Dekopon: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
k NMW03 tərəfindən edilmiş redaktələr geri qaytarılaraq Cekli829 tərəfindən yaradılan sonuncu versiya bərpa olundu.
Teq: Geri qaytarma
COPYVIO
Sətir 1: Sətir 1:
{{Müəllif hüququ pozuntusu|url=https://www.youtube.com/watch?v=E1ztUz7wPro}}
[[Şəkil:Dekopon.jpg|thumb|Hallabonq]]
[[Şəkil:Dekopon.jpg|thumb|Hallabonq]]
'''Hallabonq''' ({{dil-ko|한라봉}}) və ya '''Dekopon''' ({{dil-ja|デコポン}}) — sitrus meyvəsi.
'''Hallabonq''' ({{dil-ko|한라봉}}) və ya '''Dekopon''' ({{dil-ja|デコポン}}) — sitrus meyvəsi.

14:55, 27 aprel 2019 tarixinə olan versiya

Hallabonq

Hallabonq (kor. 한라봉) və ya Dekopon (yap. デコポン) — sitrus meyvəsi.

Tarixi

Cənubi Koreyada sitrus meyvələrinin satıldğı vitrində

Bu meyvənin vətəni Yaponiyadır. Hallabonq Yaponiyada ilk dəfə XX əsrin 70-ci illərində təbii seleksiya yolu ilə yetişdirilmişdir. Belə ki, bu meyvə 1972-ci ildə kiyomiponkan adlı mandarin sortlarının hibridi kimi yaradılmışdır[1][2]. 2006-cı ildən bəri isə hər il mart ayının 1-i Yaponiyada "Dekopon günü" kimi qeyd olunur[3]. Yaponiyadan sonra bu bitki Cənubi Koreyada əkilib. Daha sonra bu meyvənin ABŞBraziliyada yetişdirilməsinə başlanılmışdır.

Hazırda hallabonq dünyada cəmi 5 ölkədə əkilir ki, onlardan biri də Azərbaycandır.

Forması

Bu meyvə dadı, görünüşü və məhsuldarlığı ilə fərqlənən meyvədir. Bir ədəd hallabonqun çəkisi 350-400 qram arasında dəyişir. 500 qram olanları da var. Meyvənin diametri isə 8-10 sm-dir. Xarici görünüşünə görə həm portağala, həm də mandarinə bənzəsə də, forması bir qədər armudvaridir[4]. Qabığı soyulduqdan sonra da görünüşü və dadı təqribən elə bu iki sitrus meyvəsinə bənzəyir.

Əkilməsi

Satış üçün yığılmış hallabonqlar

Hallabonq ağacı əkiləndən 2-3 il sonra məhsul versə də, tam məhsula düşməsi təxminən 8-10 il ərzində mümkün olur[5]. Qış aylarında ağaclardakı meyvələr xüsusi qaydada örtüklərlə qorunur. Hər bir hallabonq ağacı ildə 200-300 kiloqram məhsul verə bilir[5]. Əkin yeri yaxşı olarsa, ildə 3-4 dəfə məhsul götürmək də mümkündür[5]. Orta hesabla bir hektar sahədən 35-40 ton məhsul əldə etmək olur. Bu, digər sitrus meyvələri ilə müqayisədə bir neçə dəfə çoxdur.

Faydası

Nadir sitrus bitkisi olan hallabonq sağlamlıq üçün çox faydalıdır. Meyvənin tərkibi insan orqanizmi üçün vacib olan müxtəlif vitaminlərlə zəngindir. Meyvə əsasən diş tökülməsinin və şəkər xəstəliyinin qarşısını almaq baxımından xeyirlidir. Meyvə insan orqanizmindəki zərərli maddələrin, müxtəlif xəstəliklərin qarşısını alır.

Bu sitrus meyvəsinə qənnadı, kosmetika, ətriyyat, şirə və şərabçılıq sahələrində də tələbat vardır[6].

Azərbaycanda

Hallabonq Azərbaycan üçün yeni sitrus meyvəsi olsa da, insanlar tərəfindən ona böyük bir maraq var.

Orijinal adı "dekopon" olan bu meyvənin Azərbaycan dilində “hallabonq” adlandırılması onun bu ölkəyə Cənubi Koreyadan gətirilib əkilməsi ilə bağlıdır. Belə ki, Cənubi Koreyada bu meyvə adını əkildiyi yerin adından – vulkanik Jeju adasındakı ən yüksək zirvə olan Hallasan dağının adından götürmüşdür.

Hallabonq Azərbaycanda 2015-ci ildən əkilməyə başlanıb[7]Lənkəranda rayonlaşdırılıb[5]. Belə ki, Azərbaycana Cənubi Koreyadan gətirilən bu sitrus meyvəsi ilk dəfə Lənkəran rayonunun Sütəmurdov kəndində əkilmişdir[5]. Sütəmurdov kəndinin ərazisində ümumi sitrus bağının sahəsi 80 hektardan çoxdur ki, bunun 10 hektarında təxminən 4 minədək hallabonq ağacı əkilmişdir[5]. İlkin nəticələr müsbət olduğundan hallabonq bağlarının sahəsi növbəti illərdə daha da genişləndirilib. 2017-ci ildə isə Lənkəran rayonunda təxminən 75-80 hektar sahədə hallabonq bağı salınmışdır. Elə həmin ilin sentyabr ayında Azərbaycan Prezidenti İlham Əliyev də Lənkəranda "Gilan Orchards" MMC tərəfindən salınmış hallabonq bağları ilə tanış olmuşdur[6].

2019-cu ilə qədər isə Lənkəran rayonunun Sütəmurdov, Siyavar, Şürük, Tükəvilə kəndlərində[8] ümumilikdə 100 hektardan artıq sahədə hallabonq bağları salınmışdır[9]. Gələcəkdə isə digər ərazilərdə də bu yeni sitrus bağlarının salınması nəzərdə tutulub.

Azərbaycanın Cənub bölgəsində olan digər sitrus bitkiləri oktyabr-noyabr aylarında yığılsa da, hallabonq meyvəsinin yığımına dekabrın 25-dən sonra başlanılır və yığım təxminən 1 ay davam edir[10]. Azərbaycanda hallabonq bağlarından ilk nübar məhsulu 2016-cı ildə yığılmışdır ki, onun çəkisi 15 hektar ərazidə 10-12 ton təşkil etmişdir. Yığılan həmin məhsul həm Azərbaycan, həm də Rusiya bazarlarında satılmışdır.

İstinadlar

  1. "Shiranuhi (不知火)" (Japanese). National Institute of Fruit Tree Science.
  2. Matsumoto, Ryoji. "'Shiranuhi', A late-maturing Citrus Cultivar" (PDF). Bulletin of National Institute of Fruit Tree Science (Japanese). National Institute of Fruit Tree Science. 35. 2001: 115–120.
  3. "Dekopon day" (Japanese). Japan Fruit Growers Cooperative Association.
  4. Azərbaycanda 100 hektar sahədə nadir meyvə olan hallabonq əkilib. ekspress.az, 28.01.2019  (az.)
  5. 1 2 3 4 5 6 Aqronom: Əkin yeri yaxşı olarsa, hallabonq ağacından ildə 3-4 dəfə məhsul götürmək mümkündür VİDEO. azertag.az, 28.11.2018  (az.)
  6. 1 2 İlham Əliyev Lənkəranda “Gilan Orchards" MMC tərəfindən salınmış sitrus bağları ilə tanış olub. president.az, 02.09.2017  (az.)
  7. Lənkəranın hallabonq yığımına başlanılıb. yeniavropa.az, 27.01.2019  (az.)
  8. Hallabonq bağlarının sahəsi 100 hektara çatdı. marja.az, 28.01.2019  (az.)
  9. İlham Əliyevin sədrliyi ilə Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib. president.az 03.09.2017  (az.)
  10. Dünyada cəmi 4 ölkədə əkilən meyvə Azərbaycanda da yetişdirilir. azeuronews.com, 27.01.2019  (az.)

Xarici keçidlər