Beynəlxalq Qırmızı Xaç Komitəsi

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) İsveçrənin Cenevrə şəhərində yerləşən humanitar təşkilatdır. 9 fevral 1863-cü ildə Anri Dünan tərəfindən yaradılmışdır. Eyni zamanda üç dəfə "Nobel" sülh mükafatı laureatıdır. 1949-cu il Cenevrə konvensiyalarını, onun 1977-ci il (I Protokol, II Protokol) və 2005-ci il Əlavə Protokollarının iştirakçısı olan dövlətlər (imzalayanlar) BQXK-ya beynəlxalq və daxili silahlı münaqişələrin qurbanlarını qorumaq üçün mandat vermişlər. Belə qurbanlar arasında müharibə yaralıları, əsirlər, qaçqınlar, mülki şəxslər və digər qeyri-döyüşçülər var.

Beynəlxalq Qırmızı Xaç Komitəsi
ICRC
Loqonun şəkli
Fəaliyyəti Münaqişə qurbanlarının müdafiəsi və onlara yardım göstərilməsi
Yaranma tarixi 9 fevral 1863
Rəsmi dili
Mərkəzi
Yarandığı yer Cenevrə, İsveçrə
Qurucusu
Üzvləri
  • 25 nəf. (2016)[2]
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

BQXK Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (IFRC) və 192 Milli Cəmiyyətlə birlikdə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının bir hissəsidir.[3]

İstinadlar

redaktə
  1. 1 2 https://careers.icrc.org/content/FAQ/?locale=en_GB.
  2. https://www.icrc.org/data/files/annual-report-2016/ICRC-2016-annual-report.pdf.
  3. "National Society Directory - IFRC". 8 July 2006 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 April 2016.

Xarici keçidlər

redaktə