Məzmuna keç

yem

Wiktionary saytından
İsim Tək Cəm
Adlıq halı yem yemlər
Yiyəlik halı yemin yemlərin
Yönlük halı yemə yemlərə
Təsirlik halı yemi yemləri
Yerlik halı yemdə yemlərdə
Çıxışlıq halı yemdən yemlərdən
  • azərbaycanca:yem

Mənalar :[1]https://web.archive.org/web/20140831131954/http://azerdict.com/izahli-luget/yem

    1. Heyvanlara verilən yeyəcək (arpa, ot, saman və s.). Qidalı yemlər. Şirəli yem. Siloslanmış yem. – Qara atları tövləyə çəkib yem verdi. (Nağıl). Yem gətirib yoxsa sizə verməyə? Ya ki gəlib bir quru dindirməyə? A.Səhhət. Kişi axurda yem yeyən atlarını göstərib fəxr edirdi. Mir Cəlal. // Quşlara verilən dən və s. Toyuqlara yem vermək. Quş yemi.
    2. Quş və heyvanı cəlb etmək üçün tələyə, cələyə, duzağa qoyulan yeyəcək şey. Tələ yemi._Balıq yemi – qarmağa taxılan soxulcan və s.
    3. Əl üsulu ilə daş çıxararkən pazla daşın arasına qoyulan quru ot.
    4. Məcazi məna: ◊ Yemi artıq düşmək – qudurmaq, həddini azmaq.

Tərcümələr Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]
  • türkcə: yem - azərbaycanca: yem