Tomas de Vaal (ing. Thomas de Waal; 7 dekabr 1966, Nottingem, İngiltərə) — britaniyalı jurnalist və yazar, Karneqi Beynəlxalq Sülh Fondunda təhlilçi; Qafqaz, xüsusilə Qarabağ münaqişəsi üzrə mütəxəssisdir.

Tomas de Vaal
Thomas de Waal
Doğum tarixi (57 yaş)
Doğum yeri Nottingem, Böyük Britaniya
Təhsili
  • Balliol kolleci[d]
Fəaliyyəti jurnalist, yazıçı, təhlilçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bir çoxları kimi Tomas de Vaal da the BBC World Service, the Moscow Times, və The Times üçün çalışmışdır. 2008-ci ilin dekabrınadək o, Müharibə və Sülh Xəbərləri İnstitutunda Qafqaz üzrə redaktor, sonralar isə sülhməramlı QHT olan Barışıq Resurslarında tədqiqatçı olaraq çalışmışdır. O, "Çeçenistan: Qafqazda fəlakət" kitabının (New York 1998) həmmüəllifi və "Qara bağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında" kitabının (New York 2003) isə müəllifidir. Müəllif, Oksfordda yerləşən Balliol Kollecini Müasir Dillər (Rus və Müasir Yunan dili) Birinci dərəcəli fərqlənmə diplomu ilə bitirmişdir.

2006-cı ildə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yazdığı kitabının rus dilinə tərcümə edilmiş versiyasını təqdim etmək üçün Rusiyaya gəlmək istəyən müəllifə Rusiya Xarici İşlər Nazirliyi viza verməmişdir. Səbəb olaraq isə qeyd etmişdilər ki, "dövlət təhlükəsizliyini təmin etmək məqsədilə" viza verməmək hüququnu özündə ehtiva edən qanuna istinad etmişlər.

Əsərləri

redaktə
  • Qara bağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında (2003)
  • Çeçenistan: Qafqaz fəlakəti / Chechnya: Calamity in the Caucasus (1998)
  • Chechnya: Calamity in the Caucasus. NYU Press. 1999. ISBN 0814731325.
  • Black Garden: Armenia and Azerbaijan Through Peace and War. New York University Press. 2003. ISBN 0814719449.
  • The Caucasus: An Introduction. Oxford University Press. 2010. ISBN 978–0195399769.
  • Great Catastrophe: Armenians and Turks in the Shadow of Genocide. Oxford University Press. 2015. ISBN 978–0199350698.

Xarici keçidlər

redaktə