Yaman Candar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Yaman Candar
Əvvəlki-
SonrakıCandaroğlu Süleyman bəy
Şəxsi məlumatlar
Vəfat tarixi 1309
Uşaqları Candaroğlu Yaqub bəy
Candaroğlu Süleyman bəy

Teymur Şəmsəddin Yaman Candar (v. 1309) — Candaroğulları bəyliyinin qurucusu və ilk bəyi.[1][2][3]

Oğuz türklərinin Qayı qolundan törəmişdir, Şəmsəddin Yaman Candar Alp Arslan Yaman Candar Məhmed bəyin oğlu idi.[4]

Anadolu Səlcuqluları arasındakı taxt mübarizəsinə qatılan Şəmsəddin Yaman Candar bəyə 1292-ci ildə Hülaki hökmdarı Keyxatu xan tərəfindən Əflani və ətraf bölgələri iqta olaraq verilmiş, bu tarix Candaroğlu bəyliyinin əsasının qoyulması olaraq qəbul edilmişdir. Bəyliyin qurucusu olan və ona adını verən Yaman Candar bəyin hansı türkmən boyuna mənsub olduğu bilinmir. Daşıdığı Candar ünvanı səbəbilə Səlcuqlu sarayında xidmət etdiyi anlaşılan Şəmsəddin Yaman Candar bəy, hakimiyyəti boyunca Hülakilərin tabeliyində qalmış, ancaq bəyliyin hüdudlarını genişləndirmədən 1309-cu ildə vəfat etmişdir. Yerinə isə oğlu Süleyman bəy keçmişdir.

  1. Uzunçarşılı, İsmail Hakkı (1937). Anadolu Beylikleri ve Akkoyunlu, Karakoyunlu Devletleri (2019 bas.). Türk Tarih Kurumu Yayınları. ISBN 9789751624574
  2. Yücel, Yaşar (1980). Anadolu Beylikleri Hakkında Araştırmalar I: Çoban-Oğulları Beyliği, Çandar-Oğulları Beyliği, Melikü’l-Ebsar’a göre Anadolu beylikleri (1988 bas.). Türk Tarih Kurumu Yayınları. ISBN 9789751600806
  3. Yaman, Talat Mümtaz (1935). a.g.e, syf. 109
  4. "Selçuklu Devri". www.kulturportali.gov.tr. 2023-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-05.