Şimali Vyetnamın Laosa soxulması

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Şimali Vyetnamın Laosa soxulması
Tarix 1958
Yeri

Şimali Vyetnamın Laosa soxulmasıVyetnam Demokratik Respublikasının (VDR) 1958–1959-cu illərdə Laos ərazisində hərbi fəaliyyətləri. VDR Laos krallığına qarşı döyüşmək üçün Patet Laonu dəstəkləmişdi. Laos üzərində nəzarət Vyetkonq (CVMAC) və VXO-nun (Şimali Vyetnam Ordusu) Vyetnam Respublikasında fəaliyyətlərinin gücləndirilməsi üçün əsas təchizat marşrutu kimi xidmət edən Ho Şi Min cığırının tikintisinə imkan yaratmışdı. Beləliklə, Patet Laoya Şimali Vyetnam tərəfindən Laos krallığına qarşı döyüşmək üçün verilən dəstək 1975-ci ildə Cənubi Vyetnam üzərində kommunistlərin son qələbəsində həlledici olmuşdu. Əgər bunlar sadəcə Vyetnam silahsızlaşdırılmış zonasında baş tutsaydı, Cənubi Vyetnam və ABŞ qüvvələri hər hansı CMVAC və VXO hərəkatının qarşısını ala bilərdilər. Həmçinin, bu əməliyyatlar Patet Laonun ABŞ tərəfindən dəstəklənən Laos krallığı üzərində qələbə çalmasına da töhfə vermişdir.[1]

İstinadlar

  1. Dommen, Arthur J. North Vietnamese Invasion // Savada, Andrea Matles (redaktor). Laos: a country study (3rd). Washington, D.C.: Federal Research Division, Library of Congress. 1995. 42–44. ISBN 0-8444-0832-8. OCLC 32394600. 2023-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-30. Şablon:PD-notice

Əlavə ədəbiyyat