Kömək:İlk məqaləniz: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
k Vaqif Sultanlı tərəfindən edilmiş redaktələr geri qaytarılaraq Anar kerimxanov tərəfindən yaradılan sonuncu versiya bərpa olundu.
Sətir 1: Sətir 1:
Bu məqalənin əsas məqsədi yeni istifadəçilərə qısa zaman ərzində məqalənin necə yaradılmasını başa salmaqdır. Bu yolda bütün yeni istifadəçilərə uğurlar arzulayırıq.
Bu məqalənin əsas məqsədi yeni istifadəçilərə qısa zaman ərzində məqalənin necə yaradılmasını başa salmaqdır. Bu yolda bütün yeni istifadəçilərə uğurlar arzulayırıq.


== Birinci addım. ''''''Məqalə adı seçin''' ==
== Birinci addım. Məqalənin mövzusunu müəyyənləşdirin ==
Sizə maraqlı olan mövzuda məqalə yaradın. Cəmiyyət üçün vacib və aktual olan, amma Sizə maraqlı görünməyən mövzulara üstünlük vermək vacib deyil. Əvvəlcədən mövzu haqqında ətraflı məlumatınızın olması da böyük əhəmiyyət kəsb etmir. Əsas məsələ, bu mövzunu dərindən öyrənmək həvəsinizin olmasıdır. Bununla belə, yaratdığınız məqalənin mövzusuna dair əsaslı məlumatı haradan götürəcəyiniz haqda təsəvvürünüzün olması vacibdir.
Sizə maraqlı olan mövzuda məqalə yaradın. Cəmiyyət üçün vacib və aktual olan, amma Sizə maraqlı görünməyən mövzulara üstünlük vermək vacib deyil. Əvvəlcədən mövzu haqqında ətraflı məlumatınızın olması da böyük əhəmiyyət kəsb etmir. Əsas məsələ, bu mövzunu dərindən öyrənmək həvəsinizin olmasıdır. Bununla belə, yaratdığınız məqalənin mövzusuna dair əsaslı məlumatı haradan götürəcəyiniz haqda təsəvvürünüzün olması vacibdir.



21:52, 6 oktyabr 2017 tarixinə olan versiya

Bu məqalənin əsas məqsədi yeni istifadəçilərə qısa zaman ərzində məqalənin necə yaradılmasını başa salmaqdır. Bu yolda bütün yeni istifadəçilərə uğurlar arzulayırıq.

Birinci addım. Məqalənin mövzusunu müəyyənləşdirin

Sizə maraqlı olan mövzuda məqalə yaradın. Cəmiyyət üçün vacib və aktual olan, amma Sizə maraqlı görünməyən mövzulara üstünlük vermək vacib deyil. Əvvəlcədən mövzu haqqında ətraflı məlumatınızın olması da böyük əhəmiyyət kəsb etmir. Əsas məsələ, bu mövzunu dərindən öyrənmək həvəsinizin olmasıdır. Bununla belə, yaratdığınız məqalənin mövzusuna dair əsaslı məlumatı haradan götürəcəyiniz haqda təsəvvürünüzün olması vacibdir.

Nanoelektronika elektronikanın bir bölməsidir,əsas məqsədi elementlərinin ölçüləri 100 nanometrdən(nm) az olan İS–in yaradılmasının fiziki və texnoloji əsaslarını işləməkdən ibarətdir. Nanoelektronikanın əsas vəzifələri aşağıdakılardır: –ölçüləri nm tərtibində olan cihazların, ilk növbədə kvant cihazlarının işinin fiziki əsaslarının işlənməsi; –texnoloji proseslərin fiziki əsaslarının işlənməsi; –cihazların özlərinin və onların hazırlanma texnologiyasının işlənməsi; –nanometr ölçülü İS–in və nanoelektronikanın bazası əsasında elektron məmulatlarının işlənməsi. Nanoelektronika termini məntiqi olaraq mikroelektronika termini ilə bağlıdır və müasir YK elektronikanın xarakterik ölçüləri mikrometr və submikrometr tərtibində olan elementlərdən nanometr tərtibində ölçüləri olan elementlərə keçidi əks etdirir. Lakin nanoelektronikanın yeni prinsipial xüsusiyyəti ondan ibarətdir ki, elementlərin ölçüləri nanometr tərtiblində olduqda onlarda kvant effektləri üstünlük təşkil edir. ~102 nm miqyasında elementlərin xarakterik ölçüləri bir sıra fundamental fiziki parametrlərlə (məsələn, ekranlaşma məsafəsi, elektronun sərbəst uçuş məsafəsi, de Broyl dalğa uzunluğu ilə) eyni tərtibdə olur. Bu isə yeni fiziki effektlərin baş verəcəyini və bu cihazların imkanlarına müəyyən qədər əsaslı məhdudiyyətlərin yaranacağını fərz etməyə əsas verir.Məsələn, ölçülər kiçildikdə YD–nın tunel keçidləri klassik tranzistorun işinə mane olmağa başlayır. Belə hadisələrin zərərli təsirlərini yox etmək üçün elektronikanın kvant effektlərindən istifadə edən yeni istiqamətləri, məsələn, nanoheteroquruluşlar elektronikası inkişaf etdirilir.

Üçüncü addım. Məqalə yaradın

Yox əgər sizi maraqlandıran mövzuda məqalə yoxdursa, deməli, onu yaratmaq lazımdır. Bunun üçün məqalənin adını yenə də soldakı axtar qutusuna yazın, sonra isə Gətir (Axtar yox) düyməsini basın. Açılmış səhifədə sizə bu başlıq altında məqalə yaratmaq təklif olunacaq, həmin yazını basın və məqalənin yazılması səhifəsinə keçin. Beləliklə, siz öz birinci səhifənizi yazmaq üçün hazırsınız.

Dördüncü addım. Məqaləni düzgün başlayın

Vikipediyada məqalələr məqalə başlığının təkrarlanmasıyla və məqalənin predmetinin açıqlanmasıyla başlayır. Məsələn, "Blek Metal – musiqi stili", "Xaç atası – məşhur ABŞ filmi". Mötərizədə terminin kökü haqqında məlumat verilə bilər. Şəxslər haqqında məqalələrdə mötərizə içərisində addan sonra anadan olduğu və öldüyü illər yazılmalıdır. Məsələn, Lui Jan Lümyer (fr. Louis Jean Lumière; 5 oktyabr 1864, Bezanson — 6 iyun 1948, Bandol) — kinematoqrafın icadçısı.

Beşinci addım. Məqalənin məzmununun yazılması

Məsləhətdir ki, məqalənin ilkin həcmi 500 işarədən az olmasın. Məqalələrin yazı stili elmi-bədii olmalıdır. Həmçinin məqalələri yazarkən iki ümumvikipediya (əslində beşdir, lakin Siz yeni olduğunuz üçün hələlik ikisi deyilir) prinsipinə ciddi şəkildə əməl etmək lazımdır:

  1. Yazılmış məqalənin neytrallığı prinsipi - Bu prinsipə əsasən, yazılmış məqalənin məzmunu tamamilə tərəfsiz olmalı, heç bir subyektiv fikir əks etdirməməlidir. Əgər bir fikir ətrafında bir neçə versiya varsa onda bütün versiyalar bərabər şəkildə əks olunmalıdır.
  2. Müəllif hüquqlarının qorunması. Viki-cəmiyyətin əsas məqsədi pulsuz və ümumi istifadə oluna biləcək bir bilik bazasının yaradılmasıdır. Buna görə də Vikipediyaya müəlliflik hüquqları ilə qorunmuş mətn, şəkil və ya media faylların əlavə olunması qəti qadağandır. Yox əgər siz mənbənin müəlliflik hüquqları ilə qorunub-qorunmadığını bilmirsinizsə, onda bu cür mənbədən istifadə etməkdən çəkinin.

Altıncı addım. İstifadə etdiyiniz mənbəni qeyd edin

Məqalənin məzmununu qeyd etdikdən sonra Mənbə adında bölüm yaradın və ora istifadə etdiyiniz bütün çap materiallarının (kitab, qəzet və s.), müəlliflərin, nəşriyyatların adlarını, çap ilini və s. bu kimi parametrləri qeyd edin. Daha sonra Həmçinin bax adlı bölüm yaradın və orada Vikipediya daxilində məqaləyə yaxın məzmunlu digər məqalələrin adlarını göstərin. Ən sonda Xarici keçidlər adlı bölüm yaradın. Bura isə internetdə mövzu ilə əlaqədar istənilən səhifələri göstərə bilərsiz. Bir şərtlə ki, göstərilən linklər Spam olmasın. Spam səhifədən dərhal silinəcək, istifadəçiyə isə müəyyən məhdudiyyətlər qoyula bilər.

Yeddinci addım. Məqaləni kateqoriyalaşdırın

Axtarışda asanlıq təşkil eləsin deyə, xarici keçidlərdən sonra bir sətr boş qoyaraq məqalənizin daxil olduğu kateqoriyaların siyahısını göstərin: [[Kateqoriya:Avropa paytaxtları]][[Kateqoriya:Müharibələr]] və s.

Səkkizinci addım. Məqaləyə interviki linklərin artırılması

Vikipediya yalnız Azərbaycan dilində mövcud deyildir. Vikipediya dünyanın onlarca müxtəlif dillərində mövcud olan beynəlxalq ensiklopediyadır. İnterviki linklərin artırılmasında əsas məqsəd onlar arasında əlaqə yaratmaqdır. Öz məqalənizin adını bacarsanız ingilis dilinə tərcümə edin və həmin məqaləni ingilis vikipediyasında tapın. Məqalənin redaktə (edit this page) bölümünə keçin. Məqalənin sonunda (kateqoriyalardan sonra) yerləşən yazıları kopyalayın və öz məqalənizə kateqoriyalardan sonra boş sətir buraxmaqla əlavə edin. Sonda "Səhifəni qeyd et" düyməsini basmağı unutmayın. Beləliklə sizin ilk məqaləniz hazırdır.

İnterviki linklərinin artırılması zamanı linklərin arasında həmin dildəki vikipediyaya keçid olmur. Bunu əlavə etməniz vacibdir. Tutalım ki, Azərbaycan məqaləsi üçün interviki linkləri siz ingilis dilli vikipediyadan götürürsüz. Onda məqalədə [[dil kodu:məqalə adı (orijinal dildə)]] sxemini qurmalısız. Məsələn Azərbaycan ingilis dilinə Azerbaijan kimi tərcümə olunur və ingilis dilinin kodu en -dir. Onda Azərbaycan məqaləsi üçün bu sxem bu cür yazılmalıdır [[en:Azerbaijan]]. Bu sxemi yaratdıqdan sonra onun yerini əlifba sırası ilə digər interviki linkləri arasında tapırsız və ora yerləşdirirsiz.

İnterviki linklərini əlavə etmədə və s. mərhələlərdə hər hansısa problemlərlə rastlaşsanız cəsur olun və çəkinmədən digər təcrübəli istifadəçilərdən kömək istəyin.

Biz əminik ki, Sizdə hər şey alınacaq! Uğurlar.

Unutmayın

  • Vikipediyada reklam xarakterli məqalələr yaratmaq və ya mövcud məqalələrə reklam xarakterli mətnlər əlavə etmək olmaz. Reklam xarakterli məqalə və mətnlər tez bir zamanda silinəcəkdir.
  • Əgər məqalədə məzmun səhvi tapmısınızsa, əvvəlcə bunu həmin məqalənin müzakirə səhifəsində müzakirəyə çıxarın, daha sonra redaktəyə başlayın.
  • Məqalələr Azərbaycan dilində və elmi-bədii üslubda yazılmalıdır. Vikipediya ensiklopediya olduğuna görə burada mətbuat üslubunda məqalə yazılmasına yol verilmir.
  • Məqaləni redaktə edərkən Azərbaycan dilinin orfoqrafiya qaydalarına ciddi şəkildə əməl edin, heç bir ləhcədən və ya şivədən istifadə etməyin.