Kərim Kərimov (deputat)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Kərim Kərimov
bayraq
Azərbaycan Milli Məclisinin I çağırış üzvü
bayraq2
24 noyabr 1995 – 12 noyabr 2000
Şəxsi məlumatlar
Doğum tarixi 18 fevral 1936(1936-02-18)
Doğum yeri
Vəfat tarixi 23 sentyabr 2021(2021-09-23) (85 yaşında)
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Kərim Kərimov (tam adı: Kərim Kərimov; 18 fevral 1936, Qaxmuğal, Qax rayonu23 sentyabr 2021) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Milli Məclisinin I çağırış üzvü; Yeni Azərbaycan Partiyasının qurucu 91 üzvündən biri.

Həyatı

Kərim Hacıxan oğlu Kərimov 1936-cı il fevralın 18-də Qax rayonunun Qaxmuğal kəndində anadan olub.

Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix, dil-ədəbiyyat fakültəsini bitirib.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının daha sonra Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü olub.

Kərim Kərimov 1992-ci ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Azərbaycanda hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləyən, onun hakimiyyətə qayıdışı üçün müraciətə imza atmış 91 nəfər tanınmış ziyalılardan biridi.

1995-ci il noyabrın 12-də Yeni Azərbaycan Partiyasının siyahısı üzrə deputat seçilib. Milli Məclisin İnsan hüquqları komissiyasının üzvü olub.

23 sentyabr 2021-ci ildə 85 yaşında dünyasını dəyişib

İstinadlar