İraqdakı Çoxmillətli Qüvvələr

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
İraqdakı Çoxmillətli Qüvvələrin missiya gerbi.

İraqdakı Çoxmillətli Qüvvələr (İngiliscə: The Multi-National Force – Iraq (MNF–I)) İraq müharibəsindən sonra İraqın işğalında iştirak etmiş olan və ABŞ tərəfindən idarə olunmuş silahlı qüvvələrdirlər. Qüvvələr 15 may 2004-cü ildə Kombinasiyalı Müştərək İşçi Qüvvəsi 7 (Combined Joint Task Force 7) adlanan strukturdan ölkənin işğalına nəzarəti təhvil almış və 2010-cu il yanvarın 1-də ABŞ Silahlı Qüvvələrinə təhvil vermişdir.[1][2][3][4][5]

İraq müharibəsindən sonrakı dövrdə İraqda mövcud olan silahlı qüvvələrə, xüsusən də ABŞ əsgərlərinin böyük say üstünlüyünə görə, ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri deyilmişdir. ABŞ-dan başqa digər bu işə köməklik etmiş olan ölkələrin əsgərlərinin İraqda davam edən şiddətli zorakılıqlar və müharibə əleyhinə öz dövlətlərindəki hərəkatların intensivliyinə görə yalnız hərbi düşərgələrdə xidmət etdikləri və İraq Müqavimətinə qarşı müharibədə fəal iştirak etmədikləri müşahidə edilmişdir.[6]

Çoxmillətli qüvvələrin missiyasının tərifini ABŞ-ın o zamankı dövlət katibi olmuş Kolin Pauel 2004-cü ilin iyununda Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına göndərdiyi məktubunda belə izah etmişdir:

Vahid komanda heyətinə malik olacaq Çoxmillətli Qüvvələr İraqda təhlükəsizliyin təmin edilməsi, terrorun qarşısının alınması və dəf edilməsi, İraqın ərazi bütövlüyünün mühafizə edilməsi missiyasına xidmət etməyə davam edəcəkdir. Çoxmillətli Qüvvələrin əsas məqsədi siyasi keçid prosesini başa çatdırmaqda İraq xalqına dəstək vermək və İraqın yenidən yaradılması səylərində Birləşmiş Millətlər Təşkilatına və beynəlxalq ictimaiyyətə köməklik göstərməkdir.
Kolin Pauel[7]

İşğal dövründə baş vermiş olan hadisələr

[redaktə | mənbəni redaktə et]

Çoxmillətli Qüvvələrin işğalı altında olan İraqda hazırlanmış olan yeni konstitusiyada fikir, ifadə, din və cəmləşmə azadlığı, mülkiyyət hüququ və qanun qarşısında hamının bərabərliyi tanınmışdır. İşğal İraqında birinci parlament seçkiləri 2005-ci ilin dekabr ayında keçirilmişdir.

2006-cı ilin noyabr ayında isə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Çoxmillətli Qüvvələrin İraqda qalma müddətinin 2007-ci ilin sonuna qədər uzadılması haqqında qərar qəbul etmişdir. Bu qərarın qəbul edilməsində İraq hökumətinin tələbi əsas kimi qəbul edilmiş və buna səbəb kimi İraq hökumətinin nəzarəti təmin etmək üçün hələ ki, kifayət qədər silahlı qüvvələrinin olmaması göstərilmişdir. 2007-ci ilin dekabr ayında qəbul edilmiş olan yeni qərarla onun səlahiyyət müddəti yenidən 2008-ci ilin sonuna qədər uzadılmışdır.

Missiyalarının başa çatması və İraqı tərk etmələri

[redaktə | mənbəni redaktə et]

2008-ci ilin dekabr ayında İraq və ABŞ hökumətləri arasında aparılmış olan danışıqların nəticəsində 2011-ci ilin sonuna qədər yalnız ABŞ əsgərlərinin ölkədə qalmasına icazə verilmişdir. Bundan başqa, 2008-ci ilin dekabr ayından etibarən İraq hökuməti özünün hava məkanı üzərində suverenliyini yenidən bərpa etmiş və cinayət törətmiş ABŞ hərbi və ya mülki personalı və eyni zamanda da xüsusi təhlükəsizlik qüvvələri İraq məhkəmələrində mühakimə olunmağa başlamışdırlar. ABŞ silahlı qüvvələri 31 iyul 2009-cu il tarixindən etibarən İraq şəhərlərindən geri çəkilməyə başlamışdırlar. Bu qanunu təsdiq etməyən İraq parlamenti buna səbəb kimi problemin qanunla deyil, müvafiq dövlətlərlə və eyni zamanda da beynəlxalq müqavilələrlə həll edilməli olduğunu bildirmiş və bu istiqamətdə öz iradəsini nümayiş etdirmişdir. Çoxmillətli Qüvvələr 2009-cu ilin əvvəlindən etibarən öz vəzifələrini ABŞ Silahlı Qüvvələrinə buraxmış və ləğv edilmişdir.

Ölkələrinə görə əsgərlərin sayı

[redaktə | mənbəni redaktə et]
Bağdadda Gürcüstanın Milli Müstəqillik Gününü qeyd edən gürcü əsgərləri (26 may 2006-cı il)
Ölkə Maksimum əsgər sayı Gəlmə tarixi Getmə tarixi
 ABŞ (işğalda iştirak edib) 150.000–250.000 Mart 2003 İraqda hələ də qalanların sayı təxmini olaraq 40,000–140,000 arasındadır.
 İngiltərə (işğalda iştirak edib) 46.000 Mart 2003 İyul 2009
 Polşa (işğalda iştirak edib) 2500 Mart 2003 Oktyabr 2008
 Avstraliya (işğalda iştirak edib) 2000 Mart 2003 İyul 2009
 Cənubi Koreya 3600 May 2003 Dekabr 2008
 İtaliya 3200 İyul 2003 Noyabr 2006
 Gürcüstan 2000 Avqust 2003 Avqust 2008
 Ukrayna 1650 Avqust 2003 Dekabr 2008
 Niderland 1,345 İyul 2003 Mart 2005
 İspaniya 1300 Aprel 2003 Aprel 2004
 Rumıniya 730 İyul 2003 İyul 2009
 Yaponiya 600 Yanvar 2004 Dekabr 2008
 Danimarka 545 Aprel 2003 Dekabr 2008
 Bolqarıstan 485 May 2003 Dekabr 2008
 Tailand 423 Avqust 2003 Avqust 2004
 Salvador 380 Avqust 2003 Yanvar 2009
 Honduras 368 Avqust 2003 May 2004
 Dominikan Respublikası 302 Avqust 2003 May 2004
 Macarıstan 300 Avqust 2003 Mart 2005
 Çexiya 300 Dekabr 2003 Dekabr 2008
 Azərbaycan 250 Avqust 2003 Dekabr 2008
 Albaniya 240 Aprel 2003 Dekabr 2008
 Nikaraqua 230 Sentyabr 2003 Fevral 2004
 Monqolustan 180 Avqust 2003 Sentyabr 2008
 Sinqapur 175 Dekabr 2003 Dekabr 2008
 Norveç 150 İyul 2003 Avqust 2006
 Latviya 136 May 2003 Noyabr 2008
 Portuqaliya 128 Noyabr 2003 Fevral 2005
 Litva 120 İyun 2003 Avqust 2007
 Slovakiya 110 Avqust 2003 Dekabr 2007
 Bosniya və Herseqovina 85 İyun 2005 Noyabr 2008
 Şimali Makedoniya 77 İyul 2003 Noyabr 2008
 Yeni Zelandiya Sentyabr 2003 Sentyabr 2004
 Tonqa 55 İyul 2004 Dekabr 2008
 Filippin 51 İyul 2003 İyul 2004
 Ermənistan 46 Yanvar 2005 Oktyabr 2008
 Estoniya 40 İyun 2005 Yanvar 2009
 Qazaxıstan 29 Sentyabr 2003 Oktyabr 2008
 Moldova 24 Sentyabr 2003 Dekabr 2008
 İslandiya 2 May 2003 Məlum deyildir
İraqda həyatını itirmiş olan amerikalı əsgərlər təyyarə ilə öz ölkələrinə gətirilərkən

2010-cu ilin iyul ayına olan məlumatlara əsasən, çoxmillətli qüvvələrin 4731 əsgəri İraqda həyatını itirmişdir. Həmçinin həmin saytda yer almış digər məlumata görə 2010-cu ilin iyul ayına qədər bu koalisiyanın tərkibində iştirak edən 31.882 ABŞ əsgəri yaralanmışdır.

Koalisiyanın itkiləri
Ölkə Ölənlərin sayı İstinad(lar)
 ABŞ 4,486 [8]
 Böyük Britaniya 179 [9]
 İtaliya 33 [10]
 Polşa 23 [11]
 Ukrayna 18 [12]
 Bolqarıstan 13 [13]
 İspaniya 11 [14]
 Danimarka 7 [15]
 Salvador 5 [16]
 Gürcüstan 5 [17]
 Slovakiya 4 [18]
 Latviya 3 [19]
 Rumıniya 3 [20]
 Estoniya 2 [21]
 Tailand 2 [22]
 Avstraliya 2 [23]
 Niderland 2 [24]
 Qazaxıstan 1 [25]
 Cənubi Koreya 1 [26]
 Macarıstan 1 [27]
 Çexiya 1 [28]
 Azərbaycan 1 [29]
2002-ci ilin oktyabr ayında Fransada təşkil edilmiş olan müharibə əleyhinə nümayiş
2003-cü ilin fevral ayında Londonda təşkil edilmiş olan müharibə əleyhinə yürüş

İraq müharibəsindən əvvəl və sonra ABŞ prezidenti Corc Buşun ən böyük dəstəkçilərindən biri olan İspaniyanın baş naziri Xose Mariya Aznar rəqibi, İspaniya Sosialist Fəhlə Partiyası PSOE-nin namizədi Xose Luis Rodriges Zapateroya 2004-cü ildə keçirilmiş olan ümumi seçkilərdə uduzmuşdur. Yeni baş nazir seçki vədini yerinə yetirmiş və ispan qoşunlarını İraqdan çıxarmışdır. İspaniyanın hər yerində keçirilmiş olan gərgin anti-müharibə nümayişləri sol mərkəzçi PSOE-nin bu hərəkətinə böyük təsir göstərmişdir.

Baş nazir Junichiro Koizumi tərəfindən konstitusiyaya dəyişiklik edilərək qəbul edilmiş olan və xüsusilə Yapon ictimaiyyətində böyük əks-səda yaratmış bu qərar, hökumətin yapon əsgərlərinin yalnız yenidənqurma prosesində iştirak edəcəyi yönündə izahat verməsinə səbəb olmuşdur. Ölkələrinə qayıtmaq üçün İraq müqaviməti tərəfindən xüsusi təzyiqlərə məruz qalmış yapon əsgərləri 2006-cı ildə İraqdan geri çəkilmişdirlər.

Fransa-Almaniya-Rusiya

[redaktə | mənbəni redaktə et]

İkinci Dünya Müharibəsindən sonra silahlı qüvvələrinə ciddi məhdudiyyətlər qoymuş olan Almaniya Sovet İttifaqının dağılması ilə ərazi bütövlüyünü bərpa etmiş və bundan sonra müxtəlif beynəlxalq missiyalar üçün xaricə əsgər göndərməyə başlamışdır. Lakin buna baxmayaraq Almaniya, İraqın işğalına qarşı çıxmışdır. Fransa və Rusiya da işğal cəhdlərini pisləmiş və Almaniya ilə birlikdə bir bəyannamə vermişdirlər.

Polşa-Avstraliya-Gürcüstan

[redaktə | mənbəni redaktə et]

Xüsusilə Buş administrasiyasına yaxınlığı ilə seçilmiş Polşa prezidenti Lex Kaçinski və Avstraliyanın baş naziri Con Hovard öz qərarları ilə İraqa edilən ilk hücumlarda iştirak etmişdirlər. ABŞ-ın dəstəklədiyi müxalifət hərəkatı ilə hakimiyyət başına gəlmiş olan Gürcüstan prezidenti Mixail Saakaşvili isə İraqın işğalını əhəmiyyətli bir qüvvə ilə dəstəkləmişdir. Bu ölkələrin xarici siyasət kursunda ABŞ tərəfdarı olmaları onların İraq müharibəsində iştirakında həlledici rol oynamışdır. Polşa bütün qoşunlarını 2008-ci ildə, Avstraliya 2009-cu ildə, Gürcüstan isə 2008-ci ildəki Cənubi Osetiya müharibəsinə görə qoşunlarının hamısını İraqdan çıxarmalı olmuşdur.[30]

  1. "U.S. ARMY ELEMENT, MULTI-NATIONAL FORCE IRAQ Should Sleeve Insignia". U.S. Army The Institute of Heraldry. 2017-02-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-02-13.
  2. United States Department of Defense. "Teamwork Key to Iraqi Security, Mullen Says". United States Department of Defense. December 19, 2009. November 28, 2010 tarixində orijinalından arxivləşdirilib.
  3. "MMP: Kata'ib Hezbollah". 2018-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-28.
  4. DoD report, June 2009
  5. "Deadly Iraq war ends with exit of last U.S. troops – CNN.com". CNN. dekabr 18, 2011. dekabr 19, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: dekabr 19, 2011.
  6. Partlow, Joshua. "List of 'Willing' U.S. Allies Shrinks Steadily in Iraq". The Washington Post. 8 dekabr 2007. 30 yanvar 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 dekabr 2014.
  7. Powell, Colin. "UNSCR 1546" (PDF). United Nations. June 2004. 2012-09-17 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2010-07-22.
  8. iCasualties. "United States". iCasualties. yanvar 16, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: fevral 14, 2014.
  9. iCasualties. "United Kingdom". iCasualties. fevral 1, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: fevral 14, 2014.
  10. iCasualties. "Italy". iCasualties. fevral 14, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: fevral 14, 2014.
  11. iCasualties. "Poland". iCasualties. fevral 14, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: fevral 14, 2014.
  12. iCasualties. "Ukraine". iCasualties. fevral 14, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: fevral 14, 2014.
  13. iCasualties. "Bulgaria". iCasualties. fevral 1, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: fevral 14, 2014.
  14. iCasualties. "Spain". iCasualties. fevral 14, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: fevral 14, 2014.
  15. iCasualties. "Denmark". iCasualties. fevral 14, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: fevral 14, 2014.
  16. iCasualties. "El Salvador". iCasualties. fevral 14, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: fevral 14, 2014.
  17. iCasualties. "Georgia". iCasualties. fevral 14, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: fevral 14, 2014.
  18. iCasualties. "Slovakia". iCasualties. fevral 14, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: fevral 14, 2014.
  19. iCasualties. "Latvia". iCasualties. fevral 14, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: fevral 14, 2014.
  20. iCasualties. "Romania". iCasualties. fevral 1, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: fevral 14, 2014.
  21. iCasualties. "Estonia". iCasualties. fevral 14, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: fevral 14, 2014.
  22. iCasualties. "Thailand". iCasualties. fevral 14, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: fevral 14, 2014.
  23. iCasualties. "Australia". iCasualties. fevral 14, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: fevral 14, 2014.
  24. iCasualties. "Netherlands". iCasualties. fevral 14, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: fevral 14, 2014.
  25. iCasualties. "Kazakhstan". iCasualties. fevral 14, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: fevral 14, 2014.
  26. iCasualties. "South Korea". iCasualties. fevral 14, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: fevral 14, 2014.
  27. iCasualties. "Hungary". iCasualties. fevral 14, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: fevral 14, 2014.
  28. iCasualties. "Czech Republic". iCasualties. fevral 14, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: fevral 14, 2014.
  29. iCasualties. "Azerbaijan". iCasualties. fevral 14, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: fevral 14, 2014.
  30. Gürcü birlikler ABD Hava Kuvvetleri tarafından ülkelerine götürülmüştür ABD Hava Kuvvetleri haberi  (ing.), 22 iyul 2010 tarixində arxivlənmişdir