Anatol Frans
Anatol Frans (Tibo) (1844-1924) - Fransız yazıçısı
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
- Ağlın çevikliyi gözəlliyi də əvəz edə bilər.[1]
- Analıq sənətinin ilk şərti uşaq yatdıqdan sonra yatmaqdır.
- Atanın verdiyi tərbiyə uşaqların sərvətidir.
- Ayaqsız bir uşağa rast gələn qədər ayaqqabısız olduğum üçün kədərlənirdim.
B
- Bədbəxtliyin səbəbini başqa yerdə deyil, özümüzdə axtarmalıyıq.
- Biz dünyanı dəyişmədən onu xilas edə bilmərik. Mükəmməl təhsil almaq heç də mükəmməl həyat fəlsəfəsinə yiyələnmək demək deyil.
- Bircə ədalətli fikir bütün zəncirləri qıra bilər.
D
- Dünya ikiyə bölündü, çatlar şairin ürəyindən keçdi.
E
- Elm bütün qapıları açan açara bənzər.
Ə
- Ədalət ancaq həqiqətdən, səadət ancaq ədalətdən əmələ gələ bilər.
- Əgər gözəllik ilə gerçək arasından birini seçməm gərəksəydi, heç tərəddüd etmədən gözəlliyi seçərdim, çünki onun içində əsl həqiqətdən daha yüksək və daha dərin bir gerçək olduğuna inanıram.
- Əgər yazıçı düşündüklərindən fərqli bir şey yazarsa, o yazı naqis olar.
- Əsl bəşəri məhəbbət olmadan əsl vətən məhəbbəti ola bilməz.
- Əslində mən heç bir şey bilmirəm. Xəyal qurmaq hər şeydir.
G
- Gələcək bizim hələ yan almadığımız nəhəng bir qitədir.
- Gəmi sükana tabe olmadığda sualti qayalara tabe olur.
- Gəzmək, bir zamanlar insan və kainat arasında var olan uyğunluğu təkrar qurar.
F
- Fizikada olduğu kimi, psixologiyada da bizi əvvəlki zəminimizə bağlayan cazibə qanunu var.[2]
H
- Heç kimə kitab verməyin. Çünki mən kitabxanamı oxumaq üçün alıb qaytarmadığım kitablardan qurmuşam.
- Həqiqi sevgi, hər kəsin danışdığı kimi bir gül, lakin çox az adamın gördüyü xəyalətlərə bənzər.
- Hər şeydə, o cümlədən təvazökarlıqda da müəyyən bir hədd gözlənilməlidir.
- Həyatdan baş aça bilmirik, amma yenə də sonsuz bir həyat istəyirik.
- Həyatın məşəqqətlərinə dözmək üçün onları mütləq bir qadınla bölüşmək lazımdır.
- Həyatla baş edə bilmirik, yenə də sonsuz bir həyat arzulayırıq.
X
- Xalqları yüksəldən zəngin kitablardır.
- Xəyal gerçəklikdən qüdrətlidir, o hər şeyi canlandıra bilir.
İ
- İncəsənəti iki qorxunc məxluq hədələyir; bunlardan biri ustalıqdan xali olan sənətçi, digəri sənətə yad olan ustadır.
- Insan gələcəkdə onu nələrin gözlədiyini bilsəydi, həyatı dözülməz olardı.
- İnsanlar doğulur, acı çəkir və ölürlər.
- İradə zəif olanda, ən güclü ağıl belə bir qara quruşa dəyməz.
- İstedad pula bənzəyir–ya var, ya da yoxdur.
K
- Kitab xəyalən ən uzaq məsafələri belə qət etməyə kömək edir.
Q
- Qadın kişinin dahi tərbiyəçisidir.
- Qadının ən böyük cavahiratı onun namusudur.
- Qısqanclıq kişidə zəiflik, qadında isə güc mənbəyidir.
M
- Mənə kitablarını göstər, övladlarının kim olduğunu deyim.
- Məntiqli düşünüb məntiqsiz hərəkət etmək insan quruluşunun xüsusiyyətidir.
- Müəyyən zehni mədəniyyət olmadan nəcib hisslər də ola bilməz.
O
- Oğlanlar öz analarının xoşniyyətli olduğuna qızlardan çox inanar
- Oğullar analarının iffətli olduğuna inanarlar, qızlar da elə, amma onlar daha az inanarlar.
- Otuz beş yaşına çatana qədər mən evə gəlməyincə anamın yatdığını görmədim.
Ö
- Ömür qısadır, lakin insan onu öz uşaqlarının ömründə yenidən yaşaya bilər.
S
- Sevgi! Bu mənada nə qədər hüdudsuzluq var! Bir göz yaşında necə okean! Bir baxışda necə səma! Bir nəfəs almada necə tufan! Bir toxunuşda necə ildırım! Bir anda necə əbədilik!
- Sevgidə kişilərə formalar və rənglər lazımdır; kişilər obrazlar tələb edir. Qadınlar isə yalnız duyğuları tələb edirlər. Onlar bizdən yaxşı sevirlər: onlar kordurlar.
Ş
- Şeirlə insan ruhu arasında qədim bir ünsiyyət var. Buna görə də insanın sevincli və kədərli anlarında şeir həmişə onunladır.
T
- Təvazökarlıq öz gerçək dəyərini anlamaqdır.
Y
- Yalnız qadınların maraqlandırmadığı kişilər qadın paltarı ilə maraqlanırlar.
- Yaşamaq fəaliyyət göstərmək deməkdir.
- Yol gözəlsə, hara çatdığının nə əhəmiyyəti var!
- Yumorsuz dünya - quşlarsız meşəyə oxşayardı.
Mənbə
- Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014
İstinadlar
- ↑ Aforizmlər və hikmətli sözlər. Bakı, 2005, səh.36
- ↑ Səlahəddin Xəlilov. Aforizmlər: seçilmişlərdən seçilmişlər. Bakı,2012,