Aşıq Şenlik (əsl adı:Həsən; 1850, Çıldır1913, Arpaçay ilçəsi, Qars ili) — Azərbaycanlı Türk aşıq[1][2]

Aşıq Şenlik
Doğum tarixi 1850
Doğum yeri
Vəfat tarixi 1913
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti şair
Vikimənbənin loqosu Aşıq Şenlik Vikimənbədə

Həyatı

redaktə

İrəvanda Aşıq Şenliyin bağlamalarına cavab verə bilməyən aşıqlar ona düşmən kəsilirlər. Saz-söz meydanında məğlub olmuş aşıqlar Şənliyin çayına vədəli zəhər qatırlar Aşıq Şenlik ağır vəziyyətdə İrəvandan Ağbaba mahalının Quzukənd kəndində yaşayan qızı Gülxanımın evinə gətirilir. Aşıq qızının evində vəfat edir. Vəsiyyətinə əməl olunaraq 1912-ci ildə Çıldır mahalının Suxara kəndində Təzə məzərlik deyilən yerdə dəfn olunmuşdur.[3]

Ailəsi

redaktə

Aşıq Şenlik ilk sevgisinin uğursuzluğundan sonra Hürü adlı bir qızla evlənmişdir. Onun iki oğlu — Qasım, İsgəndər, üç qızı – Hənifə, Gülənaz, Gülxanım dünyaya gəlmişdir. Şenliyin böyük oğlu Qasım da aşıq olmuş, 1954-cü ildə vəfat etmişdir. Qasımın oğlu Yılmaz Şenlik babasının ədəbi irsinin kamil bilicisidir. Yılmaz Şenlik Qarsda yaşayan məşhur aşıqlardan sayılır.[3]

Fəaliyyəti

redaktə

Tarixi və çağdaş aşıq mühitləri sırasında Çıldır aşıq mühiti həm yaradıcılıq, həm də ifaçılıq-sənətkarlıq baxımından özəl bir yer tutur. Çıldır mahalı özünün aşıq sənəti ilə uzun müddət Anadolu və Azərbaycan aşıq mühitləri arasında bir növ körpü rolunu oynamış, onların sənətkarlıq özəlliklərini və gözəlliklərini özündə birləşdirmişdir.

Bəlli olduğu kimi, Çıldır aşıqlarının sənət ocağının əsas ənənə-gələnəkləri Xəstə Hasan – Aşıq Nuru – Aşıq Şenlik – Balakişi, Qasım, Nəsib – Gülüstan Çobanoğlu, Aşıq İslam, Yılmaz Şenlik, Aşıq İsgəndər – Murad Çobanoğlu, Şərəf Taşlıova və digər bəlli çağdaş aşıqların fəaliyyət xətti üzrə inkişaf edib, ustad-şagird ənənəsi ilə bağlı yeni yetişən istedadlara təhvil verilməkdədir. Çıldır aşıq yaradıcılığı qonşu Axalkələk, Ağbaba, Gümrü və Borçalı aşıq yaradıcılığı ilə qarşılıqlı təsiri və sıx bağlılığı da inkar olunmaz bir həqiqətdir. Və mən deyərdim ki, bu bağlardan söhbət açmalı olan hər bir sənət və bilim adamı ilk olaraq bizim böyük sənətkarımız Aşıq Şenliyin adını çəkməyə borcludur. "Bizim böyük sənətkarımız" ifadəsini isə təsadüfən işlətmədim. Aşıq Şenliyin adını təkcə bir mahalın saz-söz dünyası ilə bağlamaq, sadəcə olaraq, mümkün deyil. O, Türk Dünyasının azman aşıq-şairlərindən biridir.[4]

İstinadlar

redaktə
  1. "AŞIK ŞENLİK". 2021-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-12.
  2. Fərəcov, S. "Bir çıraq yandırdın Çıldır elində…": Aşıq Şenlik Anadoluda, Borçalıda, Ərdəbildə yüksək ədəb-ərkanı, ifaçılıq mədəniyyəti ilə böyük məclislər aparıb //Mədəniyyət.- 2015.- 4 sentyabr.- S.15.
  3. 1 2 Qəşəm Vəliyev. "Çıldırlı Aşıq Şenlik" (PDF). Azərnəşr (az.). achiqkitab.az. 2012. İstifadə tarixi: 2017-02-14.[ölü keçid]
  4. "Aşıq Şenlik", "Oğuz elindən — ozan dilindən". Bakı: "Elm", 2000. səh.79–80 [ölü keçid]

Xarici keçidlər

redaktə