Vikipediya:Tarixdə bu gün/dekabr 8
Naviqasiyaya keç
Axtarışa keç
![Con Lennon](https://amansaja.com/index.php?q=Mfv0Kfa6bO91KgPRoqwSJ2BVMq1BngBFbA9OnO93MqTXKgrCMqiRo29TLq9SKO90MfrToE9Bb2sOb0PXnr9dLB8Pzr8Tbr9cL2FSp3dBMgrFKZzBK19fMpnBp1lBoqzBp0hHw2FFLAzBbAXQnO8PaNlQIk1aMqrHuq5HatrHbu1HuA9YLB9OnqFBopdNnpzHv2B2nr9wnqhDnr9lp0zYoq5Dnu5WKgK%3D)
Con Lennon
- 1941 — Yaponların 7 dekabrda Pörl-Harbora hücumundan sonra ABŞ və Britaniya Yaponiyaya müharibə elan etdilər.
- 1966 — ABŞ və SSRİ atom silahlarının fəzaya buraxılmasının qadağan edilməsi haqqında razılaşmaya imza atdılar.
- 1974 — Yunanlar referendumda böyük səs çoxluğu ilə monarxiyanın ləğv olunması və respublikanın yaradılması lehinə səs verdilər.
- 1980 — Con Lennon Nyu-Yorkdakı evinin önündə Mark Çepmen tərəfindən qətlə yetirildi.
- 1987 — Vaşinqtonda Ronald Reyqan və Mixail Qorbaçov "Nüvə başlıqlı orta mənzilli raketlərin məhdudlaşdırılması" barədə müqaviləni imzaladılar.
- 1991 — Azərbaycan İslam Konfransı Təşkilatına üzv oldu.
- 1991 — SSRİ-nin beynəlxalq subyekt kimi varlığına son qoyulması barədə və Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında Belovejsk sazişi imzalandı.
- 1999 — İnək quduzluğu xəstəliyi ilə əlaqədar olaraq bir çox Avropa ölkəsi Britaniyadan mal əti idxalına qadağa qoydu.