Dmitri Qluxovski

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Dmitri Qluxovski
rus. Дмитрий Алексеевич Глуховский
Doğum tarixi 12 iyun 1979(1979-06-12)[1][2] (45 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti yazıçı, jurnalist, roman yazıçısı, fantastika yazıçısı[d], ssenarist
Fəaliyyət illəri 2002-ci ildən
İmza
glukhovsky.ru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dmitri Qluxovski (rus. Дмитрий Глуховский) — Rusiya yazıçısı və jurnalist.

Jurnalistika fəaliyyəti

Qluxovski Moskvada doğulmuşdur.[3] Qüdsdəki Hebrev Universitetində Jurnalistika və Beynəlxalq Əlaqələr ixtisası üzrə təhsil almış , cavan olmasına baxmayaraq çox təcrübəli və olduqca nüfuzlu jurnalist peşəsinə sahib olmuş Qluxovski bu günə qədər Fransanın " EuroNews " , Moskvadakı " Russia Today " və " Mayak " radiostansiyalarında işləyib , həmçinin Almaniyanın " Deutsche Well Radio " və İsrailin " Sky News " milli radio efirlərində müxbir olaraq fəaliyyət göstərib . Jurnalist olaraq Mərakeşdən Qvatemalaya , İslandiyadan Yaponiyaya qədər , demək olar ki , bütün dünyanı gəzən Qluxovski , Çernobılda Atom Elektrik Stansiyasının partlaması zamanı o dəh — şətli anlan lentə almaq üçün Ukraynaya gedib ; Baykonurda rus raketlərinin kosmik məkana buraxılmasını yaxından izləmiş ; Qiryat — Şomuna bölgəsində İsrail və " Hizbullah " arasında olan ' qız — ğın müharibənin mərkəzindən bütün dünyaya məlumat ötürmüşdür . Qluxovski Şimal Qütbündən birbaşa yayım həyata keçirən ilk jurnailst adını da qazanıb . Qluxovski rus dili ilə yanaşı , ingilis , fransız , alman , ivrit və ispan dillərini də bilir. Hazırda Moskvada yaşayan jurnalist- yazıçı " Metro 2033 " kitabı ilə 2007-ci ildə Kopenhagendə keçirilmiş " EuroCon " müsabiqəsində Avropa Elmi Fantastik Ədəbiyyat Cəmiyyəti (" the European Science Fiction Society ") tərəfindən " Həvəsləndirmə Mükafatı " na (" the Encouragement Award ") layiq görülüb.

İstinadlar

  1. Дмитрий Глуховский // Internet Speculative Fiction Database (ing.). 1995.
  2. Dmitry Glukhovsky // Babelio (fr.). 2007.
  3. "Дмитрий Глуховский: "Пока у меня не появился ребенок, я не мог начать писать этот роман"". Tele.ru. 28 July 2015. 22 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 April 2019.