Xaya və (lat. testis, yun. orchis, didymis) . Yastılaşmış ellipsoid şəklində olub xayalıqda yerləşmişdir. Forma və həcmcə qoz və ya göyərçin yumurtası ilə müqayisə etmək olar. Hər bir xayanın çıxıq bayır səthi — lat. facies lateralis basıq içəri səthi — lat. facies lateralis, sərbəst ön kənarı — lat. margo anterior, xaya artımı və toxum ciyəsi ilə örtülmüş dal kənarı — lat. margo posterior, yuxarı ucu — lat. exterimitas superior və aşağı ucu — lat. exterimitas inferior vardır. Uzunluğu təxminən 4,0–4,5 sm, rni 2,5–3,5 sm, qalınlığı 2–3 sm və çəkisi 20–30 q-dır. Ümumiyyətlə xayaları ölçüsü insanlarda müxtəlifdir. Hətta sağ xaya sol xayadan fərqlənir; sol xaya sağ xayadan bir az böyük olub, bir qədər ondan aşağıda yerləşir. xayanın vəziyyəti düz şaquli istiqamətdə olmayıb, yuxarı ucu önə və bayır tərəfə və aşağı ucu arxaya və içəri tərəfə çevrilmişdir, belə ki, dal kənarı bir az yuxarı və ön kənarı aşağı baxır. dal kənarına xaya artımı və toxum ciyəsi bitişmişdir, bunları xayadan ancaq süni surətdə ayırmaq mümkündür.

Daxili sekresiya vəziləri
İnsan xayası
İnsan xayası
Latınca Testis
Yunanca Orchis, didymis
Qrey subyekt 258 1236
Sistem Endokrin
Üzv Kişi cinsiyyət
Arteriya Xaya arteriyası
Vena Tənəyəbənzər venoz kələf, xarici toxum venası.
Sinir Xaya kələfi.
Limfa Bel limfa düyünlərinə.
Embrional sinir və ağız ektoderması; ing. Rathke's pouch
Dorlands/Elsevier Testicle
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xaya artımı

redaktə

Xaya artımı (lat. epididymis) — retortaya bənzər bir üzvdür. Genez cəhətcə tam ayrı olub fizioloji və anatomik cəhətcə xaya ilə sıx rabitədədir. Bunun qalınlaşmış yuxarı ucu — xaya artımı başı — lat. caput epididymidis, orta hissəsi — xaya artımı cismi — lat. corpus epididymidis və nazik aşağı ucu — xaya artımı quyruğu — lat. cauda epididymidis adlanır. Xaya artımının yuxarı ucunda xaya artımı appendiksi — lat. appendix epididymis yerləşmişdir. Bu armudabənzər, 3,0 mm böyüklükdə, sulu maye ilə dolubir qovuqcuq kimidir və özü də orta böyrəyin rudiment halında qalmış qalığıdır. Divarları nazik birləşdirici toxumadan təşkil olunmuşdur və daxili səthi silindrəbənzər epitel ilə örtülüdür. Xaya artımı appendiksinə ancaq 30% hallarda təsadüf olunur.

Quruluşu

redaktə

Xaya xaricdən sərt birləşdirici toxumadan təşkil olunmuş ağlı qişa — lat. tunica albuginea ilə örtülüdür. bu qişa xaricdən xayanın yataq qişasının visseral səfhəsi ilə örtülmüşdür. Xaya ilə bərabər seroz qişa xaya artımını da örtür, ancaq xayanın arxa səthi örtülməmiş qalır, çünki burada xaya artımı xayaya bitişmişdir. Xayanın daxili quruluşuna gəldikdə stromadan — lat. stroma testi və parenximadan — lat. parenchyma testi təşkil olunmuşdur. Xayanın ağlı qişası onu xaricdən örtərək arxa kənarında daxilə doğru qalınlaşır və xayanın orta divarını — lat. mediastinum testi (corpus Highmori — BNA) əmələ gətirir. Buradan xayanın hər bir tərəfinə yelpinc kimi arakəsmələr — lat. septula testis gedir və xayanın parenximasını 200–300-ə qədər paycıqlara — lat. lobuli testis bölür. Xayanın daxilində tempratur bədən tempraturuna nisbətən 2–3 dərəcə aşağı olur. Əsasları xayanın xarici səthinə və zirvələri xayanın orta divarına baxan bu paycıqlar üçbucağa və ya konusa bənzəyir. Ağlı qişanın daxili səthi damarlı nazik birləşdirici toxuma qişası — lat. tunica vasculosa ilə örtülmüşdür. Xaya parenximası yumşaq qırmızı-sarımtıl rəngdə olur və özü də iki qisimdən ibarətdir: 1) toxum borucuqları — lat. tubuli seminiferi və 2) ara birləşdirici toxuma. Bəzi müəlliflər bunu daxili sekresiya üzvlərindən hesab edərək pubertat və ya xayanın interstisial vəzisi adlandırmışlar. Toxum borucuqları üç növdür:

  1. Qıvrım toxum borucuqları — lat. tubuli seminiferi contorti,
  2. Düz toxum borucuqları — lat. tubuli seminiferi recti,
  3. Xaya toru — lat. rete testis (rete testis Halleri — BNA)

Qıvrım toxum borucuqları silindrəbənzər olub, diametri 0,1–0,2 mm, uzunluğu 30–70 sm olub, miqdarı hər paycıqda 3 ya da 4-dür. Beləliklə ümumi sayı hər xayada 600–1200 arasında olur. Bunlar paycıqların əsasından başlayaraq artıq dərəcədə qıvrılır və qonşu borucuqlarla anastomozlaşır. Hər paycığın qıvrım borucuqları xayanın orta divarına yaxınlaşdıqca istiqamətini dəyişib bir düz borucuğa keçir; beləliklə düz borucuqların miqdarı xaya paycıqlarının miqdarına müvafiqdir. Düz borucuqlar qısa və diametrləri kiçik (təxminən 20–25 mikron) olur. Bunlar orta divara daxil olaraq bir-biri ilə birləşir və nəticədə xaya torunu — lat. rete testis (rete testis Halleri — BNA) əmələ gətirir. Xaya torunu təşkil edən borucuqlar çox geniş olub, toxum üçün bir anbar vəzifəsini ifa edir. Qıvrım toxum borucuqlarının divarı iki təbəqədən təşkil olunmuşdur: bir neçə fibroblastlardan ibarət xarici və çoxqatlı epitel qismindən ibarət daxili epitel təbəqəsi və ya toxum epiteli — lat. epithelium seminale. Toxum epiteli iki qismə bölünür: bir qismi (spermatogen epitel) toxum mənşəyində — spermatogenezdə iştirak edərək toxuma çevrilir, digər qismi isə Sertoli hüceyrələri adını alaraq istinad və qidalandırıcı vəzifə ifa edir. Toxum epitelindən toxum əmələ gəlməsinə spermatogenez deyilir. Toxum — lat. spermatozoom 50–60 mikron uzunluğunda olub üç hissəyə: baş, boyun və quyruğa bölünür. Toxumun əmələ gəlməsi büluğ dövründə (lat. pubertas), yəni 15 yaşından başlayaraq 50–60 yaşına kimi davam edir.

Yaş və fərdi xüsusiyyətləri

redaktə

Yenidoğulmuşlarda xaya nisbətən böyük olur, sonra uşaqlıq dövründə inkişafı zəifləşir və büluğ dövründə yenidən inkişaf sürətini artırır. Xayalar fərdi xüsusiyyətlərinə görə üç şəkildə olurlar.

  1. Silindrəbənzər xaya — boylama ölçüsü köndələn ölçüsündən çox artıq olur, lat. index testis = 32,8; xaya artımı başı barmaq kimi xayanı örtür və ondan asanlıqla seçilir.
  2. Yumurtayabənzər xaya — aşağı ucu yuxarı ucundan enli olur; eni böyük olur və xaya indeksi 66,6 təşkil edir. xay artımı başı qırmağa bənzəyir və xaya ilə möhkəm bitişir.
  3. Armudabənzər xaya — yuxarı ucu enli, aşağı ücü isə ensiz olur; indeksi 60,2-dir. Xaya artımı başı xayanı arxadan əhatə edir və bir qədər öndən azad olur.

Xaya və onun artımı iki mənbədən qidalanır: xaya arteriyası — lat. art. testicularislat. art. ductus deferentis. Xaya arteriyası qarın aortasındanlat. art. ductus deferentis isə göbək arteriyasından başlayaraq xaya nahiyəsində bir-biri ilə anastomozlaşır. Venoz qan xaya və artımından dörd yolla axır. xaya qişalarından — xarici toxum venası — lat. v. spermatica externa, xaya artımı quyruğundan — toxum daşıyıcı axacaq venası (lat. v. ductus deferentis) ilə xaya artımının cismi ilə başından xaya artımı venası (lat. v. epididymica) və xayanın önündən xaya venaları tənəyəbənzər kələf — lat. plexus pampiniformis əmələ gətirir. bu kələf toxum ciyəsi ilə gedərək qasıq kanalının səthi halqasında əvvəlcə cüt, sonra isə tək xaya venasını — lat. v. testicularis əmələ gətirir. xayadan yığılan limfa damarlarının bir qismi xayanın orta divarına yığışır və digər qismi ağlı qişanı dələrək seroz qişa altındator təşkil edir. xayanın orta divarına və serozaltı tora toplanan limfa xaya artımının limfa damarlarına keçir; bu damarlardan 4–6 ədəd böyük limfa damarları əmələ gətirir ki; bunlar da toxum ciyəsi ilə gedərək qasıq kanalından qarın boşluğuna daxil olur və bel limfa düyünlərinə (lat. nodi Lymphatici lumbales) açılır. Xaya öz sinirlərini xaya arteriyası və toxum daşıyıcı axacaq arteriyası üzərində əmələ gələn kələflərdən — lat. plexus testicularis et deferentialis alır.

Həmçinin bax

redaktə


İstinadlar

redaktə