Yaponiya folklorunda üçrəngli pişiklər dənizçilər tərəfindən uğurlu hesab olunurlar və onların kabusları qovduqlarına inanılır.
ABŞ xeyriyyəçisi Lenni RobinsonBetmen forması ilə Baltimor xəstəxanalarındakı xəstə uşaqları ziyarət etdiyi üçün "Baltimor Betmeni" ləqəbi qazanmışdır.
San-Fransisko sakini Coşuo Norton (şəkildə) 1859-cu ildə özünü ABŞ imperatoru elan etmiş, şəhərdə öz pulunu buraxmış, hətta pulu bir neçə restoran tərəfindən qəbul edilmişdir. 1870-ci ildə baş tutmuş siyahıalmada isə peşəsi "imperator" olaraq göstərilmiş və "dəli" olduğu qeyd olunmuşdur.