Nəcib Məhfuz: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Mənbə əlavə edilib.
Sətir 90: Sətir 90:
* Qara pişiyin meyxanası (1968)
* Qara pişiyin meyxanası (1968)
* Çardaq altında (1969)
* Çardaq altında (1969)

== Həmçinin bax ==
Esat Ayyıldız, ''[https://ia601403.us.archive.org/15/items/neci-b-mahfu-z-un-ha-n-el-hali-li-adli-romanindaki-psi-kanali-ti-k-yaklas-imlar/NEC%C3%8EB%20MAHF%C3%9BZ%E2%80%99UN%20H%C3%82N%20EL-HAL%C3%8EL%C3%8E%20ADLI%20ROMANINDAK%C4%B0%20PS%C4%B0KANAL%C4%B0T%C4%B0K%20YAKLA%C5%9EIMLAR.pdf Necîb Mahfûz’un Hân el-Halîlî Adlı Romanındaki Psikanalitik Yaklaşımlar]'', Filoloji Alanında Yeni Ufuklar, Ankara: Gece Kitaplığı, 2019. s. 77-99.


== Filmoqrafiya ==
== Filmoqrafiya ==

13:53, 8 noyabr 2021 tarixinə olan versiya

Nəcib Məhfuz
məsri. نجيب محفوظ
Nəcib Məhfuz 1990-cı illərdə
Nəcib Məhfuz 1990-cı illərdə
Doğum adı نجيب محفوظ عبد العزيز إبراهيم أحمد الباشا
Doğum tarixi
Doğum yeri Qahirə, Misir
Vəfat tarixi (94 yaşında)
Vəfat yeri Qahirə, Misir
Vəfat səbəbi Xroniki böyrək çatışmazlığı
Dəfn yeri
Uşağı 2
Təhsili
  • Qahirə Universiteti[d]
Fəaliyyəti roman yazıçısı, ssenarist, tərcüməçi, dramaturq, yazıçı, intellektual, jurnalist, hekayə yazıçısı[d], avtobioqraf[d]
Fəaliyyət illəri 1932–2004
Janrlar roman, hekayə
Üzvlüyü
Mükafatları "İncəsənət və ədəbiyyat" ordeninin komandor dərəcəsi Grand Officer of the Order of Merit of the Italian Republic Grand Collar of the Order of the Nile ədəbiyyat üzrə Nobel mükafatı Qabriela Mistral ordeni
Vikimənbənin loqosu Nəcib Məhfuz Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nəcib Məhfuz (ərəb. نجيب محفوظ‎; 11 dekabr 1911, Qahirə — 29 avqust 2006, Qahirə) - görkəmli Misir yazıçısı, tanınmış roman ustası, dramaturq, ssenarist, Ədəbiyyat üzrə Nobel mükafatı alan yeganə ərəb (1988) ("Bütün bəşəriyyət üçün məna kəsb edən, incəliklərlə zəngin ərəb hekayələrinə və realizmə görə").

Həyatı

Nəcib Məhfuz 1911-ci ildə Qahirədə məmur ailəsində dünyaya gəlib. Qahirə universitetində fəlsəfə və ədəbiyyatı öyrənib. 1934-cü ildə Qahirə universiteti kimi tanınan, o zaman Xediv I Fuad Universiteti adlanan ali məktəbin fəlsəfə fakültəsini bitirib.

1972-ci ilə qədər dövlət qulluqçusu kimi əvvəlcə nazirlikdə (Ministry of Mortmain Endowments) çalışıb. Sonra incəsənət bürosu senzurası şöbəsinin və Kinoya yardım fondunun direktoru olub. Nəhayət, Mədəniyyət nazirliyinin mədəniyyət işləri üzrə məsləhətçisi vəzifəsində işləyib.

Misir ölçülərinə görə Nəcib Məhfuz liberal yazıçı idi və onun kitablarını qatı dindarlar narazılıqla qarşılayırdılar. Hətta 1994-cü ildə mövhumatçılardan biri yazıçıya hücum etmiş və onu bıçaqla ağır yaralamışdı. Bu hadisədən sonra Məhfuzun sağlamlığında problemlər yaranır, amma o, yazıb-yaratmağa davam edir. 2006-cı ildə Məhfuz xəstəxanaya yerləşdirilir və ömrünü burada başa vurur. Yazıçı 2006-cı il avqust ayının 29-da dünyasını dəyişir.

Yaradıcılığı

Nəcib Məhfuz Nobel mükafatına layiq görülmüş ilk ərəb yazıçısıdır. 50 illik yaradıcılıq yolu keçmiş Nəcib Məhfuz müasir ərəb ədəbiyyatının ən parlaq ulduzudur. Yazıçı ənənəvi milli dəyərləri çox realistcəsinə təsvir etdiyi ilk əsərlərini "Əl-məcəlla əl-cədidə" jurnalında nəşr etdirir.Onun əsərləri bütün ərəb ölkələrində maraqla qarşılanmaqla bərabər bir çox xarici dillərə də tərcümə edilmiş, bəzi romanları ekranlaşdırılmışdır. Onun Misir həyatından yazdığı bir çox əsərləri qaldırdığı məsələlərin əhatəliliyi, hərtərəfliliyi ilə bütün bəşəriyyətin malı olmuşdur.

20-ci əsrin 30-cu illərindən etibarən Misir ziyalılarının yeni bir nəsli yetişməyə başlayır. Bu ziyalılar ilk həyat dərslərini 1919-cu il Misir inqilabından almış, uşaqlıq və gənclik illərini Misir xalqının milli azadlıq mübarizəsi qasırğası içərisində keçirmişlər. Bu nəslin nümayəndələri hələ gənc yaşlarından Misir həyatında baş verən bir sıra siyasi, iqtisadi, mədəni hadisələrin şahidi olmaqla bərabər dünya hadisələrini də seyr edir, dünyanı bürüyən bir sıra yeniliklərin, müasir nəzəriyyə və cərəyanların təsiri altına düşürdülər.Bir tərəfdən milli kökə bağlılıq, öz ölkəsinin taleyi ilə maraqlanmaq, digər tərəfdən isə bəşər problemləri üzərində düşünmək, Misir xalqını bəşəriyyətin bir parçası, bir hissəsi hesab edərək onun problemlərində dünya problemlərini görmək və bəşəriyyətin xoşbəxtliyinə can atmaq yeni Misir yazıçı və şairlərinin səciyyəvi xüsusiyyəti idi.Onların yaradıcılığında milli amillərlə bəşəri amillər vəhdət təşkil edir, hər bir yazıçının öz dünyagörüşü. Öz əqidəsi çərçivəsində böyük hisslər, böyük amallar uğrunda mübarizə ön plana çəkilirdi. Yeni nəsil Misir yazıçılarının ən böyük və ən maraqlı nümayəndəsi Nəcib Məhfuz idi.

İlk novellalar toplusu ("Dəlilik rüzgarı") 1938-ci ildə işıq üzü görür. Bunun ardınca romantik üslubda yazılmış və fironların hökmranlığı dövründən bəhs edən bir sıra tarixi romanlar qələmə alır.

Avropada Məhfuzun nəsri keçən əsrin 50-ci illərinin sonunda, onun "qahirə trilogiyası" ("Beyn əl-Kəsreyn", "Kəsr əş-Şouk" və "əs-Sükkariya") çap olunandan sonra məşhurluq qazanır. Burada yazıçı qahirəli bir ailənin üç nəslinin həyatını təsvir etməklə Misir tarixindəki sosial və siyasi hadisələrə toxunur.

Keçən əsrin 60-cı illərində Məhfuzun yaradıcılığında dəyişikliklər baş verir. O, nəsrin kiçik formalarına (hekayə) meyllənir və simvola daha geniş yer ayırır. Cəmiyyətin təkamülü nəticəsində insanın get-gedə özünü daha tənha və atılmış hiss etməsi, daimi həyəcan və iztirab onun "Oğru və it" (1961), "Yer üzü" (1963), "Dişi bildirçin və payız" (1964), "Yol" (1964), "Kasıb" (1965), "Nil üzərində laqqırtı" (1966), "Qara pişiyin meyxanası" (1968), "Bal ayı" (1971) kimi əsərlərində aydın sezilir.

Ümumilikdə Məhfuz əlliyə yaxın roman və povest, yüzdən artıq hekayə qələmə alıb.

Yazıçının sonuncu kitabı 2005-ci ildə işıq üzü görüb. Bu, ölümdən sonrakı həyatdan bəhs edən hekayələr toplusu "Yeddinci göy" kitabıdır.

Onun romanlarının yarısından çoxunun əsasında filmlər çəkilib. Bu filmlərin demək olar ki, hamısı ərəb dünyasında məşhur filmlərdir.

Qahirənin Mühəndisin rayonunda yazıçı hələ sağ ikən onun bürüncdən abidəsi ucaldılıb.

Əsərləri

Romanlarının siyahısı

  • Dəlilik rüzgarı (1938)
  • Taleyin oyunları (və ya Xeopsun müdrikliyi) (1939)
  • Radobis (1943)
  • Fivlərin mübarizəsi (1944)
  • Yeni Qahirə (1945)
  • Xan əl-Xəlili (1946)
  • Middak küçəsi (1947)
  • Başlanğıc və son (1949)
  • Malikanələr arasında — 1956-1957-ci illərdə işıq üzü görən trilogiyanın ilk romanı
  • Arzular malikanəsi - trilogiyanın ikinci romanı
  • Şəkər ev — trilogiyanın üçüncü romanı
  • Avlad Xaratina (1959)
  • Payız bildirçinləri (1965)
  • Nil üzərində laqqırtı (1966)
  • Miramar pansionu (1966)
  • Güzgülər (1972)
  • Hörmətli cənab (1975)
  • Xara fişey epopeyası (1977)
  • Min gecələrin gecələri (1982)

Novellalar toplularının siyahısı

  • Dəlilik rüzgarı (1938)
  • Yer üzü (1963)
  • Pis ad çıxarmış ev (1965)
  • Qara pişiyin meyxanası (1968)
  • Çardaq altında (1969)

Həmçinin bax

Esat Ayyıldız, Necîb Mahfûz’un Hân el-Halîlî Adlı Romanındaki Psikanalitik Yaklaşımlar, Filoloji Alanında Yeni Ufuklar, Ankara: Gece Kitaplığı, 2019. s. 77-99.

Filmoqrafiya

  1. Etiraf (film, 1992)

Xarici keçidlər

İstinadlar