Sitokinlər

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Sitokinlər — immun sisteminin aktivləşdirilmiş hüceyrələri tərəfindən sintez olunur və kiçik molekullu zülal təbiətli mediatorlardırlar. Onların molekul çəkisi 8–80 KDa hüdudunda dəyişir. Onların təsir etdikləri hüceyrələrin səthində müvafiq reseptorları yerləşir. Sitokinlərin təsiri autokrin və parakrin ola bilər. Autokrin təsir zamanı hüceyrənin sintez məhsulu onun özünə,parakrin təsir zamanı isə yaxınlıqdakı hüceyrələrə təsir göstərir. Sitokinlər yüksək aktivliyə malik olduqlarından onların sintezi qısamüddətlidir və ciddi tənzimlənir. Hal-hazırda 100-dən çox sitokin məlumdur və onların sayı ildən ilə artır.

Sitokinlər immun sistemi hüceyrələrinin böyümə və differensiasiyasına,aktivləşməsinə,hemotahksiki aktivliyinə və s. təsir göstərir. Müxtəlif sitokinlər oxşar aktivliyə və yaxud müəyyən bir sitokin müxtəlif hüceyrələrdə müxtəlif ,bəzən isə tamamilə əks təsirə malik ola bilər. Bu baxımdan sitokinlərin bioloji effektləri onların ayrılıqda deyil,birgə fəaliyyətinin nəticəsi kimi meydana çıxır. Bundan əlavə eyni bir sitokin molekulunu müxtəlif populyasiyaların hüceyrələri sintez edə bilirlər. Bioloji təsirlərinə və struktur xüsusiyyətlərinə görə sitokinlər bir neçə qrupa ayrılır:

İstinadlar

Həmçinin bax