Tarakankimilər (lat. Blattodea) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinə aid heyvan dəstəsi.

Tarakankimilər
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
Yarımtip:
Ranqsız:
Yarımsinif:
İnfrasinif:
Dəstəüstü:
Dəstə:
Tarakankimilər
Beynəlxalq elmi adı

Ümumi məlumat

redaktə

Tarakankimilər daş kömür dövründən məlum olub, Yer kürəsinin əksər sahələrində geniş yayılmışdır. Bədəni uzunsov, yastılaşmış, az və ya çox dərəcədə ovalşəkillidir. Orta və iri ölçülü həşəratdır. Baş hissəsi hipoqnatik tipdədir. Ağız orqanları gəmiricidir. Bığcıqları uzun, nazik, qılşəkilli və çoxbuğumludur. Fasetli gözləri iridir və 2 gözcüyü vardır. Bəzi qanadsız formalarda göz inkişaf etməmişdir. Ön qanadlar az və ya çox dərəcədə möhkəmdir, adətən qanadüstlüyünə çevrilmişdir. Bəzən də qanadüstlüyü qısalmış olur, ya da heç olmur. Ayaqları uzundur, yüyürücüdür və pəncələri 5 buğumdan ibarətdir. Odur ki, bu dəstəyə yüyürücülər də deyirlər. Qarın hissəsi uzunsovdur, qurtaracağında, adətən serqi, erkəklərdə qrifel vardır.

Təsnifatı

redaktə
  • Blaberoidea
    • Blaberidae
    • Ectobiidae
  • Blattoidea
    • Blattidae
    • Cryptocercidae
    • Lamproblattidae
  • Corydioidea
    • Corydiidae
    • Nocticolidae

İstinadlar

redaktə

Həmçinin bax

redaktə