İstifadəçi müzakirəsi:Wertuose/Arxiv 2011

Vikipediya, azad ensiklopediya
Ən son rəy:12 il öncə, Rızayeva Leyla tərəfindən "Ad dəyişdirmə" mövzusunda
Naviqasiyaya keç Axtarışa keç

Doğum günü

[mənbəni redaktə et]

Salam, Wertuose, səhv eləmirəmsə, təbrik edirəm! :) --Vago 08:20, 12 yanvar 2011 (UTC)Cavabla

Vago səhv eləmirsən. Mən də təbrik edirəm! --Cek Li Taran 08:22, 12 yanvar 2011 (UTC)Cavabla

Mən də təbrikə qoşuluram! --N KOzi 08:23, 12 yanvar 2011 (UTC)Cavabla

Çox sağ olun, təşəkkür edirəm! --Wertuose 07:37, 13 yanvar 2011 (UTC)Cavabla

Redaktə səhvləri

[mənbəni redaktə et]

səhvləri nəzərə aldım --JameS RamireZ 13:33, 13 yanvar 2011 (UTC)Cavabla

Rica

[mənbəni redaktə et]

Salam Wertuose adlı istifadəçi. Mən Vüsal Abiyev adlı məqalə yaratmışdım. düzdür məqalə o qədər də ensiklopedik deyildi. lakin hələ məqalə tam yazılmamışdı. Mən sizdən xaiş edirəm məqaləni bərpa edin. mən o məqaləni zənginləşdirəcəm. Əvvəlcədən sizə minnətdaram. Hörmətlə: Araz Yaquboglu

Salam. Xahiş edirəm, bu qaydalarla - Şəxslərin ensiklopedik əhəmiyyəti: Yaradıcı mütəxəssislər - tanış olun. Haqqında məqalə yaratdığınız həmin şəxs bu qaydaların heç bir meyarına görə ensiklopedik şəxs hesab oluna bilməz. Sizin məqalədə qeyd etdiyiniz kimi institutda laborant işləyir və cəmi 5 məqaləsi çap olunub. Google onun haqqında bizdəki məqalədən başqa heç bir nəticə vermir. Bir sözlə bu məqaləni mən silməsəydim, onsuz da sabah başqaları siləcəkdi. Ona görə də xahiş edirəm, hər hansı şəxs haqqında məqalə yaradarkən bu qaydaların tələblərini nəzərə alın. Wertuose 05:21, 14 yanvar 2011 (UTC)Cavabla

VikiGörüş

[mənbəni redaktə et]

Wertuose, salam. 5-ci görüşə gələ bilmədiyiz üçün çox təəssüf edirəm. Yeriniz görünürdü =)--Irada 11:20, 16 yanvar 2011 (UTC)Cavabla

Gəlməyi çox istəyirdim, amma heç cür mümkün olmadı. Ümid edirəm ki, yaxşı keçdi. Wertuose 11:27, 16 yanvar 2011 (UTC)Cavabla

Qeyri-obyektivlik və dini nifaq

[mənbəni redaktə et]

Hörmətli Wertuose. Bu, bubu məsələyə dair fikir bildirməniz mənə maraqlı olardı--N KOzi 06:20, 16 fevral 2011 (UTC)Cavabla

Dövlət xadimi

[mənbəni redaktə et]

Salam. Imkan varsa, "Dövlət xadimi" şablonuna "ölüm səbəbi" hissəsi əlavə edə bilərsiz? Mən keçən dəfə cəhd elədim amma alınmadı. Bəzi qətl edilən dövlət xadimlərində lazım olur.--Bakuemil 18:10, 21 fevral 2011 (UTC)Cavabla

Bu bənd bizim vikinin "kəşfidir". Digər vikilərin heç birində belə bir bənd yoxdur. Məncə də lazımsız bir şeydir. Çünki, həm çox nadir hallarda lazım olur, həm də bu cür məlumatın verilməsini şəxsə qarşı hörmətsizlik kimi qəbul edirəm. Belə ki, əksər hallarda ölüm səbəbi dəqiq məlum olmur və yalnız məlum şəraitdə qətlə yetirilən şəxslər üçün 100% əminliklə ölüm səbəbini yazmaq olur. Məsələn, "ürək tutması" yazırıq, amma ürək tutmasına gətirib çıxaran yüzlərlə səbəb ola bilər. Yəni, həm də qeyri-obyektiv məlumatlara əsaslanırıq. Bəzi ölkələrdə tibbi ekspertiza yolu ilə ölüm səbəbi dəqiqləşdirilir, bir çox ölkələrdə isə bu dini və digər səbəblərə görə qadağandır. Əgər mütləq bu bəndi əlavə etmək istəyirsinizsə şablonun müzakirə səhifəsində müzakirəyə çıxarın. Wertuose 18:47, 21 fevral 2011 (UTC)Cavabla

Dövlət xadimi şablonunda ölüm səbəbini göstərilməsini istəməyimin səbəbi məhs qətl edilən dövlət xadimlərimizin olmasıdır. Represiya vaxtında güllələnən dövlət xadimlərimiz də var. Rus vikipediyasında bəzi şəxslərin güllələndiyi poliqona qədər yazırlar. Kiminsə hansı xəstəlik nəticəsində öldüyünü yazmaq heç ağlıma gəlməmişdi, sözün düzü bizim vikipediya da qarşıma da çıxmayıb. Sizə müraciət eləməyimin səbəbi şablonda sizin əziyyətinizin olmasıdır. Bu şablona müdaxilə edəcək qədər də şablon təcrübəm yoxdur. Hələ bu dəyişikliyə ehtiyac görmürsəniz olduğu kimi qalması da mənim üçün problem deyil. İşlərinizdə uğurlar.--Bakuemil 21:46, 15 mart 2011 (UTC)Cavabla

Redaktə qaydaları

[mənbəni redaktə et]

Salam. Çalışaram düzəldəm. --MakTavish 18:35, 25 fevral 2011 (UTC)Cavabla

16 mart saat 12:00

[mənbəni redaktə et]

Salam. Mart ayında Xəzər Universitetində Vikigörüş keçirmək təklif olunub. 16 mart saat 12:00-da görüşün keçirilməsinə mən razıyam. Sizin və digər istifadəçilərimizin də fikrini bilmək istərdim. --Cek Li Taran 10:12, 3 mart 2011 (UTC)Cavabla

Səhv düzəlişlər?

[mənbəni redaktə et]

Bu redaktənizlə bu redaktəmi niyə geri qaytarmısınız? Alt xətdənsə boşluq daha münasibdir. --Cek Li Taran 11:29, 18 mart 2011 (UTC)Cavabla

Etdiyin düzəlişlərə diqqətlə baxsan orada artıq yazılmış & # 1 2 3 ; simvollarını görə bilərsən. Bu da şablonun əvvəlinə əlavə { simvolunu daxil edirdi. Dəyişiklik buna görə geri qaytarılıb.--Wertuose 11:32, 18 mart 2011 (UTC)Cavabla

Mən onu ruslardan götürmüşdüm. Və doğrusu heç bir problem müşahidə etməmişdim. İndi bəs nə edək ki, alt xətt görsənməsin? --Cek Li Taran 11:35, 18 mart 2011 (UTC)Cavabla

Vikipediya stili

[mənbəni redaktə et]

Salam. Xəbər saytlarından götürdüyünüz mətnləri Vikipediyaya yerləşdirməzdən əvvəl onları ensiklopediya stilinə uyğunlaşdırmaq, yazı stilini dəyişmək və jurnalistlərin öz şəxsi mövqelərini ifadə etdikləri hissələri çıxarmaq lazımdır. Xahiş edirəm nəzərə alın, əks halda həmin mətnlər silinəcək. Wertuose 04:32, 5 aprel 2011 (UTC)Cavabla

Əleyküm salam. Bir qədər dəqiqləşdirin söhbət məhz nədən gedir? ----N KOziMüzakirə 04:34, 5 aprel 2011 (UTC)Cavabla
Söhbət xəbər saytlarından götürdüyünüz mətnlərin "copy-paste" qaydasında məqalələrə yerləşdirilməsindən gedir. Wertuose 04:45, 5 aprel 2011 (UTC)Cavabla
Bütün bu haqqında danışdığınız məlumatlar müvəqqəti xarakter daşımalı idi. Sözün düzü Liviya vətəndaş müharibəsi və müasir ərəb dünyası tematikasına aid başqa məqalələrdə yerləşdirdiyim mətnlər müvəqqəti xarakter daşımalı idi. Əgər siz redaktə işində yardımçı olsanız minnətdar olaram. ----N KOziMüzakirə 04:51, 5 aprel 2011 (UTC)Cavabla

Dəvət

[mənbəni redaktə et]
SİZİ DƏVƏT EDİRİK!
Salam!
Vikipediya:Bloklama qaydaları ilə əlaqədar burada (Vikipediya:Səsvermə/Bloklama qaydaları) Sizin də iştirak etməyinizi xahiş edirik.
Dərin hörmətlə,--Melikov Memmedemail 07:28, 7 aprel 2011 (UTC)Cavabla

Dəvət

[mənbəni redaktə et]
SİZİ DƏVƏT EDİRİK!
Salam!
Növbəti yalan ilə əlaqədar burada (Vikipediya:Kənd_meydanı) Sizin də iştirak etməyinizi xahiş edirik.
Dərin hörmətlə,--Melikov Memmedemail 05:30, 8 aprel 2011 (UTC)Cavabla

Dəvət

[mənbəni redaktə et]
SİZİ DƏVƏT EDİRİK!
Salam!
Vikipediya rəsmi prinsiplərin qəbulu ilə əlaqədar burada (Vikipediya:Səsvermə/Vikipediya nə deyil) Sizin də iştirak etməyinizi xahiş edirik.
Dərin hörmətlə,→VagoMüzakirə 06:18, 10 aprel 2011 (UTC)Cavabla

Salam

[mənbəni redaktə et]

Salam, Wertuose. Siz Yazıçılar İttifaqı ifadəsini Azərbaycan Yazıçılar Birliyi, Kənd Təsərrüfatı İnstitutu ifadəsini isə Azərbaycan Dövlət Aqrar Universiteti məqalələrinə yönəltmisiniz. Mənə elə gəlir ki, bu ifadələrin özləri ayrıca məqalə olmalıdır. Belə ki, yənəldilən hər iki ifadə spesifik təşkilatlar anlayışıdır və heç də təkcə Azərbaycan sərhədlıəri ilə məhdudlaşmır. Hörmətlə--Acategory 06:54, 12 aprel 2011 (UTC)Cavabla

Salam. Yönləndirmə səhifələri yeni məqalələrin yaradılmasına mane olmur. Yazıçılar Birliyi ilə bağlı fikrinizlə razıyam, amma Kənd Təsərrüfatı İnstitutu adından da göründüyü kimi konkret ali təhsil müəssisəsini nəzərdə tutur. Hansısa başqa ölkədə buna bənzər adda universitet olarsa, yəqin ki, onun adının əvvəlində bunu ifadə edən yer adı olacaq. Konkret halda isə keçmiş Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun nəzərdə tutulmasında səhv görmürəm. Wertuose 12:20, 12 aprel 2011 (UTC)Cavabla


Dəvət

[mənbəni redaktə et]
SİZİ DƏVƏT EDİRİK!
Salam!
Vikipediya rəsmi prinsiplərin qəbulu ilə əlaqədar burada (Vikipediya:Səsvermə/Yaxşı məqalə nədir?) Sizin də iştirak etməyinizi xahiş edirik.
Dərin hörmətlə, ----N KOziMüzakirə 07:24, 19 aprel 2011 (UTC)Cavabla

Dəvət

SİZİ DƏVƏT EDİRİK!
Salam!
Azərbaycan dilində VikiXəbər ilə əlaqədar [[1]] səhifəsində keçirilən səsvermədə Sizin də iştirak etməyinizi xahiş edirik.
Dərin hörmətlə, ----N KOziMüzakirə 05:04, 28 aprel 2011 (UTC)Cavabla

Cekli

[mənbəni redaktə et]

Salam. Amma haqqım olan tələblər üçün sizə müraciət edirəm. İki əsassız ve xəbərdarlıqsız blok qoyuldu. Haqqı olmadan digər istifadəçilərin müzakirə səhifələrində dəyişiklikləri geri qaytardı. Mənim olduğum yeri bardaqxana adlandırdı. Öz sözünü də deyib məni blok etdi. İzah verməyimə imkan vermədi. Bu yazdıqlarım sizin çox təcrübəli idarəçiniz Cekliyə aiddir. Və haqqım olaraq tələb edirəm ki, Ceklinin idarəçiliyi səsverməyə çıxarılsın. Və Mənə qarşı etdiklərinə qarşı mütləq blok edilsin. Əgər mən admin olsaydım və Cekli də həmçinin. Mən Cekliyə blok qoysaydım bu səbəblərlə hamınız məni haqlı hesab edərdiniz, amma indi admin deyiləm və yenə də haqlıyam ona Blok qoyulmasını tələb edirəm. Və səsverməyə çıxarılmasını.

P.S: Saqqalım yoxdur deyə sözüm keçmir, amma hamı da yaxşı bilir ki, bütün istifadəçilərimiz Təcrübəli idarəçidən artıq yığıblar!--Robert Langdon 19:23, 2 iyun 2011 (UTC)Cavabla

Dəvət

[mənbəni redaktə et]
SİZİ DƏVƏT EDİRİK!
Salam!
Bürokrat seçkisi ilə əlaqədar ilə əlaqədar burada (Vikipediya:Bürokratlar) Sizin də iştirak etməyinizi xahiş edirik.
Dərin hörmətlə, --N KOzi Müzakirə 04:37, 16 iyun 2011 (UTC)Cavabla

Dövlət xadimi şablonundan istifadə

[mənbəni redaktə et]

Salam. Yaratdığınız bəzi məqalələrdə vəzifəsini "bəy" olaraq qeyd etdiyiniz şəxslər üçün {{Dövlət xadimi}} şablonundan istifadə edirsiniz. Nəzərinizə çatdırım ki, adından da göründüyü kimi bu şablon dövlət xadimləri, yəni hər hansı rəsmi vəzifə tutmuş şəxslər üçün istifadə edilməlidir. Xahiş edirəm bu kriteriyaya uyğun gəlməyən şəxslər üçün {{Şəxslər}} və ya digər spesifik şablonlardan istifadə edəsiniz. Wertuose 07:01, 1 iyul 2011 (UTC)Cavabla

Düz deyirsizniz qardaş amma mən ən çox generallarda istifadə edirəm Məncə generallar dövlət xadimi sayılır Yada belə eləmək olar Generallar üçündə xüsuso şablon yaratmaq olar Birdə qardaş Dövlət xadimlərinə Medall əlavə etmək olur Həmçinində generallarda medalla təltif olunur--Capay 07:12, 1 iyul 2011 (UTC)Cavabla
Generallar dövlət xadimi yox, hərbi xadim hesab olunur. Bunun üçün bizdə {{Hərbi xadim}} şablonu var, amma hələ ki, tam hazır deyil, ona görə də ondan istifadə etmək hələlik məsləhət deyil. "Dövlət xadimi" şablonuna isə ona görə medal əlavə etmək olur ki, bəzi dövlət xadimləri həm də hərbçi olublar. Amma bu o demək deyil ki, bütün generallar həm də dövlət xadimləridir. Ona görə də məsləhət görürəm ki, "Hərbi xadim" şablonu hazır olanadək siz "Şəxslər" şablonundan istifadə edəsiniz. Wertuose 07:21, 1 iyul 2011 (UTC)Cavabla

Dəvət

[mənbəni redaktə et]
SİZİ DƏVƏT EDİRİK!
Salam!
İdarəçi seçkisi ilə əlaqədar burada (Vikipediya:İdarəçilər) Sizin də iştirak etməyinizi xahiş edirik.
Dərin hörmətlə --Ebrahimi-amir 06:20, 4 iyul 2011 (UTC)Cavabla

Co Blek

[mənbəni redaktə et]

İlk növbədə salam.Mən sualımı birinci etik qaydalara uyğun vermişdim.Amma siz vikipediyada ola-ola mənim sualıma cavab yazmadığınıza görə mən hirsləndim.Hörmətlə --Co Blek 16:22, 8 avqust 2011 (UTC)Cavabla

Kənd meydanında yazılanları oxumaq mənim və ya digər istifadəçilərin 1 nömrəli vəzifəsi deyil. Yəni Vikipdiyada aktiv olmaq həmin səhifəni oxumuş olmaq anlamına gəlmir və üstəlik orada verilən suallara cavab yazmaq da Vikipediya iştirakçıları üçün məcburi şərt deyil. Ona görə də Kənd meydanında sualınıza cavab ala bilmədikdə müzakirədə iştirak edən şəxslərin müzakirə səhifəsində onlara müraciət edə bilərsiniz. Wertuose 13:04, 8 avqust 2011 (UTC)Cavabla

mən demədim ki,baxmaq sizin və ya başqa birinin vəzifəsidi,ya da ki,orada yazılanları oxumaq fəallıqdı.Mən sadəcə vikipediya haqqında başa düşmədiyim bir şeyi kənd meydanında digər vikipediyaçılardan soruşdum.Sizin məndən böyük olduğunuza görə sizə hörmət eləyirəm və söhbəti üzadmaq istəmirəm.Hörmətlə --Co Blek 16:22, 8 avqust 2011 (UTC)Cavabla

Xəbərdarlıq

[mənbəni redaktə et]

İstifadəçi E-citizen, sizin son dövrlərdə digər istifadəçilərə qarşı yol verdiyiniz ünvanlı və ünvansız çoxsaylı açıq təhqirləri nəzərə alaraq bu cür hərəkətlərin qaydalara zidd olduğu barədə xəbərdarlıq edirəm. Xahiş edirəm "Vikipediya nə deyil" qaydalarının Vikipediya döyüş meydanı deyil bəndi ilə tanış olun. Bu cür hərəkətlərin bir daha təkrarlanması halında 3 gün müddətinə bloklana biləcəyinizi nəzərinizə çatdırıram. Ehtimal olunan bloklama müddətinin belə çox olması təcrübəli istifadəçi olmanız və deməli qaydaları bilərək pozmanızla əlaqədardır. Xahiş edirəm nəzərə alasınız. Bu xəbərdarlığın birbaşa səbəbi bu linkdəki postunuzda yol verdiyiniz qeyri-etik ifadələrdir. Wertuose 07:29, 9 avqust 2011 (UTC)Cavabla

ünvanlı və ünvansız çoxsaylı açıq təhqirləri Zəhmət olmasa linklərini yerləşdirin. Çaş ki, mən təhqirlərə məruz qalanda da belə çevik reaksiya edərdiz. Heyvanat baxçasından qadınla danışanda misallar çəkmək təhqir hesab olunmurda. Onlar axı aforizmdir.--E-citizen 06:51, 12 avqust 2011 (UTC)Cavabla

İdarəçimizə təşəkkürlər

[mənbəni redaktə et]

Salam həmkar. Son aylar bizim vikidə istifadəçilər arasındakı mübahisələrin həllində qanun-qaydalara, prinsiplərə istinad edərək verdiyiniz bitərəf qərarlara, istifadəçiləri qaydalara əməl etmək üçün çağırışlarınıza, qaydalara, prinsiplərə riayət olunması istiqamətindəki qətiyyətli fəaliyyətinizə görə sizə öz təşəkkürümü bildirirəm. --Sortilegus 21:43, 16 avqust 2011 (UTC)Cavabla

Həmkarımın həmkarıma olan təşəkkürünə mən də qoşuluram. Uğurlar! Hörmətlə, --►Safir yüzüklü Ceklimesaj 04:54, 17 avqust 2011 (UTC)Cavabla

Üzr istəyirəm, amma mən tam qoşula bilməyəcəyəm. --N KOzi FORUM 04:57, 17 avqust 2011 (UTC)Cavabla
Sonra da deyirlər Vikipediyada fikir azadlığının qarşısı alınır :) Hər kəsə təşəkkür. Amma yaxşı olardı ki, idarəçilərimizin hamısı münaqişələrin qarşısını almaq üçün səy göstərəydilər. Niyəsə hamı özünü toxunulmaz hesab edir və hərəkəti başqasından gözləyir. Wertuose 05:06, 17 avqust 2011 (UTC)Cavabla

Sortilegusla həmfikir ola bilməyəcəm. Belə ki, bəzi hallarda tərəflilik nəzərə çarpır. --Irada 07:50, 17 avqust 2011 (UTC)Cavabla

Tarixi dövlətlər

[mənbəni redaktə et]

Salam Wertuose! {{Tarixi dövlət}} şablonu istifadə edəndə dövlətin xəritə şəkili çıxmır. Və USSR İngilis dilində SSRİ deməkdir və istiqamətləndirmə bəzi adamları çaşa bilər. --Мурад 97 02:20, 19 avqust 2011 (UTC)Cavabla

Salam. Xəritəni düzəltdim. Məlumat verdiyin üçün çox sağ ol. Amma USSR yazılışı düzdür, çünki bu həm rus, həm də Azərbaycan dillərində Ukrayna SSR-in adının qısaltmasıdır. Bura Azərbaycandilli Vikipediya olduğu üçün təbii ki, Azərbaycan dilinin qaydaları və normaları tətbiq olunmalıdır. Wertuose 04:32, 19 avqust 2011 (UTC)Cavabla

Salam

[mənbəni redaktə et]

Sağ olun.Həmçinin Bu səhifələrdə düzəliş etdim:Napoleon Hil, Leo Buskaliya, Veyn Dayer--Orartu 11:36, 21 avqust 2011 (UTC)Cavabla

Müzakirə səhifələri

[mənbəni redaktə et]

Məncə müzakirə səhifələrindəki "müzakirə" şablonlarının əllə silinməsinə ehtiyac yoxdur. Bunu elə həmin bot özü də edə bilər. Yaxud da, şablonu silərək onun əvəzinə "Azərbaycan kinosu" portalına keçid verən şablon yerləşdirmək olar. Rus vikisində bu cür praktika var. Wertuose 09:59, 27 avqust 2011 (UTC)Cavabla

Onda gərək bota idarəçi statusu verilsin. Bu isə çox guman ki, mümkün olmayacaq. --►Safir yüzüklü Ceklimesaj 10:19, 27 avqust 2011 (UTC)Cavabla

Həmin şablonları bot yerləşdirib, onun başqa şablonla əvəz olunmasını da təbii ki, həyata keçirə bilər. Wertuose 10:21, 27 avqust 2011 (UTC)Cavabla

Bizdə başqa şablonlar yoxdur. Başqa şablonların yaradılması üçün ilk əvvəl layihələr yaradılmalıdır. Layihələrin isə AzVikidə işləyəcəyi inandırıcı görünmür. --►Safir yüzüklü Ceklimesaj 10:23, 27 avqust 2011 (UTC)Cavabla

Məncə bunlar - en, ru - kimi bir səhifə yaratmaq çətin olmamalıdır. Bu səhifə hazır olandan sonra "Layihə:Kino" şablonunu düzəltmək 5 dəqiqəlik işdir. "Kino" kateqoriyasındakı bütün məqalələrə bu şablonu bot avtomatik əlavə edə bilər. Həm də müzakirə səhifələrinin olması dərinlik göstəricisini artırır. Wertuose 10:37, 27 avqust 2011 (UTC)Cavabla

İstinad etdikləriniz yalnız bir neçə Vikipediyada tətbiq olunur. Bizdə o layihələri tətbiq etmək çox perspektivsizdir. Yalnız bir neçə ildən sonra bu məsələni müzakirə etmək olar. Əhəmiyyətsiz hesab etdiyim dərinlik göstərisini isə boş müzakirə səhifələri yaratmaqla artırmağı düzgün hesab etmirəm. --►Safir yüzüklü Ceklimesaj 10:41, 27 avqust 2011 (UTC)Cavabla

Xəbərdarlıq

[mənbəni redaktə et]

İstifadəçilərin müzakirə səhifələrində apardığınız müzakirələrdə və digər istifadəçilərə qarşı müraciətlərinizdə Vikipediyanın əsas prinsiplərindən olan Vikipediya:Etiket qaydalarına uyğun olaraq nəzakətli davranmağı məsləhət görürəm. Məlumat üçün bildirim ki, bu postunuz həddən artıq nəzakətsizdir və digər istifadəçilərə qarşı hörmətsizlikdir. Xahiş edirəm bir daha bu cür hallara yol verməyəsiniz. Wertuose 10:17, 27 avqust 2011 (UTC)Cavabla

Təşəkkür edirəm, çox sağ olun, minnətdaram! --N KOzi FORUM 10:19, 27 avqust 2011 (UTC)Cavabla
✅Y Düzəldildi. --N KOzi FORUM 10:59, 27 avqust 2011 (UTC)Cavabla

Anlayışınıza və digər istifadəçilərə nümunə ola biləcək hərəkətinizə görə minnətdaram. Wertuose 11:03, 27 avqust 2011 (UTC)Cavabla

Təşəkkürə ehtiyac yoxdu, gərək əvvəldən elə yazmayaydım. Sadəcə əsəbləri həmişə kontrol eləmək olmur. --N KOzi FORUM 11:05, 27 avqust 2011 (UTC)Cavabla

Bağışlayın...

[mənbəni redaktə et]

Başa düşürəm ki, bu vikipediya ilə bağlı deyil, amma xahiş edirəm, [2][3] saytlarda öz səslərini qoyun. --Мурад 97 00:39, 28 avqust 2011 (UTC)Cavabla

Ciddi ensklopediya?

[mənbəni redaktə et]

Salam Wertuose. Ümid edirəm ki, siz təkcə admin və ya başqa statusa malik olmayan istifadəçilərə qaydaları öyrətməklə məşğul deyilsiniz. Bura tam şəxsi sayt görünümündədir. Nə isə, iki istifadəçi istədiyini eləyir. Ümidvaram ki, sadəcə tamaşaçı qısmind\ə qalmayacaqsınız. --N KOzi FORUM 05:26, 31 avqust 2011 (UTC)Cavabla

Söhbətin nədən getdiyini linklərlə bildirsəniz heç də pis olmazdı. Wertuose 09:13, 1 sentyabr 2011 (UTC)Cavabla

Fayl statusu Şəkil:Svetlana Abdullayeva.jpg

[mənbəni redaktə et]
Image Copyright problem

Hörmətli istifadəçi! Sizin yüklədiyiniz faylın Şəkil:Svetlana Abdullayeva.jpg yoxlanılması zamanı bəzi problemlər aşkarlanmışdır. Diqqət edin ki, hər bir faylın təsviri onun müəllifi, mənbə və lisenziya şablonunu da həmçinin əhatə etməlidir (ətraflı bax: «Vikipediya:Şəklin istifadə qaydası»). Əgər Siz bunu necə etməyi bilmirsinizsə, bununla bağlı Kənd Meydanında sual verə bilərsiniz. Əgər göstərilən faylın statusu 7 sutka ərzində göstərilməsə, idarəçilər onu silməyə məcbur olacaqlar. O üzdən faylın statusunun aydınlaşdırılması üçün vaxt itirməyin. --Sultan11 18:13, 1 sentyabr 2011 (UTC)Cavabla

Midiya

[mənbəni redaktə et]

Salam! Qaydalara uyğun deyil deyib İstifadəçi müzakirəsi:Melikov Memmed/Midiya səhifəsini silmisiniz. Hansı qaydalara? Bu alternativ məqalə deyil, mənim istifadəçi səhifəmdə şəxsən mənə aid olan, üzərində iş apardığım məqalələrdir. Adı "Midiya" deyil "abcd" olsa silə biləcəksinizmi? Bu şəxsən mənim Vikipediyada fəaliyyətim üçün lazım olan bir səhifədir, onda İstifadəçi_müzakirəsi:Melikov_Memmed/test səhifəsini də silin. Digər Vikipediyalarda bu adi praktikadır, heç bir qayda bunu qadağan etmir! Xahiş edirəm "Səhifə qaydalara uyğun deyil." üçün məlumat verin!--Melikov Memmedemail 09:48, 5 sentyabr 2011 (UTC)Cavabla

Salam. Altsəhifələr sizin də yuxarıda qeyd etdiyiniz kimi test məqsədli və ya digər məqsədlər üçün ola bilər. Amma sizin haqqında söhbət gedən səhifədə məqalələrdə istifadə etmək üçün nəzərdə tutulan şablonları, şəkilləri və daxili keçidləri aprel ayından bu yana dəyişiklik etmədən yerləşdirməyiniz bu səhifənin sizin yuxarıda qeyd etdiyinizin əksinə, məhz alternativ məqalə olduğunu güman etməyə əsas verir. Xahiş edirəm gələcək fəaliyyətinizdə nəzərə alın. Bizdə bu barədə təsdiq olunmuş qaydalar olmadığı üçün ingilis vikisindəki bu qaydalara istinad edirəm. Wertuose 10:07, 5 sentyabr 2011 (UTC)Cavabla
Yəni məsələ adda deyil, məzmundadır! Məni maraqladıran budur. Mən ora məhz azərbaycan mənbələri əsasında midiyalıların bir irandilli xalq olması haqqında mənbələri yığmağı planlaşdırmışdım, ancaq AzVikidə "türkdilli midiyalılar" elə sürətlə seçilmiş məqalə oldu ki, mən "artıq aktual deyil, vaxt olduqca yazaram" deyə uzun zaman heç nə etmədim. Ancaq gec-tez bunu edəcəm və bu mənada İstifadəçi müzakirəsi:Melikov Memmed/Midiya və ya İstifadəçi müzakirəsi:Melikov Memmed/Midiyalılar mənə lazım olacaq. --Melikov Memmedemail 10:24, 5 sentyabr 2011 (UTC)Cavabla
Təbii ki, söhbət məzmundan gedir. Səhifəni bərpa edə bilərəm, amma 1 ay ərzində, İstifadəçi müzakirəsi:Melikov Memmed/Midiyalılar səhifəsi də daxil olmaqla, hər iki səhifə yenidən təftiş ediləcək. Wertuose 10:58, 5 sentyabr 2011 (UTC)Cavabla
Yox,çox sağ olun, bərpa etmək lazım deyil, biri (midiyalılar) bəsdir, bütün mənbələri oraya yığaram--Melikov Memmedemail 11:16, 5 sentyabr 2011 (UTC)Cavabla

İdarəçi müzakirəsi

[mənbəni redaktə et]

"Vikipediya:İdarəçi müzakirəsi" səhifəsindəki qeydləriniz əsassızdır. Məlumat üçün deyim ki, xəbərdarlığı yalnız idarəçilər yox, adi istifadəçilər də verə bilər. Deməli xəbərdarlığa etiraz edənlərin sayını yazanda idarəçiləri ayrıca kasta kimi fərqləndirmək lazım deyil. Yox əgər etiraz edənlərin hamısını qeyd edəcəksinizsə onda nəzərə alın ki, adətən bütün xəbərdarlıqlara həm istifadəçi özü, həm də bəzən ona dəstək olan digər istifadəçilər və idarəçilər etiraz edirlər. Sizin hərəkətinizdən isə belə çıxır ki, bütün xəbərdarlıqlara neçə nəfərin etiraz etdiyini hesablayıb ora yazmaq lazımdır. Məncə bu qeyri-ciddi yanaşmadır və xahiş edirəm ki, buna vaxtınızı sərf etməyəsiniz. Wertuose 13:27, 10 sentyabr 2011 (UTC)Cavabla

Əgər 2 idarəçi xəbərdarlığa qarşı çıxıbsa, demək məsələ elə də sadə deyil. Siz nədən bu faktı gizlətməyə çalışırsız? Vikipediyada bütün fəaliyyətlər bazada saxlanılır. Odur ki, şəffaflığı təmin etmək burada heç də çətin deyil. başqalarına verilən xəbərdarlıqlar çox zaman adi istifadəçiləri maraqlandırmır. İdarəçilərin digər istifadəçuilərdən bir fərqi də bu cür problemləri hər zaman nəzarətdə saxlamalarıdır. Odur ki, 2 idarəçi xəbərdarlığa etiraz edibsə, demək əsasları var. Faktı gizlətməyin, Hətta mən təklif edirəm ki, verilən bütün xəbərdarlıqların keçidləri yanlarında göstərilsin ki, maraqlananlar arxivləri eşələməklə vxt itirməsinlər. --Irada 13:37, 10 sentyabr 2011 (UTC)Cavabla
Sizin yanaşmanızdan belə çıxır ki, nəyisə gizlətməyə çalışan sizsiniz. Çünki tərəfini tutduğunuz bir istifadəçi üçün etmədiyiniz qalmayıb, başqaları haqda isə heç düşünmürsünüz. Üstəlik nəzərə alın ki, bizdə 9 idarəçi var və belə çıxır ki, hər hansı xəbərdarlığı verməzdən əvvəl onlar arasında rəy sorğusu keçirilməlidir, yoxsa birdən kimsə əleyhinə olar. Mənim etiraz etdiyim sizin məhz bu əsassız iddianızdır. Wertuose 14:15, 10 sentyabr 2011 (UTC)Cavabla
Sizin ittihamlarınız əsassızdır! Gizlətməyə çalışsaydım linkləri qoymazdım. Əksinə, siz gizlədirsiz, mən bərpa edirəm. Məni əsassız olaraq nədə isə ittiham etməyi sizə qadağan edirəm. çalışın müzakirəni Vikipediya qaydalarına uyğun aparın! Fəal idarəçi 9 deyil, daha azdır və 2 idarəçinin etirazı, bir də təkrar edirəm - məsələnin mürəkkəbliyindən xəbər verir. --Irada 14:24, 10 sentyabr 2011 (UTC)Cavabla
Mənə etdiyiniz qadağaya yaxşı olar ki, əvvəlcə özünüz riayət edəsiniz. Bu sözləri siz yazmısınız: "Siz nədən bu faktı gizlətməyə çalışırsız?". Qeyd edim ki, bu məsələdə mürəkkəb heç nə yoxdur. İstifadəçi etik normalardan kənar postuna görə xəbərdarlıq alıb. Həmin posta istifadəçinin müzakirə səhifəsində link yerləşdirmişəm. Bu cür hərəkətə yol verən istifadəçinin 2 idarəçi tərəfindən dəstəklənməsi isə məndə sadəcə təəssüf doğurur. Wertuose 14:41, 10 sentyabr 2011 (UTC)Cavabla

Yenə də təhdid və ittihamlar. Xəbərdarlığa 2 idarəçi etiraz edirsə, demək onlar da sizin bu fəaliyyətinizə təəssüf edirlər. Yenidən burada həmin məsələnin təhlil edilməsinə lüzum görmürəm. Hər həs öz fikrini istifadəçinin səhifəsində bildirmişdir. Etirazınızı orada edə bilərsiz. Əsəbləşmək lazım deyil. --Irada 14:44, 10 sentyabr 2011 (UTC)Cavabla

İstifadəçi səhifəsi

[mənbəni redaktə et]

Salam. Sizin bu redaktənizdə göstərdiyiniz səbəblə əlaqədar xahiş edirəm Vikipediya:Vikipediya nə deyil qaydalarının İstifadəçi səhifəniz şəxsi malınız deyil bəndi ilə tanış olasınız. Bundan əlavə, bu tələbiniz və bu postunuz Vikipediya:Nəzakət qaydalarının Hansı əməllərə görə istifadəçi bloklana bilər maddəsinin "3. Hökmlü, ədalı tonda digər istifadəçilərə göstərişlər vermək" bəndinə ziddir. Vikipediya istifadəçilərinin mənə verdiyi idarəçi hüquqlarından istifadə edərək bu hərəkətlərinizə görə sizi bloklamaq üçün tam haqqım var. Amma sizin də idarəçi olduğunuzu nəzərə alaraq, gələcəkdə bu cür səhvlərə yol verməyəcəyinizə ümid edirəm. Wertuose 05:59, 12 sentyabr 2011 (UTC)Cavabla

Qaydaları göstərdiyinizə görə təşəkkür edirəm, amma bu qaydaların hansının pozulduğunu da linklərlə göstərmənizi xahiş edirəm. əks halda Vikipediya:Vikipediya nə deyil, Vikipediya:Nəzakət və digər qaydaların sizin tərəfindən pozulduğunu hesab edəcəm. "Çalışın müzakirəni Vikipediya qaydalarına uyğun aparın!" ifadəsinin tonu isə sizin yuxarıda yazdığınız tondan heç də çox deyil. --Irada 06:53, 12 sentyabr 2011 (UTC)Cavabla

Bu redaktəyə gəldikdə isə mətni mənim icazəmlə Acategory yerləşdirib. Həmin mətndki müzakirələr sizinlə mənim aramda getdiyi üçün hmin mətni öz müzkirə səhifənizə qoymanızı tövsiyə edirəm. Yoxsa necə olur ki, mzakirə mənim əhifəmdə var, sizinkində yoxdur. Öz səhifənizə həmin mətni daxil etmək istəmirsinzsə, mən də istəmirəm mətn mənim səhiəmdə olsun. hüquqlarımız bərabərdir Vikipediyada, elə deyilmi? --Irada 07:02, 12 sentyabr 2011 (UTC)Cavabla

İstifadəçi səhifəniz şəxsi malınız deyil bəndini nəzərə alsaq, müzakirəni olduğu kimi sizin səhifənizə yerləşdirmək hüququm vardır. --Irada 07:06, 12 sentyabr 2011 (UTC)Cavabla

Müzakirə hansı səhifədə gedibsə orda da qalmalı idi. Onun yerini dəyişmək düzgün deyildi. O halda nə mən, nə də siz həmin müzakirəni öz müzakirə səhifəmizdə yerləşdirmək məcburiyyətində qalmayacaqdıq. Nəzərə alsaq ki, ordan yerli-dibli silinib, baxmayaraq ki, buna yalnız xüsusi hallarda yol verilir, onda hardasa qalması yaxşı olar. İstəsəniz bir altsəhifə yaradıb ora yerləşdirə bilərsiniz. Wertuose 07:08, 12 sentyabr 2011 (UTC)Cavabla

Bu iradlar artıq mənə aid deyil. Müzakirə mətnini mən silməmişəm [4] Mənim müzakirə səhifəmdə redaktə edirsiz, amma mənim sizin səhifənizdə redaktəmə razılıq vermirsiz :) Vikipediya qaydalarında deyilir: Özünə rəva bilmədiyini, başqalarına rəva bilmə. --Irada 07:15, 12 sentyabr 2011 (UTC)Cavabla

Həmin yazışma kənar müzakirə səhifəsində həmin müzakirə zamanı ortaya çıxan məsələlərin müzakirəsi zamanı gedib və məhz həmin səhifəyə aiddir. Bir də onu nəzərə alın ki, müzakirə hər iki tərəfin müzakirə səhifəsində getməlidir deyə bir qayda yoxdur. Bu adət bizim vikinin kəşfidir. Diqqət etmisinzsə digər vikilərdə müzakirə harda başlayıbsa həmin səhifədə də davam edir. Yeri gəlmişkən, nəzərinizə çatdırım ki, E-citizenin həmin səhifədə mənim şəxsi məlumatlarımı yayımlaması və sizin bunu silməyiniz, əvəzində isə heç bir inzibati tədbir görməməyiniz diqqətimdən qaçmayıb. Wertuose 07:51, 12 sentyabr 2011 (UTC)Cavabla

Yenə təkrar edirəm: mətni kim silibsə ona müraciət edin. (Deyəsən gücünüz elə mənə çatır :)) "...ortaya çıxan məsələlərin müzakirəsi zamanı gedib və məhz həmin səhifəyə aiddir..." deməyinizdən belə anladım ki, müzakirənin sizin səhifənizdə olmasını istəmirsiz. O halda heç mən də öz səhifəmdə istəmirəm. E-citizen-lə bağlı məsələyə gəldikdə isə mən şərhi sildim, amma siz daha ciddi inzibatı cəza istəyirsinizsə Vikipediya:İdarəçilərə müraciət səhifəsində idarəçilərə müraciət edə bilərsiz. Tərəfli idarəçi kimi sizin iştirakınız düzgün deyil. --Irada 08:08, 12 sentyabr 2011 (UTC)Cavabla

Wertuose müraciət

[mənbəni redaktə et]

Hörmətli həmkar. Bir-neçə gündür Sizinlə istifadəçi --Irada arsında gedən polemikanın müəyyən qədər mənə də aidiyyatı olduğu üçün münasibət bildirməyə məcbur oluram.

  1. Sizin əvvəlki polemikanız mənim müzakirə səhifəmdə getdiyinə və mənə aidiyyatı olmadığına görə mən onu sildim. Sonradan hörmətli İradı xanımın xahişi ilə onu onun müzakirə səhifəsinə köçürüdüm. Müzakirənin mənim səhifəmdə getməsinə haqq qazandırmanızı başa düşə bilmirəm. Xahiş edirəm belə hal təkrarlanmasın.
  2. İradə xanımın səhifəsinə köçürülmüş materiala düzəliş etməyinizi düzgün addım saymıram və hamıdam belə addımdan çəkinməyi xahiş edirəm. Digər istifadəçinin səhifəsinə onun razılığı olmadan kiminsə düzəlişlər etməyi yolverilməz sayıram.
  3. Son dövrlərdə Sizin tərəfinizdən IradaE-citizenə qarşı qüsur axtarmaq marağı hiss edirəm. İdarəçi kimi mən Sizi təmkinli və inanılan cinah görmək istərdim. Eyni zamanda adı çəkilən istifadəçilərin qadın olması da nəzərdən qaçmamalıdır. Vikipediyada hamı bərabər olsa da qadınlara qarşı xüsusi hörmət və diqqət kimi şərq ənənsini heç kəs ləğv etməyib. Onların ( eləcə də digər dəyərli istfadəçilərin) vikipediyaya verdiyi töhvələrin üzərindən tələsik xətt çəkməyə çalışmayaq. Bu məsələdə Sizi yanaşmanızda dəyişiklik etməyə çağırıram. Hörmətlə həmkarınız --Acategory 15:46, 12 sentyabr 2011 (UTC)Cavabla

Mühafizə

[mənbəni redaktə et]

Salam. Zəhmət olmasa, bu məsələ ilə bağlı fikrinizi bildirin. --N KOzi FORUM 04:45, 13 sentyabr 2011 (UTC)Cavabla

Vikilayihələr

[mənbəni redaktə et]

Vikimedia fondunun digər layihələri ilə bağlı müzakirələrinizi həmin layihələrdəki müzakirə səhifələrində aparmağınızı xahiş edirəm. İstifadəçi "İrada"nın müzakirə səhifəsində yazdığınız postlar Vikipediyaya aid deyil. Wertuose 05:42, 14 sentyabr 2011 (UTC)Cavabla

Vikikitabda yazmışdım. Amma mənə heç bir cavab verilmədi. Tam əksinə olaraq Redaktələr müharibəsi adlı böhtanla əsasız bloklandım. Ona görə də burada yazıram. Bunu dünən onun özünə də bildirmişəm. Həm də belə ismarıcların burada yazılmasını məhdudlaşdıran hər hansısa bir qayda tapa bilmədim. Əgər elə bir qayda varsa, lütfən mənə göstərin. Mən Vikicəmiyyətdən ona görə üzr istəməyə hazıram. --►Safir yüzüklü Ceklimesaj 05:48, 14 sentyabr 2011 (UTC)Cavabla

Amma heç yanda da yazılmayıb ki, "qadağan olunmayan hər şeyə icazə var". Həmin layihələrin müzakirə səhifələri məhz o layihələrə aid müzakirələr aparmaq üçündür. Wertuose 06:40, 14 sentyabr 2011 (UTC)Cavabla
Mən qlobal Vikitəcrübəmə əsaslanaraq belə etmişəm. Nə səbəbdən bunu etdiyimi də ilk ismarıcımda bəyan etmişəm. --►Safir yüzüklü Ceklimesaj 06:43, 14 sentyabr 2011 (UTC)Cavabla

Barışıq layihəsi

[mənbəni redaktə et]

Salam, Wertuose. Vikipediya:Barışıq layihəsi barədə təklif və rəylərinizi bilmək xoş olardı. Şübhə etmirəm ki, bu layihəyə istənilən münasibətiniz Vikipediyanın inkişafına xidmət göstərəcək. Hörmətlə, →Vago ms 10:43, 19 sentyabr 2011 (UTC)Cavabla

Şablon:Bilirsinizmi

[mənbəni redaktə et]

Salam, Wertuose! Bir balaca problem yaranılıb. Ümid edirəm ki, sizin üçün onu həll etmək çətin olmaz. Problemi həll etmək üçün sizə lazım olan xər şeyi "Bilirsinizmi" şablonun müzakirəsində axırıncı bölmədə və Vagonun müzakirə "Şablon:Bilirsinizmi" bölmədə tapa bilərsiniz. --Мурад 97 13:39, 5 oktyabr 2011 (UTC)Cavabla

Adı dəyişilmiş məqalələrə keçidlər

[mənbəni redaktə et]

Salam. Adını dəyişdirdiyiniz və ya sildiyiniz məqalələrə başqa məqalələrdən daxili keçidlər ola bilər. Həmin məqalələrdə də müvafiq dəyişiklik etməlisiniz ki, onlarda qırmızı keçidlər görünməsin. Wertuose 05:07, 7 oktyabr 2011 (UTC)Cavabla

Salam, Wertuose. Bir qayda olaraq yeni və qaralama halında olan məqaləni silirəm. Adı isə o vaxt dəyişirəm ki, adı xüsusi isim olmur. Düzdür, buna digər məqalələrədən keçid ola bilər. Ancaq onların xətrinə adları yarımçıq olan məqalə adını saxlamaq düzgün olmazdı. Məsələn, adını dəyişdiyim Müstəqilliyin yüzilliyi məqaləsi kimi. Əgər başqa məqalədə keçid varsa, zamanında o da düzələcək. Hesab edirəm ki, ilk növbədə istinad məqaləsinin adı qrammatik cəhətcə dəqiq və qüsursuz olmalıdır.--Acategory 14:18, 7 oktyabr 2011 (UTC)Cavabla

Müəllif hüquqları məsələsi

[mənbəni redaktə et]

Salam sizdən bu məqalə və ümumiyyətlə xalça məqalələrinin hamısına dair fikir bildirməyiniz istərdim. --N KOzi FORUM 10:42, 14 oktyabr 2011 (UTC)Cavabla

Salam. Əgər bu məsələ hazırda hansısa səhifədə müzakirə olunursa, həmin səhifənin linkini yerləşdirin. Əgər müzakirə olunmursa, onda burda qısaca yaza bilərəm ki, sistemli şəkildə yeni məqalələrin yaradılmasına müsbət münasibət bəsləyirəm. Göstərdiyiniz məqalədə müəllif hüquqlarının pozulması ilə bağlı şablon yerləşdirilib, amma nəzərə alsaq ki, məlumatın mənbəyi məqalənin aşağısında göstərilib, onda bunu müəllif hüququ pozuntusu kimi qəbul etmək olmaz. Düzdür, Vikipediyada məqalələrin cəmi bir mənbə əsasında yazılması tövsiyə olunmur, lakin qadağan da edilmir. Wertuose 13:55, 15 oktyabr 2011 (UTC)Cavabla
Məqalələrin bir mənbə əsasında yaradılması yox, onun həmin mənbədən olduğu kimi köçürülməsi müəllif hüququ pozunntusudur. Bu o qədər açıq-aydın məsələdir ki, mübahisəyə belə yer yoxdur. Ümumi qaydalara əsasən, müəllif hüququ qorunan kontentə bu cür müdaxilə yolverilməzdir. --N KOzi FORUM 04:44, 17 oktyabr 2011 (UTC)Cavabla
Əgər məqalədə mənbə kimi həmin sayt göstərilməsə idi, onda siz dediyiniz kimi bu müəllif hüququ pozuntusu olardı. Amma məlumatın mənbəyi qeyd olunub, üstəlik saytın bu məlumatları konkret olaraq hansı şərtlər daxilində yerləşdirdiyi məlum deyil. Ola bilər ki, mənbə kimi istinad edilməklə başqa saytlarda yerləşdirilməsinə icazə verilir. Bu cür detalları bilmədən nəsə demək düzgün olmaz. Təklif edirəm ki, saytın admininə bununla bağlı sorğu göndərəsiniz və buradakı məqalə müəlliflərini aldığınız cavabla tanış etdikdən sonra ona uyğun hərəkət edəsiniz. Wertuose 06:22, 17 oktyabr 2011 (UTC)Cavabla
Saytın aşağısına diqqət edin. All rights reserved © 2010 Əlavə izaha ehtiyac yoxdur məncə. --N KOzi FORUM 06:29, 17 oktyabr 2011 (UTC)Cavabla
Məsələ də ondadır ki, əlavə izaha ehtiyac var, hər halda həmin yazını mən də görmüşəm. Əlavə izaha isə ona görə ehtiyac var ki, bir sıra səbəblərə görə qeyd etdiyiniz həmin ifadənin heç bir hüquqi qüvvəsi yoxdur və belə demək olarsa, bizdəki internet səhifələrinin standart dizaynına daxildir. Nə məna ifadə etdiyini isə heç əksər sayt tərtibatçıları bilmir. Belə ki, həmin sözün yazılmasını tələb edən razılaşma dünya ölkələrinin böyük əksəriyyəti, o cümlədən Azərbaycan tərəfindən ratifikasiya olunmayıb və bundan da əlavə müasir lisenziyalaşdırma qaydalarına görə bu yazı məqalədəki məlumatın istifadə şərtləri haqqında heç bir məlumat vermir. Ona görə də yuxarıda qeyd etdiyim kimi, məlumat üçün saytın admininə müraciət etməyi məsləhət görürəm. Wertuose 06:51, 17 oktyabr 2011 (UTC)Cavabla

Məqaləm

[mənbəni redaktə et]

Salam.Siz niyə mənim dalını yazacağım məqaləni silmisiniz????? http://az.wikipedia.org/w/index.php?title=Stella_(cizgi_q%C9%99hr%C9%99man)&action=edit&redlink=1


Mən bu məqalənin dalını yazacaqdım.Vaxtım olmadığından yaza bilmirəm.Vaxtım olanda dalını yazacaqdım.

Xahiş edirəm məqaləmi geri qaytarasınız.Rızayeva Leyla 07:11, 25 oktyabr 2011 (UTC)Cavabla

Salam. Məqalə adlandırdığınız həmin səhifə cəmi 3 sözdən ibarət idi və kateqoriyaları, intervikiləri olmadığı üçün söhbətin nədən getdiyini müəyyənləşdirmək mümkün deyildi. Hər halda onu genişləndirmək üçün vaxtınız olanda yenidən həmin adda məqalə yaratmaq problem deyil. Adi qaydada onu yenidən yaradıb əlavələrinizi edə bilərsiniz. Amma əvvəlki kimi nə haqda olduğu qeyri-müəyyən olan 3 sözdən ibarət yox, daha geniş olsa yaxşı olar. Wertuose 12:06, 25 oktyabr 2011 (UTC)Cavabla

Dediyinizə əməl edəcəm.Amma nəzərinizə çatdırım ki, dərslər başladığından onun dalını yazmağa vaxt tapmamışdım.Əgər vaxt tapsaydım əlbətdə yazardım.Köməyə görə sağ olun.Rızayeva Leyla 17:00, 25 oktyabr 2011 (UTC)Rızayeva LeylaCavabla

Salam.Məqaləmin adı Azərbaycan dilinə elə bax olduğu kimi tərcümə edilir.Başa düşdüz.Ona görə də o şablonu ya siz götürün ya da mənə yazın mən götürüm.http://az.wikipedia.org/wiki/Winx_clubRızayeva Leyla 17:51, 25 oktyabr 2011 (UTC)Rızayeva LeylaCavabla

Belə başa düşürəm ki, şablonu götürmək fikriniz yoxdur.Yaxşı onda mən götürərəm.Rızayeva Leyla 10:11, 26 oktyabr 2011 (UTC)Rızayeva LeylaCavabla

Vikipediya qaydalarına görə istifadəçilərə müraciət edərkən nəzakətli olmaq lazımdır. Sizin mənim müzakirə səhifəmdə yazdığınız bəzi söz və ifadələr nəzakət qaydalarına ziddir. Bundan əlavə, nəzərinizə çatdırım ki, məqalələrə yerləşdirilən və müzakirə tələb edən şablonları yalnız ortaq mövqeyə gəldikdən sonra çıxarmaq olar. Məlumat üçün deyim ki, bu tələbləri növbəti dəfə pozacağınız halda bloklanma ilə cəzalandırıla bilərsiniz. Bir də nəzərinizə çatdırım ki, müzakirə səhifələrində hər yeni postunuzu ayrıca başlıq altında yox, əvvəlkinin davamı kimi yazmağınızı və imza atarkən 4 tilda (~~~~) işarəsindən istifadə etməyinizi məsləhət görürəm. Bu halda istifadəçi adınızı əllə daxil etməyə ehtiyac yoxdur. Xahiş edirəm qeyd olunan nöqsanları nəzərə alın. Wertuose 15:50, 26 oktyabr 2011 (UTC)Cavabla

Sizə qarşı Nəzakətsiz olduğuma görə üzr istəyirəm.Amma deyim ki, bu məqalə türkcə Vikipediyada da elə bu şəkildə yazılır:Winx club.Və nəzərinizə çatdırım ki, Azərbaycancada olduğu kimi türkcədə də W hərfi yoxdur amma türkcə Vikipediyada da məqalənin adı dəyişməz olaraq qalır.Winx club kimi yazılır.Hörmətlə.Rızayeva Leyla 16:08, 26 oktyabr 2011 (UTC)Rızayeva LeylaCavabla

Üzr istəyirəm, söhbətinizə müdaxilə etdiyimə görə, sadəcə, bildirmək istəyirəm ki türk dili ilə Azərbaycan dilinin yazı qaydalarında yerlə-göy qədər fərq var, bizim yazı qaydaları ruslardan qalıb, türklər isə, ingilislər, fransızlar kimi yazırlar, onlar ingilis dilindəki terminləri olduğu kimi yazırlar, amma öz dillərində oxuyurlar, məsələn, biz yazırıq ruslar kimi "Maykrasoft", türklər yazır "Microsoft", amma özləri yazdıqları kimi yox, biz yazdığımız kimi oxuyurlar, eləcə də onlar terminlərdə, türk yazısında olmayan hərfləri, o cümlədən w-ni də işlədirlər, onlar kateqoriya adındakı bütün sözlərib baş hərfini yalnız böyük yazırlar, biz isə demək olar ki ruslar kimi yazırıq, yalnız 1-ci sözün baş hərfini, onlar "türk" sözünün 1-ci hərfini böyük hərflərlə yazırlar, biz isə ruslar kimi, kiçik hərflə, mən bildiyim bu qədər. Aydın Məmmədov 17:20, 26 oktyabr 2011 (UTC)Cavabla
Yuxarıda yazılan fikirlərə elə bir əlavəm yoxdur, amma qeyd edim ki, Azərbaycan dili ilə bağlı hər hansı bir məsələdə türk dilinə istinad etmək ümumiyyətlə düzgün deyil, çünki dillərimiz danışıqda bir-birinə bənzəsə də, bu 2 dilin qrammatik və orfoqrafik qaydalarında böyük fərqlər var. Bundan əlavə, xarici dillərdəki xüsusi isimlər Azərbaycan dilinə transliterasiya olunmalıdır. Yəni tələffüzü necədirsə, o cür də yazılmalıdır. Bəzi hallarda məşhur şirkətlərin adları ilə bağlı bunu etmirik, amma sizin məqaləniz film haqqında olduğu üçün buna ehtiyac var və üstəlik bizim vikidə qəbul olunmuş tələblərə görə filmlər haqqındakı məqalələrin adlarının yanında mötərizənin içində "film" və ya "cizgi filmi" sözü yazılmalıdır. Wertuose 07:50, 27 oktyabr 2011 (UTC)Cavabla
Yaxşı.İndi mən sizə bir şey deyim.Siz də baxın görün onun adı niyə elədir.24 Minutes cizgi filmi də viki-də olan cizgi film məqalələrindəndir.Sizin dediyiniz qaydalara görə onun adı Azərbaycan dilinə 24 dəqiqə kimi tərcümə olunmalıdır. Amma məqalənin adı 24 minutesdir.Hələ bundan əlavə də bu məqalənin adı viki yanlış adlandırma səhifəsində belə yoxdur.Yaxşı indi xahiş edirəm məni başa salın ki, o cizgi film məqaləsinin adı niyə dəyişmir.Rızayeva Leyla 08:37, 27 oktyabr 2011 (UTC)Rızayeva LeylaCavabla
Bir daha xahiş edirəm ki, müzakirələrinizi yeni başlıq altında yox, əvvəlkinin davamına yazın. O ki, qaldı sualınıza, bu cür hallarla rastlaşanda {{Yanlış adlandırma}} şablonunu həmin məqalələrə əlavə edə bilərsiniz. Əgər indiyədək həmin məqalənin adı dəyişilməyibsə, bu o demək deyil ki, buna icazə var, bu sadəcə onu göstərir ki, bu məsələ indiyədək heç kimin diqqətini cəlb etməyib. Ümumiyyətlə, bu cür halların olması qaydalara zidd hərəkətləri əsaslandırmaq üçün arqument kimi istifadə oluna bilməz. Hər bir məsələ bir-birindən ayrı müzakirə olunmalıdır. Əgər hamı "bəs filan yerdə niyə olur", "bəs filankəsə niyə olar", "bəs filan məqalədə niyə olar" tərzində yanaşma ilə müzakirə aparsa, onda müzakirələr mənasızlaşar. Wertuose 06:30, 28 oktyabr 2011 (UTC)Cavabla

Nyufaundlend məqaləsi barədə

[mənbəni redaktə et]

Salam. Siz mənim yazdığım "Nyufaundlənd"di "Nyufaundlend" şəklinə saldınız, yəni sözün son hecasındakı "ə"ni "e"yə dəyişdiniz. Etirazım yoxdur, amma Siz də öz növbənizdə sözün doğru yazılış variantının məhz bu cür olması barədə mötəbər mənbəyə, heç olmasa hansısa mənbəyə istinad etməli idiniz. Yeri gəlmişkən, mən də əvvəl belə yazmaq istəyirdim, amma bir az fikirləşdikdən sonra "ə" ilə yazdım, belə ki ingiliscə "Newfoundland" - [nufənˈlænd] , mən bilən, bizim hərflərlə "Nyufaundlənd" kimi oxunmaqdadır. Bəlkə hardansa tapa bilərsiniz ki əvvəllər bu söz azərbaycan dilində, Siz yazdığınız kimi yazılıb. Mümkündür, ola bilər, amma onu da nəzərə alın ki əvvəllər bu ölkə adı Azərbaycan dilinə tətbiq olunubsa, bu həmin adın yalnız rus variantı olub. Yəni sizin redaktə etdiyiniz "Nyufaundlend" ölkə adının rus variantıdır, rus dilində "ə" səsi olmadığı üçün sonuncu hecada "ə" əvəzinə "e" yazılır. Əgər, Azərbaycan dilində "ə" səsi və hərfi varsa biz nəyə görə "e" yazmalıyıq?! Doğrusu, etiraf edirəm ki bu çox mübahisəli bir məqamdır, mövzu o qədər də əhəmiyyətli olmasa da, bu məsələdə böyük bir müzakirəyə ehtiyac var, belə ki göstərdiyim noqteyi-nəzərdən biz "Şollandiyanı" "Şotləndiyə" kimi, "Finlandiyanı" da Finləndiya kimi yazmalıyıq. Alternativ bir variant da var, gəlin "Nyufaundlənd"i "Nyufaundland" kimi yazaq, belə ki mən azərbaycan dilində elə söz tanımıram ki həmin sözdəki yabançı sözdüzəldici "land" şəkilçisi "lend", yaxud "lənd" kimi yazılır, necə ki İslandiya, Finlandiya, Şotlandiya, Yeni Zellandiya və digər bəzi ölkə adları kimi, hansı ki həmin ölkələrin adları Azərbaycan dilində artıq bu variantda qəbul olunub; bu nöqteyi-nəzərdən həm də hesab edirəm ki "Nyufaundlandiya", yaxud "Yeni Faundlandiya" daha doğru variantdır.

Bundan başqa bir sualım da var, mümkünsə bunu da mənim üçün izah edin; məqalənin ingilis dilindəki variantından bayrağın adını olduğu kimi kopyə edib bu məqaləyə qoydum, göründü, gerbi də belə etdim, görünmədi?! Maraqlıdır ki məqalənin fransız variantındakı gerbin adını bu məqaləyə qoyanda görünürdü? Axırda məqalənin ingilis dilindəki variantındakı gerbi şəkil kimi AzVikiyə yüklədim, ondan sonra göründü. Deyə bilməzsiniz, bunlar nə ilə əlaqədardır? Və mən gerbi yenidən Vikipediaya yükləməklə düz hərəkət etmişəm ya yox? Cavabınıza görə əvvəlcədən təşəkkür edirəm. Aydın Məmmədov 16:26, 25 oktyabr 2011 (UTC)Cavabla

Salam. Birinci məsələ ilə bağlı qeyd edim ki, Vikipediyada orijinal tədqiqatlar qadağandır. Bura həmçinin hər hansı bir istifadəçinin öz şəxsi fərziyyələrini və ya ehtimallarını məqalələrdə ümumqəbulolunmuş faktlar kimi təqdim etməsi də daxildir. Konkret bu halda isə bu coğrafi adın Azərbaycan dilində məhz Nyufaundlend kimi yazılması mövzuya aidiyyatı olan mənbələrdə, həmçinin ASE-də öz əksini tapıb. Sizin təklif etdiyiniz adlandırma isə hər hansı akademik mənbəyə əsaslanmır. Mən mənbə göstərməmiş ola bilərəm, amma bu məsələdə səhv olduğuma dair azacıq şübhəm olsa idi bu məsələni müzakirəyə çıxarmağı üstün tutardım, nəinki məqalənin adını dəyişməyi.
İkinci sualınızla bağlı isə deyə bilərəm ki, bizdə görünməyən şəkil yalnız ingilis vikisinə yükləndiyi üçün onun digər vikilərdə görünməsi mümkün deyil. Şəkillərin bütün vikilərdə görünə bilməsi üçün isə onu Vikmedia Commons layihəsinə yükləmək lazımdır. Görünür digər şəkil ora yükləndiyi üçün bizdə görünüb. Siz şəkli az-vikiyə yükləməklə səhv hərəkət etməmisiniz, amma onu Vikimedia-Kommonsa yükləyərək bütün vikilərdə görünməsinə və bizim vikidəki şəkillərin sayının əsassız artmasının qarşısının alınmasına yardımçı ola bilərsiniz. Amma şəkli Kommonsa yükləməzdən əvvəl digər eyni növdən ola şəkillərə baxaraq, onlarda hansı lisenziyaların tətbiq olunmalı olduğu ilə tanış olun ki, sonradan sizin yüklədiyiniz şəkil lisenziyalaşdırma qaydaları pozulduğu üçün idarəçilər tərəfindən silinməsin. Wertuose 09:29, 26 oktyabr 2011 (UTC)Cavabla
Cavabınıza görə təşəkkür edirəm. Dediyiniz Vikimedia-Kommons'ə baxacağam, o barədə heç məlumatım yox idi, yaxşı ki başa saldınız... Hörmətlə, Aydın Məmmədov 17:26, 25 oktyabr 2011 (UTC)Cavabla

Çili

[mənbəni redaktə et]

Sizi salamlayıram. Mən Çili prezidentləri ilə bağlı şablon yaratmışam. Vaxtım olduqca bu sahədə fəaliyyət göstərmək istəyirəm. Sizin prezident şablonları sahəsində fəaliyyətinizə görə sizə müraciət etmək qərarına aldım. Lütfən şablona baxın görün, hansısa əyri-əsklik yoxdur ki, indidən sizə təşəkkür edirəm. Hörmətlə--Baskervill 18:25, 28 noyabr 2011 (UTC)Cavabla

Salam. Şablonda düzəlişlər etdim. Amma belə görünür ki, Çilidəki çoxsaylı hərbi çevrilişlərə görə prezidentlərin siyahısında da dəqiqlik yoxdur. İngilis və rus vikilərində prezidentlərin siyahısı fərqlənir, çünki hərbi rejimlər çox vaxt rəsmi hakimiyyət kimi qəbul edilmir, amma başqa səbəblər də ola bilər, ona görə də kimlərinsə adı ingilis vikisində yoxdursa, bunu ancaq belə izah etmək olar. Yəqin ki, işin gedişində hansısa çatışmazlıqlar ortaya çıxsa bunu özünüz həll edə bilərsiniz. Wertuose 06:12, 29 noyabr 2011 (UTC)Cavabla

Ad dəyişdirmə

[mənbəni redaktə et]

Salam Wertuose.http://az.wikipedia.org/wiki/Winx_club Bu məqalənin müzakirə bölməsinin adını dəyişdirdim.Klubu sözündəki u hərfini sildim.Amma nəticəsi çox pis oldu. Belə ki məqaləyə girib yuxarı tərəfdə olan müzakirə bölməsinə basıb daha sonra onun yanında olan məqalə bölməsinə basdıqda məqalə yox olur.Xahiş edirəm ki, məqalənin müzakirə səhifəsini əvvəlki halına salasınız.Hörmətlə.Rızayeva Leyla 05:53, 29 noyabr 2011 (UTC)Rızayeva LeylaCavabla

Salam. Müzakirə səhifəsinin adına düzəliş etdim. Wertuose 06:14, 29 noyabr 2011 (UTC)Cavabla

Sağ olun.Səhvimə görə bağışlayın.Rızayeva Leyla 15:41, 3 dekabr 2011 (UTC)Rızayeva LeylaCavabla