzu birbaşa olaraq Qara Yanvar ilə bağlıdır. Elə məqalənin özündə qeyd olunur: "Daha 8 nəfər fövqəladə vəziyyət elan olunmayan ərazilərdə — yanvarın 25-də Neftçalada, 26-da isə Lənkəranda həlak olub." ; "Fövqəladə vəziyyət elan edilməmiş rayonlarda – Neftçala və Lənkəranda 25–26 nəfər öldürülmüşdü." Qısası, Qara Yanvar daxilində lakonik şəkildə həm Lənkəran, həm Neftçala ilə bağlı məlumat vermək olar. Həmçinin, Lənkəran hadisələri deyəndə ya TMMR, ya da 1918-1920-ci illərdəki hadisələr düşür. Buradakı məqalə isə bilavasitə Qara Yanvar ilə əlaqəlidir. Dr.Wiki54 (müzakirə) 21:31, 11 iyul 2024 (UTC)Cavabla
  • ✔ Qalsın: Ayrıca məqaləsi olacaq qədər ensiklopedik mövzudur və üzərində işləməyə başlayıram. --Patriot (müzakirə) 04:48, 13 iyul 2024 (UTC)Cavabla

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

əslində ensiklopedik əhəmiyyəti yoxdur heç birinin Atakhanli (müzakirə) 17:07, 1 iyul 2024 (UTC)Cavabla
Bakının işıqları ensiklopedik ola bilər, məncə. Onlayn olmasa da, dövri mənbələr vardır. Hörmətlə, Gadirmüzakirə 17:12, 1 iyul 2024 (UTC)Cavabla

Vəsimə İsmayılqızı

[mənbəni redaktə et]

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Bu səfifə bir dəfə müzakirə olunub, qalması üçün qəar verilb. Vismayilqizi (müzakirə) 13:50, 4 iyul 2024 (UTC)Cavabla
Bir dəfə SNS-ə çıxarılan səhifələr təkrar çıxarıla bilməz deyə bir qaydamız yoxdur, əksinə, çıxarmaq mümkündür. Məqaləyə müvafiq düzəlişlər edilmədiyi təqdirdə cari halı ilə silinəcək. Hörmətlə, Gadirmüzakirə 13:53, 4 iyul 2024 (UTC)Cavabla
Bu səfifə bir dəfə müzakirə olunub, qalması üçün qərar verilb. Vismayilqizi (müzakirə) 13:56, 4 iyul 2024 (UTC)Cavabla
Düzəlişlər edilib. Vismayilqizi (müzakirə) 13:57, 4 iyul 2024 (UTC)Cavabla
Zəhmət olmasa, stil kitabçasını gözləyin. Hörmətlə, Gadirmüzakirə 14:04, 4 iyul 2024 (UTC)Cavabla
Şərh Şərh: Məqaləyə əlavələr və düzəlişlər edilib, stil kitabçası və istinadlar qaydalara uyğunlaşdırılıb. Qalsın.Kamil Cəlal oğlu İbrahimov (müzakirə) 11:04, 14 iyul 2024 (UTC)Cavabla
İstinadları qaydasına salmaq lazımdır, ifrat dərəcədə istinadlar verilib, əsərlər üçün həmin bölmədə buna ehtiyac yoxdur, çünki "Yaradıcılığı" bölməsində verilib. Şəxsin öz əsərlərinə verilən istinad linklər də çıxarılmalıdır. Daha sonra ensiklopedikliyini müzakirə etmək olar. Hörmətlə, Gadirmüzakirə 11:12, 14 iyul 2024 (UTC)Cavabla
Aydın məzmuna görə təşəkkür edirəm. Nəzərə alındı və istinadlar azaldılaraq qaydaya salındı. Hörmətlə, Kamil Cəlal oğlu İbrahimov (müzakirə) 16:56, 14 iyul 2024 (UTC)Cavabla

Ağasif Şakiroğlu

[mənbəni redaktə et]

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

  • X Silinsin: VP:SİYASƏTÇİVP:ŞEƏ şərtlərini ödəmir. Hər partiya sədri barədə məqalə olmalı deyil. Heç bir siyasi nüfuzu da yoxdur. Adı sadəcə partiya sədri olaraq gedir. Azərbaycanda hazırda 26 siyasi partiya var. Onların 18-20-nin sədri VP:SİYASƏTÇİVP:ŞEƏ şərtlərini ödəyir. Digərləri isə heç bir siyasi nüfuzu və fəaliyyəti yoxdur. Sırf partiya sədridir deyə məqaləsi olmalı deyil. Məqalədə xeyli sayda istinadsız cümlələr və hissələr var həmdə. Grenzsoldat 15:06, 2 iyul 2024 (UTC)Cavabla
X Silinsin: VP:ŞEƏ qaydasına əsasən qeyri-ensiklopedikdir. samral müzakirə 12:35, 20 iyul 2024 (UTC)Cavabla
X Silinsin: VP:ŞEƏ Əsasən. Redivy (müzakirə) 09:22, 29 iyul 2024 (UTC)Cavabla

Sübhi Şıxlinski

[mənbəni redaktə et]

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

 Sürətli silinsin: — Bu cür məqalələr müzakirəsiz silinməlidir. Vusalsuvarov1996 (müzakirə) 19:38, 9 iyul 2024 (UTC)Cavabla

Qəhrəman ağa Şıxlinski

[mənbəni redaktə et]

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

İdris Verdiyev

[mənbəni redaktə et]

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Ömər Əliyev

[mənbəni redaktə et]

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

  • * X Silinsin: Böyük Vətən müharibəsində 600 mindən çox azərbaycanlı iştirak edib. 300 min nəfəri şəhid olub, Allah onlara rəhmət eləsin. Sözügedən şəxsin məqaləsi ötən ay Ruvikidə də yaradılıb və silinməyə namizəd göstərilib. Orada yazılan bu şərh vəziyyəti izah edir (rus. Рядовой ветеран ВОВ, проживший 104 года. Критериев ВП:ВОЕННЫЕ нет, а в плане долгожительства результат далёк от рекордных. В источниках - развлекательные сайты, самиздат (wordpress), первичные материалы и даже перепечатка азербайджанской Википедии, что заставляет сомневаться в выполнении критерия ВП:ПРОШЛОЕ в части авторитетности источников.) Kholat Syakhl (müzakirə) 03:35, 4 iyul 2024 (UTC)Cavabla
✔ Qalsın: — @Kholat Syakhl Hesab edirəm ki, adıçəkilən şəxs veteran kimi deyil, xeyriyyəçi və uzunömürlü kimi təqdim edilməlidir. Təkcə veteran kimi qeyd olunsaydı. Yazdığınız fikirlə razılaşardım. Qeyd etdiyiniz fikirlə razı deyiləm. Vusalsuvarov1996 (müzakirə) 17:56, 4 iyul 2024 (UTC)Cavabla
@Vusalsuvarov1996 uzunömürlü olmaq şəxsi ensiklopedik edir ? Bunu bilmirdim. Kholat Syakhl (müzakirə) 19:24, 4 iyul 2024 (UTC)Cavabla
@Kholat Syakhl Onda belə çıxırsa Azərbaycanda uzunömürlülər ensiklopedik deyil? Vusalsuvarov1996 (müzakirə) 19:32, 4 iyul 2024 (UTC)Cavabla
@Vusalsuvarov1996 Əlbəttə deyil. Sovetin vaxtı təbliğat məqsədi ilə istifadə olunmuş 1-2 şəxs vardı. Güya 150 il falan ömür sürmüşdülər, onlar haqqındq yerli və xüsusi ilə xarici mətbuatda xəbərlər dərc edilmişdi. Azərbaycan SSR-si həmin şəxs haqqında poçt markası buraxmışdı. Adı Şirin olmalı idi deyəsən. Həmin şəxsi əldə etdiyi şöhrətinə görə ensikllopedik saymaq olar hardasa. Yoxsa hər 100 il yaşayan şəxs haqqında məqalə yaratmaq fikiri absurddur. Məsələn mənim nənəmin 92 yaşı var. O zaman 8 ilə onun haqqında məqalə yarada bilərəm ? Qulağa absurd gəlmirmi bir balaca.. Kholat Syakhl (müzakirə) 20:35, 4 iyul 2024 (UTC)Cavabla
@Kholat Syakhl siz dediyiniz şəxs Şirəli MüslümovMahmud Eyvazovdur. Nənənizə gəldikdə isə 8 il sonra yaşını təsdiq edən hər hansı mənbə olsa niyə də yox? Patriot (müzakirə) 21:12, 4 iyul 2024 (UTC)Cavabla
@Patriot Kor, Əlbəttə mənim nənəm 50-ci illərdə Gəncə şəhərində ali təhsil alıb və oxuduğu universitetin ona verdiyi sənədlərində doğum tarixi qeyd olunub. Sadəcə mənim nənəm, adi, sıradan bir Azərbaycan qadınıdır. Kiminsə 90 il ömür yaşaması onu ensiklopedik etmir. Digər tərəfdən mən heç vaxt belə bir şey etmərəm axı. Əgər mənim qohum-əqrabam arasında ensiklopedik bir şəxs yoxdursa mən onun haqqında məqalə yaratmaram. Təəssüf ki, Azvikidə bu tipli tendensiyalar hər zaman olub. İnzibatçılar, aktiv istifadəçilər özləri, ailə fərdləri, valideynləri və yaxud yeyib-içdiyi şəxslər haqqında məqalə yaradıb, bunları ona hədiyyə edəndə mövcud hadisələrin gedişatını təxmin etmək o qədərdə çətin deyildi. SNS-də hər gün onlarla məqalə müzakirə edilir, silinir və ya saxlanılır. Mən hər zaman demişəm ki, heç kimə torpil tətbiq edilməməlidir. Əgər bir şəxs qeyri-ensiklopedik şəxsdirsə, məqaləsi silinməlidir, yox müəyyən yollarla saxlanılırsa bunu yalnız azvikisayağı xüsusiyyət adlandıra bilərəm. Kholat Syakhl (müzakirə) 23:03, 4 iyul 2024 (UTC)Cavabla
Şirəli Müslümov barədə film çəkilib, mediada kifayət qədər əhatə olunub. Mahmud Eyvazov da eyni qaydada. Sadəcə uzunömürlü olublar deyə məqalələri yaradılmayıb, uzunömürlü olduqları üçün daim barələrində araşdırma aparılıb, yazılıb. Buna görə ensiklopedik sayılırlar. Nemoralis (müzakirə) 23:06, 4 iyul 2024 (UTC)Cavabla
@Nemoralis mənim Şirəli Müslümova bir sözüm yoxdur. Həmin şəxsin o qədər yaşadığına heç kim inanmsa da, 60-cı illərin ABŞ mətbuatı belə bu şəxs haqqında yazılar yazıb. Mövcud məqalə haqqındakı düşüncələriniz necədir bəs ? Kholat Syakhl (müzakirə) 23:16, 4 iyul 2024 (UTC)Cavabla
Niyə olmalıdır ki? Uzunömürlü olanda şəxs nə qədər əhəmiyyətli biri olur ki barəsində məqalə yazılsın? Həm uzunömürlü sayılmaq üçün konkret bir yaş yoxdur. Biri 90 deyir, biri 100 deyir, başqa biri 105. Nemoralis (müzakirə) 20:40, 4 iyul 2024 (UTC)Cavabla
@Nemoralis dünya üzrə bu, 100 yaş və daha çox olduğunda hesab olunur. Patriot (müzakirə) 21:03, 4 iyul 2024 (UTC)Cavabla
Şərh Şərh: Vikipediyanın digər dil bölmələrində yaşını təsdiq edən bir neçə mənbə varsa uzunömürlülər yəni 100 yaş və daha artıq yaşı olan şəxslər ensiklopedik hesab olunur. Nümunə kimi, bubu kateqoriyalardakı məqalələri təqdim edə bilərəm. Demək olar 70% məqaləsi olan şəxslərin heç bir xüsusi fəaliyyətləri yoxdur. Onları ensiklopedik edən sadəcə 1 əsrdən çox yaşamalarıdır. --Patriot (müzakirə) 19:38, 4 iyul 2024 (UTC)Cavabla
@Patriot Kor həmin kateqoriyada olan 10-15 adama baxdım. Hər birinin siyasi, mədəni və digər təyinatlı fəaliyyətləri olub. Arasında bəlkə də sırf uzunömürlü olduğu üçün məqaləsi yaradılanda var, ancaq şəxsin 100 il yaşaması onu ensiklopedik etmir. Bu barədə Azviki də hər hansısa bir qayda da mövcud deyil. Kholat Syakhl (müzakirə) 20:08, 4 iyul 2024 (UTC)Cavabla
İstər-istəməz uzunömür sürəndə mənbələr bu barədə əhatə edir, amma sadəcə bu məqalə yaratmağa imkan verirmi, onu dəqiq bilmirəm. Müzakirə oluna bilər. Hörmətlə, Gadirmüzakirə 20:41, 4 iyul 2024 (UTC)Cavabla
@Kholat Syakhl, mən elə bu siyahıya baxanda ilk səhifədə kifayət qədər məqalə görürəm ki, sadəcə uzunömürlülük kriteriyası əsas gətirilərək məqaləsi yaradılıb. Kişilərdən, Raymond Abescat, Eric Abraham , Egil Abrahamsen, William Evan Allan, Mateu, Alfred Anderson, Smedley Andrews, Henry Botterell, Russell Bannock görmək mümkündür. Siyahıya qadınları əlavə etsək mənasız bir ad siyahısı düzələcək. Heç bir dil bölməsində uzunömürlülüyün ensiklopedikliyini təsdiq edən bir qayda yoxdur. Lakin yaşını təsdiq edən mənbə olduğu halda ensiklopedik hesab etmək olar deyə düşünürəm. Patriot (müzakirə) 20:53, 4 iyul 2024 (UTC)Cavabla
@Patriot Kor uzağa getmədən sizin tərəfinizdən təqdim edilən nümunələr üzərindən müzakirəyə davam etmək istərdim.
  1. Raymond Abescat - I Dünya Müharibəsininin sağ qalan sonuncu veteranı kimi şöhrət qazanıb. Yəni ki, I Dünya Müharibəsində iştirak edən hamı rəhmətə gedib, bircə bu kişi sağ qalıb. Sağ qalan sonuncu şəxs saplantısı ABŞ və Qərbi Avropa cəmiyyətlərində çox güclüdür. Titanik gəmisinə minmiş və qayıqlarla xilas edilmiş şəxslərdən ölən günə qədər müsahibələr almışdılar.
  2. Eric Abraham - Bu şəxsin taleyidə yuxarıdakı şəxslə oxşarlıq təşkil edir. I Dünya Müharibəsində iştirak etmiş və sağ qalan sonuncu avstraliyalı kimi şöhrət qazanıb. Eyni zamanda qartopu yürüşü adlı könüllü cəlb etmə hərəkatının fəallarından olub.
  3. Egil Abrahamsen - Bu şəxs gəmi mühəndisidir və Norveç Texnoloji Elmlər Akademiyasının üzvü olub. O, 1988-ci ildə “Müqəddəs Olav” ordeninin komandiri adına layiq görülüb.
Yuxarıda tərəfimdən təqdim edilən faktlar sübut edir ki, həmin şəxslər haqqında olan məqalələrin yaradılması zamanı uzunömürlülük kriteriyası əsas götürülməyib. Yəni ola bilərdi ki, Erik 100 yox, 85 il yaşayacaqdı, ancaq yenədə haqqında məqalə olası idi. Bir sözlə sizin iddia etdiyiniz sadəcə uzunömürlülük kriteriyası əsas gətirilərək məqaləsi yaradılıb fikiri əsassızdır. Belə olmadığını artıq sübut etdim. Lap tutaq ki, 6 milyon məqalənin içindən 5 dənə siz deyən kimi elə məqalə var. Hansısa vikipediyada hansısa məqalənin olması Azvikiyə bir dəxlisi varmı ? Diqqətinizə VP:SMİEÇA qaydalarını çatdırmaq istərdim. Kholat Syakhl (müzakirə) 23:13, 4 iyul 2024 (UTC)Cavabla
@Patriot Kor, səhv etmirəmsə, Azərbaycanda uzunömürlü sayılma yaşı 90-dır. Hörmətlə, Gadirmüzakirə 20:39, 4 iyul 2024 (UTC)Cavabla
Elə hesab olunur mən bildiyim qədər. Amma 90 yaşlını sırf uzunömürlü kimi ensiklopedik hesab etmək nə dərəcə doğru olar bilmirəm. 100 il isə bütün dünyada uzunömürlülük hesab olunur. Patriot (müzakirə) 20:55, 4 iyul 2024 (UTC)Cavabla
@Patriot Kor paralel olaraq Ruvikidə də məqalə SNS namizədi kimi təqdim edilib. Ruvikidə bu məqalənin saxlanılması sadəcə olaraq mümkün deyil. II Dünya Müharibəsində təkcə 12 milyon etnik rus həlak olub və bu şəxslərdən vur-tut 20-25 mini haqqında məqalə var ya yox. Məqaləsi olan şəxslərdə ən yüksək orden alan, Sovet İttifaqı Qəhrəmanları və yaxud nəsə xüsusi hallarda şöhrət əldə etmiş şəxslərdir. Şəxsən mənim digər nənəmin dörd əmisi müharibəyə gedib və geri qayıtmayıb. Hər biri haqqında elə məqalə yaradaram ki, gəl görəsən. Buna ehtiyac varmı ? Adam gedib, 2-3 ay sonra həlak olub, vəssalam. Belə faciəvi həyat yaşamış 350 min etnik azərbaycanlıdan söhbət gedir. İndi siz deyə bilərsiz ki, fakt varsa yarat və sairə və ilaxır. Söhbət ondan gedir ki, həmin şəxslər ensiklopediklik qaydaları ödəmirlər axı. Kholat Syakhl (müzakirə) 23:22, 4 iyul 2024 (UTC)Cavabla
@Kholat Syakhl, bu müzakirə ilə birbaşa əlaqəsi olmayan bir fikir bildirəcəm. Özünüz digər bir müzakirədə Qarabağ şəhidlərinin silinməsinə qarşı çıxmısız, hamısının saxlanılmasını dəstəkləmisiz. Amma burada eyni tipli olan məqalənin qeyri-ensiklopedik olduğunu deyirsiz. İkisi də də müharibədə iştirak edib, ikisi də medallar qazanıb. Aradakı fərq nədir ki, başqa yerdə bir cür, burada fərqli cür yanaşırsız? Kosmik Ozan utora! 05:31, 5 iyul 2024 (UTC)Cavabla
@Kholat Syakhl mən bir daha qeyd edirəm. Müharibədəki iştirakı şəxsi ensiklopedik etmir. Siz daha çox bu istiqamətə köklənmisiniz. Mən uzunömürlü olduğuna və yaşını təsdiq edən mənbələr olduğuna görə şəxsi ensiklopedik hesab etmək olar deyə düşünürəm. Yenə də qərar icmanın olacaq. Patriot (müzakirə) 06:34, 5 iyul 2024 (UTC)Cavabla
@Kholat Syakhl Ömər Əliyevin Həm orden həm də medalları var. Həmdə xeyriyyəçi olub buda ensiklopedik deyil? Vusalsuvarov1996 (müzakirə) 07:08, 5 iyul 2024 (UTC)Cavabla
@Vusalsuvarov1996 sizin bu müzakirəyə dəvət edildiyinizi düşünürəm. Əlimdə sübutum yoxdur, ancaq buna adım kimi əminəm. Sizdən də az öncə təşəkkür mesajı aldım. Ya siz kiməsə elektron formada təşəkkür etməyi səhv başa düşmüsüz yada ki, sataşmaq məqsədi ilə bunu edirsiz. Bu başlıq altında şərh yazan 5-6 həmkardan yalnız siz və @Patriot Kor mənə durmadan təşəkkür göndərir. Nəsı yazıram, təşəkkür edirsiz. Səbəbi nədir ? O ki, qaldı ünvanladığınız suala sizə belə cavab verim. "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı 15 milyon adama verilib və rahat 20-30 min azərbaycanlı bu medalı alıb. İndi necə edək ? Hər biri haqqında məqalə yaradaq ? 15 milyon rəqəmini bir anlıq gözünüzün önündə canlandırın lütfən. Digər medallarda da oxşar tendensiya müşahidə olunub. Kholat Syakhl (müzakirə) 07:36, 5 iyul 2024 (UTC)Cavabla
@Patriot Kor uzunömürlü məsələsindəki mövqeyimi ifadə etdim. Tərəfinizdən nümumə kimi qeyd edilən şəxslər təkcə uzunömürlü olduqlarına görə məqalələri yaradımayıb. Bu arada durmadan mənə təşəkkür göndərirsiz. 5-6 dəfə təşəkkür etmisiz. Bunu da növəbəti intellektual gediş kimi başa düşək ya necə ? Gərək yoxdur belə şeylərə. Kholat Syakhl (müzakirə) 07:30, 5 iyul 2024 (UTC)Cavabla
@Kholat Syakhl mən bu müzakirədə şərh yazan bütün istifadəçilərə təşəkkür göndərmişəm. Təsdiqləyə bilərlər. Hər kəsin mövqeyinə hörmətlə yanaşdığım üçün bunu edirəm. Şəxsin məqaləsinə gəldikdə isə mənim mövqeyim açıq-aydındır. Uzunömürlülüyünə görə ensiklopedik ola biləcəyini düşünürəm. Qərar icmanın olacaq. Patriot (müzakirə) 08:24, 5 iyul 2024 (UTC)Cavabla
@White Demon müqayisəniz doğru deyil. Deyirsiz ki, eyni tipli məqalələrdir. Əminsiz bundan ? Şəhid və müharibədə iştirak etmiş şəxs arasında bir fərq yoxdur sizcə ? Şəxsən mən Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin məqalələrinin silinməsini qəbul edə bilmirəm. Mənəvi cəhətdən bunu həzm edə bilmirəm. Bəlkə də, mənim bu düşüncəm qərəzli və yaxud qüsurludur, ancaq təəssüf ki, mən məhz belə düşünürəm. 2 ailəni şəxsən tanıyıram ki, hər həftə evlərinin qonaq otağında laptopu qarşılarına qoyub şəhid olan övladlarının məqaləsini oxuyurlar. Bir ailə bunu məhz hər həftə edir. Bir gün onlar görəndə həmin məqalə yerli-dibli yoxa çıxıb və hər hansısa siyahıya birləşdirib, bu mənə mənəvi olaraq əzab verir. Bu mübarizə də məğlub olacağımı gözəl başa düşürəm. @Grenzsoldat 5 ay tez, 1 il geç öz məqsədinə çatacaq. Mövzumuz bu deyil. 3 min məqalə o qədərdə dəhşətli problem yaradacaq bir məqalə deyil. Birdə var kı, 300 min müharibədə həlak olmuş azərbaycanlı haqqında məqalə mövcud olsun. Mən o zaman bunu normal qəbul etmərəm. Zatən heç bir vikipediyadada belə bir şey yoxdur. Ona görə də, anlamları qarışdırmayaq lütfən. Müharibədə şəhid olan, sadəcə iştirak edən və ya yaralanaraq qazi olan şəxslərin kateqoriyaları fərqlidir. Qazi olan adama şəhid statusu verilmir, çünkü şəhid olmayıb. Bu ehkamları mən təyin etməmişəm. Cəmiyyətlər zamanla bu xüsusiyyətləri formalaşdırıb. Ona görə də, sizin yazmış olduğunuz amma burada eyni tipli olan məqalənin qeyri-ensiklopedik olduğunu deyirsiz. cümləsi kökündən səhvdir. Şəhid və müharibə iştirakçısı eyni tiplidir ? Kholat Syakhl (müzakirə) 07:47, 5 iyul 2024 (UTC)Cavabla
"Şəxsən mən Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin məqalələrinin silinməsini qəbul edə bilmirəm" cümləsi bir daha onu göstərir ki, məsələyə vikipediyanın prinsipləri baxımından yox, milli-mənəvi dəyərlər baxımından yanaşırsız. Demək olar ki, burada hər bir kəsin şəhidi olan tanışı, yaxını var. Sırf kimsəni məmnun etmək adına qeyri-ensiklopedik məqalələri saxlamağa icazə varsa, onda mən də rəhmətlik babam haqqımda məqalə yazıb yerləşdirməyə icazə istəyirəm, qoy anam da hər gün oxuyub təskinlik tapsın.
Ümumiyyətlə, ensiklopedikliyin müharibədə ölüb ölməməklə müəyyən olması deyə bir anlayış yoxdur. Sağ hərbçi də ensiklopedik ola bilər, ölən də. İndi belə çıxır ki, Ömər Əliyev müharibə zamanı almanlara ölsəydi onu ensiklopedik sayacaqdız? Böyük Vətən müharibəsində bəlkə 300.000 azərbaycanlı həlak olub, onların hamısı haqqında məqalə yaratmalıyıq? Kosmik Ozan utora! 08:05, 5 iyul 2024 (UTC)Cavabla
Növbəti illərdə nələrin baş verə biləcəyini bilə bilmərik, bəlkə növbəti 25 ildə regionda elə iğtişaşlar olacaq ki, 50 min, 100 min, 200 min şəhidimiz olacaq? Həmin rəqəmlərə çatanda deyəcəksiz ki, onda hamısı qeyri-ensiklopedikdir? Kosmik Ozan utora! 08:11, 5 iyul 2024 (UTC)Cavabla
@White Demon bu şərhiniz bir az absurddur. 200 min insanın şəhid olacağı təqdirdə nəyin necə ediləcəyini kim deyə bilər ? Sizcə mən şərh yazmamışdan əvvəl bütün bu ehtimalları düşünüb şərh yazmalıyam. Siz tərəfsiz inzibatçı olmusuz hər zaman. Mövzu haqqında münasibət bildirməkdənsə, mənimlə istintaq aparırsız və bunun səbəbini anlamlıram. Kholat Syakhl (müzakirə) 08:14, 5 iyul 2024 (UTC)Cavabla
İstintaq aparmıram, ritorik suallardı, başqa istifadəçi də olsaydı, eyni şərhləri yazacaqdım. Mən həmişə sizi ensiklopediklik məsələsinə əhəmiyyət verən istifadəçi kimi tanımışam, amma məsələ şəhidlər olanda fərqli yanaşma göstərirsiz. Bir tərəfdən deyirsiz ki, 300 min azərbaycanlı haqqında məqalə yaratmaq düzgün deyil (hansı ki, mən də təbii ki bunla razıyam), amma bir tərəfdən deyirsiz ki, 3000 şəhid məqaləsinin silinməsinə qarşıyam. Sayın hansı əhəmiyyəti var axı? Vətən müharibəsində də 300.000 yox, 3000 nəfər ölsəydi, ensiklopedik olacaqdılar? Ya da Qarabağ müharibəsində 300.000 nəfər şəhid olsaydı, qeyri-ensiklopedik olacaqdılar? Düşünürəm ki, haqlısız, mövzudan çox qırağa çıxdım, məqalə qalıb qıraqda, başqa müzakirə gedir, odur ki, burada fasilə vermək yaxşıdır. Kosmik Ozan utora! 08:24, 5 iyul 2024 (UTC)Cavabla
@White Demon siz müzakirənin istiqamətini başqa yerlərə çəkirsiz. Mən II Qarabağ müharibəsində şəhid olan şəxslər haqqında öz düşüncəmi dedim. Əgər babanız II Qarabağ müharibəsində şəhid olubsa, məqaləsini yarada bilərsiz. 1941-1945-ci illərdə həlak olan 350 min azərbaycanlı haqqında məqalələrin yaradılmasına tərəfdar deyiləm və bunu texniki baxımdan mümkün saymıram. Məgər mən dedim ki, 350 min azərbaycanlı haqqında məqalə yaradaq ? Yanaşmanızı anlamadım. Sizcə bu müzakirədə müzakirəsi gedən şəxs ensiklopedikdir ? Qəribə və epik bir abu-hava var bu başlıq altında. Məqalə qalıb kənarda, hamı məni müzakirəyə çəkir. Kholat Syakhl (müzakirə) 08:11, 5 iyul 2024 (UTC)Cavabla
Həmkarlar, olarmı ki, mənbə analizi aparasız? — Bikar müzakirə 08:18, 5 iyul 2024 (UTC)Cavabla
@Kholat Syakhl Düzdü təşəkkür etmişəm. O, biri istifadəçilərə təşəkkür edirdim. Səhfən sizə edildi. Onda belə çıxırsa 10-15 ildən sonra deyərsiz 1-ci və 2-ci Qarabağ müharibəsi şəhidləri ensiklopedik deyil deyirsiz? Vusalsuvarov1996 (müzakirə) 09:36, 5 iyul 2024 (UTC)Cavabla
Mən bu qədər absurd müzakirə 15 illik vikipediya fəaliyyətim dövründə görməmişdim. Mövzudan başqa hər tip sual ünvanlanır. @Vusalsuvarov1996 bu ünvanladığınız sualın bu başlığa nə dəxlisi var ? 15 il sonra nəyin-necə olacağını mən sizə necə vəd verim ? I və II Qarabağ müharibəsi şəhidlərinin 1941-1945-ci il müharibəsində iştirak etmiş veteranla nə əlaəqsi var ? Məsələ aydındır. Məsələ bu tip suallar verib, müzakirəni sapdırmaqdır. Hər şey müzakirə olunsun, bircə məqalədən başqa. Əsas odur ki, bütün icma bal kimi gözəl bilir ki, şəxs ensiklopedik deyil, sadəcə səs etmirlər. Başqa vaxtı quşu İsrail Hava Hücumundan Müdafiə Qüvvələri kimi havada cırıq-cırıq edən həmkarlar, indi istifadəçinin babası haqqında olan qeyri-ensiklopedik məqaləyə görə ağızlarına su alıb oturublar bir kənarda.. Ey dünya, ey... Kholat Syakhl (müzakirə) 20:05, 5 iyul 2024 (UTC)Cavabla
  • X Silinsin: açıq aydın q/e məqalədir bu. Yuxarıda aparılan söhbətləri başa düşə bilmirəm? @Kholat Syakhlın qeyd etdiyi bu sözlər məncə təsir etməlidir çoxuna - istifadəçinin babası haqqında olan q/e məqaləyə görə ağızlarına su alıb oturublar. Mən bu məqaləni indi gördüm açığı. Ona görə indi rəy bildirirəm. Nə 1941-45-ci illərdə müharibədə olmaq, nə xeyriyyəçi olmaq, nə də 104 il yaşamaq şəxsi ens etmir. Bu sadalanan üç amil mənim babamda da var. Məqaləsini yaradaq indi? Grenzsoldat 19:14, 7 iyul 2024 (UTC)Cavabla
    Bu kimin babasıdır ki? Hörmətlə, Gadirmüzakirə 19:16, 7 iyul 2024 (UTC)Cavabla
    səhv etmirəmsə Patriot Kor adlı istifadəçinin. Grenzsoldat 19:18, 7 iyul 2024 (UTC)Cavabla
    Mən Kholat Syakhl qeyd etdikləri ilə razı deyiləm, burada tək bu yox, onlarla belə fikir bildirilməyən, diqqətdənkənar qalan məqalələr var. Təbii ki, könüllü layihə olduğu üçün heç kimi də gəl fikir bildir deyə nə məcbur edə, nə də təzyiq edə bilərik. Lütfən diqqətli olaq, bu cür üslub və ritorika xoş qarşılanmaya bilər. Hörmətlə, Gadirmüzakirə 19:21, 7 iyul 2024 (UTC)Cavabla
    Müzakirənin daxilində qohumluq əlaqələri barədə mövzuların yer alması xoşa gələn olmadı.@Kholat Syakhl normal bir müzakirə açmışdınız və icma öz fikirlərini bildirməkdə davam edirdi. Burada istifadəçinin babası məsələsini dilə gətirməyinizin əsl səbəbini anlayıram. Məqalə uzun illərdir Vikipediyada mövcuddur. Yaradıldığı gündən bu günə qədər də siz şəxsin mənim babam olduğunu bilirsiniz. Qeyri ensiklopedik olduğu sizə indi məlum olub? Bunun da əsl səbəbini anlayışla qarşılayıram. İstifadəçi @Vusalsuvarov1996un şəxsi məlumatlarına göz gəzdirdim və hesab edirəm ki, məqalədəki şəxsi tanıya bilər. Çünki doğulduğu rayonlar eynidir. Əmin olun ki, istifadəçi ilə mən bir birimizi tanımırıq. Son cümlənizi, məqalənin sürətli silinməsi naminə İstifadəçilərin diqqətini müzakirəyə yönəltmək üçün atılmış addım hesab edərək əlavə fikir bildirmək istəmirəm. Məqalənin müdafiəsinə qalxmayacağam. Qalsın demirəm. Sadəcə şərhlərdə fikir bildirirəm. Çünki müzakirənin qohumluq münasibətləri üzərində davam etməsinin əleyhinəyəm. Yuxarıda qeyd etdiyim kimi şəxsin müharibə iştirakçısı olmasını deyil, uzunömürlü olmasını ensiklopedik hesab etmək olar deyə düşünürəm. Yaşını təsdiq edən mənbə varsa yuxarıda saydığım digər məqalələrdən çox da fərqlənmədiyini düşünürəm. Qərar icmanın olacaq. Bu qərarı gözləmək daha doğru olardı, nəinki şəxsin mənim babam olmasını məqsədli şəkildə elan etmək. Patriot (müzakirə) 23:27, 9 iyul 2024 (UTC)Cavabla
    Siz bundan narahatsınızsa, ki, ola bilməyiniz anlaşılandır, çünki bu, şəxsi məlumatların açıqlanması sayılır, istəmirsinizsə, gizlədə bilərik. Hörmətlə, Gadirmüzakirə 23:36, 9 iyul 2024 (UTC)Cavabla
    @Gadir şəxsi məlumatların açıqlanması ? Buna nəzər salın lütfən. [1] Kholat Syakhl (müzakirə) 06:18, 10 iyul 2024 (UTC)Cavabla
    @Gadir @Kholat Syakhl şəxsi məlumatların açıqlanmasından narhahat deyiləm. Məqalən haqqındakı müzakirənin belə davam etməsini xoş qarşılamıram. Məqalə ensiklopedikdirsə qalacaq. Deyilsə silinəcək. Mənim babam olması heç nəyi dəyişmir. Dəyişmirsə müzakirəyə bunu əlavə etmək nəyə lazımdır? Patriot (müzakirə) 06:37, 10 iyul 2024 (UTC)Cavabla
    @Patriot Kor əsil səbəb nədir ? Məqalənin rusca vikipediyasında yaradılmış versiyası artıq silinib. Onu mən əlavə etmişdim ya mən silmişdim ? Mənim buradakı niyyətim nədən ibarətdir. Zəhmət olmasa deyin, hamı bilsin. @Vusalsuvarov1996 tanımadığınız faktına isə səmimi formada "inandım" Kholat Syakhl (müzakirə) 01:04, 10 iyul 2024 (UTC)Cavabla
    Bu məqalə 5 iyun 2012-ci ildə Elchinali adlı istifadəçi tərəfindən yaradılıb. Düzdü rayonda tanınan şəxs olub. Xeyriyyəçi, uzunömürlü və Böyük vətən müharibəsi iştirakçısı olub. Vusalsuvarov1996 (müzakirə) 06:20, 10 iyul 2024 (UTC)Cavabla
    @Kholat Syakhl mən yuxarıda sizə ünvanladığım sualla əsl səbəbi sizə çatdırdığımı düşünürəm. Siz bu məqalənin burada olduğunu və şəxsin mənim babam olduğunu 10 ildən çoxdur ki, bilirsiniz. Nə üçünsə q/e olduğunu indi düşünürsünüz. Patriot (müzakirə) 06:40, 10 iyul 2024 (UTC)Cavabla
    @Kholat Syakhl səmimiyyətinizə hörmətlə yanaşıram. Patriot (müzakirə) 06:47, 10 iyul 2024 (UTC)Cavabla
  • @Kholat Syakhl mən diqqətlə oxudum şərhlərinizi və fikirlərinizi. Üslubunuz xoş deyil, şəxsin kimin babası olmasının isə heç bir önəmi yoxdur. Müzakirələri məqalə və sözü gedən şəxs üzərində aparmaq lazımdır düşünürəm. Məqaləyə gəldikdə isə Şəxs uzunömürlülər diyarından olduğu üçün yaşını nəzərə alaraq ensiklopedik hesab etmək olar. Yaşadığı dövr üçün böyük xeyriyyəçilik edib, məhz bu aspektdən nəzərə almaq olar. Məqalə vikipdiya qaydalarına tam uyğun işlənilib, yetəri qədər istinadlar var. --A.Aida88 (müzakirə) 06:56, 10 iyul 2024 (UTC)Cavabla
    @A.Aida88 böyük xeyriyyəçiliklər etməsi sizə hardan məlumdur ? @Patriot Kor yazmısız ki, Burada istifadəçinin babası məsələsini dilə gətirməyinizin əsl səbəbini anlayıram sonrada yazırsız ki, mən yuxarıda sizə ünvanladığım sualla əsl səbəbi sizə çatdırdığımı düşünürəm. İndi bu tapmacalardan nə başa düşək ? Əsl səbəb nədir ? Mənə çatdırdığınız nədir ? Səhv düşünürsüz. Mənə heç nə aydın olmadı. Əgər hesab edirsinizsə mənim bu məqaləni indiki vəziyyətədə SNS-ə təqdim etməyimin xüsusi bir səbəbi var, lütfən çəkinməyin, açıqlayın və bütün icma bunu bilsin. Okkultizm üslubunda yazılmış cümlələr təəssüf ki, bizə bir fayda verməyəcək. Rusca vikipediyadakı versiya artıq mövcud deyil. Maraqlıdır ki, orada bu tipli müzakirələr apardınızmı ? Ortada konkret ensiklopedikliyi sübut edəcəklər faktlar olmadığından, müzakirəni süni formada şişirdilməsi üçün hər mövzudan danışılır. Sanki ortada hansısa sifariş və ya bənzəri xüsusiyyətlər icra edilməkdədir. O zaman SNS-ə hər məqalə təqdim edən şəxsə deyək ki, bu məqalə 5-6 il əvvəl yaradılıb, niyə məhz indi bunu SNS-ə təqdim edin ? Zamanlamaya görə, könüllü lahiyədə insanları günahlandırmaq qətiyyən doğru bir şey deyil. 100 il yaşamaq şəxsi ensiklopedik etmir. Müharibədə iştirak etmək şəxsi ensiklopedik etmir. Şəxsə təqdim edilən medal və mükafatlar on milyonlarla insanlara təqdim edilib. Hər şərhimdən sonra mənə təşəkkür etməyə davam edirsiz və hesab edirsiz ki, belə etməklə nəsə xüsusi bir intellektual gediş etmiş olursuz. Qətiyyən bunlara ehtiyac yoxdur. Talışca vikipediyada özünüz haqqında məqalə yaratmağınız belə göstərir ki, siz özünüz və sizə yaxın olan şəxslər haqqında Vikipediyalarda məqalələr formalaşdırmağa və onları qorumaqda maraqlısız. Bunu kim etsə ona qarşı olaram. Kholat Syakhl (müzakirə) 07:01, 10 iyul 2024 (UTC)Cavabla
    @Kholat Syakhl icmaya hər şey açıq-aydın bəllidir. Müzakirəni bu istiqamətdə davam etdirməyin mənasız olduğunu düşünürəm. İcmanın qərarını gözləməyi daha faydalı hesab edirəm. Patriot (müzakirə) 07:04, 10 iyul 2024 (UTC)Cavabla
    @Patriot Kor lütfən icmaya açıq-aydın bəlli olan şeyləri burada bir daha qeyd edin. Nələrdir onlar ? Siz elə bir abu-hava yaratmağa çalışırsız ki, sanki mənim SNS-dəki bu təqdim etməyimin arxasında nəsə dayanır. Axı mənim sizinlə heç bir zaman hər hansısa bir zəmində problemim olmayıb. Sizə bir sirr açım. Təzə inzibatçı seçiləndə məndə öz babam haqqında məqalə yaratmışdım. Babam SSRi dövründə, polkovnik rütbəsində xidmət etmişdi indiki DomSovet olaraq tanınan binada uzun illər işləmişdi. Hətta mən uşaq olanda məni bir necə dəfə öz iş yerinə belə aparmışdı və biz iş çıxışı qara şəhər adlanan ərazidə yerləşən luna parka belə gedirdik. Bir gecə yuxudan durdum və həmin məqaləni sakitcə sildim. Çünkü vicdanım əl vermədi. Öz-özümə dedim ki, Azərbaycan SSR-də yüzlərlə babam kimi məmur olub və onlar adi insanlar olublar. Biri digərindən xüsusi heç nə ilə fərqlənməyib. Qurban Əzimov idi həmin məqalənin adı. Azərbaycan SSR-də meşə təsərrüfatı nazirinin müavini və şöbə müdiri kimi çalışıb. Silinmiş arxivdən bəlkə də tapmaq olar. Mənim babam qəlbimdə əbədi olaraq yaşayır. Azvikidə məqaləsi olmasa da, olar. Mən prosesə sizdən fərqli olaraq belə yanaşıram. Doğru olan da budur. Yoxsa gəlib belə mistik ifadələr səsləndirmək sizin əlinizi gücləndirmir. Lütfən icmaya məlum olan şeyləti qeyd edin ki, bizdə bilək. Ortada fakt yoxdur. Şəxsin qeyri-ensiklopedik olmadığını sübut etməkdənsə, məharətlə mövzunu yayındırmağa çalışırsız. Yəgin ki, bu mövzunu ədalətli formada arxivləşdirəcək şəxs bütün bunları nəzərə alacaq. Kholat Syakhl (müzakirə) 07:14, 10 iyul 2024 (UTC)Cavabla
    Allah babanıza rəhmət etsin. Tarixçəsini nəzərimizə çatdırdınız və layiqli xidmətləri olduğuna əminəm. Patriot (müzakirə) 07:35, 10 iyul 2024 (UTC)Cavabla
    Hazırda sözügedən məqalənin qeyri-ensiklopedik olduğunu mən də düşünürəm. Amma məni narahat edən məqam başqadır. Qısa müddət əvvəl inzibatçı seçkisində sizə əleyhinə səs verdiyi üçün istifadəçini qərəzli adlandırmısız və indi də birdən birə bu məqaləni SNS etməyə qərar vermisiz. Belə hallar təsadüf sayılmır. Məqalə qeyri-ensiklopedik olsa da, ortada maraqların toqquşması olduğu hiss olunur və belə şey xoş qarşılanmır. Kosmik Ozan utora! 11:04, 10 iyul 2024 (UTC)Cavabla
    Normal mövzu üzrə müzakirə də aparılsa da, yaxşı, nəysə. Amma elə də deyil axı, mövzu qalıb kənarda, istifadəçilər müzakirə olunur. Hörmətlə, Gadirmüzakirə 11:21, 10 iyul 2024 (UTC)Cavabla
    @White Demon ortada müzakirə ediləsi məqalə falan yoxdur. Şəxs qeyri-ensiklopedikdir və bunu hamı gözəl bilir. Həmin səsvermədə 13 nəfər mənə qarşı səsvermişdi. @Patriot Kor səs verdi və ya vermədi sizcə bu nəyi dəyişəsi idi ? Onun vermiş olduğu səsi mənim səverməmdə həlledici saymaq olardımı ? 2 nəfər lehinə səsv verib, 12 nəfər əleyhinə və bir nəfər də, gəlib 13-cü şəxs olub. Bu nə dərəcədə həlledici bir məqamdır ? Bu məqaləa silinməyəcək. Çünki Azvikidə yazılmamış qaydalarda mövcuddur və həmin qaydalardan biri həmkarların bu tipli məsələlərdə bir-birlərinin şərti sərhədlərinə və maraq dünyalarına daxil olmamaqları ilə bağlıdır. Mənim tək məqsədim bu reallığı bütün icmaya bir daha təqdim etməkdən ibarət idi. Kholat Syakhl (müzakirə) 12:36, 10 iyul 2024 (UTC)Cavabla
  • Şərh Şərh: Hörmətli Patriot Kor və Kholat Syakhl, məqaləyə yox, istifadəçiyə fokuslanmağınız sizin burada olmadığınızı göstərir. Ortada konkret maraq toqquşması vəziyyəti və digər başqa problemlər varsa, istifadəçi/istifadəçilər barədə müzakirə aça bilərsiniz, zəhmət olmasa, burada müstəvidən kənara çıxmayın və əlaqəsiz mətnlər yazmayın, müzakirəni mövzu üzərindən davam etdirin. Hörmətlə, Gadirmüzakirə 09:24, 10 iyul 2024 (UTC)Cavabla
    Hörmətli @Gadir, müzakirənin ana mövzusunun mənim tərəfimdən dəyişdirilmədiyi ümid edirəm ki, hər kəsə bəllidir. İlk şərhlərdən, nənə-baba, qohum, şəxsi məlumatlar və s. kimi mövzuların haradan, nə üçün qaynaqlandığı ortadadır. Mən məqalənin müzakirə edilməsini dəfələrlə qeyd etmişəm. Patriot (müzakirə) 09:46, 10 iyul 2024 (UTC)Cavabla
    @Gadir davam ediləcək nəsə varmı sizcə ? Şəxs özü haqqında başqa, nisbətən kiçik vikidə məqalə yaradıb. Babası haqqında 3 dil bölməsində məqalə yaradıb və bunlardan rusca dil bölməsindəki məqalə qeyri-ensiklopedik məzmun kimi artıq silinib. İstinadlarlarda xeyriyyəçi kimi təqdim edilən ilk istinadda şəxsin özü və qardaşının müharibədəki iştirakı ilə bağlıdır ki, orada da eyni söz yazılıb, şəxs xeyriyyəçi olub. @Patriot Kor özü səmimi formada etiraf etsəydi ki, məzmun ensiklopedik deyil və mən bu məqaləni şəxs sırf babam olduğuna görə yaratmışam mövzu bu qədər uzanmazdı. Kholat Syakhl (müzakirə) 12:42, 10 iyul 2024 (UTC)Cavabla
    @Kholat Syakhl məsələnin buralara qədər gəlib çıxması mənə deməyə əsas verir ki, siz müzakirəni bilərək öz məcrasından çıxarırsınız. Bilmək olarmı buna səbəb nədir? Patriot (müzakirə) 13:00, 10 iyul 2024 (UTC)Cavabla
    @Patriot Kor səbəb yoxdur. Əlindəki imkanlardan istifadə edib, məqsədli formada qeyri-ensiklopedik məzmun və ya məzmular yaradan hər bir kəslə mübarizə aparmağa hazıram. Başqa nə məqsəd ola bilər ? 12 nəfər qarşı səs verib və siz də gəlib 13-cü şəxs olduğunuz üçünmü ? Bu iddia məqalənin saxlanılmasına və səsvermənin tələm-tələsik yekunlaşdırılmasına hesablanıb sanki. Kholat Syakhl (müzakirə) 13:07, 10 iyul 2024 (UTC)Cavabla
    @Kholat Syakhl siz normal müzkairəni qərəzli bir müzakirəyə çevirdiyinizdən xəbərdarsınızmı? İndi də mənim haqqımda müharibə iştirkaçısı olma xəbərindən yazırsınız. Bu xəbəri mən hazırlamamışam. Patriot (müzakirə) 13:12, 10 iyul 2024 (UTC)Cavabla
Patriot Kor hər şey bir-biri ilə əlaqəlidir, bağlıdır. Ömər Əliyev məqaləsinin giriş hissəsində, xeyriyyəçi sözünə verilmiş bu istinad siz və qardaşınız haqqında olan məlumatdır. Həmin xəbərdə şəxsin xeyriyyəçi olduğunu göstərən babaları 2-ci dünya müharibəsi iştirakçısı və xeyriyyəçi Ömər Əliyevdir. cümləsindən başqa bir fakt varmı ? Yəni deyirsiz ki, adi günləri birində internetdə axtarış edərkən siz özünüz və qardaşınız haqqında hazırlanmış bu xəbərə rast gəldiniz və həmin xəbəri istinad kimi Ömər Əliyev məqaləsinə əlavə etməyə qərar verdiniz ? Bütün bunlara "inandım". Bu mövzu ətrafında daha ətraflı müzakirə etməyəcəm. Çünkü ortada müzakirədən başqa istənilən növ yayınma halları mövcuddur. Mənim Patriot Korla heç bir problemim yoxdur. İstəyir müddətsiz bloklanmamla bağlı yeni bir başlıq, müzakirə yaratsın. Ortada ensiklopedik məqalə yoxdur və bunu Patriot Kor başda olmaqla hamı çox gözəl bilir. Uğurlar.--Kholat Syakhl (müzakirə) 13:33, 10 iyul 2024 (UTC)Cavabla
@Kholat Syakhl mən bilmirəm siz məqaləyəmi yoxsa Patriot Koramı, onun fəaliyyətinəmi, köklənmisiniz? Xəbər müharibədən döndükdən bir neçə gün sonra burada paylaşılıb və mənə göndərilib. Bir neçə dəqiqə sonra yaxın bir dostum tərəfindən sizin təqdim etdiyiniz saytda dərc olunmuş versiyası göndərilib. Həmin şəxslə vikipediyanın uzaqdan yaxından əlaqəsi yoxdur. Bir halda ki, mənim haqqımda bu qədər geniş bilgilərə sahibsiniz bəlkə həmin dostumu da tanımış olarsınız. Belə ki, bu xəbər sifarişlə hazırlanıbsa da mənim yox məni tanıyanların sifarişi ilə hazırlana bilər. Mən də saytdakı dərci istinad kimi istifadə etmişəm. Sizin dırnaq içərisindəki inanımınıza ehtiyac görmürəm. Mənim də sizinlə heç bir problemim yoxdur. Amma ilk dəfə siz, məni inzibatçı səsverməsində qərəzli adlandırmışdınız. Görünür problem o səsvermədən qaynaqlanır. Mən hansısa məqalənin silinməsinə görə hansısa istifadəçinin müddətsiz bloklanmasını tələb edəcək bir istifadəçi deyiləm. Bunu elə ən yaxşı siz bilməli idiniz amma görünür məni başqa bir istifadəçi ilə səhv salmısınız. Yekun olaraq bildirmək istəyirəm ki, mövzu yavaş-yavaş ailə məsələlərinə doğru irəliləyir. Bu xoşəgəlməz hal alır. Xahiş edirəm, mübarizənizi məqalə üzərində davam etdirin. Şəxslər üzərində yox. Patriot (müzakirə) 13:52, 10 iyul 2024 (UTC)Cavabla
@Kholat Syakhl, mən onu bildirirəm ki, burada bu məqalə barədə fikirlər bildirilməli, müzakirə getməlidir, məcrasından çıxarılmamalıdır. Əgər zərurət hiss edirsinizsə, sizin də, onun da, istənilən istifadəçinin digər istifadəçi və istifadəçilərlə bağlı əsaslı faktları yığıb müvafiq səhifədə müzakirə başlatmaq hüquqları var. Hörmətlə, Gadirmüzakirə 13:49, 10 iyul 2024 (UTC)Cavabla
✔ Qalsın: mənbələrə baxdım, normaldır. --► Hörmətlə: SolaVirum 18:49, 12 iyul 2024 (UTC)Cavabla
✔ Qalsın: mənbələri də nəzərdə saxlamaqla ümumi fəaliyyətinə əsasən saxlamaq olar. Atakhanli (müzakirə) 10:54, 14 iyul 2024 (UTC)Cavabla
@Atakhanli hansı fəaliyyətinə əsasən ? Kholat Syakhl (müzakirə) 11:02, 14 iyul 2024 (UTC)Cavabla
✔ Qalsın: şəxsin uzunömürlü olması, xeyriyyəçilik fəaliyyəti, hərbi şücaəti və aldığı medallara nəzər saldıqda və xeyli mənbələrə istinad olunduğunu da gördükdə silinməsinə qarşı olduğumu bildirmək istəyirəm. Bir qədər də qərəzli şəkildə SNS-ə təqdim olunduğunu düşünürəm. Bu cür hallar zamanı həmişə uzun uzun müzakirələr gedir və SNS ə təqdim edən şəxs israrla məqalənin silinməsi üçün əlindən gələni edir. Bu cür qərəzli fəaliyyət vikipediyada xoş qarşılanmır. Hörmətlə --eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 01:47, 13 iyul 2024 (UTC)Cavabla
@Eldarado, məqaləni SNS-ə təqdim edən şəxs kimi cavab vermək istərdim. Mənim nədən qərəzli olduğumu düşünürsüz ? Hansı səbəbdən ? Sonuna qədər qeyri-ensiklopedik bir məqalə qarşımızda dayanıb. Şəxsə təqdim edilən medallar 15-17 milyon adama verilib və siz hesab edirsiz ki, şəxs buna görə ensiklopedikdir. Uzunömürlü olmaq nə zamandan şəxsi ensiklopedik edın xüsusiyyət hesab olunur ? Kimsə 100 il yaşayırsa məqaləsi yaradılmalıdır ? Xeyriyyəçilik fəaliyyəti haqqında məqalədə tarlada paxla əkib, onu kasıb insanlara paylaması göstərilib. Azərbaycanda milyon dəfə belə hallar olub. Siz burada açıq formada tərəf tutursuz. Mən başa düşürəm, @Patriot Kor hər nə qədər də qərarı icma verəcək desə də, xətri keçən adamları bura dəvət etdirir və onlar müəmmalı formada bu başlığa tərəfli şərhlər yazırlar. Günlərlə vikiyə girməyən şəxs, qəfildən daxil olur və SNS-ə girərək yazır ki, şəxsə verilən medallara görə ensiklopedik saymaq olar. Halbuki SSRİ-də o medalları ölkə əhalisinin 18% nə veriblər. Bir medal düşünün ki, 20 milyon adam alıb və biz bu istinadı əsas gətiririk.. Gözəl. Kholat Syakhl (müzakirə) 10:06, 13 iyul 2024 (UTC)Cavabla
@Patriot Kor sizə yaxın olan hamını bu müzakirəyə cəlb etdiniz. Sonra da adını qoydunuz ki, güya qərarı icma verəcək. Başa düşürəm bu məqalə sizə lazımdır, sadəcə bu formada məqalə saxlatdırmağınız kənardan çox pis göründü. @Gadir, @Nemoralis başlığı arxivləşdirin. Şəxs 100 il yaşadığı və 10-15 milyon adama verilən medallardan aldığı üçün ensiklopedikdir. Kholat Syakhl (müzakirə) 13:42, 14 iyul 2024 (UTC)Cavabla
@Kholat Syakhl mən bu müzakirədə fikir bildirmələri üçün heç bir həmkarı dəvət etməmişəm. Fikirim olduğu kimi qalır. Qərar icmanın olacaq. Amma mən sizin əsas məqsədinizə yenə də hörmətlə yanaşıram. Heç bir məqalə mənim vikipediya fəaliyyətim üçün nə sərhədd nə də motivasiya ola bilməz. Mənim nə məqalə saxlatdırmaq nə də hansısa qərarı dəyişdirmək üçün təsir edəcəyim istifadəçi yoxdur. Patriot (müzakirə) 16:28, 14 iyul 2024 (UTC)Cavabla
@Patriot Kor mənim əsas məqsədim nədir ? İsrarla bu məqaləni müdafiə edirsiz. 16 milyon adamın aldığı medala görə şəxs ensiklopedik sayılır. 100 il yaşamaq sizə görə ensiklopedik olmaq üçün yetərlidir. Belə şeylər Vikimedia hərəkatının ruhuna ziddir. Kholat Syakhl (müzakirə) 20:33, 14 iyul 2024 (UTC)Cavabla
Tutaq ki, Patriot elə bir şey edib, buna inanmaq üçün sizin də qərəzli şəkildə bu məqaləni namizəd göstərməyiniz göstərilə bilər, indi siz də durub etiraz edəcəksiniz ki, elə şey yoxdur, Patriot-un belə bir şey etdiyinə dair də sübutunuz olmadan ittiham edirsiniz. Elə deyirsiniz elə bil bu istifadəçilər müntəzəm SNS-dəki müzakirələrdə iştirak etmirlər. Demək olar məqalə yox, istifadəçilər müzakirə olundu bu başlıqda. Hörmətlə, Gadirmüzakirə 14:40, 14 iyul 2024 (UTC)Cavabla
@Gadir Mənə 2 nəfər şəxsidən yazıb. Bu başlıq altında "qalsın" deyən şəxslərdən iki nəfər yazıb ki, bəs niyə bu məqaləni SNS-ə təqdim etmisən, məqsədin nədir ? Mən də, onlara izah etmişəm ki, SNS-də heç bir məqsədim yoxdur, nə ola bilər ki, məqsəd ? Qərəzli formada SNS-ə təqdim etmək necə olur bəy ? @Patriot Kor mənə nə edib ki, ona qarşı bu qərəzi nümayiş etdirim ? Kholat Syakhl (müzakirə) 20:27, 14 iyul 2024 (UTC)Cavabla
@Kholat Syakhl Məni bu məqalənin müzakirəsinə heç kim dəvət etməyib. Yalnış düşüncədəsiz. Vusalsuvarov1996 (müzakirə) 16:42, 14 iyul 2024 (UTC)Cavabla
Kholat Syakhl, hər müzakirəni bilərəkdən başqa yönə çəkirsiniz, dava salırsınız. Sözsüz ki, Vikipediyaya son illərdə xeyirdən çox ziyanınız dəyib və dəyməkdə davam edir. --► Hörmətlə: SolaVirum 18:19, 14 iyul 2024 (UTC)Cavabla
@Solavirum bircə sizi istisina edə bilərəm. Mənə qarşı olan xüsusi nifrətinizi hələ də başla düşə bilmirəm. Bir zamanlar gözəl olmasa da, normal münasibətimiz vardı. Sanki ortada sizdə mənə qarşı bir qırılma anı oldu. Kholat Syakhl (müzakirə) 20:29, 14 iyul 2024 (UTC)Cavabla
@Vusalsuvarov1996 Əlbəttə sizin Ömər Əliyev və @Patriot Korla eyni bölgədən olmağınız, @Patriot Korun sizə az əvvəl vikibağlılıq mükafatı təqdim etməsi (tələsib bir balaca), məqalə SNS-ə təqdim edilən kimi tələm-tələsik dəstək olmağınız - bütün bunların hamısı xoş və şirin bir təsadüfdür. İnandım sizə. Kholat Syakhl (müzakirə) 20:38, 14 iyul 2024 (UTC)Cavabla
@Kholat Syakhl Bu mükafatı mənə tək verilməyib @Gadira da verilib. Deyərsiz @Gadirda siznən eyni bölgədəndir verilib. Vusalsuvarov1996 (müzakirə) 04:14, 15 iyul 2024 (UTC)Cavabla
Hörmətli istifadəçi Sənan, mən sizin fikirlərinizi yenidən geri qaytarmaq məcburiyyətində qaldım. Xahiş edirəm müzakirələrdə fikir bildirməyə bu qədər tələsməyin. "Yəqin ki, bir neçə dəqiqəlik də olsa təlimlərdə iştirak etmisiniz". İlk öncə qeydiyyatdan keçməli və bir neçə redaktə etməniz daha uyğun olardı. Səsvermədə iştirakınız təqdirəlayiqdir. Xahiş edirəm qeydiyyatdan keçin və redaktə etməyə davam edin. --Patriot (müzakirə) 16:40, 14 iyul 2024 (UTC)Cavabla
Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

mənbəsizdir. WoC və SCOPUS-da da indekslənməsinə dair iddia yoxdur. məncə, indiki halda ensiklopedik əhəmiyyətə malik deyil Atakhanli (müzakirə) 13:35, 7 iyul 2024 (UTC)Cavabla
Əsas məlumatlar Azərbaycan jurnalları siyahısına  Köçürülsün: və məqalə X Silinsin: samral müzakirə 14:44, 8 iyul 2024 (UTC)Cavabla
Azərbaycanda o qədər jurnal, qəzet, veb-sayt var, indi bunların hamısı siyahıya qeyd olunmalıdır? Normal şəkildə birmənalı olaraq ensiklopedik deyilsə, siyahıda əhəmiyyəti olacaq? Biri var müstəqil məqalə kimi olmayıb siyahılıq əhəmiyyəti olsun (bu vaxtda bəzən məqalə yaradılması uyğun olduğu da olur), biri də var heç əhəmiyyəti olmasın, yəni onda siyahıya da uyğun deyil, hər biri bura əlavə edilməli deyil, bura kataloq deyil, statistika tutmuruq. Hörmətlə, Gadirmüzakirə 21:06, 11 iyul 2024 (UTC)Cavabla
Razıyam Atakhanli (müzakirə) 10:54, 14 iyul 2024 (UTC)Cavabla
Razıyam. Yalnız o elmi jurnallar saxlanılmalıdır ki, dünyada tanınmış olsunlar. Asel007 (müzakirə) 03:55, 18 iyul 2024 (UTC)Cavabla

Yekunlaşdırma: Müzakirə nəticəsində məqalənin silinməsinə qərar verildi. -- Sura Shukurlu (müzakirə) 10:51, 5 avqust 2024 (UTC)Cavabla

Fəxrəddin Əskərov

[mənbəni redaktə et]

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

məqalənin əsas hissələri demək olar ki, boşdur. mənbə problemləri var. məqalənin özü də düzgün tərtib olunmayıb, həmçinin məzmununda xeyli problemlər var Atakhanli (müzakirə) 10:56, 14 iyul 2024 (UTC)Cavabla
@Nemoralis, normal istinadlar olmasa, şəxsin ensiklopedik olub-olmadığını yoxlamaq mümkün deyil. Kimsə nəsə yaza bilər, elə edib, belə edib, amma bunlar istinadlarla əsaslandırılmalıdır. Məsələn, deyilməlidir ki, filankəs filan iş görüb, bu da hansısa mənbədə işıqlandırılmalıdır. Əks halda necə yoxlayaq, ensiklopedikdir, ya yox. Asel007 (müzakirə) 04:03, 18 iyul 2024 (UTC)Cavabla

Əl-Bəb

[mənbəni redaktə et]

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Heydər dühası

[mənbəni redaktə et]

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

@Dr.Wiki54, müəllif də qeyri-ensiklopedikdir (q/e) deyə mən SNS etmişdim bu il və müzakirə ilə silindi. Müəllifi q/e olan əksər (99 % deyərdim hətta) kitablar da q/e olur. Məhz bu kitab da VP:EƏK-ə əsasən q/e-dir.  Sürətli silinsin: samral müzakirə 14:40, 8 iyul 2024 (UTC)Cavabla
@Samral, elə mən də müəllifin adına verilmiş keçidlərdən tapdım məqaləni. Dr.Wiki54 (müzakirə) 15:17, 8 iyul 2024 (UTC)Cavabla

Riçard Şirer

[mənbəni redaktə et]
Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

X Silinsin: ensiklopedik şəxs deyil. Məşhur şirkətdə vacib yer tutsa da, bu, onu ensiklopedik şəxs etmir. Mediada əhatəsi zəifdir. Kosmik Ozan utora! 16:01, 8 iyul 2024 (UTC)Cavabla

Vahid Qasımzadə

[mənbəni redaktə et]

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Mütəllim Abbasov

[mənbəni redaktə et]

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Ədəbi İrəvan

[mənbəni redaktə et]

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Mirzəmət Novruzov

[mənbəni redaktə et]

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Heydər Əliyev (kitab)

[mənbəni redaktə et]

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Ulu Öndər (kitab)

[mənbəni redaktə et]

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

X Silinsin: və lakonik siyahı halında Heydər ƏliyevƏliyevçilik məqaləsinə əlavə olunsun.--Dr.Wiki54 (müzakirə) 08:12, 22 iyul 2024 (UTC)Cavabla
 Köçürülsün: Əliyevçilik məqaləsinə. Redivy (müzakirə) 10:38, 29 iyul 2024 (UTC)Cavabla

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

X Silinsin: və lakonik siyahı halında Heydər ƏliyevƏliyevçilik məqaləsinə əlavə olunsun. --Dr.Wiki54 (müzakirə) 08:12, 22 iyul 2024 (UTC)Cavabla
 Köçürülsün: Əliyevçilik məqaləsinə. Redivy (müzakirə) 10:38, 29 iyul 2024 (UTC)Cavabla

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Azərbaycan Sevgi Poeziyası

[mənbəni redaktə et]

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Sonuncu respublika

[mənbəni redaktə et]

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Ölüm marşı (kitab)

[mənbəni redaktə et]

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR


Yekunlaşdırma: Müzakirəyə əsasən məqalənin silinməsinə qərar verildi. --Sura Shukurlu (müzakirə) 11:02, 5 avqust 2024 (UTC)Cavabla

Aygün Quliyeva

[mənbəni redaktə et]

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

  • Məqaləni də, copy-paste olunduğu mənbəni də oxudum amma mənə aydın olmadı ki, bu xanım nə vaxt fəlsəfə doktoru (keçmiş adı elmlər namizədi), nə vaxt elmlər doktoru elmi dərəcələri alıb? Və hansı mövzuda hansı elmi dissertasiya işi yazıb bu adları alıb? Adını Google-a yazanda isə müəyyən etdim ki, məhz rektor olan atası onu özünə prorektor təyin edib. Hətta fərz etsək ki, şəxs həqiqətən elmlər doktoru və professordur VP:EƏEX qaydasına əsasən bu hal özü-özlüyündə ensiklopediklik üçün kifayət deyil. Azərbaycanda elmi dərəcə və adların alver predmeti olması mövzusuna isə ümumiyyətlə girmirəm. samral müzakirə 23:04, 12 iyul 2024 (UTC)Cavabla
  • X Silinsin: Samral ətraflı və geniş izah edib. Qeyd edilən arqumentlərlə razıyam. Şəxsi VP:ŞEƏ edən heç bir amil yoxdur. Grenzsoldat 21:05, 15 iyul 2024 (UTC)Cavabla
Nəyi müzakirə edursiniz? Məqalədə bir dənə də mənbə, istinad yoxdur. Yalnız həyatı və elmi əsərlərinin siyahısıdır. Asel007 (müzakirə) 03:52, 18 iyul 2024 (UTC)Cavabla
@Asel007, əsəbləşməyin. Müzakirəsiz silək? samral müzakirə 12:39, 20 iyul 2024 (UTC)Cavabla
 Sürətli silinsin: — Bu cür məqalələr müzakirəsiz sürətli silinməlidir. Vusalsuvarov1996 (müzakirə) 17:37, 21 iyul 2024 (UTC)Cavabla

Green Baku

[mənbəni redaktə et]

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

AVAVA (roman)

[mənbəni redaktə et]

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

AVAVA

[mənbəni redaktə et]

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Külək (superqəhrəman)

[mənbəni redaktə et]

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Günay Əhməd

[mənbəni redaktə et]

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Müzəffər Səfərov

[mənbəni redaktə et]

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

məqalədə heç bir mənbə yoxdur Atakhanli (müzakirə) 19:03, 16 iyul 2024 (UTC)Cavabla
Yeganə mənbə budur. Patriot (müzakirə) 19:13, 17 iyul 2024 (UTC)Cavabla

İstifadəçi:Orxan Zakirin məqalələri

[mənbəni redaktə et]

Orxan Zakirin yaratdığı bir çox məqalənin ensiklopedik əhəmiyyəti yoxdur:

Digər məqalələrinə də baxmaq lazımdır. Çoxu müəllif tərəfindən yayımlanan mənbələrdən istifadə edilərək yaradılıb. Yousiphh (müzakirə) 07:50, 17 iyul 2024 (UTC)Cavabla

@Yousiphh, zəhmət olmasa təqdim edərkən və hazırda təqdim etdiyiniz məqalələrə {{silinməyə namizəd}} şablonunu da yerləşdirib müvafiq səhifələrə yönləndirin, əks halda, müzakirədən xəbərdar olunmur və məqalələr silinə bilir, az öncə bu siyahıdan silinmiş birini bərpa etdim. Lütfən diqqətə alarsınız. Hörmətlə, Gadirmüzakirə 13:47, 29 iyul 2024 (UTC)Cavabla

Molla Əli Əliyari

[mənbəni redaktə et]

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Seyid Hüseyn bəy Ağamirov

[mənbəni redaktə et]

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Neftçi Qurban (film, 1970)

[mənbəni redaktə et]

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

  • Məzmunun əsas hissəsini əsas məqaləyə köçürdüm. Ayrıca məqaləyə sahib olacaq qədər əhəmiyyət kəsb etmədiyini görə silinməsini(istiqamətləndirilməsini) təklif edirəm. (Müzakirə nəticəsindən asılı olaraq əsas məqalədəki redaktəm geri qaytarılmalı ola bilər.) — Bikar müzakirə 11:13, 17 iyul 2024 (UTC)Cavabla
Məncə aidiyyatı məqalədə məlumat vermək kifayət edir Atakhanli (müzakirə) 18:56, 21 iyul 2024 (UTC)Cavabla

Əbuturab xan Dünbili

[mənbəni redaktə et]

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Fikrimcə, mənbələr əlavə edilsə, qalsın. Ensiklopedikdir, amma mənbə əlavə olunmayıbdır. Zohrab javad (müzakirə) 12:13, 23 iyul 2024 (UTC)Cavabla
@Zohrab javad, nəyə və hansı fəaliyyətinə əsasən? Dr.Wiki54 (müzakirə) 12:15, 23 iyul 2024 (UTC)Cavabla
2 xanlığın sərkərdəsi olubdur (Viki-məqaləyə görə), məncə az deyil. Zohrab javad (müzakirə) 12:18, 23 iyul 2024 (UTC)Cavabla
@Zohrab javad, sərkərdə olmaq ensiklopedikliyə yetərlidir mi? Vəzifədir mi? Tituldur mu? Nə kimi ensiklopedik səciyyəsi var? Məlumatın mənbəsi var mı? Dr.Wiki54 (müzakirə) 13:12, 23 iyul 2024 (UTC)Cavabla
Ona görə dedim ki, mənbə əlavə edilməyib, və mənbə olsa qalsın. Zohrab javad (müzakirə) 14:57, 23 iyul 2024 (UTC)Cavabla
@Zohrab javad, problem sadəcə mənbədə deyil. Sərkərdə tituldur mu, vəzifədir mi, peşədir mi? Əhəmiyyəti nədir ki "sərkərdə olub=ensiklopedikdir" iddiasındasınız? Dr.Wiki54 (müzakirə) 15:01, 23 iyul 2024 (UTC)Cavabla
Sərkərdə sözünün mənası - böyük qoşun birləşmələrinin başçısı; komandan. Siz niyə düşünürsünüz ki, ensiklopedik olmasın? Zohrab javad (müzakirə) 15:31, 23 iyul 2024 (UTC)Cavabla
@Zohrab javad, mən sizdən söz mənasını soruşmadım. Sərkərdə olmaqla ensiklopedik olmaq arasında nə kimi əlaqə var? 1000 illik tarixdə yüzlərlə, minlərlə sərkərdə olub. - Dr.Wiki54 (müzakirə) 15:38, 23 iyul 2024 (UTC)Cavabla
@Dr.Wiki54, …amma hamısının adı mənbələrlə tanınmır. Zohrab javad (müzakirə) 16:34, 23 iyul 2024 (UTC)Cavabla
@Zohrab javad, bu tutarlı bir şərh deyil. 100 il ərzində bir çox nazirliklər olub. Hər birində də çox sayda idarə. Belə çıxır ki, haqqında hər mənbə tapdığım idarə rəisi ensiklopedikdir? Onlarla-yüzlərlə şəxsə rəhbərlik edib. Sərkərdədən əlavə isə titulu=vəzifəsi olub. Xeyr. - Dr.Wiki54 (müzakirə) 17:08, 23 iyul 2024 (UTC)Cavabla
"Sadəcə sərkərdə olub" deyəndə, sərkərdə olmaq ensiklopedikdir də --► Hörmətlə: SolaVirum 17:13, 23 iyul 2024 (UTC)Cavabla
@Solavirum, bunu ritorik sual olaraq soruşmuram, sərkərdə vəzifədir, tituldur? Sərkərdə komandan olub. Bu da hər ordu da olan bir şeydir. Dr.Wiki54 (müzakirə) 20:20, 23 iyul 2024 (UTC)Cavabla
Dr.Wiki54, aha, haqqında nəsə olan hər Bizans sərkərdəsi haqqında məqalə var --► Hörmətlə: SolaVirum 21:27, 23 iyul 2024 (UTC)Cavabla
@Solavirum, Bizansla yaxın dövr tarixini müqayisə etmək sağlamdır mı bəs? Şəxs Manna, Atropatena sərkərdəsi olmayıb axı. - Dr.Wiki54 (müzakirə) 07:22, 25 iyul 2024 (UTC)Cavabla
“ Belə çıxır ki, haqqında hər mənbə tapdığım idarə rəisi ensiklopedikdir” - ilk baxışdan, niyə də olmasın? amma hər bir hal fərqli ola da bilər. Zohrab javad (müzakirə) 17:24, 23 iyul 2024 (UTC)Cavabla
@Zohrab javad, baxış bucağınız yanlışdır. Tanış olun: VP:ŞEƏ Dr.Wiki54 (müzakirə) 20:19, 23 iyul 2024 (UTC)Cavabla

Günel Musəvi

[mənbəni redaktə et]

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

  • Əvvəllər Lider TV-də 100% verilişi aparıb və müğənni kimidə fəaliyyət göstərib. Elariz Məmmədoğlunun klipdə də çəkilib. Hazırda şəxs haqqında yeni məlumatlar yoxdur. Düşünürəm silinməyə belə uyğun gəlir. Sizlər necə düşünürsüz? Fikirlərinizi bildirin. Vusalsuvarov1996 (müzakirə) 17:00, 22 iyul 2024 (UTC)Cavabla
Fikrimcə, yeni məlumatın olmaması ensiklopedikliyi azaltmır. Məsələn vaxtılə məşhur Rusiya müğənnisi Detsl - vaxtilə çox məşhur idi. Sonralar isə elə bil populyarlığı azaldı (bəlkə də özüm rep janrı sevmədiyimə görə xəbərim olmayıb), hətda hələ 2019-cu ildə vəfat etdiyini də indi Viki-məqalədən bildim - amma bununla ensiklopedikliyi azalmır. Zohrab javad (müzakirə) 12:10, 23 iyul 2024 (UTC)Cavabla
@Vusalsuvarov1996, ensiklopediklik heç vaxt itmir. Hörmətlə, Gadirmüzakirə 12:33, 23 iyul 2024 (UTC)Cavabla
  • X Silinsin: ümumiyyətlə şou biznes mövzusunda çox ciddi yanaşmaq lazımdır. hər şou biznes nümayəndəsi və ya aparıcı və s. ens deyil. əllərində də arqument var, hə bəs populyardır. instagramda bir neçə min izləyici olmaq şəxsi populyar etmir. şou biznes xanımlarının az qala 99 faizinin instagram səhifələrində yüz minlərlə izləyici var. şəxs barədə mediada anca şou xəbərləri var. nə aparıcı olaraq əhəmiyyətli fəaliyyəti və layihələri olub, nə də müğənni olaraq. buna görə də şəxsi ens deyil. Grenzsoldat 14:44, 25 iyul 2024 (UTC)Cavabla

Omurğa cəzası

[mənbəni redaktə et]

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

intervikisi olsaydı genişləndirərdik. tapılmasa məzmunsuz məqalə kimi silinsin Atakhanli (müzakirə) 17:55, 24 iyul 2024 (UTC)Cavabla
İlk dəfə Robert Louis STEVENSON-un seçilmiş əsərlərinin azərbaycanca versiyasında rast gəlinib. Səhifə 53, Eyni mətni rus dilində oxusaq, "протягивание под килем" səh 29 olduğunu görəcik. İntervikisi budu, genişləndirmək fikrim yoxdu. Протаскивание под килемBikar müzakirə 18:37, 24 iyul 2024 (UTC)Cavabla

Korinf konqresi

[mənbəni redaktə et]

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

  • X Silinsin: məqalə sürətli silinməyə uyğundur əslində. Yenə də bura təqdim etdim. Məqalə A-dan Z-yə qədər copy pastedir və müəllifin şəxsi məqaləsi əsasında yazılıb. Yəni heçnəyə istinad olunmur. İstifadəçinin 2 məqalə var eyni stildə. Digərini də aşağıda qeyd edirəm. Grenzsoldat 19:18, 24 iyul 2024 (UTC)Cavabla
 Sürətli qalsın: parafreyzinq etdim, kateqoriyalar və mənbələr yerləşdirdim, interviki əlavə etdim. --► Hörmətlə: SolaVirum 14:48, 26 iyul 2024 (UTC)Cavabla

Nadir Orucov

[mənbəni redaktə et]

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

  • X Silinsin: Açıq aydın q/e məqalə. VP:ŞEƏ şərtlərini ödəmir. "Zivər Nadir" MTK İstehsalat Kommersiya firmasının rəhbəri olmaq şəxsi əhəmiyyətli etmir. Zivər Nadir MTK-nı heç Google tanımır. Barəsində yazanda ancaq rəhbərin adı çıxır vəssalam. Məqalə 2012-ci ildə yaradılıb. O gündən də qalıb. Dünya Azərbaycanlıları Konqresinin (DAK) Azərbaycan nümayəndəliyinin sədri də şəxsi əhəmiyyətli etmir. Bu məqalə ümumiyyətlə sürətli silinməyə də uyğundur. Belə uzun prosedura ehtiyac yoxdur. Grenzsoldat 15:08, 25 iyul 2024 (UTC)Cavabla
  • Sürətli silinməyə uyğun və ensklopedik dəyəri olmayan məqalədir. X Silinsin: Redivy (müzakirə) 11:43, 28 iyul 2024 (UTC)Cavabla

Vəfa Muradzadə

[mənbəni redaktə et]

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

  • X Silinsin: Bu məqalə VP:ŞEƏ şərtlərini ödəmir. ATİB-in və ASK-nın üzvü olmaq şəxsi əhəmiyyəti etmir. "İş Qadınlarına Dəstək İctimai Birliyi"nin sədri olmaq da həmçinin. Yüzlərlə QHT sədri var. "Tərəqqi" medalı ilə təltif olunmaq da şəxsi ens etmir. Minlərlə adam təltif olunub. Məqalədə ümumiyyətlə şəxsi ens edən heç bir amil yoxdur. Məqalə tam silinməyə uyğundur. Həmçinin məqalədə müəllif hüquqları ilə qorunan və ədalətli istifadə qaydalarını pozan foto da var. Grenzsoldat 15:16, 25 iyul 2024 (UTC)Cavabla
İlham Əliyev və Vladimir Putin keysləri ensiklopedik etmir? --► Hörmətlə: SolaVirum 22:37, 27 iyul 2024 (UTC)Cavabla
@Solavirum, sərgisində prezident iştirak edib deyə ensiklopedik olur? Özü ilə yox, holdinqi ilə bağlı anlaşma var deyə ensiklopedik olur? Dr.Wiki54 (müzakirə) 10:46, 29 iyul 2024 (UTC)Cavabla
Aha, bu iki dövlət başçısı hər sərgidə iştirak etmir ki. --► Hörmətlə: SolaVirum 16:41, 29 iyul 2024 (UTC)Cavabla
Məncə birbaşa yox, media-mətbuat bu haqda yazıbsa, hə. Yazmamış da olmaz yəqin ki. Hörmətlə, Gadirmüzakirə 16:46, 29 iyul 2024 (UTC)Cavabla
@Solavirum, bu biraz buna bənzəyir: "Bütün quşlar heyvandırsa, bütün heyvanlar da quşdur." Dr.Wiki54 (müzakirə) 17:20, 29 iyul 2024 (UTC)Cavabla

Seyfəddin Rzasoy

[mənbəni redaktə et]

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Stil kitabçasını ciddi pozur. X Silinsin: Dr.Wiki54 (müzakirə) 10:45, 29 iyul 2024 (UTC)Cavabla
Müəyyən düzəlişlər etdim və şəxs filologiya elmləri doktoru, professordur həmçinin yaradıcılığı və fəaliyyəti qənaətbəxş olması onun VP:EƏEX meyyarlarına uyduğunu göstərir. Lakin *7 kitabın, 250-dən çox elmi məqalənin müəllifidir* cümləsi silinməlidir fikrimcə çünki mənbəsi yoxdur. ✔ Qalsın: Redivy (müzakirə) 15:15, 29 iyul 2024 (UTC)Cavabla

Dilarə Babayeva

[mənbəni redaktə et]

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

  • X Silinsin: Bu şəxs VP:ŞEƏVP:HƏRBÇİ qaydalarını ödəmir. Şəxsin həyatına qısaca nəzər salmaq bəs edir elə. Kapitan rütbəsi şəxsi ens etmir. Dövlət təltifləri Milli Qəhrəman və ya Vətən Müharibəsi Qəhrəmanı (2016-cı ildə yox idi heç) və ya həmin dönəmə uyğun orden (misal üçün "Azərbaycan Bayrağı" ordeni) yoxdur. Sadəcə 2 yubiley medalı var - biri MN tərəfindən verilib, biri isə DSX tərəfindən. Bu medallarda minlərlə işçi də var. Ölümü də şəxsi ens etmir. Xəstəxanada qida zəhərlənməsi nəticəsində həyatını itirib. DSX-da tutduğu vəzifəsi isə məqalədə qeyd olunmasa da mən deyim - N saylı hərbi hissədə (DSX Aviasiya Dəstəsi o vaxtı adı belə idi) bölmənin üzvü olub. Pilot deyildi, mühəndis idi. "Birinci qadın pilot" ifadəsi heç düzgün deyil. Bu şəxs heç aviasiya sahəsi üzrə təhsil almayıb. Təhsili "Artilleriya heyətində hərbi qulluq üçün idarəetmə mühəndisliyi" olub. Şişirdilmə xəbər idi. Yəni bütün bunları nəzərə alaraq, şəxsin faciəvi ölümünə bir tərəfə qoyaraq neytral və hər tərəfli olaraq bu məqalə qaydalara uyğun deyil. Bu qədər. Grenzsoldat 19:24, 25 iyul 2024 (UTC)Cavabla
  • Qeyd etmik istədiyim fikirləri @Grenzsoldat qeyd edib zatən. X Silinsin: Redivy (müzakirə) 11:41, 28 iyul 2024 (UTC)Cavabla
    X Silinsin: - Dr.Wiki54 (müzakirə) 10:44, 29 iyul 2024 (UTC)Cavabla
    X Silinsin: — @Grenzsoldatın yazdığı fikirlə razıyam. VP:HƏRBÇİVP:ŞEƏ şərtlərini ödəmir. Vusalsuvarov1996 (müzakirə) 15:21, 29 iyul 2024 (UTC)Cavabla

Liza Dmitriyevanın ölümü

[mənbəni redaktə et]

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

  • X Silinsin: Deməli müharibə zamanı bir müddət bu uşaq populyar oldu və məqalələri yaradıldı ingilis dilli versiyada. Məndə oradan tərcümə edib yaratmışdım. İndi görürəm həmin məqalə silinib. Keçid olaraq isə ümumi məqaləyə verilib. Buradan baxın. Yəni əslində düzgün qərardır. 4 yaşlı bir uşağın niyə məqaləsi olsun? Müharibələrdə hər gün yüzlərlə uşaq həyatını itirir təəsüf. Bu məqalədə ona görə ens deyil artıq. Neytrallıq və hər tərəfli olaraq bu məqalə qaydalara uyğun deyil. VP:ŞEƏ şərtlərinə əsasən də silinməlidir. Grenzsoldat 19:30, 25 iyul 2024 (UTC)Cavabla
 Sürətli qalsın: ukraynca vikidə var. Azərbaycan dilində də buna oxşar məqalələr var da. --► Hörmətlə: SolaVirum 14:44, 26 iyul 2024 (UTC)Cavabla
En versiyada ''Vinnytsia strikes (2022–present)'' gedir adı. Məncə bizdə də məqalənin adı və məzmunu dəyişməlidir. Grenzsoldat 20:10, 28 iyul 2024 (UTC)Cavabla

Yeni Fikir

[mənbəni redaktə et]

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

  • ensiklopedikdir sizcə? --► Hörmətlə: SolaVirum 14:40, 26 iyul 2024 (UTC)Cavabla
    tam əminliklə deyə bilərəm ki, Yeni Fikir-in Azərbaycanda innovasiya və startap ekosisteminin yaranması və formalaşmasında xüsusi rolu olub, hətta 2013-cü ildə ölkə miqyasında bir neçə dəfə startap müsabiqəsi keçirdib. ilklərdəndir, hətta bildiyim qədəri ilə bu miqyasda ilkdir. 2013-cü il üçün bu, xüsusi bir şeydir. envikidə belə kateqoriya var ölkələr üzrə. bu məqaləni də vikidə ilk fəaliyyətim dönəmində özümün hələ abituriyent dönəmindən fəaliyyətini gördüyüm və mənə maraqlı gəldiyi üçün yaratmışdım. həmin dönəmdə Azərbaycanın ilk biznes inkubatoru Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi haqda da yaratmışdım, amma bildiyim qədəri ilə mərkəz artıq fəaliyyətini dayandırıb.
    Yeni Fikir-ə təkrar qayıtdıqda isə, onun fəaliyyəti haqda BP-nin saytındaUNESCO 2021-ci il üzrə dünya üzrə yayımlamış olduğu hesabatında (səhifə 334) Azərbaycan Respublikasına aid olan bölmədə elmin kommersiyalaşdırılması və startapların inkişafı ilə bağlı hissəsində məlumat verib. həmçinin onun Smart Bridge təşəbbüsünə toxunub. bu, məncə ciddiliyini sübut edir.
    onu da qeyd edim ki, hal-hazırda bu sektorla demək olar ki, iç-içəyəm. və təbii olaraq bu mərkəz ilə də əlaqələrim yaranıb. məqalə silinəcəksə əgər, silinməsinə isə etiraz etmirəm. Atakhanli (müzakirə) 15:23, 26 iyul 2024 (UTC)Cavabla
    Mən Atakhanli-nin arqumentasiyası ilə qane oldum əslində, əgər etiraz edən yoxdursa, geri çəkməyi düşünürəm. --► Hörmətlə: SolaVirum 12:30, 27 iyul 2024 (UTC)Cavabla
  • Startaplara təşkilatçılıq edən yerli və qlobal lahiyələri birgə toplyan, barmaq sayı qədər sayılacaq müsabiqələrdən biridir. ✔ Qalsın: Redivy (müzakirə) 15:24, 29 iyul 2024 (UTC)Cavabla
Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

  • sürətli silirəm, bir cümləsi və mənbəsi var sadəcə.
--► Hörmətlə: SolaVirum 11:33, 28 iyul 2024 (UTC)Cavabla
@Solavirum, yekunlaşdırmağı unutmusunuz. Hörmətlə, Gadirmüzakirə 21:14, 29 iyul 2024 (UTC)Cavabla

Yekunlaşdırma: ✅Y Silinib (yuxarı baxın). Hörmətlə, Gadirmüzakirə 08:11, 31 iyul 2024 (UTC)Cavabla

Paşa Məmmədov

[mənbəni redaktə et]

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

  • X Silinsin: VP:ŞEƏ, VP:SİYASƏTÇİ şərtlərini ödəmir. Əvvəla qeyd edim məqalə çox güman PR məqsədilə yaradılıb. Atası Qax icra başçısı olub, oğlu da onun hesabına biznesə sahibdir. Məqalədə yazılıb siyasətçi. Hansı siyasi fəaliyyəti olub? Diplomat və politoloq olduğu yazılıb. Nəsimi RİH-də hüqüqşünas olub. Bu şəxsi ens etmir. XİN İdarəsində çalışıb. Bu da şəxsi ens etmir. Dubayda Vitse-Konsul olub. Konsul da yox ha. Sonra özəl müəssisələrdə çalışıb. Qafqaz xalqları Konqresi adlı hansısa QHT-nin rəhbəridir. Hazırda da Kiyevdə yaşayır. Fəaliyyətində yenə gözə çarpan heçnə yoxdur. Bir sözlə məqalədə şəxsi ens edən heç bir amil yoxdur. sürətli silinməyə də uyğundur hətta. Grenzsoldat 19:25, 26 iyul 2024 (UTC)Cavabla
  • Məqalənin əsas hissəsində olan *iri biznes layihələrinin sahibi*, *Diplomatik kurslar keçmiş* tipli cümlələr tərəfli və PR xarakteri daşıyır həmçinin qeydlər hissəsi isə sadəcə şəxsi fəaliyyətə aiddir ensklopedik meyyarlara yox,əlavə olaraq VP:AİLƏ pozan cümlələr mövcuddur. X Silinsin: Redivy (müzakirə) 09:38, 30 iyul 2024 (UTC)Cavabla

Vüsal Hacı Qədir

[mənbəni redaktə et]

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Mənbəsiz və tərəfli olduğu üçün də X Silinsin: Dr.Wiki54 (müzakirə) 10:42, 29 iyul 2024 (UTC)Cavabla

Biogöstərici növ

[mənbəni redaktə et]

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

 Birləşdirilsin: Dr.Wiki54 (müzakirə) 10:41, 29 iyul 2024 (UTC)Cavabla

Fərhad Qaraşov

[mənbəni redaktə et]

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

  • X Silinsin: məqalə VP:ŞEƏ şərtlərini ödəmir. Əvvəla onu qeyd edim məqalə çox güman PR məqsədilə və VP:ÖR nəticəsində yaradılıb. Təcrübəli istifadəçilər bilər. İndi isə məqalə barədə. Hər bir biznesmen barədə məqalə olmalı deyil. Google açıq mənbəsində belə şəxs barədə dolğun məlumat yoxdur. Hətta Google əsasən elə bu məqaləni qabağı çıxarır. Şəxsin vəzifələri barədə. XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin MŞ sədridir. XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi - məqaləsindəndə buranın təhsil müəssisəsi olduğu görünür. Özəl təhsil müəssisəsinin MŞ sədri olmaq şəxsi ens etmir. Həmçinin həmin təhsil müəssisəsinin məqaləsi özü təftiş edilməlidir (amma o sonranın işidir). KOBİA İctimai Şurasının sədri olmaq da şəxsi ens etmir. Birbaşa KOBİA-da İH sədri deyil heç. KOBİA yanında İctimai Şuranın sədridir. Bu da şəxsi ens etmir. Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri olmaq da şəxsi ens etmir. Assosiasiyasının qurucusu özüdür, sədri də. Yəni özü özünün qurduğu bir assosiasiyasının rəhbəridir. Assosiasiyası fəaliyyəti də geniş deyil. İndi isə digər məqamlar. "Tərəqqi" medalı ilə təltif olunub. Bu da şəxsi ens etmir. Minlərlə adam bu medalla təltif edilib. Məqalədə xeyli sayda mənbəsiz hissələr var. ABB-də Problemli Kreditlərlə İş Departamentinin baş mütəxəssisi olub. Bu da şəxsi ens etmir. Kapital Bank'da YAP GT sədri olub. (belə bir vəzifədə var imiş :d) Bu da şəxsi ens etmir. YAP Nəsimi RT GB sədr müavini də həmçinin. Məqalə özlüyündə açıq aydın PR məqsədilə yaradılıb. Bütün deyilənləri nəzərə alaraq tərəfsiz qayda da məqalənin şərtləri və tələbləri ödəmədiyini düşünürəm və məqalənin silinməli olduğunu düşünürəm. Grenzsoldat 19:58, 28 iyul 2024 (UTC)Cavabla
  • X Silinsin: məqalə VP:ŞEƏ şərtlərini ödəyəcək heç bir bənd görmürəm. Piar məqsədi ilə yaradılmış çəqalələrdən biri. İş adamı kimi o qədər də məşhur deyil, həmçinin ictimai xadim kimi də. --Tarixi Nadir (müzakirə) 10:36, 29 iyul 2024 (UTC)Cavabla
@Grenzsoldat ilə həmfikirəm. Digər vikilərdə də silinib. Həmçinin bir öncəki müzakirəyə baxsaq müəllifin tərəfli müdafiəsi, ona aid 2 kukla hesabın şərhi və birində "TV-də çox görürəm" müdafiəsinə, keçmiş təcrübəli istifadəçinin As. sədridir qalsın kimi şərhini və şərhsiz 3 qalsın görə bilərik. Hə, bir də qurum ensiklopedikdir, deməli sədr də ensiklopedikdir şərhi var. Bunların heç biri tutarlı və qaydalara əsalanan şərh deyil. Ona görə fikrimcə silinməlidir. - Dr.Wiki54 (müzakirə) 10:40, 29 iyul 2024 (UTC)Cavabla
Müəyyən düzəlişlər etdim və şəxsin iş adamı kimi yetəri qədər mənfi və müsbət genişçaplı mənbələri var,düzdü silinmiş olsa belə bu səbədən və VP:SİYASƏTÇİ əsasən ✔ Qalsın: Redivy (müzakirə) 16:15, 2 avqust 2024 (UTC)Cavabla
Şəxsin siyasətlə əlaqəsi yoxdur Dr.Wiki54 (müzakirə) 09:28, 5 avqust 2024 (UTC)Cavabla
@Dr.Wiki54Siyasəntçi kimi istinad gətirmişəm lakin iş adamı kimi özünəməxsusdur. İş adamı və biznesmen kimi bir meyyar görmədim deyə orada olan bənd ən uyğunu olduğunu düşünürəm. Redivy (müzakirə) 09:35, 5 avqust 2024 (UTC)Cavabla
  • ✔ Qalsın: şəxsin iş adamı kimi yetəri qədər mənbəsi var. Şəxs iş adamı kimi tanınmışdır. İstinadlar əlavə edilsə saxlanıla bilər. Googleda fəaliyyəti ilə bağlı bir çox məlumat çıxır.Xeyal (müzakirə) 16:48, 6 avqust 2024 (UTC)Cavabla
  • X Silinsin: Ümumiyyətlə məqalə cv formatında yazılıb və şəxsin fəaliyyəti ilə bağlı heç nə iddia edə bilmir. Ancaq ardıcıl olaraq tutduğu vəzifələr qeyd edilib, ki, onlar arasında VP:ŞEƏ meyarlarında kankret olaraq tələb olunan, yəni şəxsi təkbaşına ensiklopedik edə biləcək vəzifə yoxdur. Həmçinin iki mükafatı qeyd edilib, hansı ki, onların da heç biri qəbul edilmiş kankret meyarları qarşılamır. Elmi fəaliyyəti başlığında ancaq fəlsəfə doktoru olduğu yazılıb və bu dərəcəyə sahib olmaq təkbaşına şəxsləri ensiklopedik edə bilmir. Elmi fəaliyyəti haqqında isə məlumat yoxdur. Məqalədəki istinadlardan isə sadəcə birində (2 nömrəli, ulusal.az) şəxs haqqında məlumat var, hansı ki, ordakı məlumatlar da elə məqalədəki ilə eynidir və faktlar meyarları ödəmir. Geri qalanlardan 2-si şəxsin məqalə və dissertasiyasına keçiddir, 2-sində isə ümumiyyətlə şəxsin adı keçmir, şəxs haqda heç nə yoxdur. Geri qalanlardan 2-sində siyahıda, geri qalanlarında isə əlaqəli qurumla bağlı xəbərdə qurumdakı vəzifəli şəxs kimi adı keçir. Məqalədə şəxsin iş adamı kimi və ya ictimai və elmi fəaliyyəti haqqında dəyərləndirilə biləcək məlumat və mənbə mövcud deyil. --Sura Shukurlu (müzakirə) 19:50, 7 avqust 2024 (UTC)Cavabla

Eyvazlılar (soy)

[mənbəni redaktə et]

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Nəcəfqulubəylilər

[mənbəni redaktə et]

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Kazımbəyovlar

[mənbəni redaktə et]

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Məmmədbəylilər

[mənbəni redaktə et]

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Həkimxanlılar

[mənbəni redaktə et]

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Sulduz Rüstəmov

[mənbəni redaktə et]

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

İspaniya Quru Qoşunları

[mənbəni redaktə et]

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Məqalənin özü ensiklopedikdir. Kosmik Ozan utora! 09:17, 8 avqust 2024 (UTC)Cavabla

Firəngiz İbrahimzadə

[mənbəni redaktə et]

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

  • Elə də tanınmış şəxsiyyət deyil. İnternetdə haqqında axtarış verəndə, demək olar, "Vikipediya"dan başqa heç bir şey çıxmır. Məqalədə mənbə azlığına dair şablon var, lakin uzun müddətdir ki, heç bir etibarlı mənbə əlavə edilməyib. Olan iki istinaddan birini də etibarsız hesab etmək olar. Yazı özü də Oqtay Əliyevin özü (İstifadəçi:Oka-56) tərəfindən yaradılıb, istifadəçinin başqa heç bir töhfəsi yoxdur. Həmçinin Oqtay Əliyevin rəsm əsərləri kimi "Vikimənbə"yə əlavə edilmiş fotolar müəllif hüquqları ilə bağlı səbəbdən silinmişdir. Yəni, bir sözlə, ensiklopedik olduğunu düşünmürəm. -- Rüfət Həsənli 16:51, 30 iyul 2024 (UTC)Cavabla
Şərh Şərh: -- Bunu deməyim nə dərəcə düzgün olar, bilmirəm, amma həmin şəxsi şəxsən tanıyıram, fəqət məqalədə yazılanların bəzilərinin etibarlılığına şübhə ilə yanaşıram. -- Rüfət Həsənli 16:54, 30 iyul 2024 (UTC)Cavabla
Məqalədə tərəfli cümlələr var və ensklopedik dəyəri olan cümlələrin mənbələri qeyd olunmayıb. X Silinsin: Redivy (müzakirə) 08:36, 31 iyul 2024 (UTC)Cavabla

Vüsalə Əlizadə

[mənbəni redaktə et]

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

  • X Silinsin: şəxs aparıcı olaraq VP:ŞEƏ şərtlərini ödəmir. Televiziya aparıcısı olaraq tanınır sadəcə. Heç bir layihəsi şəxsi ens edəcəy dərəcədə deyil. Uzun illər fasilələrlə müxtəlif verilişləri aparıb. Əvvəl ATV-də, sonra isə Xəzər TV-də. Bir dəfə də Maşın Şouda çıxış edib. Bu da şəxsi ens etmir. Ümumiyyətlə Maşın Şou barədə o qədər detallı və əhəmiyyətsiz xırda məlumatlara ehtiyac yoxdur. VP:APARICIVP:ŞEƏ şərtlərini ödəməməsi nəzərə alınaraq məqələ silinməlidir. Grenzsoldat 11:48, 31 iyul 2024 (UTC)Cavabla
  • Müəyyən düzəlişləre etdim və VP:APARICI meyyarlarında öz həmkarları və ya davamçıları tərəfindən geniş şəkildə istinad edilir bu səbəbdən.  Bitərəf: Redivy (müzakirə) 13:46, 31 iyul 2024 (UTC)Cavabla

Orxan Hüseynzadə

[mənbəni redaktə et]
Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Yekunlaşdırma: ✅Y Sürətli silindi: VP:M1. Nemoralis (müzakirə) 07:29, 8 avqust 2024 (UTC)Cavabla

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR


Tural Tağıyev

[mənbəni redaktə et]
Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Yekunlaşdırma: ✅Y Sürətli silindi. Nemoralis (müzakirə) 07:28, 8 avqust 2024 (UTC)Cavabla

Region Şəki (qəzet)

[mənbəni redaktə et]

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

X Silinsin: ensiklopedik əhəmiyyətə malik deyil. 2004-cü ildə buraxılıb. böyük keçmişi də yoxdur ki, mübahisəli olsun Atakhanli (müzakirə) 22:11, 6 avqust 2024 (UTC)Cavabla
Ensiklopedik qəzet deyil. Kosmik Ozan utora! 09:16, 8 avqust 2024 (UTC)Cavabla

Hacıbaba Mehdizadə

[mənbəni redaktə et]

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Niyə? Bakı haqqında da məqalə var. Mənbələr varsa digər şəhərlər haqqında da ola bilməz? Hörmətlə, Gadirmüzakirə 12:22, 2 avqust 2024 (UTC)Cavabla
Şərh Şərh: Məqalə qaralama halındadır daha geniş və məlumatlı şəkildə tərtib olunarsa müzakirə edilə bilər lakin hal-hazırda X Silinsin: Redivy (müzakirə) 15:51, 2 avqust 2024 (UTC)Cavabla
@Gadir, bu nə ritorikadır? "yeni istifadəçilərə ilişməyin". İlişməyin nədir? Siz ümumiyyətlə nə zaman tərzinizə nəzər yetirəcəksiniz? Yeni istifadəçidir deyə ürəyindən keçən məqalələri yaratmalıdır? İH-lərlə bağlı dəfələrlə mövzu düşüb, digər vikilərdən alınan nümunəylə isə məqalələrin olmaması de-fakto qəbul edilib. Bakı Şəhər İcra Hakimiyyəti ayrı müzakirə mövzusudur. Dr.Wiki54 (müzakirə) 16:11, 2 avqust 2024 (UTC)Cavabla
1-2 avqust arası onlarla qaralama məqalələr yaradılıb. dəhşətdir sadəcə. Grenzsoldat 16:30, 2 avqust 2024 (UTC)Cavabla
@Dr.Wiki54 indiki halda Gadirin ritorikasında problem yoxdu, səhifənin adı elədi: Vikipediya:Yeni istifadəçilərə ilişməyin. Ola bilər şəxsi qəbul eləmisiz. Vikidüşərgədə yaradılan məqalələri mən də bəyənmədim amma burada bu məqaləni müzakirə edirik. Verə biləcəyiniz normal reaksiya dediyiniz müzakirənin keçidini göstərmək olar(və ya harada, hansı tarixdə olduğunu). Vikidə az aktiv istifadəçi olsa da hamı bütün müzakirələrdən xəbərdar deyil. — Bikar müzakirə 16:40, 2 avqust 2024 (UTC)Cavabla
@Bikar, var. "İlişməyin" ifadəsi xoş deyil. Hər nə qədər digər vikilər "səmimi platforma" görüntüsü üçün "dişləməyin" feilini işlətsə də, bura şəxsi mesajlaşdığımız platforma deyil. Bu təcili olaraq "toxunmayın" kimi daha neytral sözlə dəyişdirilməlidir. Ki bu başqa müzakirənin mövzusudur. Bunu dəfələrlə qeyd etmişəm, bir daha qeyd edirəm vikidə şəxsən tanımadığım insanlarla müzakirələr apardığım üçün heç bir halda yazılan hər hansı bir şey birbaşa şəxsimə yönəldilmirsə (təhqir-söyüş) şəxsi qəbul eləmirəm. Dr.Wiki54 (müzakirə) 16:44, 2 avqust 2024 (UTC)Cavabla
Məsələ "ilişməyin" deyil, hər dil layihəsində belə təcrübə var ki, editatonlarda və təlimlərdə yaradılan məqalələr gözardı edilir, sonradan üzərilərinə düşürlər. Siz niyə Vikidüşərgəyə müdaxilə edirsiniz, niyə qarşı çıxırsınız? İcra hakimiyyətlərin ensiklopedik olduğu qənaətindəyəm özüm, amma bu başqa vaxtın mövzusudur. Səsverməni dayandırıram. --► Hörmətlə: SolaVirum 08:22, 3 avqust 2024 (UTC)Cavabla
Dr.Wiki54, Grenzsoldat, Bikar --► Hörmətlə: SolaVirum 08:22, 3 avqust 2024 (UTC)Cavabla
Belə pis çıxmasın, konkret mərdimazarlıq edirsiniz. --► Hörmətlə: SolaVirum 08:23, 3 avqust 2024 (UTC)Cavabla
@Solavirum, istifadəçilərə qaydalara uyğun məqalələr yaratmağı öyrədə bilərsiz. Bu günlərdə olimpiada gedir. Girsinlər nə qədər olimpiyaçı məqaləsi var. Onları yaratsınlar. Gəlib İH saytının məqaləsi copy edilməlidir? Son cümlə isə heç xoş deyil. Təəsüf edirəm. Grenzsoldat 08:46, 3 avqust 2024 (UTC)Cavabla
Bura könüllü layihədir, kimə hansı mövzuda maraqlıdırsa o mövzuda yazır. Demirəm qeyri-ensiklopedik məqalə yaratsınlar, sadəcə düşərgə sona çatanadək gözləmək olar. Belə olanda həvəsləri də ölür. Hörmətlə, Gadirmüzakirə 09:12, 3 avqust 2024 (UTC)Cavabla
bəli bəli hansı mövzuda maraqlıdırsa o mövzuda da yazır. bir insan niyə İH saytını copy etsin? ümumiyyətlə mənə bu düşərgələrin yetişdirdiyi bir yaxşı istifadəçi göstərin? Grenzsoldat 09:22, 3 avqust 2024 (UTC)Cavabla
Grenzsoldat, bu düşərgə ilə bağlı bəlkə də ən şikayətçi mənəm və gələcəkdə öz iradlarımı bildirib addımlar atacağam onsuz da, amma indi yeri deyil. --► Hörmətlə: SolaVirum 09:47, 3 avqust 2024 (UTC)Cavabla
bəy sizdən bir şey xahiş etmişdim, onu həll edərsiz :d Grenzsoldat 11:25, 3 avqust 2024 (UTC)Cavabla
@Solavirum, mənim ümumiyyətlə düşərgənin bu günlərdə olduğundan xəbərim yox idi. Müzakirədə yazılmasa da bilməzdim. Son şərhiniz isə heç xoş deyil, Solavirum. - Dr.Wiki54 (müzakirə) 08:24, 3 avqust 2024 (UTC)Cavabla
@Solavirum, o da düz deyil. Sadəcə anlaşmaq lazımdır ki, hamılıqla yeni istifadəçilərə düşərgə müddətində anlayış göstərək, heç çoxusu bura çıxarılası məqalə deyil, boy-boy təqdim olunub, düşərgədən sonra silərik da, 3-4 gün gözləmək olmur? Hörmətlə, Gadirmüzakirə 12:48, 3 avqust 2024 (UTC)Cavabla
Gadir, onsuz da siləcək olan mənəm, Nemoralis-dir, Turkmen-dir və s., bizi nə vaxtdan düşüblər anlamıram. --► Hörmətlə: SolaVirum 12:51, 3 avqust 2024 (UTC)Cavabla
iş gedən məqalədə nə vaxtdan redaktə müharibəsi aparmaq olar? Siz konkret destruktiv fəaliyyətlə məşğul olursunuz. --► Hörmətlə: SolaVirum 12:53, 3 avqust 2024 (UTC)Cavabla
Müzakirə gedir deyə geri qaytarmışdım, bircə dəfə, digərini Samral qaytarıb. Hörmətlə, Gadirmüzakirə 12:59, 3 avqust 2024 (UTC)Cavabla
Əslində Dr.Wiki54 məqaləyə "sürətli sil" şablonu qoymuşdu, eyni səbəblərlə mən geri qaytardım və Samral bura təqdim etdi. Hörmətlə, Gadirmüzakirə 12:56, 3 avqust 2024 (UTC)Cavabla
Məsələ odur ki, bunlar test səhifəsi kimi şeydir və bu təcrübə hətta envikidə belə müşahidə olunub mən tərəfindən. İş gedir şablonunu göydən qoymayıblar. Silinsə, silinəcək sonra onsuz da. Dünən gəlməmisiniz axı Vikipediyaya. --► Hörmətlə: SolaVirum 13:01, 3 avqust 2024 (UTC)Cavabla
Mən bunları bilirəm və bildirmişəm. Bu tip səhifələri hazırda silmirəm. Hörmətlə, Gadirmüzakirə 13:15, 3 avqust 2024 (UTC)Cavabla

Yekunlaşdırma: ❌N @Samral, @Grenzsoldat, mərdimazarlıq eləməyin. Burda yeni istifadəçilərə nəsə öyrətməyə çalışırıq, imkan verin. Bir də xəbərdarlıq olmayacaq. Nemoralis (müzakirə) 13:04, 3 avqust 2024 (UTC)Cavabla

 Cavab: Nemoralis, bu nə üslubdu? Üslubuva diqqət elə. Məni kimlərləsə səhv salma. Kiməsə nəsə öyədirsənsə ensiklopedik məzmun üzərindən et. Heç kim və heç nə qaydalardan üstün deyil.—samral müzakirə 15:44, 3 avqust 2024 (UTC)Cavabla

Zaur Əliyev(hüquqşünas)

[mənbəni redaktə et]
Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

ens nədir? Və bu səhifənin silinməyə namizəd olma səbəbi nədir? Khayal Ahmet (müzakirə) 12:09, 2 avqust 2024 (UTC)Cavabla
Şərh Şərh: Müəyyən əlavələr etdim lakin hələdə məqalədə əsaslə yoxlanılabilən mənbələr yoxdur. Redivy (müzakirə) 15:41, 2 avqust 2024 (UTC)Cavabla
təşəkkürlər. Bəs nəyə görə hələdə silinməyə namizəddir? Khayal Ahmet (müzakirə) 11:15, 3 avqust 2024 (UTC)Cavabla
əlavə olaraq Zaur Əliyevin İnsan hüquqları kitabını mənbə kimi istifadə etmək olar. http://lawlibrary.info/az/books/GIZ2012-Az-Avropa-Insan-Huquqlari-M%C9%99hk%C9%99m%C9%99si.pdf Khayal Ahmet (müzakirə) 11:26, 3 avqust 2024 (UTC)Cavabla
@Grenzsoldat, keçən il SNS-lə silinibsə sadəcə “sil” şablonu qoyun. BNS-lə bərpa edilməyibsə, təkrar SNS etməyə ehtiyac yoxdur. samral müzakirə 12:36, 3 avqust 2024 (UTC)Cavabla
@Khayal Ahmet Əlavə etdiyiniz kimi digər cümlələrin doğruluğunu təsdiq edəcək mənbələr əlavə edin zəhmət olmazsa. Redivy (müzakirə) 08:10, 4 avqust 2024 (UTC)Cavabla
Mənbələr çox deyil. Zaur Əliyevin öz dedikləri və internetdə olan yazdığımız mənbələrdən götürüb hazırlamışıq. 4 mənbə var və məncə bunlar kifayət etməlidir Khayal Ahmet (müzakirə) 09:32, 6 avqust 2024 (UTC)Cavabla

Yekunlaşdırma: ✅Y Ü4-ə əsasən sürətli silinir. Nemoralis (müzakirə) 07:26, 8 avqust 2024 (UTC)Cavabla

Bəbir Hüseynov

[mənbəni redaktə et]

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

  • X Silinsin: q/e məqalə. Şəxs VP:YAZIÇIVP:JURNALİST şərtlərini ödəmir. Qızıl qələm almaq şəxsi əhəmiyyətli etmir. Bu minlərlə adama verilib. Jurnalist olaraq hansısa mühüm bir tərəfə qalsın ortabad məhşurluğu da yoxdur. "Lenin yolu" qəzetində çalışın. O qəzetin də heç məqaləsi yoxdur. Sonra da yazıçı olub. Amma nə yazdığı məlum deyil :d Bir sözlə şəxs VP:ŞEƏ, VP:YAZIÇIVP:JURNALİST qaydalarını özəmir. Sürətli silinməyə belə uyğundur hətta. Grenzsoldat 21:24, 2 avqust 2024 (UTC)Cavabla
  • Müəyyən düzəlişlər etdim və şəxs həmkarları və ya davamçıları tərəfindən geniş şəkildə istinad edildiyindən həmçinin komitə sədri,jurnalist,partiya təşkilat katibi və s geniş peşə fəaliyyətinə olduğu üçün VP:JURNALİST kriteryalarında cavab verdiyini düşünürəm. ✔ Qalsın: Redivy (müzakirə) 06:56, 3 avqust 2024 (UTC)Cavabla

Şamil Səlimxanov

[mənbəni redaktə et]

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Zemfira Səlimxanova

[mənbəni redaktə et]

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Cahangir Səlimxanov

[mənbəni redaktə et]

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Qorxmaz Atakişiyev

[mənbəni redaktə et]

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

X Silinsin: nə mənbə var, nə ensiklopedik məqam. Kosmik Ozan utora! 09:16, 8 avqust 2024 (UTC)Cavabla

Etibar Nəcəfov

[mənbəni redaktə et]

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Xodaşirin Cəbiyev

[mənbəni redaktə et]

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

  • Məqalədə uzun müddətdir əhəmiyyət şablonu var. Fikirləriniz maraqlıdı — Bikar müzakirə 08:35, 5 avqust 2024 (UTC)Cavabla
  • Mənimlə bağlı məlumatlar səhih və mötəbərdir. Məqalənin silinməsi ilə bağlı addımınızı milli mənsubiyyətə görə diskriminasiya halı hesab edirəm. Əgər bu baş verərsə beynəlxalq təşkilatlara müraciət etmək mıcburiyyətində olacağam. Əvvəlcədən təşəkkür edirəm. — Bu imzasız yazı 212.47.150.61 (m) tərəfindən əlavə edilib; 11:43, 5 avqust 2024 (UTC)Cavabla

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

"Royalty" ensiklopedikdir axı. Rusiya nəcibləri haqqında çoxlu məqalələr var. --► Hörmətlə: SolaVirum 12:06, 5 avqust 2024 (UTC)Cavabla
@Solavirum, XVII-XIX əsrlərdə yüzlərlə bəy olub. Hamısı ensiklopedikdir? Dr.Wiki54 (müzakirə) 07:19, 6 avqust 2024 (UTC)Cavabla
Haqqında mənbə olanlar, bəli. Qraflar ensiklopedikdir, bəylər yox? --► Hörmətlə: SolaVirum 08:43, 6 avqust 2024 (UTC)Cavabla
Şərh bildirəndə, zəhmət olmasa, etiketləyin. Fikrimcə, bir zümrəni avtomatik ensiklopedik qəbul etmək doğru deyil. - Dr.Wiki54 (müzakirə) 20:52, 6 avqust 2024 (UTC)Cavabla

Mirzə Cavad bəy Qayıbov

[mənbəni redaktə et]

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Əvvəlki məqalələrim qəbul olunduğundan onlar kimi yazmağa çalışmışam,dediyinizdən belə qənaətə gəlirəm ki, yazdıqlarımın hamısı silinməlidir. Necə məsləhətdir,elə edin. Aysu Qədirli (müzakirə) 12:58, 5 avqust 2024 (UTC)Cavabla

Firədun İbrahimov

[mənbəni redaktə et]

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Vüqar Abdurahmanov

[mənbəni redaktə et]

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Fərhad Əzizov

[mənbəni redaktə et]

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Rəşid bəy Sultanov

[mənbəni redaktə et]

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

George xaçı ordeni şəxsi ensiklopedik etmir? Araz Yaquboglu (müzakirə) 14:08, 5 avqust 2024 (UTC)Cavabla
 Sürətli qalsın: --► Hörmətlə: SolaVirum 14:16, 6 avqust 2024 (UTC)Cavabla
Bir orden birini niyə ensiklopedik etsin? Özü də heç bir fəaliyyəti bilinmir. Yousiphh (müzakirə) 14:17, 7 avqust 2024 (UTC)Cavabla

Kateqoriya:Şəki çayları

[mənbəni redaktə et]
Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

K3. Silindi. Atakhanli (müzakirə) 20:14, 5 avqust 2024 (UTC)Cavabla

Maqsud Mahsudov

[mənbəni redaktə et]

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

  • X Silinsin: VP:İDMANÇI şərtlərini ödəmir. Keçən həftə düşərgə zamanı yaradıldı və onda yeni istifadəçilərin "həvəsi ölməsin" deyə SNS eləmədim. İndi isə artıq vaxtdır. Gimnastın 17 yaşı var və bu müddət ərzində ancaq şəhər çempionatlarında və ya aşağı seriyalı beynəlxalq turnirlərdə medallar qazanıb. Olimpiada da çıxış etməyib. Dünya Çempionatı bir tərəfə qalsın heç Avropa Çempionatında medalçı yox, adi çıxışı belə olmayıb. Belarusda, nə bilim Soçu və digər şəhərlərdə 4-5 dövlətin qatıldığı turnirlərdə medal alıb. Şəxsi ens edən heç bir amil yoxdur. Grenzsoldat 13:05, 6 avqust 2024 (UTC)Cavabla
  • ✔ Qalsın: -- Gənc olduğu üçün az ola bilər təcrübəsi, lakin kifayət qədər uğurla təmsil etməkdədir Azərbaycanı. Və yalnız "şəhər çempionatı"nda deyil, beynəlxalq çempionatlarda da uğurları var. Məqalədə də qeyd olunduğu kimi, Avropa ikinciliyi və Dünya Yaş Qrupları yarışında qızıl və bürünc medalı var. Azərbaycanda batut gimnastikası yeni inkişafdadır və bu səbəbdən Milli Komandanın əksər idmançılarının gənc olması normaldır. -- Rüfət Həsənli 06:27, 7 avqust 2024 (UTC)Cavabla
2022-ci ildə İtaliyada keçirilən Avropa çempionatında 1-ci yer, 2021-ci ildə Rusiyada keçirilən Avropa çempionatında 2-ci yeri tutub. Nigar Abdullayeva AzMIU (müzakirə) 06:57, 7 avqust 2024 (UTC)Cavabla
Müəyyən düzəlişlər etdim və ✔ Qalsın: İdmançı VP:EƏİ şərtlərində Elitar beynəlxalq müsabiqələrdə yüksək səviyyəli fərdi medal qazanıb. [[2]] Redivy (müzakirə) 14:50, 7 avqust 2024 (UTC)Cavabla

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Mən də eyni fikirdəyəm. Kateqoriya bəs edir. Hörmətlə, Patriot (müzakirə) 11:44, 7 avqust 2024 (UTC)Cavabla
@White Demon, arqumentiniz var? — Bikar müzakirə 11:45, 7 avqust 2024 (UTC)Cavabla
Burada qırmızı keçidlə olanların hamısı ensiklopedikdir ki? Siyahıya ensiklopedik şəxslər əlavə oluna bilər sadəcə. Hər futbolçu bura əlavə olunmur. Hörmətlə, Gadir (müzakirə) 11:47, 7 avqust 2024 (UTC)Cavabla
Mən bu cür siyahıların yaradılmasını sevmirəm. Ancaq adlar olsun. Onsuz da kateqoriya var. Əsl siyahı bilirsiz necə olur? Klub və başqa göstəricilər də olsun, normal başlığı olsun. Kosmik Ozan utora! 12:03, 7 avqust 2024 (UTC)Cavabla
Belə şey də var ki, kateqoriya tam deyil, yəni tam olmur, siyahı, yəni məqalələr məlumatları tam çatdırır, amma burda sadəcə adlardan ibarətdir, ensiklopediklikləri də ayrı mövzu. Hörmətlə, Gadir (müzakirə) 12:04, 7 avqust 2024 (UTC)Cavabla
Ən yaxşısı belə siyahı yaratmaqdır. Ancaq millidə çıxmış qadın futbolçular. Kosmik Ozan utora! 12:05, 7 avqust 2024 (UTC)Cavabla
Göstərdiyiniz link kimi yaradılsa super bir siyahı olar. Araz Yaquboglu (müzakirə) 13:09, 7 avqust 2024 (UTC)Cavabla
@White Demon Həmfikirəm. Redivy (müzakirə) 13:23, 7 avqust 2024 (UTC)Cavabla
X Silinsin: Doğru deyil siyahı məncə. Nəsə spesifik bir kateqoriya olmalıdır. Bu, o deyil Atakhanli (müzakirə) 15:50, 7 avqust 2024 (UTC)Cavabla
@AtakhanliFikrimcə millidə çıxış edən qızlardan ibarət bir listin olması lazımdır. Redivy (müzakirə) 09:54, 8 avqust 2024 (UTC)Cavabla


✔ Qalsın: — @Araz Yaquboglu qeyd etdiyiniz fikirlə razıyam. Məqaləni mən yaratmışam. Əslində siyahıda qeyd olunan futbolçuların hamısı peşəkar futbolçulardır. Sadəcə mən onların məqaləsini yaratmamışdan öncə birbaşa siyahıya əlavə etmişəm. Fikir mübadiləsi aparan zamanı həmkarımın dediyi linkə keçid etdim. Ona əsasən məqaləni yenidən tərtib edəcəm. Hörmətlə! Asif Məmmədov (müzakirə) 13:51, 7 avqust 2024 (UTC)Cavabla

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

  • X Silinsin: belə bir siyahıya nə ehtiyac var? 600+ insan həyatını itirib Xocalı soyqırımı zamanı. Burada isə bir hissə adamın adı göstərilib. Qaralama halında və tamamlaşnmamış məqalədir. Məncə silinməyə uyğundur. Grenzsoldat 23:04, 7 avqust 2024 (UTC)Cavabla
  • ✔ Qalsın: bu tip siyahılar, bəzən kütləvi məqalə yaradılmasının qarşısənı alır. Düşünürəm ki, elə yazılmamış adları da əlavə edib normal siyahı halına salıb saxlamaq lazımdır. --Hörmətlə, Patriot (müzakirə) 23:16, 7 avqust 2024 (UTC)Cavabla
{{əskik}}{{natamam siyahı}} kimi şablonlar var. Hörmətlə, Gadir (müzakirə) 23:20, 7 avqust 2024 (UTC)Cavabla
Fikrimcə, qala bilər. Əsas məqaləyə birləşdirilməsi vizual xoş olmaya bilər. Dr.Wiki54 (müzakirə) 00:32, 8 avqust 2024 (UTC)Cavabla
Grenzsoldat ✔ Qalsın:. O biri şəhid siyahılarını işlədiyin kimi bunu da işlə. Araz Yaquboglu (müzakirə) 05:48, 8 avqust 2024 (UTC)Cavabla
borcum var? Grenzsoldat 07:58, 8 avqust 2024 (UTC)Cavabla
Borcun var ki deyirəm. Araz Yaquboglu (müzakirə) 08:06, 8 avqust 2024 (UTC)Cavabla
@Nemoralis, cənab idarəçi burada VP:N bəndlərini pozur. Grenzsoldat 08:11, 8 avqust 2024 (UTC)Cavabla
Mən sizə siyahıları yaxşı işlədiyiniz üçün təklif kimi dedim, əmr kimi yox. Siz isə ilk olaraq yazdığınız cavaba bir baxın. Araz Yaquboglu (müzakirə) 08:14, 8 avqust 2024 (UTC)Cavabla
"...bunu da işlə" təklifdir? Grenzsoldat 08:18, 8 avqust 2024 (UTC)Cavabla
nəysə boş verin. Grenzsoldat 08:20, 8 avqust 2024 (UTC)Cavabla