Rubik kubu: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Sətir 19: Sətir 19:
Bir çox insan tərəfindən daha qısa müddətlərə çatsa da, yarış qaydalarına uyğun olaraq qeyd edilmədiklərindən rəsmi olaraq tanınmayıblar. Yalnız Dünya Kub Cəmiyyəti ({{lang-en|World Cube Association}} - WCA) tərəfindən təşkil olunan yarışlarda vurulan rekordlar qeyd edilir.
Bir çox insan tərəfindən daha qısa müddətlərə çatsa da, yarış qaydalarına uyğun olaraq qeyd edilmədiklərindən rəsmi olaraq tanınmayıblar. Yalnız Dünya Kub Cəmiyyəti ({{lang-en|World Cube Association}} - WCA) tərəfindən təşkil olunan yarışlarda vurulan rekordlar qeyd edilir.
2004-cü ildə WCA Stackmat taymeri adı verilən xüsusi bir alət ilə yeni qaydalarlar müəyyən edilib.
2004-cü ildə WCA Stackmat taymeri adı verilən xüsusi bir alət ilə yeni qaydalarlar müəyyən edilib.
Rubik kubunun sürətli quraşdırma üzrə hal-hazırki rekord 2008-ci ildəki yarışlarda Erik Akkersdeyk tərəfindən qeydə alınıb – 7.08 saniyə. Əvvəlki rekordlar 8.729.86 saniyə, uyğun olaraq yapon Yu.Nakadzimefransız Tibo Jakinoya məxsus idi.
Rubik kubunun sürətli quraşdırma üzrə hal-hazırki rekord 2018-ci ildəki yarışlarda Feliks Zemdegs tərəfindən qeydə alınıb – 4.22 saniyə. Əvvəlki rekordlar 4.594.69 saniyə, uyğun olaraq SeungBeom ChoPatrick Ponce məxsus idi.
Rubik kubunun sürətli quraşdırılması ilə məşğul olan insanlar spidkuberlər adlanırlar. Sürətli quraşdırılmanın özü isə spidkubinq (ing. speedcubing sözündən)
Rubik kubunun sürətli quraşdırılması ilə məşğul olan insanlar spidkuberlər adlanırlar. Sürətli quraşdırılmanın özü isə spidkubinq (ing. speedcubing sözündən)



18:06, 30 may 2018 tarixinə olan versiya

Rubik Kubu

Rubik Kubu (danışıq variantı Kubik Rubik, ilk vaxtlar Sehrli Kub kimi tanınırdı) — daha balaca ölçülü 27 kubdan ibarət, xaricdən görünməyən oxlar ətrafında fırlana bilən plastmas kubdur. Hər bir tərəfdəki 9 kvadrat 6 rəngdən biri ilə boyanır. Adətən qarşı-qarşıya dayanan rənglər: ağ-sarı, göy-yaşıl, qırmızı-narıncı olur. Ümumilikdə 54 rəngli kvadratdan ibarətdir. Kubun tərəflərinin döngəsi rəngli kvadratları müxtəlif üsullarla düzməyə imkan yaradır. Oyunçunun vəzifəsi kubun tərəflərini fırladarkən onu elə bir vəziyyətə qaytarmaqdır ki, hər bir tərəf eyni rəngli kvadratlardan ibarət olsun.

Tarixi

Macarıstanda hazırlanan Rubik Kubunun qutusu, 1982

Rubik Kubu 1974-cü ildə macar heykəltəraşı və arxitektura müəllimi Ernö Rubik tərəfindən ixtira edilmiş mexaniki tapmacadır. 1975-ci ildə HU170062 nömrəli Macar patentini alan Rubik beynəlxalq patent üçün müraciət etməyib. 1977-ci ilin sonunda ilk yoxlama istehsalı edilmiş və Budapeştdəki oyuncaq mağazalarına paylanılmışdır.

5×5×5

Bu gün Rubik Kubu və Ernö Rubikin digər tapmacalarının hüquqları Ernö Rubikin dostu – Tom Kremerin artıq 40 ildir ki, sahib olduğu Seven Towns Ltd. ingilis şirkətinə məxsusdur.

“Rubik Kubu” adı macar, alman, portuqal və çin dilləri istisna olmaqla, dünyanın bir çox dillərində qəbul olunub. Sadalan 4 dildə isə onun ilkin adından istifadə edilir (“Sehrli kub”, macar. Bűvös kocka; alm. Zauberwürfel; port. Cubo Mágico; çin. 魔方 mofan)

Yarışlar

Kubun quruluşu

Rubik Kubunu ən qısa vaxtda kimin həll edə biləcəyini görmək üçün bir çox yarışma keçirilir. İlk Dünya çempionatı 5 iyun 1982-ci ildə Budapeştdə təşkil olunub. Yarışı ABŞ-ın Los-Angeles şəhərindən qatılan Vyetnamlı tələbə Minh Thai 22,95 saniyəlik müddətlə qazanmışdır.

Bir çox insan tərəfindən daha qısa müddətlərə çatsa da, yarış qaydalarına uyğun olaraq qeyd edilmədiklərindən rəsmi olaraq tanınmayıblar. Yalnız Dünya Kub Cəmiyyəti (ing. World Cube Association - WCA) tərəfindən təşkil olunan yarışlarda vurulan rekordlar qeyd edilir. 2004-cü ildə WCA Stackmat taymeri adı verilən xüsusi bir alət ilə yeni qaydalarlar müəyyən edilib. Rubik kubunun sürətli quraşdırma üzrə hal-hazırki rekord 2018-ci ildəki yarışlarda Feliks Zemdegs tərəfindən qeydə alınıb – 4.22 saniyə. Əvvəlki rekordlar 4.59 və 4.69 saniyə, uyğun olaraq SeungBeom Cho və Patrick Ponce məxsus idi. Rubik kubunun sürətli quraşdırılması ilə məşğul olan insanlar spidkuberlər adlanırlar. Sürətli quraşdırılmanın özü isə spidkubinq (ing. speedcubing sözündən)

Alternativ yarışlar

Rubik Kubu

Yuxarıdakılara əlavə olaraq kubu müxtəlif vəziyyətlərdə quraşdırmaqla əlaqəli qyri-rəsmi yarışlar da mövcuddur. Bu yarışlara bunlar aid edilə bilər:

  • Gözü bağlı quraşdırma
  • Kubun üzərindəki rəngləri qarışdırmaq üçün xüsusi olaraq işıqlandırılmış otaqlarda quraşdırma
  • Su altında nəfəsini tutaraq quraşdırma
  • Tək əldən istifadə edərək quraşdırma

Variantları

Ənənənəvi 6 rəngli 3x3x3 ölçülü (ilkin variantı) kublardan əlavə, 2x2x2 (2 rəngli, uşaqlar üçün), 4x4x4, 5x5x5 ölçülü kublara da rast gəlinir. Hal-hazırda ən böyük Rubik Kubu 11x11x11 ölçülüdür.

Öz dahiyanə ixtirası kubdan təxminən 30 il sonra, məşhur professor Ernö Rubik təqdimatı 2009-cu ildə Almaniyadakı sərgidə baş tutan yeni bir mexaniki tapmaca yaratdı – Rubik kürəsi.

Kombinatorika

Rubik Kubunun müxtəlif vəziyyətlərinin sayı 43 252 003 274 489 856 000 - ə bərabərdir (qeyri-mümkün kombinasiyalar da daxil olmaqla). Bu rəqəm mərkəzi kvadratların vəziyyətlərinin müxtəlif olmasını nəzərə almır). Onu da nəzərə almaqla bütün vəziyyətlərin sayı 88 580 102 706 155 225 088 000 – dək yüksəlir. Lakin kubun quraşdırılması zamanı adətən mərkəzi kvadratların yerləşməsi(orientasiyası) nəzərə alınmır. Çünki kubların əksəriyyətində ona nəzarət etmək üçün işarə yoxdu.

Proqramlar

Rubik Kubu tipli tapmacaların kompüterdə çox çətin variantlarda (100x100x100 və ya 1000x1000x1000 ölçülü), ağlagəlməz (fiziki aləmdə) – 4 və 5 ölçülü analoqları modelləşdirilə bilər.

Maraqlı faktlar

  • Rubik Kubu bütün dövrlər üçün ən çox satılan məhsuldur[1].

Daxili quruluşu

İstinadlar