Ramil Usubov

general

Ramil İdris oğlu Usubov (22 dekabr 1948, Xocalı, DQMV) — Azərbaycan siyasi xadimi, Azərbaycan Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi.[1] [2] O, daha əvvəl Azərbaycanın 7-ci daxili işlər naziri (1994–2019), Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri (1987–1989, 1993–1994) vəzifələrində çalışıb.

Ramil Usubov
Vəzifədədir
20 iyun 2019-cu ildən
Prezidentİlham Əliyev
29 aprel 1994 – 20 iyun 2019
PrezidentHeydər Əliyev
İlham Əliyev
ƏvvəlkiVaqif Novruzov
SonrakıVilayət Eyvazov
bayraq
Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri
bayraq2
11 avqust 1993 – 29 aprel 1994
SonrakıMürsəl İsayev
bayraq
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Pasport, Viza və Qeydiyyat İdarəsinin rəisi
bayraq2
1991 – 1992
bayraq
Naxçıvan MSSR daxili işlər naziri
bayraq2
1987 – 1989
Şəxsi məlumatlar
Doğum tarixi 22 dekabr 1948(1948-12-22) (75 yaş)
Doğum yeri
Partiya
Təhsili
  • Rusiya DİN İdarəsinin Akademiyası[d]
Fəaliyyəti dövlət qulluqçusu
Rütbəsi
General-polkovnik

Təltifləri 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2018
Sovet İttifaqı və Rusiya
1-ci dərəcəli "Qüsursuz xidmətə görə" medalı 2-ci dərəcəli "Qüsursuz xidmətə görə" medalı 3-cü dərəcəli "Qüsursuz xidmətə görə" medalı
digər dövlətlər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Ramil İdris oğlu Usubov 1948-ci il dekabrın 22-də Xocalı şəhərində İdris və Rəna Usubovların ailəsində anadan olmuşdur. 1966-cı ildən 1968-ci ilə qədər Sovet İttifaqı Silahlı Qüvvələrinin Şərqi Almaniyada yerləşən hərbi bazaların birində həqiqi hərbi xidmətdə olan Ramil Usubov 1972-ci ildə N. Rzayev adına Bakı Xüsusi Orta Milis Məktəbini bitirmişdir.

Ramil Usubov 1970-ci ildə daxili işlər orqanlarında xidmət etməyə başlamışdır. Cinayət-axtarış strukturlarında xidmət aparmış, 1975-ci ildən 1980-ci ilə qədər Şuşa rayon Polis Şöbəsində cinayət axtarış bölməsinin rəisi, 1980–1984-cü illərdə Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəis müavini, 1984–1987-ci illərdə isə Əli-Bayramlı (hazırkı Şirvan) şəhər-rayon polis şöbəsinin rəisi vəzifələrdə çalışmışdır.[3]

1987-ci ildə Ramil Usubov Naxçıvan MSSR daxili işlər naziri vəzifəsinə təyin edilmiş, 1989-cu ilədək bu vəzifədə işləmişdir. Həmin ildən 1991-ci ilə qədər Azərbaycan SSR Daxili İşlər Nazirliyi Cinayət Axtarış İdarəsinin rəisi, 1991–1992-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Pasport, Viza və Qeydiyyat İdarəsinin rəisi, 1992–1993-cü illərdə isə burada Kadrlar İdarəsinin şöbə rəisi olmuşdur.[3]

Ramil Usubov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 avqust 1993-cü il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası daxili işlər naziri, Azərbaycan Respublikası Prezidentinin 29 aprel 1994-cü il tarixli 140 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilmişdir.[3]

Azərbaycan Respublikasının Prezidentinin 3 may 1994-cü il tarixli 144 nömrəli Fərmanı ilə Ramil Usubova general-mayor, 26 dekabr 1995-ci il tarixli 418 nömrəli Fərmanı ilə general-leytenant, 15 yanvar 2002-ci il tarixli 637 nömrəli Fərmanı ilə general-polkovnik hərbi rütbəsi verilmişdir.

Ramil Usubov 20 iyun 2019-cu ildə Azərbaycan Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilmiş[4] və həmin tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi təyin edilmişdir.[5]

Təltifləri

redaktə
  • 24 dekabr 1998-ci ildə "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuşdur.
  • 2009-cu ildə Polşa Prezidentinin sərəncamı ilə iki ölkənin münasibətlərinin inkişafına göstərdiyi xidmətlərə görə "Böyük zabit" ordeni ilə təltif olunmuşdur.[6]
  • 29 iyun 2018-ci ildə Azərbaycan Polisinin yaranmasının 100 illiyi münasibətilə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
  • 22 dekabr 2018-ci ildə "Şöhrət" ordeni ilə təltif edilmişdir.[7]
  • 25 dekabr 2023-cü ildə "Şərəf" ordeni ilə təltif edilmişdir.[8]

Ailəsi

redaktə

Ramil Usubov ailəlidir, Emil və Raul adında 2 oğul və 1 qız övladı var.

İstinadlar

redaktə
  1. Ramil Usubov Təhlükəsizlik Şurasının katibi təyin edilib. gulustan.info [ölü keçid]/
  2. "Ramil Usubov appointed secretary of Security Council under Azerbaijani president. en.trend.az". 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-20.
  3. 1 2 3 "Azərbaycanın Daxili İşlər Nazirliyinin rəsmi internet səhifəsində Azərbaycanın daxili işlər naziri Ramil İdris oğlu Usubovun səhifəsi az". www.mia.gov.az. 24.12.2018. 2010-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-23.
  4. "R.İ.Usubovun Azərbaycan Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2019-cu il tarixli Sərəncamı" (az.). president.az. 2019-06–20. 2019-06–20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06–20.
  5. "R.İ.Usubovun Azərbaycan Respublikasının Prezidenti yanında Təhlukəsizlik Şurasının katibi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2019-cu il tarixli Sərəncamı" (az.). president.az. 2019-06–20. 2019-06–20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06–20.
  6. "Polşa prezidentinin Azərbaycanın hansı vəzifəli şəxslərini təltif etdiyi dəqiqləşdirildi". 2012-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-22.
  7. "Ramil İdris oğlu Usubovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamı.  (az.)". www.e-qanun.az. 24.12.2018. 2022-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-24.
  8. R.İ.Usubovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı