Vikipediya:Kənd meydanı

(Vikipediya:KM səhifəsindən istiqamətləndirilmişdir)
Ən son rəy:32 dəqiqə öncə, NR SHENER tərəfindən "Kateqoriyalardakı ad-soyad siyahıları haqqında" mövzusunda


Bürokrat —> İcraçı

redaktə
Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Salam. Vaxtikən AzVikidə “idarəçi” statusunun adının dəyişdirilməsi necə mühüm və labüd idisə (yaxşı ki, də dəyişdik), düşünürəm ki, “bürokrat” statusunun da adı dəyişdirilməlidir. Xatırlayırsızsa, axırıncı bürokrat müzakirəsi də bir daha göstərmişdi ki, bu statusla, çox təəssüf ki, özünü sanki həqiqətən bürokrat kimi görənlər var. Xülasə bu statusun adının çox münasib və müvafiq olduğunu düşündüyüm İcraçı adı ilə dəyişdirilməsini təklif edirəm. Zatən bilirik ki, bürokratın inzibatçıdan fərqi 2-3 əlavə iş icra etməsidir: İnzibatçı-bot statusu vermək, ad dəyişdirmək və s. Bu baxımdan, məncə, “icraçı” çox düzgün seçim olar. samral müzakirə 22:16, 28 iyun 2024 (UTC)Cavabla

Samralın təklifi ilə razıyam. Belə bir arqument ola bilər ki, çox vikidə onsuz "Bürokrat" kimi gedir, amma məsələn, TrVikidə öz tapdıqları sözdən istifadə edirlər. Kosmik Ozan utora! 02:05, 29 iyun 2024 (UTC)Cavabla
White Demon, Türkçə vikipediyada bürokratlar yazılıb. Təkcə Türkçə vikidə yox, digər 111 dildə də bürokrat formasında ifadə edilib. İnanmayan şəxslər bürokatlar səhifəsindəki digər dil keçidlərini bir-bir yoxlaya bilərlər. Ümumiyyətlə idarəçi adının dəyişdirilməsi belə gərəksiz bir addım idi. Mən bu tip addımları odu söndürüb, külüyü ilə oynamağa bənzədirəm. Özümüzə sərf edəndə, global vikipediyalardan nümunələr çəkirik, sərf etməyəndə isə deyirik ki, bura Azvikidir və heç bir vikipediya bizim üçün qayda rolunda çıxış edə bilməz. Mənim sualım başqadır və cənab White Demona ünvanlanıb. Sizcə bu qədər dil bölməsində olan vikipediyaçılardan birinin ağlına gəlmədi ki, bürokrat sözünü öz dilindəki hər hansısa bir sözlə əvəz etsin ? Tutaq ki, Azvikidə özünü çox pis aparan, qaydaları pozan X adlı bir bürokrat var. Həmin X adlı həmkar bürokrat sözünün icraçı ilə əvəz edildiyini gördükdən sonra əməllərinə son verəcək ? --Kholat Syakhl (müzakirə) 08:32, 29 iyun 2024 (UTC)Cavabla
Özbəklər "Rəsmiyyətçilər" adından istifadə edirlər. Onlara olar, bizə olmaz? Bir şeylə razıyam ki, bürokrat adını icraçı olaraq dəyişsək, yenə istifadəçilər sırf titul üçün bu statusu istəyəcəklər. Necə ki, idarəçi-inzibatçı dəyişikliyi etdik, amma yenə də istifadəçilər sırf status xətrinə inzibatçı olmaq istəyirlər, elə. Ona görə də "dəstəkləyirəm" fikrimi geri götürüb "mövzuda neytralam" deməyim daha yaxşıdır. Amma idarəçi sözünün inzibatçı ilə əvəz olunmasını gərəksiz hesab olunması ilə bağlı fikirlə qəti razı deyiləm. Fakt odur ki, həmin söz məna cəhətdən heç uyğun gəlmirdi və çaşqınlıq yaradırdı. Vikipediyaçı olmayan adama "idarəçiyəm" deyəndə ya elə bilirdilər ki, bütün vikipediyanı mən idarə edirəm, ya da ümumiyyətlə funksiyamı başa düşmürdülər. Çox iddialı söz idi. Ona görə həmin ad dəyişdirilməli idi. Kosmik Ozan utora! 10:21, 29 iyun 2024 (UTC)Cavabla
@White Demon özbəklərdən başqa nümunə varmı ? Ciddi-ciddi düşünürsüz ki, özbəkcə vikidə belədirsə deməli bizdə də belə olmalıdır ? Tutarlı, əsaslandırılmış şərhlər axtarıram. Təəssüf ki, yoxdur. Kholat Syakhl (müzakirə) 11:39, 29 iyun 2024 (UTC)Cavabla
Mən elə bir şey deməmişəm ki, sırf özbəklərdə elədir deyə biz də dəyişək. Sadəcə nümunə kimi göstərdim ki, bürokrat adından imtina edən viki də var, mühafizəkar olmağa dəyməz. Arqument ondan ibarətdir ki, "bürokrat" sözü iddialı sözdür, lap "zadəgan" sözünə oxşayır, bəzi yoldaşlar sırf "mən bürokratam" deyib öyünə bilmək üçün bu statusu əldə etmək fikrindədirlər. "Mən icraçıyam", nə bilim, "Mən rəsmiyyətçiyəm" demək eyni effekti verməyəcək. Faktiki olaraq bu arqumenti ilk dəfə səsləndirən də mən deyiləm, həm onlayn, həm oflayn mühitdə belə düşünən istifadəçilər olub. Kosmik Ozan utora! 12:06, 29 iyun 2024 (UTC)Cavabla
Təklifi alqışlayıram, hesab edirəm ən doğru adlandırma olardı. Araz Yaquboglu (müzakirə) 08:42, 29 iyun 2024 (UTC)Cavabla
@Araz Yaquboglu nəyə görə ən doğru addımlardan biri olacağını zənn edirsiz ? 111-dən çox dil bölməsində bürokrat olaraq tərcümə edilib. Biz hansı səbəbdən bunu dəyişdirməliyik ? Kholat Syakhl (müzakirə) 09:04, 29 iyun 2024 (UTC)Cavabla
Bizim dilimizdə hazırkı ad yaxşı, daha doğrusu dəqiq anlaşılmır. Bürokrat ifadəsini insanlar heç də xoş qarşılamır. İcraçı isə bu hüququ tam anlamı ilə təsvir edir. Araz Yaquboglu (müzakirə) 09:19, 29 iyun 2024 (UTC)Cavabla
@Samralın qeyd etdiyi fikirlə məndə razıyam. İcraçı daha doğru başa düşmək olur. Dəyişdirilsin icraçı sözü ilə qeyd olunsun. Vusalsuvarov1996 (müzakirə) 19:44, 29 iyun 2024 (UTC)Cavabla
  • Samralın arqumenti ilə razıyam. Bir halda əgər "idarəçi" adı dəyişibsə bunun da dəyişməsinə ehtiyac var. Həm də "İcraçı" sözü daha uyğun olacaq deyə düşünürəm. Grenzsoldat 21:25, 29 iyun 2024 (UTC)Cavabla
    Səhv xatırlamıramsa, "İnzibatçı" olaraq dəyişdirilməsi təklifini mən vermişdim. Bir zamanlar "idarəçi" adından sui-istifadə halları çox idi. Bugün də bu sui-istifadənin qarşısının alındığını görürük. Heç kim burada problemlərimizi həll edəcək yeganə çıxış yolu olaraq ad dəyişməni görmür. Təəssüf ki, bəzi istifadəçilər belə qarşılayır təklifi. Xülasə, icraçı adı daha uyğundur. Dr.Wiki54 (müzakirə) 22:15, 29 iyun 2024 (UTC)Cavabla
    @Dr.Wiki54 idarəçi adı inzibatçı ilə əvəzləndildən sonra sui-istifadə halları baş vermədi ? Yəni doğurdan hesab edirsiz ki, hər şey bir adın üzərindən baş verir ? Kholat Syakhl (müzakirə) 07:39, 30 iyun 2024 (UTC)Cavabla
    @Kholat Syakhl, bu mövzu xüsusunda bəli, çünki orada-burada mən vikipediya idarəçisiyəm deyə "car çəkənlər" inzibatçıyam deyəndə eyni reaksiya ilə qarşılaşmadılar. - Dr.Wiki54 (müzakirə) 07:42, 30 iyun 2024 (UTC)Cavabla
    @Dr.Wiki54 həmin car çəkən şəxslər kimlər idi ? Kholat Syakhl (müzakirə) 08:52, 30 iyun 2024 (UTC)Cavabla
    Hərkəsə məlum olanı vurğulamağa ehtiyac yoxdur. İntriqa üçün burada deyilik. :) Dr.Wiki54 (müzakirə) 10:50, 30 iyun 2024 (UTC)Cavabla
    @White Demon, xahiş edirəm təkliflə razı olanların sorğulanmasına, onlara az qala təzyiq edilməsinə imkan verməyin. Diqqət edirsizsə, kim bu dəyişiklik fikri ilə razıdırsa az qala müttəhim kimi sorğulanır. Mən qarşılıqlı əlaqə blokuna görə bunu edə bilmirəm. Ona görə sizdən xahiş edirəm. samral müzakirə 11:54, 30 iyun 2024 (UTC)Cavabla
    @Dr.Wiki54 kimə məlumdur ? Şəxsən mənə məlum deyil. Burada söz oyunu oynamırıq. Belə başa düşürəm ki, yenə hansısa planlar üzərində iş gedir. Konkret sual ünvanlamışam, hər dəfə sualdan qaçma halları müşahidə olunur. Həmin şəxsin adını çəkin. Birinci mən qınayım ki, sən hansı ağılla orada-burada bürokratam deyib öyünmüsən. Yoxsa sən vurmadın, mən yıxılmadım, heç kim də görmədi prinsipi ilə nə qədər yol qət etmək olar. Kholat Syakhl (müzakirə) 21:41, 30 iyun 2024 (UTC)Cavabla
    Hə, deməli gözləyirsiniz ki, burada intriqa yaransın, amma məni heç vaxt belə bir halda görə bilməyəcəksiniz. Görünür siz müzakirə naminə burada deyilsiniz :) Xülasə, mən problemləri həll etməsə də, ad dəyişikliyini lüzumlu hesab edirəm. Dr.Wiki54 (müzakirə) 04:35, 1 iyul 2024 (UTC)Cavabla
    @Dr.Wiki54 mən heç bir gözləntim yoxdur. Sadəcə hansısa xəyali bir bürokratın hərəkətinə görə 15 ildir eyni olaraq qalan adın dəyişdirilməsi təklifi absurddur. Ya həmin şəxs yerli dibli mövcud deyil, yada ki, ad çəkməkdən çəkinirsiz. Hal-hazırda Azvikidə 4 bürokrat var. Belə çıxır ki, bu 4 bürokratdan biri sağda-solda "car çəkib" ki, bəs mən filan lahiyədə bürokratam. Belə bir şey edibsə səhv edib. Mən daha çox belə bir adamın mövcud olmaması versiyası üzərində dayanıram. Kholat Syakhl (müzakirə) 05:17, 1 iyul 2024 (UTC)Cavabla
Salamlar. Hesab edirəm ki, "idarəçi → inzibatçı" lüzumlu dəyişiklik idi və yaxşı ki də, etdik. Eynisini trviki də etmişdi, əvvəllər "yönetici" idi, indi olub "hizmetli". "Bürokrat" isə sabit qalır. Buna baxmayaraq, "idarəçi" yerinə "adminstrator" da istifadə oluna bilərdi. Bu təkliflə isə razı deyiləm, nəyə görə? "Mən bəyənmədim" söhbəti yoxdur, amma çox kobud səslənir və mənə görə, yersiz dəyişiklik olacaq. Qısacası, istifadəçilərimizdən birinin də dediyi kimi, bürokratlar o qədər istifadəçi arasından seçilirlərsə də, onların fəaliyyəti təkcə texniki imkanlarla məhdudlaşdırılmamalı, daha geniş olmalıdır. Samral qeyd etdiyi məsələdə, məncə, müvafiq statusu daşıyan istifadəçilərdən yol verdiyi qayda pozuntularına görə statusun alınmasını səsverməyə çıxarmaq olar. Hörmətlə, Gadirmüzakirə 10:53, 30 iyun 2024 (UTC)Cavabla
Əslində, "bürokrat" adı Azərbaycan dilinin konseptosferində mənfi çalara sahibdir. Səbəbi sovet dövründən gəlir, sovetlər bürokratiyanı kapitalist cəmiyyətinin təzahürü hesab edirdilər və "bürokrat" sözü "maneə çıxardan", "əngəlləyən", "işin icrasını yubadan" mənalarına sahib idi. Dəyişdirilməsində heç bir problem görmürəm. Amma "icraçı" da sanki bu statusun tam mahiyyətini açmır. Bir neçə variant olsaydı ən uyğununu seçə bilərdik.--Sortilegus (müzakirə) 12:26, 30 iyun 2024 (UTC)Cavabla
İdarəçi->inzibatçı dəyişikliyi konkret olaraq yerində dəyişiklik idi. Lakin bürokrat->icraçı uyğun deyil axı. Belə baxanda inzibatçılar da əslində icraçıdırlar, addəyişdiricilər də bir yerdə icraçı sayılırlar və bunun kimi d. hüquqlar. Turkmen müzakirə 13:50, 30 iyun 2024 (UTC)Cavabla
Bəli, o da var. Hörmətlə, Gadirmüzakirə 14:04, 30 iyun 2024 (UTC)Cavabla
Mən rəsmiyyətçi variantını çox bəyənirəm. Özbəklər də işlədir. Bu söz bizim lüğətlərdə də var. "İcraçı" sözü məna cəhətdən statusu açıqlamır. Bütün hüquqlar elə bir şeyi icra etməyə yarayır. Kosmik Ozan utora! 14:15, 30 iyun 2024 (UTC)Cavabla
Nisbətən daha yaxşı da olsa, sözdən başqa nə dəyişəcək ki? İndi o demək olacaq ki, sadəcə hüquq verib rəsmiləşdirəcək? Yuxarıda da qeyd edilib, onsuz da ad nə olursa olsun, hər hüquq üçün olduğu kimi, bunun üçün də sırf ad üçün müraciətlər yenə olacaq. Məntiqi mənə çatmır. Buradanburadan da görə bilərsiniz ki, bu iki söz sinonimdir. Yəni sadəcə söz dəyişikliyi olmuş olacaq. Bir də təkrarlayıram, bürokrat olmaq hüquq verib-almaqdan ibarət deyil və olmamalıdır da. Elə olsa, bunu bir çoxumuz edə bilərik zatən. Məhz buna görə o qədər istifadəçinin içindən seçilirlər. Görünür, İİ kimi, bürokrat üçün də qayda tərtib edib qəbul eləmək lazımdır. O zaman bəlkə bütün bu yanlış yanaşmaların da qarşısını ala bilərik. Hörmətlə, Gadirmüzakirə 16:17, 30 iyun 2024 (UTC)Cavabla
Rəsmiyyətçi yerinə rəsmi ola bilər. Amma onda da deyəcəklər fondun ölkə nümayəndəsiyəm)) Atakhanli (müzakirə) 19:32, 4 iyul 2024 (UTC)Cavabla
Başımıza "ekspert" az idi, indi bir də Vikipediya "rəsmisi" çıxar) Hörmətlə, Gadirmüzakirə 19:51, 4 iyul 2024 (UTC)Cavabla
@Gadir, buradan baxıb görə bilərsiz ki, heç də sinonim deyillər. Həmin saytdan “bürokrat” sözünün də bir neçə lüğətdən izahına baxa bilərsiz. samral müzakirə 13:05, 12 iyul 2024 (UTC)Cavabla
Bizim bürokratlar bürokrat olmadıqları üçün ad dəyişdirilməlidir. Onsuz da bürokratların inzibatçılardan tək fərqi sadəcə bir neçə əlavə status verə bilmələridir. İnterfeys inzibatçılarının daha geniş hüquqları var. Digər vikilərin nə istifadə etməsinin bizə aidiyyatı yoxdur. Hər viki özü-özünü idarə edir. Nemoralis (müzakirə) 02:59, 1 iyul 2024 (UTC)Cavabla
Dəyişdirilməsini dəstəkləyirəm. Sofia (müzakirə) 20:07, 4 iyul 2024 (UTC)Cavabla
Səlahiyyətli, səlahiyyətli redaktor, tənzimləyici adlarını təklif edirəm. Patriot (müzakirə) 20:13, 4 iyul 2024 (UTC)Cavabla
Bunların heç biri bürokratın hazırkı hüquqlarına uyğun gəlmir. Bürokratdan daha səlahiyyətli istifadəçi qrupları var. Nemoralis (müzakirə) 20:16, 4 iyul 2024 (UTC)Cavabla
Düzgün və uyğun variant yoxdur, bu halda qalacaq. Konsensus yoxdur. Hörmətlə, Gadirmüzakirə 20:21, 4 iyul 2024 (UTC)Cavabla
@Araz Yaquboglu, @Atakhanli, @Dr.Wiki54, @Gadir, @Grenzsoldat, @Nemoralis, @Patriot Kor, @Sortilegus, @White Demon, @Sofia, @Turkmen və b. xahiş edirəm bu rəyimdən aşağıda öz mövqeyimizi icraçı sözünün “lehinə”, “əleyhinə”, “bitərəf” (neytral) və ya “icraçı”dan başqa söz təklif edənlər “şərh” şablonları ilə bildirək ki, müzakirəni aydın və dəqiq bir şəkildə yekunlaşdıra bilək. samral müzakirə 13:12, 12 iyul 2024 (UTC)Cavabla
Uğursuz adlandırma hesab edirəm, uyğun variant da qeyd edilməyib, mənim də ağlıma gəlmir. İndiki halda nə gərək var ki. Gələcəkdə müzakirə edilib bir seçim edə bilərik, onsuz "bürokrat" statusu "inzibatçı" qədər aktual deyil. Hörmətlə, Gadirmüzakirə 13:19, 12 iyul 2024 (UTC)Cavabla
@Turkmen, bunu da yekunlaşdıraq? Hörmətlə, Gadirmüzakirə 11:29, 18 iyul 2024 (UTC)Cavabla
@Gadir, 1 həftənin tamam olmasını gözləyirəm. Turkmen müzakirə 11:40, 18 iyul 2024 (UTC)Cavabla

  1.   Lehinə:samral müzakirə 13:14, 12 iyul 2024 (UTC)Cavabla

Nəticə:  N İmtina edildi.--Turkmen müzakirə 08:43, 19 iyul 2024 (UTC)Cavabla

Erməni Vikipediyasında Azərbaycana aid olan məqalələrlə bağlı Metaya müraciət

redaktə

Salam əziz həmkarlar.

Baxmayaraq ki, qondarma Dağlıq Qarabağ Respublikası artıq de-fakto da mövcud deyil, Erməni Vikipediyasında Dağlıq Qarabağda və hətta ətraf rayonlarda yerləşən bütün yaşayış məntəqələri və obyektlər hələ də "Artsax"-ın tərkibindəki kimi göstərilib. Hətta Azərbaycanın xəritəsini belə dəyişmirlər. Bu isə təmiz saxtakarlıqdı. Müvafiq düzəlişlər geri qaytarılır, administratorlar isə bu barədə heç nə etmir.

Buna görə də bu məsələ ilə bağlı Metaya müraciət etdim[1]. Bilirəm ki, çox aktiv istifadəçinin bu problemdən xəbəri var və çoxları Vikipediyadakı Azərbaycana aid olan informasiyaya biganə deyil. Fikirlərinizi həmin müraciətdə yaza bilərsiz. Interfase (müzakirə) 05:57, 14 iyul 2024 (UTC)Cavabla

Meta heç nə edən deyil. Ermənicə Vikipediyada isə bildiyim qədərilə o mövzuda icmanın konsensusu var. Nemoralis (müzakirə) 09:12, 14 iyul 2024 (UTC)Cavabla
@Nemoralis, bəs nə yaxşı "Erməni soyqırımı" məsələsinə müdaxilə etmişdilər? Hörmətlə, Gadirmüzakirə 09:16, 14 iyul 2024 (UTC)Cavabla
Metanın qərarı ilə nəsə dəyişilmədi axı. Meta ümumiyyətlə məhkəmə deyil ki nəyəsə qərar versin. Stüardlardan biri özbaşına addəyişmə etmişdi bir dəfə. O da sonra geri qaytarıldı və lokal müzakirə açıldı. Sonda da müzakirəyə əsasən dəyişildi. Nemoralis (müzakirə) 10:30, 14 iyul 2024 (UTC)Cavabla
@Interfase bu məsələdə göstərmiş olduğunuz təşəbbüslərə görə sizə təşəkkür edirəm. Ermənilər 44 günlük müharibə haqqındakı məqaləni öz vikilərində elə yazıblar ki, sanki Azərbaycan tərəfdən Azərbaycandan başqa hamı döyüşüb. Xankəndi məqaləsi ingiliscədən başqa artıq bir çox aparıcı dildə Xankəndi olaraq yazılıb. Rus, fransız və ispan buna misal ola bilər. Qondarma rejim təzə dağılıb və bəzi şeylərə zaman lazımdır. Ermənicə vikipediyada yeni nəsillər gəlib, bu biyabırçılığa son verməliyik deməyənə qədər onları öz balaca dünyalarında tək buraxmaq lazımdır. Envikidə Xankəndi məqaləsindəki ghost town ifadəsi də zamanla silinəcək. Görəcəklər ki, 10-15 min (məsələn) adamın yaşadığı yerdən ghost town olmaz. Zaman bu məsələlərin ən böyük dərmanıdır. Yenə də, bir vikipediyaçı kimi üzərimizə düşən nə varsa məmuniyyətlə kömək etməyə hazıram. Kholat Syakhl (müzakirə) 10:47, 14 iyul 2024 (UTC)Cavabla
Hər nə olsa Metaya mürəciət öz faydasını verdi artıq. Heç bir gün keçmədi "Azərbaycan" sözünü başladılar daxil etməyə bəzi məqalələrə[2][3]. Ancaq "Artsax" sözü də yığışdırılmalıdır. Belə bir qurum artıq mövcud deyil. Azərbaycanın xəritəsini də dəyişməlidilər. Görək də. Interfase (müzakirə) 21:24, 14 iyul 2024 (UTC)Cavabla

"Həmçinin bax", "İstinadlar" və "Xarici keçidlər" bölmələri

redaktə

Hörmətli İnzibatçı(lar),

Salamlar!

Mən bu gün bir neçə mövzu haqqında yeni bir məqalələr yaratdım. Məqalənin məzmununu genişləndirmək və daha ətraflı məlumat vermək üçün "Həmçinin bax", "İstinadlar" və "Xarici keçidlər" bölmələrinin əlavə olunmasını yardım edilməsini xahiş edirəm. "Həmçinin bax", "İstinadlar" və "Xarici keçidlər" bölmələrinin məlumatları əlimdə olduğu halda daxil edə bilmirəm.


Hörmətlə, Yunus Imanov (müzakirə) 14:14, 15 iyul 2024 (UTC)Cavabla

Salam həmkar. Yazdığınız məlumatları özündə əks etdirən istinadları bu şablondan istifadə edərək məqaləyə yerləşdirin. Nümunə kimi digər məqalələrə baxa bilərsiniz. Bu linkin də sizə kömək edəcəyinə inanıram. Patriot (müzakirə) 14:23, 15 iyul 2024 (UTC)Cavabla
Çətin məsələ deyil. Məsələn, Meiji Bulgaria Yogurt məqaləsinə baxa bilərsiz. Orada Həmçinin bax, İstinadlar və Xarici keçidlər bölmələrinin necə yerləşdirildiyi göstərilib. Kosmik Ozan utora! 14:41, 15 iyul 2024 (UTC)Cavabla
Bu fəaliyyət avtomatik olaraq zərərli fəaliyyət kimi təyin olunmuş və buna görə də qəbul edilməmişdir. Əgər siz öz düzəlişinizin konstruktiv olduğuna əminsinizsə, zəhmət olmasa, nə etmək istədiyinizi inzibatçılardan birinə izah edin. Fəaliyyətinizə müvafiq olan qaydaların qısa təsviri: Ümumi "vandalizm" süzgəci
Belə bir xəta verir. Yunus Imanov (müzakirə) 14:54, 15 iyul 2024 (UTC)Cavabla
Süzgəclər istifadəçinin fəaliyyətinə imkan vermir, istifadəçiyə təsdiqlənmiş istifadəçi statusu verilsə də, hələ də süzgəclərə ilişir niyəsə, yəqin hesabı yeni olduğundandır, düzələr. @Turkmen, @Nemoralis, @Toghrul R. Hörmətlə, Gadirmüzakirə 14:56, 15 iyul 2024 (UTC)Cavabla
İstisna əlavə edə bilmirəm buna görə Yunus Imanov (müzakirə) 15:02, 15 iyul 2024 (UTC)Cavabla
Bu, sizin böyük həcmdə məzmun əlavə etməyinizə, çıxarmağınıza, dəyişdirməyinizə, xarici keçidlər əlavə etməyinizə görə olur. Yeni qeydiyyatdan keçməyinizdən qaynaqlıdır, yəni narahat olmayın, bir müddət nisbətən daha kiçik düzəlişlərlə davam edin, düzələcək. Həmçinin əlavə etdiyiniz xarici keçidlər mövzusunda diqqətli davranın, ora təsadüfi keçidlər əlavə etmək olmaz. Alınırsa müvafiq məlumatın mənbəsi kimi istinad olaraq verin, xarici keçid kimi xüsusi əhəmiyyəti olduğu halda vermək olar ancaq. Hörmətlə, Gadirmüzakirə 16:39, 15 iyul 2024 (UTC)Cavabla
Başa düşdüm, Qədir bəy. Təşəkkür edirəm məsləhətiniz üçün. Narahat olmayın, gələcəkdə məzmunla daha kiçik dəyişikliklər edəcəyəm və xarici keçidlərin əlavə edilməsində daha diqqətli olacağam. Yalnız zəruri hallarda və mənbə kimi istifadə edəcəyəm. Yunus Imanov (müzakirə) 17:03, 15 iyul 2024 (UTC)Cavabla
Təsdiqlənmiş (avtotəsdiqlənmiş ayrıdır) statusu süzgəclərdə istisna edilməyib. @Snellmeister, 4 gün və 10 redaktədən sonra avtomatik təsdiqlənmiş statusu alırsınız, ondan sonra rahat redaktə edə biləcəksiniz. İndi tətbiq edilən məhdudiyyətlər yeni istifadəçilərin etdiyi vandalizmin qarşısını almaqdır. Nemoralis (müzakirə) 22:10, 15 iyul 2024 (UTC)Cavabla
@Gadir, @Yunus Imanov salam, "təsdiqlənmiş istifadəçilər" üçün problem olmayacaq artıq, redaktələrinizi edə bilərsiniz. Turkmen müzakirə 10:51, 16 iyul 2024 (UTC)Cavabla
Təsdiqlənmiş istifadəçini istisnaya əlavə etdim, belə vaxtlarda işimizə yaraya bilər o hüquq. Turkmen müzakirə 10:53, 16 iyul 2024 (UTC)Cavabla

İstifadəçi şablonu

redaktə

Hər vaxtınız xeyir,

İstifadəçinin maraqları, bildiyi dillər və s. məlumatlar olan xanaları səliqəli şəkildə necə yerləşdirmək olar? Snellmeister (müzakirə) 11:35, 17 iyul 2024 (UTC)Cavabla

Digər aktiv istifadəçilərin istifadəçi səhifələrinə baxa bilərsiz. Mən də yeni fəaliyyətə başlayanda başqalarının səhifələrinə baxıb yaradırdım. Çoxu başlayanda elə edir. Kosmik Ozan utora! 12:13, 17 iyul 2024 (UTC)Cavabla
{{İstifadəçiqutusuyuxarı}}, {{İstifadəçiqutusuaşağı}} Nemoralis (müzakirə) 12:40, 17 iyul 2024 (UTC)Cavabla
Təşəkkürlər, ~~~~ Snellmeister (müzakirə) 15:07, 17 iyul 2024 (UTC)Cavabla
Məndə yeni istifadəçi olanda heç bir şey bilmirdim. Youtube da baxdım ətraflı şəkildə izahlar olunurdu https://youtube.com/playlist?list=PL0k_QXjZbX97CtOg8HlXkiUiDO4A6dcbt&si=DMzRn5CNglwcvRcw bəzilərini məndəndə əvvəllər vikipediyada olan istifadəçilərdən soruşurdum. Vusalsuvarov1996 (müzakirə) 19:28, 17 iyul 2024 (UTC)Cavabla

A09 istifadəçi kimdir?

redaktə

Salam həmkarlar A09 istifadəçi kimdir? Bəzi istifadəçilərin ad dəyişmələri ilə məşğuldu. Əvvəllər mənimdə ilk qeydiyyatdan keçdiyim Vusalfeteliyev1996 istifadəçi səhifəmində adını dəyişib. Düzdü o səhifəni istifadə etməsəmdə mənə maraqlı gəldi. Vusalfeteliyev1996 istifadəçi səhifənin parolunu bilirdim. Hazırda o, səhifənin parolunu yığıram girmir. Bu A09 istifadəçi səhifə haqqında məlumatı olan varsa yazsın bura. Vusalsuvarov1996 (müzakirə) 04:32, 18 iyul 2024 (UTC)Cavabla

@Vusalsuvarov1996, salam. Azviki ilə bağlı bir şey deyil, uzun müddət istifadəsiz və fəaliyyətsiz qalmış hesablara tətbiq olunur: istifadəçinin müvafiq fəaliyyəti ilə bağlı müzakirəphabricator-dakı başlıq. Ətraflı buradan oxuya bilərsiniz. Hörmətlə, Gadirmüzakirə 12:23, 18 iyul 2024 (UTC)Cavabla
@Gadir Ətraflı izah üçün təşəkkür edirəm sizə. Vusalsuvarov1996 (müzakirə) 14:07, 18 iyul 2024 (UTC)Cavabla
Xoşdur, mən də sizə təşəkkür edirəm! :) Aşağıda özü də eyni açıqlamanı verdi. Hörmətlə, Gadirmüzakirə 14:21, 18 iyul 2024 (UTC)Cavabla
https://simple.wikipedia.org/wiki/User:A09 Səhifəsi budur.
Hörmətlə, Snellmeister (müzakirə) 12:46, 18 iyul 2024 (UTC)Cavabla
This message honestly sounds like I'm being wanted :) I am not. I was renaming accounts that asked for vanishing as the VRT queue for vanishment renaming got redirect into the normal onwiki renaming queue. I am investigating on whether accounts get locked while doing a vanishing rename (that's why these people now cannot log into these accounts). Best, A09 (müzakirə) 13:52, 18 iyul 2024 (UTC)Cavabla
Thanks for explanation! Hörmətlə, Gadirmüzakirə 14:21, 18 iyul 2024 (UTC)Cavabla
(Re., as promised): Accounts get locked when vanished as these are requests made from mobile Wikipedia app and owners of the accounts get asked twice before confirmation. Users cannot log into locked accounts. Best, A09 (müzakirə) 14:48, 18 iyul 2024 (UTC)Cavabla

Şəkli məqaləyə yerləşdirmək üçün icazəni necə alım?

redaktə

Mənə kömək edin. Ceyhun Midiyalı (müzakirə) 13:00, 18 iyul 2024 (UTC)Cavabla

@Ceyhun Midiyalı, salam. Yükləmək istəyirsiniz? Cavabınız müsbətdirsə, bir neçə məqamı dəqiqləşdirək. Şəkil sizə məxsusdur? Yəni müəllif sizsiniz? Və hansı məqaləyə əlavə etmək istədiyinizi də qeyd edin. Hörmətlə, Gadirmüzakirə 13:32, 18 iyul 2024 (UTC)Cavabla
Mən şəkilləri internetdən götürürəm. Məsələn Yandex-dən yükləyirəm. Urmu teorimi adlı yeni hazırladığım məqaləyə şəkil əlavə etmək istəyirəm. Ceyhun Midiyalı (müzakirə) 14:52, 18 iyul 2024 (UTC)Cavabla
@Ceyhun Midiyalı, Vikianbardan (ing. Wikimedia Commons) azad fayllar üzrə axtarış edə bilərsiniz, ancaq internetdəki təsadüfi şəkilləri bura əlavə edə bilməzsiniz. Ya gərək müəllifi özünüz olasınız, ya da ki, gərək faylın sahibindən yazılı icazəniz ola. Hörmətlə, Gadirmüzakirə 14:57, 18 iyul 2024 (UTC)Cavabla
Mən dediyiniz yerə daxil ola bilmirəm. Deyəsən parolu unutmuşam. Ceyhun Midiyalı (müzakirə) 15:28, 18 iyul 2024 (UTC)Cavabla
@Ceyhun Midiyalı, fayl axtarışı üçün daxil olmaq tələb olunmur. Şifrənizi əgər qeydiyyatdan keçdiyiniz vaxt etibarlı bir e-poçt ünvanı təqdim etmisinizsə, yeniləyə bilərsiniz. Bu hesabdan çıxıldığında, çıxış etdiyinizdə təkrar ehtiyacınız olacaq. Həmçinin digər Vikimedia layihələrində fəaliyyət göstərən zamanda. Hörmətlə, Gadirmüzakirə 16:49, 18 iyul 2024 (UTC)Cavabla
Qardaşım çox sağ olun. Problemimi həll etdim. İşiniz avand olsun. Ceyhun Midiyalı (müzakirə) 18:13, 18 iyul 2024 (UTC)Cavabla

Vandallıq

redaktə

Salam, Mir Əli Təbrizi səhifədə kimsə vandallıq edib aşağı "Xəttatlıq çox pis şeydi. Heç vaxt xəttat olmaq fikrinə düşməyin. Düşənlər 3131-ci ilə qədər Əzab çəksinlər. Bir də ki Bir qız var Adı N ilə başlayır. I love she." yazıb, bir də xəttatlıq şablonu niyəsə bu səhifəyə yönləndirir Şablon:Xəttatlıq arzusuna düşənlər və adı N ilə başlayan bir qız

bunu anlamadım, düzəldərdiniz zəhmət olmasa, sağolun Sebirkhan (müzakirə) 16:41, 18 iyul 2024 (UTC)Cavabla

 Y Bildirdiyiniz üçün təşəkkürlər. Hörmətlə, Gadirmüzakirə 16:45, 18 iyul 2024 (UTC)Cavabla

Vikimedia Hərəkat Mənfəəti təsdiq səsvermə nəticələri

redaktə
Bu mesajın Meta-vikidə başqa dillərdə mətnini tapa bilərsiniz. Zəhmət olmasa dilinizə tərcümə etməyə kömək edin

Salam hamınıza,

Həm fərdi, həm də ortaq səsləri diqqətlə hesabladıqdan sonra Nizamnamə Seçki Komissiyası Vikimedia Hərəkatının Nizamnaməsi üzrə səsvermənin yekun nəticələrini məmnuniyyətlə elan edir.

Nizamnamə Seçki Komissiyasının məlumat verdiyi kimi, 9 iyul, 23:59 UTC tarixində səsvermə başa çatana qədər həm Tərəfdaş, həm də fərdi səslər üçün kvoruma çatdıq. Ratifikasiya prosesində səs verən bütün 2451 şəxsə və 129 Affiliasiya nümayəndəsinə təşəkkür edirik. Səsləriniz və şərhləriniz Hərəkat Strategiyasında gələcək addımlar üçün əvəzsizdir.

25 iyun - 9 iyul 2024-cü il tarixləri arasında keçirilən Vikimedia Hərəkatı Nizamnaməsi ratifikasiya səsverməsinin yekun nəticələri aşağıdakı kimidir:

Fərdi səs

redaktə

İyulun 9-u saat 23:59-a (UTC) səs verən 2451 nəfərdən 2446-sı etibarlı səs hesab edilib. Bunlardan 1.710 "bəli"; 623 “yox” səs verdi; və 113 seçilmiş “–” (neytral). Neytral səslər verilən səslərin ümumi sayına hesablanmadığından 73,30% Nizamnamənin təsdiqinə (1710/2333), 26,70% isə Xartiyanın rədd edilməsinə (623/2333) səs verib.

Filifikasiyalar səs verir:

redaktə

9 iyul 23:59 (UTC) tarixinə səs verən 129 Affiliated seçicidən 129 səs etibarlı səs kimi təsdiqləndi. Bunlardan 93 "bəli"; 18 “yox” səs verdi; və 18 seçilmiş “–” (neytral). Neytral səslər verilən səslərin ümumi sayına hesablanmadığından, 83,78% Nizamnamənin təsdiqinə (93/111), 16,22% isə Nizamnamənin rədd edilməsinə (18/111) səs verib.

Vikimedia Fondunun Qəyyumlar Şurası

redaktə

Vikimedia Fondunun Qəyyumlar Şurası 8 iyul 2024-cü il tarixdə Şuranın növbədənkənar iclası zamanı təklif olunan Nizamnaməni ratifikasiya etməmək'yə səs verdi. Vikimedia Fondunun Qəyyumlar Şurasının sədri Nataliya Tımkiv nəticəni paylaşdı. səsvermə, qətnamə, iclas protokolları və təklif olunan növbəti addımlar.

Bununla da, Vikimedia Hərəkatının Nizamnaməsi hazırkı redaksiyada ratifikasiya olunmayıb.

Hərəkatımızın idarə olunmasında bu mühüm məqamda iştirakınıza görə sizə təşəkkür edirik.

Nizamnamə Seçki Komissiyası,

Abhinav619, Borschts, Iwuala Lucy, Tochiprecious, Der-Wir-Ing

MediaWiki message delivery (müzakirə) 17:52, 18 iyul 2024 (UTC)Cavabla


P.S Yuxarıdakı mətn tərcümə xətaları ilə doludur. Baxdım, azərbaycan dilini bilməyən bir ərəb istifadəçi tərcümə edib. Metada düzəltmişəm amma burda da düzəltmək lazımdır. Nemoralis (müzakirə) 21:30, 18 iyul 2024 (UTC)Cavabla
Niyə maşın tərcüməsi ilə edib anlamıram, elə ondansa orijinal mətni əlavə etmək yaxşıdır. Hörmətlə, Gadirmüzakirə 06:43, 19 iyul 2024 (UTC)Cavabla
Özünə xəbərdarlıq etmək lazımdır. Yəqin kiçik icmalı vikilərə də edib öz redaktə sayın artırır Atakhanli (müzakirə) 11:17, 19 iyul 2024 (UTC)Cavabla

Yeni məqaləni necə gözəgörünən etmək olar?

redaktə

Dəyərli Vikipediyaçılar mən iki gündür yeni məqalə hazırlamışam. İndi də redaktə edirəm. Sadəcə məqaləmə baxış olmayıb. Necə edim ki, hamıya gözəgörünən olsun? Ceyhun Midiyalı (müzakirə) 10:42, 19 iyul 2024 (UTC)Cavabla

Əsas ad fazada dərc olunmuş bütün məqalələr hamıya görünəndir. --► Hörmətlə: SolaVirum 12:36, 19 iyul 2024 (UTC)Cavabla
Mənim məqaləmi yoxlayıblar? Yazılıb ki, ilkin yoxlamadan keçməyib. Ceyhun Midiyalı (müzakirə) 15:44, 19 iyul 2024 (UTC)Cavabla

Əməkdaşlıq həftələri

redaktə

Salam. Düşünürəm ki, fərdi təşəbbüslə "Əməkdaşlıq həftələri" keçirmək olar. Məsələn, tutaq ki, mən "Ulduz müharibələri" mövzusunda məqalələrin çox olmağını istəyirəm, amma tək işləməyin uzun çəkəcəyini düşünürəm, buna görə də belə bir müsabiqə başladıram və sonunda ulduz filan veririk nəticələrə görə. Necədir? --► Hörmətlə: SolaVirum 12:44, 19 iyul 2024 (UTC)Cavabla

Redaktə Liqası? — Bikar müzakirə 12:56, 19 iyul 2024 (UTC)Cavabla
vikidə hansısa səhifə var idi, indi tapa bilmədim. istifadəçi bir növ tapşırıq verirdi, misal üçün bu istiqamətdə və ya konkret bir məqalə yaratmağı istəyirdi. qarşılığında da bir ulduz vəd edirdi. sonda nəticəyə görə vəd edən istifadəçi həmin tapşırığı icra edən istifadəçiyə həmin ulduzu verirdi. Atakhanli (müzakirə) 13:49, 19 iyul 2024 (UTC)Cavabla
Mən də xatırladım. @White Demon bilə bilər, orda onun cavabsız elanı var idi) Hörmətlə, Gadirmüzakirə 14:48, 19 iyul 2024 (UTC)Cavabla
Əla təklifdir. Konkret məqalə siyahısı tərtib edilsin. Maraqlı olan iştirakçılar da adlarını qeyd etsin. Redaktə maraqları üst-üstə düşməsin deyə, hərə öz məqalələrini seçsin və iş başlasın.--Tarixi Nadir (müzakirə) 14:55, 19 iyul 2024 (UTC)Cavabla
Vikipediya:Mükafat lövhəsiBikar müzakirə 15:21, 19 iyul 2024 (UTC)Cavabla
Kimin yadına gələr Kənd meydanında buna bənzər bir şey təklif etmişdim. Ay ərzində redaktəsi 1000 olana ulduz verilsin. Əksəriyyəti başladı. Bir-birləriynən zarafata biri dedi kukla verirəm. Biri dedi kuklamı gözlüyərəm. Vusalsuvarov1996 (müzakirə) 19:37, 19 iyul 2024 (UTC)Cavabla
Redaktə Liqası?(2) — Bikar müzakirə 20:34, 19 iyul 2024 (UTC)Cavabla
Portal və Vikilayihələrin yaradılmasını dəstəkləyirəm. Hörmətlə, Gadirmüzakirə 21:00, 19 iyul 2024 (UTC)Cavabla

Kateqoriyalardakı ad-soyad siyahıları haqqında

redaktə

Salam dəyərli həmkarlar.

Kateqoriyalarda ad-soyad siyahıları soyada görə yox ada görə tərtib olunub. Məncə bu düzgün deyil və insanlara cətinlik yaradır. Çünki Azərbaycanda ənənəvi olaraq siyahılar soyada görə tərtib olunduğundan adamlar da soyada görə axtarmağa öyrəşiblər. Mən "Batumidə anadan olanlar" kateqoriyasına bir-iki azərbaycanlını daxil edəndə fikir verdim ki, siyahı adla görə tərtib olunub. Baxdım ki, bütün əsas dillərdə siyahı soyada görə, ancaq türk dilində ada görə tutulub. Mən belə başa düşürəm ki, azViki də bu qaydanı türkVikidən götürüb. Ancaq bizim özümüzün lüğət, ensiklopediya, məlumat kitablarımız məhz soyada görə tərtib olunur. Belə çıxir ki, Nodar Şaşiqoğlu Ş yox N hərifinə yerləşdirməlidir. Çox insan məşhurların adlarını yox soyadlarını tanıyır və demək bu siyahıda onları tapmaq üçün bütün siyahını oxumalıdır. Ümumiyyətlə dünyada bir çox məşhurlar soyadları ilə tanınır.

Təklif edirəm bu qayda dəyişdirilsin və siyahılar soyadlara görə tərtib olunsun.

Hörmələ,

NR SHENER (müzakirə) 22:28, 19 iyul 2024 (UTC)Cavabla