Belçika qadın milli voleybol komandası

Belçika
Reytinqdə sırası 22 (2014 yanvar ayı üçün)[1]
Konfederasiya CEV
Federasiya FRBV
Məşqçi Belçika Gert Vande Broek
İnternet Saytı Belçika Voleybol Federasiyası Arxivləşdirilib 2011-03-04 at the Wayback Machine
Olimpiya oyunları
İştirakı -
Ən yaxşı nəticəsi -
Dünya çempionatı
İştirakı 2 dəfə (debütü 1956-cı il)
Ən yaxşı nəticəsi 12-ci yer : 1956
Avropa çempionatı
İştirakı 7 dəfə (debütü 1967-ci il)
Ən yaxşı nəticəsi 3-cü yer : 2013

Belçika qadın milli voleybol komandası — son illərdə dünya voleybolunda formalaşan ən güclü komandalardan sonuncusu hesab olunur. Belə ki, bu milli 2013-cü ildəki möhtəşəm yüksəlişi sayəsində kəşf edilmişdir.

Belçika millisi 1956-cı ildə ilk dəfə olaraq mundiala vəsiqə qazanmışdır. Həmin turnirdə on üçüncü yeri tutan milli doqquz il sonra da Avropa çempionatına vəsiqə qazanmış, bu turnirdə də ilk onluqda yer tuta bilməmişdir.

Milli komandanın 2013-cü ilə qədər hər hansı böyük bir uğuru olmamışdır. Bu ildə keçirilən Avropa çempionatında göstərilən möhtəşəm oyun və qazanılan bürünc medal voleybol mediasını çaşbaş salmışdır. Həmin turnirdə milli ilk olaraq İtaliya, Fransa və otuz üç il sonra bu turnirə qatılan İsveçrə ilə bir qrupa düşmüşdü.[2] Qrupda hər üç milli komandanı məğlub edən Belçikanın uğuru çoxları tərəfindən təsadüf sayılırdı. Ancaq komanda bunun süpriz olmamasını növbəti turlarda bütün voleybolsevərlərə nümayiş etdirdi. Onlar pley-offda da Fransanı 3–2 yenərək yarımfinala yüksəlmişdi. Bu mərhələyə qədər böyük sensassiyaya imza atan Belçika qadın millisin yolunu təşkilatçı ölkələrdən Almaniya kəsdi. Bu matçda 2–0 öndə olmasına baxmayaraq 3–2 uduzan millinin üçüncülük matçındakı rəqibi digər yarımfinal görüşünün məğlubu Serbiya oldu. Həmin görüşdə da qalib gələn Belçika milli voleybol komandası tarixinin ən böyük uğuruna imza ataraq bürünc medalllara yiyələndi.[3]

Avropa çempionatından öncə isə 2013-cü ilin iyununda milli komanda başqa bir uğura da imza atmışdı. Komanda bu zaman mini turnirlərin ən önəmlilərindən sayılan Avropa Liqasında iştirak etmişdi. Qruplarda qazandığı 29 xalla birinci yeri tutan Belçika yarımfinala yüksəlmişdi. Bu mərhələdə Rumıniya millisinə heç bir set verməyərək adını finala yazdırmışdı. Finalda daha sonra Avropa çempionatında da qarşısını kəsəcək Almaniya millisinə uduzan Belçika Avropa miqyaslı tunirlərdə ilk medalını qazanmışdı. Həmin vaxt turnirin Ən Dəyərli Oyunçusu da məhz Belçika komandasının kapitanı Çarlotte Leys olmuşdu.[4]

Millinin 2014-cü ilin ilk yarısı üçün ən sonuncu uğuru isə 36 il sonra dünya çempionatının final mərhələsinə vəsiqə qazanması idi. Bu turnirin seçmə mərhələsinin K qrupunda Polşa kimi nəhəng voleybol ölkəsi sayılan, 2009 Avropa çempionatının qalibi olan bir millini geridə qoyaraq mundialın final mərhələsindən kənarda qoymuşdu. Həmin turnirin final mərhələsinin püşkatmasına əsasən Belçika millimizlə eyni qrupa düşmüşdü.[5]

Heyəti

redaktə

2013-cü il Avropa çempionatı üçün rəsmi heyət[6]

  • Baş məşqçi :   Gert Vande Broek
Nömrə Oyunçunun adı Mövqeyi Çıxış etdiyi klub
1 Nina Kulman Hücumçu   Asterix Kieldrext
2 Britt Ruysschaert Libero   Asterix Kieldrext
3 Frauke Dirickx Toppaylayıcı   Dabrova Gornicza
4 Valeri Kurtua Libero   Oudegem
5 Laura Heyrman Blokçu   Dresdner
6 Çarlotte Leys   Hücumçu   Dabrova Gornicza
9 Freya Aelbrecht Blokçu   Kann
10 Lise Van Hecke Diaqonal   Tiboni Urbino
11 Els Vandestini Hücumçu   Amburgo
12 Angie Bland Blokçu   Alemannia
14 Helene Rousseaux Hücumçu   Muszinianka
16 Casmin Biebauv Toppaylayıcı   Oudegem
17 İlka Van de Vyver Toppaylayıcı   Kann
19 Lore Gillis Diaqonal   Oudegem

Əsas turnirlərdə qazandığı nəticələr

redaktə
İl Təşkilatçı ölkə Nəticəsi
1952   SSRİ təsnifat keçilmədi
1956   Fransa 13-cü
yer
1960   Braziliya təsnifat keçilmədi
1962   SSRİ təsnifat keçilmədi
1967   Yaponiya təsnifat keçilmədi
1970   Bolqarıstan təsnifat keçilmədi
1974   Meksika təsnifat keçilmədi
1978   SSRİ 22-ci
yer
1982   Peru təsnifat keçilmədi
1986   Çexoslovakiya təsnifat keçilmədi
1990   ÇXR təsnifat keçilmədi
1994   Braziliya təsnifat keçilmədi
1998   Yaponiya təsnifat keçilmədi
2002   Almaniya təsnifat keçilmədi
2006   Yaponiya təsnifat keçilmədi
2010   Yaponiya təsnifat keçilmədi
2014   İtaliya təsnifat keçilmədi
İl Təşkilatçı ölkə Nəticəsi
1949   Çexoslovakiya təsnifat keçilmədi
1950   Bolqarıstan təsnifat keçilmədi
1951   Fransa təsnifat keçilmədi
1955   Rumıniya təsnifat keçilmədi
1958   Çexoslovakiya təsnifat keçilmədi
1963   Rumıniya təsnifat keçilmədi
1967   Türkiyə 14-cü
yer
1971   İtaliya təsnifat keçilmədi
1975   Yuqoslaviya 12-ci
yer
1977   Finlandiya təsnifat keçilmədi
1979   Fransa 12-ci
yer
1981   Bolqarıstan təsnifat keçilmədi
1983   Şərqi Almaniya təsnifat keçilmədi
1985   Niderland təsnifat keçilmədi
1987   Belçika təsnifat keçilmədi
1989   Almaniya təsnifat keçilmədi
1991   İtaliya təsnifat keçilmədi
1993   Çexiya təsnifat keçilmədi
1995   Niderland təsnifat keçilmədi
1997   Çexiya təsnifat keçilmədi
1999   İtaliya təsnifat keçilmədi
2001   Bolqarıstan təsnifat keçilmədi
2003   Türkiyə təsnifat keçilmədi
2005   Xorvatiya təsnifat keçilmədi
2007   Belçika/  Lüksemburq 7-ci
yer
2009   Polşa 11-ci
yer
2011   Serbiya/  İtaliya təsnifat keçilmədi
2013   Almaniya/  İsveçrə  
Bürünc medal

Digər turnirlərdə qazandığı nəticələr

redaktə
İl Təşkilatçı şəhər Nəticəsi
2009   Kayseri dəvət göndərilmədi
2010   Ankara dəvət göndərilmədi
2011   İstanbul dəvət göndərilmədi
2012   Karlovı Varı dəvət göndərilmədi
2013   Varna  
Gümüş medal

İstinadlar

redaktə

Xarici keçidlər

redaktə