S-125 zenit raket kompleksi (ZRK) – Sovet istehsalı yer-hava tipli, yaxın təsir dairəsinə malik olan silah sistemidir. 1961-ci ildən SSRİ silahlı qüvvələrində istifadəyə qəbul edilmişdir.

S-125
Tipi Zenit raket kompleksi
Ölkə
İstismar tarixçəsi
İstismar illəri 1961 - davam edir
İstismara başlanması 1961
İstifadə edilən döyüşlər Yom Kippur müharibəsi
Kosovo müharibəsi
İran-İraq müharibəsi
Körfəz müharibəsi
İstehsal tarixçəsi
Konstruktor GSKB Almaz-Antey
Konstruksiya tarixi 1956 - 1961
İstehsalçı JSC Defence Systems
İstehsal illəri 1961 - davam edir
Variantları Neva, Peçora, Volna, Neva-M, Neva-M1, Volna-M, Volna-N, Volna-P, Peçora-2, Peçora-2M, Neva SC, Peçora-M
Xüsusiyyətləri
Ağırlığı 953 kq
Uzunluğu
  • 6,09 m
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Azərbaycan Silahlı Qüvvələrinin arsenalında olan S-125 kompleksi

Zenit raket kompleksi S-125 "Peçora" aşağıdan uçan pilotlu və ya pilotsuz aparatların 20 – 18 000 m hündürlükdə və 3,5 – 25 km uzaqlıqda vurulması üçün nəzərdə tutulmuşdur. Hədəfin dəqiq nişan alınması da əsas məqsədlərdəndir. Bunun üçün bir-birinə perpendikulyar olan iki müstəvi arasındakı boşluğun skanerlənməsi lazım idi ki, hədəfdən və raketdən gələn siqnalların uzlaşdırılması mümkün olsun. Hədəfin tutulması üçün əlavə antenadan buraxılan nazik şüadan istifadə edilir.

S-125 ZRK üçün "Fakel" konstruktor bürosunda işləib hazırlanmış 2 pilləli, sürətləndirici və marş bərk yanacaqla işləyən mühərriklərdən istifadə edilir.

1961-ci ildə orduya qəbul edilən "Peçora" V=560 m/san sürətlə uçan hədəfi iki raketlə 0,98 ehtimalı ilə vurmaq imkanına malikdir.

İstifadə olunduğu müddətdə dəfələrlə təkmilləşdirilmişdir.

S-300 raket komplekslərinin yaranması ilə bir çox köhnə modelli S-125 sistemləri istifadədən çıxarılır. Köhnə sistemləri xaricə satmaq üçün onları təkmilləşdirmək qərarına gəlinir. Bu məqsədlə 2000-ci ildə hazırlanmış "Peçora-2" sistemi daha uzaq məsafədən eyni zamanda bir neçə hədəfi yüksək dəqiqliklə vurmaq imkanı verir. Atıcı qurğu yük avtomobilinə quraşdırılır, bu da ona qısa zamanda yerini dəyişməyə imkan verir. Peçora-2 sistemini həm də qanadlı raketlərə qarşı tətbiq etmək olur.

Taktiki-texniki göstəriciləri

redaktə
S-125M В-600 raketi ilə "Peçora" В-601P raketi ilə "Peçora" В-601PK raketi ilə "Peçora 2A" В-601D raketi ilə
Hədəfin maksimal uçuş sürəti (m/san) 560 560 560 700
Minimal epr. (m²) 0,5 0,3 0,3 0,3
Hədəfin maksimal uçuş hündürlüyü Н (km) 10 18 16 20
Raketin minimal uçuş hündürlüyü (km) 0,2 0,02 0,02 0,02
Maksimal uzaqlıq (km) 12 17,5 14 28
Minimal uzaqlıq (km) 6 3,5 3 3,5
Hədəfi vurma ehtimalı 0,25–0,99 0,41–0,98 0,4–0,97 0,41–0,99

Hərbdə tətbiqi

redaktə

1970-ci ilin iyun-iyul aylarında Misirdə tətbiq olunan S-125 raketlərinin köməyi ilə 17 atəşlə (35 raket) 9 təyyarə vurulmuş və 3-ü zədələnmişdir.[1]

1973-cü ildə Suriyada mövcud olan hərbi münaqişədə 43 təyyarə vurulmuş, 5 divizyon məhv edilmişdir.

Yuqoslaviyada NATO qoşunlarına qarşı döyüşlərdə tətbiq olunan S-125 "Peçora" ilə stels texnologiyasına sahib olan F-117 döyüş təyyarəsi vurulmuşdur.

Kosovo müharibəsi zamanı 2 may 1999-cu il tarixində Yuqoslaviya HHM qoşunlarına məxsus S-125 vasitəsilə NATO qoşunlarına məxsus F-16 döyüş təyyarəsi vurulmuşdur.[2]

İstifadəçiləri

redaktə
 
S-125 istifadəçiləri. Hazırkı istifadəçilər mavi, keçmiş istifadəçilər qırmızı rənglə göstərilib.

Hazırkı istifadəçilər

redaktə

Keçmiş istifadəçilər

redaktə

Həmçinin bax

redaktə

İstinadlar

redaktə
  1. "Arxivlənmiş surət". 2017-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-18.
  2. "Arxivlənmiş surət". 2014-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-18.
  3. "Arxivlənmiş surət". 2017-05-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-18.
  4. "Arxivlənmiş surət". 2017-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-18.
  5. "Arxivlənmiş surət". 2017-02-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-18.
  6. "Arxivlənmiş surət". 2017-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-18.
  7. "Arxivlənmiş surət". 2013-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-18.
  8. "Arxivlənmiş surət". 2017-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-18.
  9. "Arxivlənmiş surət". 2014-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-18.
  10. "Arxivlənmiş surət". 2017-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-18.
  11. "Arxivlənmiş surət". 2020-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-18.
  12. "Arxivlənmiş surət". 2013-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-18.

Xarici keçidlər

redaktə