Məzmuna keç

bulud

Wiktionary saytından
[1] bulud
İsim Tək Cəm
Adlıq halı bulud buludlar
Yiyəlik halı buludun buludların
Yönlük halı buluda buludlara
Təsirlik halı buludu buludları
Yerlik halı buludda buludlarda
Çıxışlıq halı buluddan buludlardan
azərbaycanca: bulud

Kiril əlifbası : булуд

Hecalama: bu-lud

Mənalar :

  1. (Meteorologiya) Səmada toplanan su buxarı yığını. Ağ buludlar. Qara buludlar. – Gün çıxır, göydə bulud qırmızı rəngə boyanır. A.Səhhət. Günəş parça-parça ağarışan buludlar arasından süzüb çıxdıqca, hava daha da istiləşir. M.Hüseyn.
  2. məc. Təhlükə, qorxu mənasında (çox vaxt “qara” sözü ilə bərabər). Ölkənin üstünü qara buludlar almışdı. – Qara buludlar oynaşır, indi nədir əlacımız? M.Ə.Sabir.
  3. məc. Əhval pozğunluğu, qəm, kədər, tutqunluq, pərişanlıq, məyusluq simvolu kimi işlənilir. Ana yurdun hər yerindən kəsiləcək yad ayağı; Açılacaq dərdlilərin bulud almış qaşqabağı. S.Vurğun. Qız bulud kimi tutuldu, hirsindən ağladı. Mir Cəlal.
  4. məc. Bir şeyin çoxluğunu, kəsifliyini, hərəkət edən kütlə halında olduğunu göstərir. Bu halda meydanın məğrib səmtindən bulud kimi toz qalxdı. M.F.Axundzadə.

Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]