İpəkçi (qəzet): Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
k Aydin Mammadof tərəfindən edilmiş redaktələr geri qaytarılaraq Cekli829 tərəfindən yaradılan sonuncu versiya bərpa olundu.
Redaktənin izahı yoxdur
Sətir 6: Sətir 6:
| format = A2
| format = A2
| təsis tarixi = [[1933]]
| təsis tarixi = [[1933]]
| təsisçi = Şəki "İpək" şirkəti[[Salis Məmmədov|M.Salis]]
| təsisçi = Nuxa ipək kombinatı firqə kollektiviyerli komitəsi
| baş redaktor =
| baş redaktor =
| redaktor = [[Aydın Məmmədov (jurnalist)|Aydın Məmmədov]]
| redaktor = [[Aydın Məmmədov (jurnalist)|Aydın Məmmədov]]
Sətir 14: Sətir 14:
| qiymət = Pulsuz
| qiymət = Pulsuz
| ünvan =
| ünvan =
| internet ünvanı = [http://ipekchi.sheki.org/ Ipekchi.sheki.org]
| internet ünvanı = [http://ipekchi.sheki.org/ ipekchi.sheki.org]
}}
}}


'''"İpəkçi"''' — [[Azərbaycan]]da nəşri davam edən sonuncu [[çoxtirajlı qəzet]]<ref>Sovet mətbuatında və indiki bir çox MDB ölkələrində müəssisə qəzetləri "çoxtirajlı qəzet" adlanır.</ref> , sonuncu fəhlə qəzeti.
'''"İpəkçi"''' — [[Azərbaycan]]da nəşri davam edən sonuncu [[çoxtirajlı qəzet]]<ref>Sovet mətbuatında və indiki bir çox MDB ölkələrində müəssisə qəzetləri "çoxtirajlı qəzet" adlanır.</ref>, sonuncu fəhlə qəzeti.


== Tarixi ==
== Tarixi ==

20:40, 17 sentyabr 2017 tarixinə olan versiya

İpəkçi
Növ Çoxtirajlı qəzet
Format A2
Təsisçi Nuxa ipək kombinatı firqə kollektivi və yerli komitəsi
Redaktor Aydın Məmmədov
Yaranma tarixi 1933
Dil Azərbaycan dili
Qiymət Pulsuz
Səhifə 4
Tiraj 1250 (15.06.2013)
ipekchi.sheki.org

"İpəkçi"Azərbaycanda nəşri davam edən sonuncu çoxtirajlı qəzet[1], sonuncu fəhlə qəzeti.

Tarixi

"İpəkçi" qəzetinin 1-ci sayının üz səhifəsi

"İpəkçi" qəzeti 13 mart 1933-cu il tarixdən nəşr edilir. O vaxt qəzet "Nuxa ipək kombinatı firqə kollektivinin və yerli komitəsinin orqanı" idi və ilk redaktoru Rəsul Rəsullu olmuşdu. Daha sonra isə - 1935-ci ildən, qəzet Əli İsgəndərovun və digər şəxslərin redaktorluğu ilə çap edilmişdi. İkinci dünya müharibəsi illərində - 1943-cü ildə, qəzetin nəşri dayandırılsa da, müharibədən sonra - 1958-ci ildə yenidən bərpa edilir. 1958-1965-ci illərdə qəzetin redaktoru Məmmədiyyə Cabbarov (Süleymanlı), 1965-2009-cu illərdə isə Salis Məmmədov olmuşdur. 2009-cu ildən etibarən isə redaktor Aydın Məmmədovdur.

"İpəkçi" qəzeti 1983-cü ildə, 50 ilik yubileyi münasibəti ilə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. Qəzetin 60 illik yubileyi münasibəti ilə isə Azərbaycan Respublikasının o vaxtkı prezidenti Heydər Əliyev qəzetin redaksiyasına təbrik məktubu ünvanlamışdır.

"İpəkçi" qəzetinin 60 illik yubileyi münasibəti ilə Azərbaycan Respublikasının o vaxtkı prezidenti Heydər Əliyevin təbrik məktubu.

Azərbaycan Sovet mətbuatında ilk müstəqil qəzet

"İpəkçi" qəzetinin 12 dekabr 1990-cı il tarixli, 33-34 (1967-1968) saylı nəşrində, V.İ.Lenin tərəfindən deyilmiş və Sovet mətbuatının atributu olan "Bütün ölkələrin proletarları birləşin!" şüarı qəzetin başlığı üzərindən götürülmüş, daha əvvəl "Azərbaycan Kommunist partiyası V.İ.Lenin adına Şəki İstehsal İpək Birliyi Komitəsinin, Birlik Həmkarlar İttifaqı, Komsomol Komitələrinin və baş direktorluğun orqanı" olan bu qəzet, bu dəfə "Şəki ipəkçilərinin açıq tribunası" elan edilmişdir. Bu, həmin vaxta qədər, Azərbaycan Sovet mətbuatında analoqu olmayan, keçmiş SSRİ-də isə nadir hallarda təsadüf edilən bir hadisə idi. Qəzetin həmin sayında, "Oxucularımıza" sərlövhəli baş məqalədə isə redaktor, mərhum Salis Məmmədov böyük qətiyyət, cəsarət və uzaqgörənliklə atılmış bu addım barədə daha təfsilatı ilə bəyanat vermişdir.

2010-cu ildə

"İpəkçi" qəzetinin həmtəsisçisi və redaktoru Azərbaycan Respublikasının əməkdar jurnalisti Salis Məmmədovun 2009-cu ildə vəfatından sonra da "İpəkçi" nin nəşri davam etməkdədir. Məsələn, 2010-cu ildə bu qəzet A2 ölçüdə 4 səhifədən ibarət olmaqla 8 dəfə nəşr olunmuşdur.

Maliyyə mənbələri

2012-ci ilə qədər "İpəkçi" qəzetinin nəşriyyat xərci bu qəzetin redaktorunun "Şəki-İpək" ASC-dən aldığı 92 manat məvacib[2] hesabına ödənilirdi. 2012-ci ildə isə "Şəki-İpək" ASC rəhbərliyi həmin məvacibi də ödəməkdən imtina etmişdir[3].

İstinadlar

  1. Sovet mətbuatında və indiki bir çox MDB ölkələrində müəssisə qəzetləri "çoxtirajlı qəzet" adlanır.
  2. "İpəkçi" qəzetinin saytı, Bu sayt və "İpəkçi" qəzeti haqqında.
  3. "İpəkçi" qəzetinin saytı, Kim, kimdir?!

Xarici keçidlər