Məşədi Əli Rəfiyev

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Məşədi Əli Rəfiyev
Azərbaycan Dövlət Bankının Gəncə şöbəsinin sədri
1918 – 1920
Müsavat Partiyası Gəncə Təşkilatının sədri
SonrakıNəsib bəy Yusifbəyli
1910 – 1913
Şəxsi məlumatlar
Doğum tarixi 1886
Doğum yeri
Vəfat tarixi 9 sentyabr 1948(1948-09-09)
Vəfat yeri
Dəfn yeri
Partiya
Atası Hacı Məmmədhüseyn Rəfiyev
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məşədi Əli Rəfiyev və ya Əli Rəfioğlu (1886, Yelizavetpol9 sentyabr 1948, İstanbul) — Gəncə Şəhər Dumasının qlasnısı (1910–1913), Gəncə Dövlət Bankının sədri, Türk Ədəmi-Mərkəziyyət Firqəsinin (1917), daha sonra Müsavat Partiyasının üzvü, Müsavat Partiyasının Gəncə təşkilatının sədri, Müsavat Partiyasının xarici bürosunun üzvü və xeyriyyəçi.

Aprel işğalına qarşı baş tutmuş Gəncə üsyanının iştirakçısı olub, üsyan məğlub olduqdan sonra mühacirət edib.

Məşədi Əli Hacı Məmmədhüseyn oğlu Rəfiyev 1880-ci ildə Gəncədə anadan olub.[1][2] İlk təhsilini Gəncənin "Şah Abbas" məscidinin yanındakı mədrəsədə alıb. Sonra isə, Gəncə Kişi Gimnaziyasını bitirib.[3] Təhsilini bitirdikdən sonra ticarətlə məşğul olub.[1][3]

Oturanlar soldan sağa: Şəfi bəy Rüstəmbəyli, Məhəmməd Əmin Rəsulzadə, Məşədi Əli Rəfiyev

Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin üzvü kimi xeyriyyəçilik fəaliyyəti göstərib.[4] Gəncə general-qubernatorunun fərmanı ilə atası Hacı Məmmədhüseyn və qardaşı Abbasla birlikdə Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin fəxri üzvü seçilib.[1][3] 1906-cı ildə qurulmuş “Difai” partiyasının Gəncə Komitəsinin üzvü olub.[2] 1910-cu ildəki seçkilərdə "Nəşri-Maarif" cəmiyyətinin Gəncə şöbəsinin idarə heyətinə, 1909–1913-cü illər arasında isə Gəncə Şəhər Dumasına üzv seçilib.[1] 1917-ci ildə yaradılmış Türk Ədəmi-Mərkəziyyət Firqəsinin, firqə "Müsavat" partiyası ilə birləşdikdən sonra isə Müsavat partiyasının fəal üzvlərindən olub.[3]

Nəsib bəy Yusifbəylidən sonra Müsavat Partiyasının Gəncə təşkilatına rəhbərlik edib.[3][5] Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk milli Azərbaycan Dövlət Bankının Gəncə şöbəsinin müdiri olub.[1][5] 1919-cu il 2-11 dekabr arasında Bakıda keçirilmiş Müsavat Partiyasının ikinci qurultayında rəyasət heyətinə seçilib.[6]

Aprel işğalından sonra qardaşları ilə birlikdə sovet-bolşevik rejiminə qarşı Gəncə üsyanının təşkilində iştirak edib.[3] Üsyan yatırıldıqdan sonra təqiblərdən qurtularaq Türkiyəyə mühacirət edib. Mühacirətdə Müsavat Partiyasının xarici bürosunda fəaliyyət göstərib.[7][8]

Məşədi Əli bəy 1948-ci il sentyabrın 7-də İstanbulda dünyasını dəyişib.[9] Fəriköy qəbiristanlığında dəfn edilib.[10]

Atası Hacı Məmmədhüseyn Rəfiyev ticarətçi və sənayeçi olub.[7] Təbriz, Nijni Novqorod, İstanbul, Tehran və Parisdə xalça mağazaları olub. Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin, Difai Partiyasının Gəncə təşkilatının üzvü,[7] Gəncə Şəhər Dumasının qlasnısı olub.[11]

Qardaşı Musa bəy Rəfiyev Zaqafqaziya Seyminin Müsəlman fraksiyasınınAzərbaycan Cümhuriyyəti Milli Şurasının üzvü olub.[12] Azərbaycan Cümhuriyyətinin ikinci və beşinci hökumətlərində nazir vəzifəsini daşıyıb.[13][14] Azərbaycan Cümhuriyyəti Parlamentinə Müsavat partiyasından seçilərək Maliyyə-büdcə komissiyasında fəaliyyət göstərib.[15][16] Gəncə üsyanının təşkilatçılarından biri olub. Üsyan məğlub olduqdan sonra əvvəlcə İstanbula daha sonra isə Təbrizə mühacirət edib.[17][18]

Məşədi Əli Rəfiyev 1899-cu ildə Xədicə Rzayeva ilə ailə qurub. Bu evlilikdən 4 oğuları (Məhəmməd, Hüseyn, Səlim, İslam) və 3 qızları (Validə, Cəmilə, Şəfiqə) olub.[10] Gəncə Kişi Gimnaziyasının 10-cu sinfində oxuyan böyük oğlu Məhəmməd Rəfiyev Şamxor döyüşündə dünyasını dəyişib.[10][19] Gəncə üsyanından sonra Türkiyəyə mühacirət edən Məşədi Əli bəy bura oğulları Səlim və İslamı da gətirib.[20] Daha sonra burada ikinci dəfə İsmayıl bəy Qaspıralının qızı Nigar xanımla ailə qurub.[7][10]

  1. 1 2 3 4 5 Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF) (az.). II. Bakı: Lider nəşriyyat. 2005. 305. ISBN 9952-417-44-4. 2015-10-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-05-29.
  2. 1 2 Özcan, Ömər. Səlim Rəfiq Rəfioğlu - Soyu, mühiti, təhsili, müəllimliyi, yaradıcılığı (az.). Bakı: Elm və təhsil nəşriyyatı. 2013. 49. ISBN 978-9952-8142-4-8.
  3. 1 2 3 4 5 6 Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə Quberniyasından olan dövlət xadimləri (PDF) (az.). Gəncə: Elm nəşriyyatı. 2018. 225. 2022-12-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-05-29.
  4. "Gəncə Müsəlman Xeyriyyə Cəmiyyəti - TARİX". gancapost.info. 2021-10-21. 2024-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-20.
  5. 1 2 Yaqublu, Nəsiman. Cümhuriyyət qurucuları (PDF) (az.). Bakı: Nurlar nəşriyyatı. 2018. 82. ISBN 978-9952-507-96-6. 2021-04-11 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-06-05.
  6. Özcan, Ömər. Səlim Rəfiq Rəfioğlu - Soyu, mühiti, təhsili, müəllimliyi, yaradıcılığı (az.). Bakı: Elm və təhsil nəşriyyatı. 2013. 50. ISBN 978-9952-8142-4-8.
  7. 1 2 3 4 Tahirli, Abid. "Səlim Rəfiq və ailəsi haqqında salnamə". 525-ci qəzet. 2014-08-04. 2024-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-20.
  8. İbrahimli, Xaləddin. Azərbaycan mühacirət tarixi (az.). Bakı: Elm və təhsil nəşriyyatı. 2012. 96. 2024-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.
  9. Yaqublu, Nəsiman. Cümhuriyyət qurucuları (PDF) (az.). Bakı: Nurlar nəşriyyatı. 2018. 318. ISBN 978-9952-507-96-6. 2021-04-11 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-06-05.
  10. 1 2 3 4 Əhməd, Dilqəm. "Qaspıralının qızı ilə evlənən azərbaycanlı – FOTO". Teleqraf.com (az.). 2019-05-16. 2024-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-05.
  11. Quliyev, Dilqəm. "Soy-kökünün tanınmış nümayəndəsi- Ruslan Rəfizadə". Xalq qəzeti (az.). 2024-01-07. 2024-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-21.
  12. Rəfiyev, Tofiq. "Муса Рафиев - один из создателей Азербайджанской Демократической Республики". 1news.az (rus). 2022-05-29. 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-29.
  13. Yaqublu, Nəsiman. Cümhuriyyət qurucuları (PDF) (az.). Bakı: Nurlar. 2018. 317. ISBN 978-9952-507-96-6. 2021-04-11 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-05-29.
  14. Адрес-календарь Азербайджанской Республики на 1920-й год. Баку, 1920 (PDF) (rus). Bakı: Nağıl evi. 2011. 273. ISBN 978995221073-6. 2021-01-31 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-05-14.
  15. Адрес-календарь Азербайджанской Республики на 1920-й год. Баку, 1920 (PDF) (rus). Bakı: Nağıl evi. 2011. 269. ISBN 978995221073-6. 2021-01-31 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-05-14.
  16. Azərbaycan Xalq Cümhuriyyəti: 1918-1920: Parlament (stenoqrafik hesabatlar) (az.). I. Bakı: Azərbaycan nəşriyyatı. 1998. 139. 2024-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-29.
  17. Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə Quberniyasından olan dövlət xadimləri (PDF) (az.). Gəncə: Elm nəşriyyatı. 2018. 191. 2022-12-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-05-29.
  18. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF) (az.). II. Bakı: Lider nəşriyyat. 2005. 306. ISBN 9952-417-44-4. 2015-10-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-05-29.
  19. Özcan, Ömər. Səlim Rəfiq Rəfioğlu - Soyu, mühiti, təhsili, müəllimliyi, yaradıcılığı (az.). Bakı: Elm və təhsil nəşriyyatı. 2013. 53. ISBN 978-9952-8142-4-8.
  20. "Gəncənin məşhur Rəfibəylilər ailəsindən olan ədəbiyyatşünas Səlim Rəfiq Rəfioğlu". gencexeber.az (az.). 2023-04-04. 2023-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-20.