Vikipediya:Kənd meydanı

Vikipediya, azad ensiklopediya
Ən son rəy:1 gün öncə, Bikar tərəfindən "Şablon:Tərcüməsiz" mövzusunda
Naviqasiyaya keç Axtarışa keç


"Vəzifəli şəxs" şablonundan bayraqların çıxarılması

[mənbəni redaktə et]

Salam. Təklif edirəm ki, {{Vəzifəli şəxs}} şablonundan bayraq parametrlərini çıxaraq və məqalələrdən bunu təmizləyək. Fikirləriniz maraqlıdır. Hörmətlə, Gadirmüzakirə 07:42, 24 iyul 2024 (UTC)Cavabla

Bu məsələ xatırladığım qədəri ilə bir neçə dəfə müzakirə olunub. Məncə, qalsın. Ruvikidə də belədir. Atakhanli (müzakirə) 09:20, 24 iyul 2024 (UTC)Cavabla
O müzakirələrdə də çıxarılması ilə bağlı fikirlər gəlmişdi. Nümunə kimi götürsək, en və tr vikidə belə şey yoxdur, düzdü, bizə ruvikidən keçib vaxtilə, bir çox təcrübə kimi. Amma bəzəkli fayllara nə gərək var? Nə vəzifənini rəsmi adına, nə də bu piktoqramlara ehtiyac yoxdur, vizuallıq pozulur. Hörmətlə, Gadirmüzakirə 09:28, 24 iyul 2024 (UTC)Cavabla
Çıxarıla da bilər, çıxarılmaya da. Standart olaraq gerb və bayraq qoyuruq, amma bunun da əsası yoxdur. Amma fikrimcə, dövlət vəzifələri rəsmi adları ilə verilməlidir. Toghrul R (m) 11:39, 24 iyul 2024 (UTC)Cavabla
Onu başqa başlıqda müzakirə edə bilərik, bu başlıq niyə açılıb bəllidir. Hörmətlə, Gadirmüzakirə 12:06, 24 iyul 2024 (UTC)Cavabla
Əksinə, məncə, daha yaxşı görünür vizual cəhətdən. Sadəcə vəzifəli şəxslərdə az qala şöbə müdirin də şablonda parametrdə yazırlar. bu olmasın gərək Atakhanli (müzakirə) 12:18, 24 iyul 2024 (UTC)Cavabla
Qalmasında problem görmürəm. Vizual olaraq da pis görüntüsü yoxdur. Hörmətlə, Patriot (müzakirə) 20:01, 24 iyul 2024 (UTC)Cavabla
@Toghrul R bəylə əvvəl bunu müzakirə etmişdik. Vizuallığı pozan və istifadəçilər tərəfindən düzgün istifadə olunmayan parametrdir. Məsələn: AzSSR dəfələrlə bayraq gerb dəyişib, amma çox istifadəçi buna diqqət yetirməyərək son versiyanı istifadə edir. Eləcə də, Azərbaycan Respublikasının bayrağının rəngləri 2018-ci ildə dəyişib. Lazımsızdır. Ləğv olunmalı, məqalələrdən botlarla təmizlənməlidir. Dr.Wiki54 (müzakirə) 07:35, 25 iyul 2024 (UTC)Cavabla
Bir az da fikir gəlsə çıxara bilərik, çünki saxlanılması yönündəki şərhlər sadəcə "mən bəyənirəm" prizmasındandır, "qalsın problem deyil" deyə qeyd olunub. Sadəcə vizuallıq söhbəti deyil. Çıxarılması üçün bildirilən arqumentlər daha tutarlıdır. Hörmətlə, Gadirmüzakirə 07:56, 31 iyul 2024 (UTC)Cavabla
  • − Əleyhinə: Oxucunun məqaləyə daxil olduqda ilk baxışdan məqalənin mövzusu haqqında fikir sahibi olması üçün şablonların mövzuya uyğun kiçik fərqləndirici xüsusiyyətlərinin olmasının tərəfdarıyam. Təbii ki, söhbət hər şablonun bir rəng olmasından, bəzəkli ornamentlərdən filan getmir. Nümunə üçün, Alim şablonunda fərqli elm sahələri üçün şablonun başlığında ona uyğun piktoqram təsvir var. Fikrimcə "vəzifəli şəxs" şablonundakı bayraq və gerb də bu şablonun vizual olaraq fərqləndirici xüsusiyyətinə çevrilib. Məqaləyə daxil olduqda və şablondakı bu vizual xüsusiyyəti gördükdə məqalənin məzmunu haqqında oxucuda müəyyən fikir formalaşır. Şablonun uzun müddətdir belə olması və daimi oxucuların buna öyrəşməsi bir yana, bu, elə bir xüsusiyyətdir ki, vikiyə ilk dəfə daxil olan şəxs belə şablonun dizaynından rahatlıqla bioqrafiyanın kimliyi və məqalənin mövzusu haqqında ilkin fikir sahibi ola bilər. Yanlış istifadə ehtimalının şablonun parametrinin ləğvi üçün səbəb ola biləcəyini düşünmürəm. Bu cür düşünsək yanlış istifadə olunan N qədər şablon və parametr var. Ya da baş açmağın çətin olduğu şablonlar var, hansı ki, yeni istifadəçilər yanlış istifadə edirlər. Dediyim kimi, vizual olaraq informativdir, estetika olaraq isə xeyr, heç də pis görünmür. Kiçik piqtoqramdan gedir söhbət, şablonun başlığında böyük bayraq və gerb şəkli yerləşdirilməyib ki. --Sura Shukurlu (müzakirə) 11:33, 31 iyul 2024 (UTC)Cavabla
  • − Əleyhinə: qalmasında problem görmürəm. — Xeyal (müzakirə) 12:00, 3 avqust 2024 (UTC)Cavabla
    − Əleyhinə:@Sura Shukurlu xanımın fikrləri ilə tam raıyam şablonda qalması daha uyğundur - Rosh060 (müzakirə) 14:24, 5 avqust 2024 (UTC)Cavabla

Kukla siyasətinin qəbul edilməsi

[mənbəni redaktə et]

Salam hərkəsə. Azviki üçün önəmli olan siyasətlərdən biri olan Vikipediya:Kuklalar siyasətini tam hazırlamışam. Qəbul səsverməsindən öncə həmişə etdiyim kimi burada müzakirəyə çıxarıram. Düzəlişləri burada müzakirə edə bilərik. Nemoralis (müzakirə) 22:29, 25 iyul 2024 (UTC)Cavabla

əslində xırda bir şeydir, amma əgər uyğundursa mətndə istifadə olunan “cəmiyyət” sözünü “icma” sözü ilə əvəz etsək vikiyə məncə, daha yaxın olar. qaydaları tam oxuyub fikirlərimi bildirəcəm. təşəkkürlər, əlinizə sağlıq 😁 Atakhanli (müzakirə) 04:46, 26 iyul 2024 (UTC)Cavabla
Dəyişə bilərsiniz, problem deyil. Nemoralis (müzakirə) 07:45, 26 iyul 2024 (UTC)Cavabla
Salam. Çıxış edib redaktə etmək bölməsində, anonimə xəbərdarlıq etməklə bağlı hissə var. Bizdə IP-lər statik deyil, xəbərdarlıq məsələsi necə olacaq, IP-lərin müzakirə səhifələrini silirik onsuz. — Bikar müzakirə 07:54, 26 iyul 2024 (UTC)Cavabla
Bəlkə adı dəyişib "Kuklaçılıq" qoyaq? Hörmətlə, Gadirmüzakirə 08:46, 26 iyul 2024 (UTC)Cavabla
yönləndirmə vermək olar Atakhanli (müzakirə) 15:43, 27 iyul 2024 (UTC)Cavabla

Vote now to fill vacancies of the first U4C

[mənbəni redaktə et]
You can find this message translated into additional languages on Meta-wiki. Zəhmət olmasa dilinizə tərcümə etməyə kömək edin

Dear all,

I am writing to you to let you know the voting period for the Universal Code of Conduct Coordinating Committee (U4C) is open now through August 10, 2024. Read the information on the voting page on Meta-wiki to learn more about voting and voter eligibility.

The Universal Code of Conduct Coordinating Committee (U4C) is a global group dedicated to providing an equitable and consistent implementation of the UCoC. Community members were invited to submit their applications for the U4C. For more information and the responsibilities of the U4C, please review the U4C Charter.

Please share this message with members of your community so they can participate as well.

In cooperation with the U4C,

RamzyM (WMF) 02:46, 27 iyul 2024 (UTC)Cavabla

Avtotəsdiqlənmiş qrupunun verilməsi üçün redaktə sayı tələbi

[mənbəni redaktə et]

Hərkəsə salam. Məncə özüm də daxil olmaqla çox istifadəçi azvikidə avtotəsdiqlənmiş hüququ almaq üçün tələblərin 4 gün və 10 redaktə olduğunu düşünürdü. Amma bu belə deyilmiş. Defolt rəqəm 0-dır və bəzi vikilər bunu özləri üçün artırıb. Təklif edirəm ki, biz də bu rəqəmi artırıb 10 edək. Sadəcə hesab açıb heç nə etməyən bir istifadəçiyə avtotəsdiqlənmiş verilməsi doğru deyil. Nemoralis (müzakirə) 08:51, 28 iyul 2024 (UTC)Cavabla

Necə? 4 gün və 10 redaktə deyil ki? Həm də nəyə görə "təsdiqlənmiş istifadəçi" hüququnu təkcə bürokrat verə bilir? Bunu da inzibatçılara vermək olar. Hörmətlə, Gadirmüzakirə 10:39, 28 iyul 2024 (UTC)Cavabla
Deyil, misal üçün mənim əlavə hesabımın 10 redaktəsi yoxdur ancaq hüququ var: @Nem0ralis. Digər məsələ isə bizlik deyil, defoltdur. Ehtiyac olduğunu da düşünmürəm. Nemoralis (müzakirə) 17:52, 28 iyul 2024 (UTC)Cavabla

100+ (uzunömürlülük, uzunömürlülər)

[mənbəni redaktə et]

Bu başlıq Müzakirə:Azərbaycan uzunömürlülərinin siyahısı#100+ səhifəsindən köçürülüb.

Salam Həmkarlar. Bu ilki məlumata görə yaşı 100-dən çox olan 270 nəfər var.(Yaşı 100dən çox olub təqaüd almayan adam olmaz da yəqin) İndi yaşı 100-dən çox olan şəxsləri uzunömürlü kimi ensiklopedik qəbul edirikmi, ayrıca məqalə olaraq ya siyahı şəklində? @White Demon, @Sura Shukurlu, @En Merker, @Dr.Wiki54 və digərləri. — Bikar müzakirə 12:18, 30 iyul 2024 (UTC)Cavabla

@Bikar, salam. Məncə "yaşı 100+=ensiklopedik" prinsipi doğru yanaşma deyil. Şirəli Müslümov kimi şəxslər istisna. Dr.Wiki54 (müzakirə) 12:30, 30 iyul 2024 (UTC)Cavabla
Razıyam, amma media-mətbuat işləsə o başqa məsələ. Kiminsə, nəyinsə sırf nəyəsə görə ensiklopedik hesab edilməsi yanlışdır, həmin nüansa görə və ümumi mövzu haqda mənbələr olmalı, mövzu həmin mənbələrin diqqətində olmalıdır, ensiklopedik sayıla bilməsi üçün. Hörmətlə, Gadirmüzakirə 12:38, 30 iyul 2024 (UTC)Cavabla
yaşı 100+ olmaq və ya uzun ömürlü olduğuna görə ensiklopedik hesab etmək doğru deyil. Əgər başqa sahədə ensiklopedikliyi varsa və uzunömürüdüsə by zaman başqa məsələ. Doğrudur yaşı 100-dən çox keçibsə, məs. 110, 120 yaş. Bu artıq rekord sayılır. Bu zaman ensiklopedik saymaq olar. --Tarixi Nadir (müzakirə) 13:09, 30 iyul 2024 (UTC)Cavabla
@En Merker, haqlıdır. Ancaq hər ölkədə belə insanlar var amma ümumdünya səviyyəsində bu təsdiqini tapmır. Gərək elə olsun ki, beynəlxalq olaraq rekord qırdığı tanınsın və=və ya haqqında mənbələr olsun. Dr.Wiki54 (müzakirə) 13:13, 30 iyul 2024 (UTC)Cavabla
Bu müzakirəni daha geniş formada KM-da davam etdirmənin daha yararlı olacağı qənaətindəyəm. Hörmətlə, Gadirmüzakirə 13:19, 30 iyul 2024 (UTC)Cavabla
Fikrimcə yaşın 100-dən çox olması şəxsi ensiklopedik edə bilməz. Cədvəl şəklində bu siyahı geniş işlənilsə əla olar. Araz Yaquboglu (müzakirə) 14:44, 30 iyul 2024 (UTC)Cavabla
@Gadir müzakirəni daşı zəhmət olmasa — Bikar müzakirə 15:00, 30 iyul 2024 (UTC)Cavabla
Hər 100+ əlavə edilsin? (təsdiqini tapanları əlavə etmək olar). Hörmətlə, Gadirmüzakirə 15:00, 30 iyul 2024 (UTC)Cavabla
Belə bir şey də var ki, onların çoxunun hələ SSSR dövründən qalan ordenləri, medalları var hansı ki, ayrılıqda ensiklopedikliyi ödəmir di gəl ki, uzunömürlüyü də nəzərə almaq lazımdı. Uyğun olaraq yaşı 90+ olanların sayı daha çoxdu, onları da nəzərə alsaq artıq siyahıya yerləşməzlər. — Bikar müzakirə 15:27, 30 iyul 2024 (UTC)Cavabla
Veterandı çoxusu. Hörmətlə, Gadirmüzakirə 15:35, 30 iyul 2024 (UTC)Cavabla
Ensiklopediklik daim mənbələrə əsaslanır. Haqqında mənbə varsa kifayət qədər, ensiklopedikdir. --► Hörmətlə: SolaVirum 16:06, 30 iyul 2024 (UTC)Cavabla
Müəyyən mənbələrdə əhatəsi varsa da, siyahı üçün kifayətdir, müstəqil məqalə açmağa gərək yoxdur hamısına, ki, qaralama vəziyyətində olacaq uzağı. Əhəmiyyətli şəkildə mənbələrdən istifadə olunub genişləndirilərsə başqa. Hörmətlə, Gadirmüzakirə 16:13, 30 iyul 2024 (UTC)Cavabla
Mən hesab edirəm ki, şəxsin 100 il yaşaması onu ensiklopedik etmir. Başqa xüsusiyyətlərə görə ensiklopedikdirsə, məqalədə uzunömürlü olması da qeyd edilə bilər, yoxsa sırf 100 il yaşayıb deyə ensiklopedik ola bilməz, əgər olursa bu çox gülməlidir. Sizlərə maraqlı bir şey deyim. Həmin şəxslərin əksəriyyətinim heç 100 yaşı yoxdur. 100 il yaşamaq hələm-hələm mümkün olan şey deyil. Həmim insanların doğum haqqında sənədləri də olmur və bəziləri bundan istifadə edərək iddia edirlər ki, 100 il yaşayıb. 91 yaşlı birini də 100 il yaşamış kimi göstərmək çox asandır. Mən belə düşünürəm. Crepusculum (müzakirə) 16:26, 30 iyul 2024 (UTC)Cavabla
100+ yaşanda birbaşa ensiklopedik olmurlar. Mənbələrdən, nə dərəcədə işıqlandırılmasından asılıdır. Kosmik Ozan utora! 17:51, 30 iyul 2024 (UTC)Cavabla
Babam 101 yaş yaşayıb. Sənədləri də var. Özüdə neftçi olub. Məqalə düşür? :d Grenzsoldat 17:55, 30 iyul 2024 (UTC)Cavabla
sırf uzunömürlü olmasına görə ensiklopedik hesab edilməsinə qarşıyam. (istisnalar ola bilər). mənbələrlə siyahının tərtib olunmasının lehinəyəm Atakhanli (müzakirə) 19:39, 30 iyul 2024 (UTC)Cavabla
Sırf uzunömürlü olmaları, müəyyən bir yaşı keçmələri şəxsləri təkbaşına ensiklopedik edə bilmir. O zaman bunu şəxsləri birbaşa ensiklopedik edən bir fakt kimi qəbul edə bilərdik ki, bütün 100+ yaşı olan şəxslər sırf bu fakta görə mənbələrin diqqətində olardı, bir standart olaraq ikincidərəcəli mənbələrdə əhatə edilərdi. Amma göründüyü üzrə, sadəcə müəyyən sayda şəxsin həyat və fəaliyyəti sırf bu xüsusiyyətə görə mənbələrin diqqətində olub və əhatə edilib. Yəni, uzunömürlü olmaq şəxsin mənbələrin diqqətində olması və həyat və fəaliyyətinin araşdırılması üçün yetərli deyil. Nəticədə VP:EƏ-ni də ödəyə bilmirlər. Yaşı 100-ü keçməyən, amma uzunömürlü şəxs kimi əhəmiyyətli mənbələrin diqqətində olmuş, əhatə edilmiş, həyat və fəaliyyəti araşdırılmış şəxs ensiklopedik ola bilər bu arada. Biz mənbələrin nəyi niyə, nəyə əsasən yazdığını araşdırmırıq. Həmçinin başqa səbəbdən ensiklopedik olan şəxsin uzunömürlü kimi qəbul edilməsi də məqalədə qeyd edilə bilər. Siyahının hazırlanmasının tərəfdarıyam, siyahı olaraq bu mövzu tam ensiklopedikdir, çünki Azərbaycanca mənbələrdə "Azərbaycanın uzunömürlüləri" tez-tez diqqətdə olmuş, xüsusi ilə əhatə edilmiş bir mövzudur. Amma etibarlı mənbələrə əsaslanmaq mütləqdir. Sura Shukurlu (müzakirə) 10:14, 31 iyul 2024 (UTC)Cavabla
@Atakhanli, məncə uzunömürlülərin siyahısını tərtib etmək lazımdır axı. Minimum yaş 120 yaş götürülsə, çox az adam bu tələbi ödəyər. Mənə elə gəlir insanlara da çox maraqlı gələr ki, kimlər 120 yaşdan çox yaşayıb. Qazanxan (müzakirə) 13:27, 1 avqust 2024 (UTC)Cavabla
olar Atakhanli (müzakirə) 18:38, 1 avqust 2024 (UTC)Cavabla
Mənbə olanları (yaşının təsdiqini tapanları) əlavə edərək yaratmaq olar, yoxsa hər "bu, 100 yaş yaşayıb" deyiləni yox. Hörmətlə, Gadirmüzakirə 23:24, 1 avqust 2024 (UTC)Cavabla

Şablona olan keçidləri silmə

[mənbəni redaktə et]

Salam. Kimsə bu mövzuda kömək edə bilər? Bu şablonayönləndirməsinə olan keçidləri səhifələrdən təmizləmək lazımdır. Şablonu bu müzakirəni də nəzərə almaqla sildim, həm də silmə səbəbində də qeyd etdiyim kimi, digər məqalələrdə düzəlişlər zamanı şablondan olan keçidlərə görə problemlər çıxır, səhv yönləndirir, digər əllə daxil edilmiş keçidləri təmizləmək çətinləşir, şablondan adı silsən də keçidlərin təmizləndiyi bir müddət sonra görünür. Kim kömək edə bilər? Hörmətlə, Gadirmüzakirə 17:02, 30 iyul 2024 (UTC)Cavabla

@Gadir bot işlədənlərə yazmısan? — Bikar müzakirə 15:07, 31 iyul 2024 (UTC)Cavabla
Fikrim var idi, gözdən iraq qalar deyə bura yazmağı daha münasib bildim. Hörmətlə, Gadirmüzakirə 15:08, 31 iyul 2024 (UTC)Cavabla

EMPORIUM

[mənbəni redaktə et]

Salam, artiq bir nece zamandı ki Port Baku Mall'da yerlesen "Emporium" ucun wikipedia sehifesi yaratmaga calisiram, lakin 2 defe silinib. 2ci defe sehvlerimi duzeldib dahada ensiklopedik tonla yazmisdim ve her bir cumle ucun istinadlar elave etmişdim. Istinadlarin etibarli oldugundan eminem ve sehifenin esassız silindiyini dusunurem. Kommersiyal oldugundan da razi deyilem cunki Port Baku Towers ve Bakidaki bir cox ticaret merkezlerinin wikipediyasi var. Zehmet olmasa bu movzuda komeklik ederiz ve ya neyi deyismeli oldugum üzre yonlendirerdiz. Metni oxumaq ucun göndere bilerem. Fikirleriniz onemlidir, teşekkür edirem. Ramanihaj (müzakirə) 06:32, 2 avqust 2024 (UTC)Cavabla

Ramanihaj salam. Siz silinən məqaləni yenidən yaratmağa cəhd göstərməyin. Onun bərpa olunması üçün Vikipediya:Bərpa üçün namizəd səhifələr səhifəsində başlıq açın və burada yazdığınız arqumentləri orada qeyd edin.--Sortilegus (müzakirə) 06:08, 3 avqust 2024 (UTC)Cavabla

Reminder! Vote closing soon to fill vacancies of the first U4C

[mənbəni redaktə et]
You can find this message translated into additional languages on Meta-wiki. Zəhmət olmasa dilinizə tərcümə etməyə kömək edin

Dear all,

The voting period for the Universal Code of Conduct Coordinating Committee (U4C) is closing soon. It is open through 10 August 2024. Read the information on the voting page on Meta-wiki to learn more about voting and voter eligibility. If you are eligible to vote and have not voted in this special election, it is important that you vote now.

Why should you vote? The U4C is a global group dedicated to providing an equitable and consistent implementation of the UCoC. Community input into the committee membership is critical to the success of the UCoC.

Please share this message with members of your community so they can participate as well.

In cooperation with the U4C,

-- Keegan (WMF) (talk) 15:29, 6 avqust 2024 (UTC)Cavabla

Şablon:Tərcüməsiz

[mənbəni redaktə et]

Salam həmkarlar. Şablon:TərcüməsizŞablon:Link-interwiki adlı iki şablonumuz var. Tərcüməsiz şablonu daha az sayda vikidə istifadə olunur. Əsas vikilərdə link-interviki istifadə olunur. 116 məqalədə Şablon:Tərcüməsiz istifadə olunur. Həmin məqalələrdə tərcüməsiz şablonunu link-interviki ilə əvəz edib, daha sonra tərcüməsiz şablonunu silinməyə təqdim etmək barədə düşünürəm. Nə cür problem yaranacağını təxmin edirsiz? — Bikar müzakirə 21:03, 6 avqust 2024 (UTC)Cavabla