Bohemiya krallığı


BohemiyaÇexiyada vilayət, qədim krallıq.

dövlət
Bohemiya krallığı
České království (cs)
Königreich Böhmen (de)
Regnum Bohemiae (la)
Bayraq Gerb
Bayraq Gerb
Bohemiya 1419–37
Bohemiya 1419–37
 
 
1198 — 1918

Paytaxt Praqa
Rəsmi dilləri Çex diliAlman dili
Dövlət dini lüteranlıq, katolisizm
İdarəetmə forması monarxiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Eramızın IV əsrində, hələ çex xalqının təşəkkül tapmadığı bir dövrdə Asiyadan gəlmiş köçəri hunların qədim çex torpağı olan Bohemiyaya yürüşü bu mənada mühüm əhəmiyyət kəsb edir. Məlumdur ki, hunlar öz yürüşü ilə bütün Avropanın xəritəsini dəyişdirmişlər.

A. N. Veselovskiyə görə, bütün tarix "Vermittelung der Gegensatze" ("qarşıdurma vasitəsidir"), çünki daim mübarizə şəraitində keçmişdir[1]. Bəzi araşdırmalara görə, IV əsrin axırlarında Şərqi Avropa çöllərindəki hunların etnik tərkibi əsasən dil baxımdan bir-birinə yaxın olan iki müxtəlif qrupdan – protobulqar və qədim türk tayfalarından ibarət olmuşdur[2]. Hunlar 374-cü ildən başlayaraq 469-cu ilə qədər Avropada imperatorluq etmişlər. Məhz həmin dövrə təsadüf edən Xalqların Böyük Köçü də birbaşa hunların Avropaya yürüşü ilə bağlıdır. Cənub-Şərqi Avropada hunlar haqqında məlumatlara eramızın I minilliyinin I yarısına aid latın və yunan mənbələrində, xüsusən, Klavdi Ptolemeyin, Ammian Marsellinin, MenandrınFiofilakt Simokattanın əsərlərində rast gəlinir[3].

Hunların yürüşü Avropanın barbar tayfalarını da hərəkətə gətirdi. Belə ki, bu dövrdə onların hücumu ilə Qara dəniz ətrafı vilayətlərdə hökmranlıq edən ostqotlarvestqotlar darmadağın edilərək qərbə tərəf çəkilməyə məcbur oldular[4]. Hunların ən böyük gücü onların düşmənə gözlənilməz anda və gözlənilməz yerdə zərbə vurmaları idi. Qərbi slavyanlar, o cümlədən çexlər və slovaklar həmin dövrdə Dunay, ElbaVisla çayları arasında məskunlaşmışdılar. Türklər, germanlar və başqa xalqlar kimi, onlar da Xalqların Böyük Köçü prosesində fəal iştirak etmişlər. "Çex haqqında əfsanə"dən göründüyü kimi, çexlər də IV – VI əsrlərdə Xalqların Böyük Köçü prosesində iştirak etmiş və Xorvatiyadan indiki Çexiyanın ərazisinə gələrək assimilyasiya prosesinə məruz qalmışlar.

 
1590-cı ilə aid olan Bohemiya Krallıqının xəritəsi.

Hunların slavyanlarla təmaslarından danışarkən ilk növbədə onların Avropaya yürüşündən əvvəl mövcud olan tarixi vəziyyəti nəzərdən keçirmək lazım gəlir.

Dəmir dövründə, e.ə. VIII–V əsrlərdə Avropanın böyük bir hissəsi Halstat mədəniyyətinin təsiri altında idi. Halstat mədəniyyəti əsasən Cənubi German və Orta Dunay mədəniyyətlərindən təşkil olunmuşdur. Orta Dunayın şimal vadisində yerləşən Çexiya və Moravanın mədəniyyəti də özündə bir çox mədəniyyətləri birləşdirir: Şərqdə Sileziya mədəniyyətini, Cənubi Moravada Dağlı mədəniyyətini, Cənubi Çexiyada Halstat sərdabə mədəniyyətini, Mərkəzi, Şimali, Qərbi Çexiyada Bilan mədəniyyətini[5]..

Bohemiya ərazisindəki sonrakı dövr La Ten dövrü adlanır. Bu, İsveçrədə La Ten ərazisində tapılmış qazıntı ilə bağlıdır. Mərkəzi Avropada aparılan qazıntılar isə əsasən keltlərə məxsus əşyaların müəyyən edilməsi ilə nəticələnmişdir. Reyn və Dunay sahillərindən gəlmiş keltlər Avropanın böyük bir hissəsini işğal edərək Kiçik Asiyaya qədər gəlib çıxmışlar. İşğalçılıq dövründə onlar bir çox qədim vilayətlərlə təmasda olmuşlar, hətta bir sıra antik müəlliflərin əsərlərində də onlardan bəhs olunur. İndiki Çexiya ərazisində məskunlaşmış ilk sakinlər keltlərin məşhur Boy tayfası olmuşdur. Bu hələ ki, bizə məlum olan yeganə tezisdir. O dövrdə rəsmi dil latın dili olduğundan bu tayfaya latınca "Bohemians", onların yaşadığı əraziyə isə "Bohemia" dedilər[6].. Sonradan çexlər bu adı əbədiləşdirmək üçün bu torpağın rəmzi saydıqları çini qablara "Bohemia" və ya xalq dilində desək, "Bogema" adını verdilər. Almanlar bu gün də bu əraziyə "Böhmen" deyirlər.

E. ə. IV əsrdə keltlər ÇexiyaMorava ərazilərində ən məhsuldar torpaqları tutaraq orada məskunlaşmağa başladılar. Çox tez bir zamanda burada əkinçilikmaldarlıq böyük vüsət aldı. Keltlər gözəl şaxtaçı, dəmirçi kimi ad çıxarmış, dünyada ilk dəfə olaraq sikkə düzəltmiş, kirəmit emalının gözəl bilicisi olmuşlar. Onların işlətdiyi alətlər bu günə kimi öz görkəmini saxlamaqdadır.

Kelt cəmiyyətinin çiçəklənməsi prosesi e. ə. I əsrdə şimaldan gələn german tayfalarının yürüşü ilə dayandırıldı. Bunun ardınca romalılar keltləri məğlub edərək onların hakimiyyətinə son qoydular. Yeni eraya keçid dövründə kelt əhalisinin bir hissəsi sıxışdırıldı, digər hissəsi isə assimilyasiyaya uğradı. Lakin onların yaratdığı o böyük mədəniyyət yaşadı və uzun müddət Avropa mədəni irsinin tərkib hissəsi olaraq qaldı. Çexlərə keltlərdən latın mənşəli "Bohemia" sözü qaldı.

Sonralar keltləri german tayfaları olan markomanlarkvadlar əvəz edərək tədricən indiki Çexiya ərazisində məskunlaşmağa başladılar. V əsrdən etibarən isə həmin ərazilər hunların nəzarəti altına keçir. Hun tayfalarının Şərqi Avropada hegemon rola malik olmaları o vaxtkı tarixi şəraitlə bağlı idi. Belə ki, Şərqi Avropada həmin dövrdə hunların qarşısında dura biləcək dövlət yox idi. Bununla belə Hun imperiyasının şərqdəki ağırlıq mərkəzi Dnepr sahilləri idi, qərbdə isə narahatlıq Dunay boyunca hiss olunurdu (6, 75.). V əsrin əvvəllərində hunlar Bohemiya və Slovakiyaya daxil oldular. Həmin dövrdə, başqa sözlə, Xalqların Böyük Köçü dövründə Bohemiya o qədər də geniş şəkildə məskunlaşmamışdı. Elə bu səbəbdən də Bohemiya torpağı mədəni və iqtisadi inkişafdan geri qalmışdı[7].. Hunların təsiri altında bu köçə məruz qalanlar ilk növbədə germanlar, indiki Çexiya ərazisində yaşamış markomanlar, Morava və Slovakiyada məskunlaşmış kvadlar olmuşlar. Uzun döyüşlərdən sonra şərqi german tayfaları hunlar tərəfindən məğlubiyyətə uğrayaraq qərbə doğru çəkilməyə məcbur oldular.

V əsrdən etibarən slavyanlar hunların təzyiqi nəticəsində geri çəkilən german tayfalarından, xüsusən, qot, burqund, vandal və lanqobardlardan boşaldılmış geniş ərazilərdə məskunlaşmağa başladılar[8].. Bu dövrün sonunda qərbi slavyanlar Elba sahillərinə, indiki Çexiya ərazilərinə daxil oldular. Çex tayfaları qərbi slavyanlar içərisində sayca çoxluq təşkil edirdilər. Praqa qəsri Avropanın mərkəzində, ticarət yollarının qovşağında yerləşdiyindən xırda tayfalar yadelli işğalçılara qarşı birgə müqavimət göstərmək üçün bura axışıb gəlirdilər(5, 8).

Slavyanların sonrakı axını Şərqə – Karpat ətəyinə, Dunayın aşağı sahillərindəki ərazilərə doğru istiqamətlənmişdi. Onlar əsasən Avropanın mərkəzi və cənub hissələrində – Visla ilə Dnepr çayları arasında məskunlaşmışdılar. Artıq bu zaman keltlər həmin ərazilərin böyük bir hissəsini tərk etmişdilər. Onların Dunayın şimal hissəsinə ilk gəlişi IV əsrin sonu, V əsrin əvvəllərinə təsadüf edir. Ümumiyyətlə, slavyanların yeni ərazilərə köçürülməsi bir qayda olaraq imperatorların razılığı ilə sülh şəraitində keçmişdir. IV–VII əsrlərdə slavyanlar Frakiyadan Adrianopola, Makedoniyadan Soluna, Albaniyadan Fessaliya və Livadiyaya qədər böyük bir ərazidə məskunlaşmışdılar. Mərkəzi Avropada Odra ilə Dnepr arasında yaşayan slavyan tayfaları da bu köçə qoşuldular. VI əsrin I yarısında lanqobardlar hələ də Morava ərazisində qalmaqda idilər. Bununla belə Bohemiya ərazisində məskunlaşmış markomanların qalıqları digər german tayfaları ilə birgə Dunaya doğru çəkilərək Bavar tayfasının yaranmasında iştirak etdilər.

434-cü ildə Attila Hun sərhədinə gələn elçiləri Dunay ilə Morava çaylarının birləşdiyi yerdə qarşılayaraq sülh bağladı. Bu sülh tarixdə Konstantsa adı ilə məşhurdur. Sülhün şərtlərinə görə, Bizans Hun hakimiyyəti altında olan qövmlərlə (bunların çoxu german və slavyan tayfaları idi) görüşməməli, hunlardan qaçıb Bizansa sığınanları geri qaytarmalı, həmçinin hunlara ödədiyi illik vergi 700 librə olmalı idi[9] Bizansın bu ağır şərtləri qəbul etməkdən başqa çarəsi yox idi.

Əgər nəzərə alsaq ki, hunlar Avropanın böyük bir hissəsinə nəzarət edirdilər və bu səbəbdən də işçi qüvvəsinə hədsiz ehtiyac yaranmışdı, onda bu ərazilərdə slavyanların yerləşdirilməsi səbəbi aydınlaşar. Məhz o dövrdə hun türkləri ilə slavyanların geniş təmasları yaranır.

Slavyanlar haqqında ilk məlumatı eramızın I əsrində yaşamış Roma yazıçısı və alimi Böyük Plinin vermişdir[10]. Onlar Avropanın yerli sakinləri olmuş, lakin daim yerlərini dəyişdikləri üçün başqa xalqların təsiri altına düşmüş və təbiidir ki, özləri də həmin xalqların mədəniyyətinin inkişafına öz təsirlərini göstərmişlər (5, 7.). Slavyanların ulu diyarı əsasən Karpat silsilə dağlarını, Visla və Dnepr arasındakı geniş əraziləri əhatə edirdi. Slavyanlar yeni ərazilərdə inkişaf etmiş xalqlarla təmasa girərək mədəniyyət və təsərrüfat vərdişlərinə yiyələnirdilər. Lakin bu zaman onlar yabançı ünsürləri kor-koranə qəbul etmir, yaradıcı şəkildə onlardan bəhrələnərək özünəməxsus həyat tərzi yaradırdılar.

Slavyanların da daxil olduğu Hun imperiyası müxtəlif tayfaları özündə birləşdirirdi. Onların arasında german tayfalarını, eləcə də indiki Çexiyanın əvvəlki sahibləri olan markomanları və kvadları, slavyanları, türk tayfalarını göstərmək olar. Hunlar onların təzyiqindən qaçan tayfaların Romanın hakimiyyəti altında birləşərək yeni bir güc yaratmalarına mane olmaq üçün öz yürüşünü davam etdirərək Dunay sahillərindəki qalaları aldılar. Bundan sonra nə Şərqi, nə də Qərbi Roma onunla savaşmağa qadir deyildilər. Böyük hun sərkərdəsi Attila artıq "Dünyanın hakimi" sayılırdı.

Lakin 453-cü ildə hunların başçısı, bütün Avropanı, eləcə də Roma papasını diz çökdürən, türklərin ulu babası Attila gözlənilmədən ölür. Belə ki, Roma səfərindən qayıdandan sonra Attila İldiko adlı gözəl bir şahzadə ilə evlənir, lakin toy gecəsi o daxili qanaxmadan ölür. Onu da qeyd edək ki, Attilanın qardaşı Buda da bu xəstəlikdən ölmüşdür. Attilanın ölümü nəinki türk dünyasını sarsıdır, həm də bütün xristian aləmində silinməz iz buraxır.

Başsız qalan hunlar tutduqları ucsuz-bucaqsız Avropa torpaqlarından, o cümlədən, qədim Bohemiyadan geri çəkilməyə qərar verdilər. Bu isə öz növbəsində slavyanların həmin torpaqlara sahib çıxması üçün münbit şərait yaratdı. Artıq V əsrin sonuna doğru Çexiya və Morava əraziləri slavyanlarla məskunlaşdırılmışdı (8, 60.). Beləliklə, çexlərin indiki Çexiyada yaşaması birbaşa şərqli hunların sayəsində mümkün olmuşdur.

Hunlar Avropaya, o cümlədən, Bohemiyaya yeni bir biçimdə hərb sənəti, mədəniyyət, ictimai həyat tərzi gətirdi. Romalılar tədricən orduda türklərə məxsus onbaşı sisteminə keçdilər. Bundan əlavə kətan köynək, jaket geyimləri və masada yeməyi avropalılar məhz hunlardan öyrəndilər.

Hunların yürüşü ilə başlanan Xalqların Böyük Köçü eyni zamanda antik dövrün başa çatdığını və Orta əsrlər dövrünün başlandığını bildirirdi. 476-cı ildə isə Qərbi Roma imperiyasının xarabalıqlarında yeni barbar dövlətlər yaranmağa başlayır, Avropanın etnik görkəmi tamamilə dəyişir. Hunların tərkibində olan türk tayfaları sonrakı əsrlərdə Cənub-Şərqi Avropanın tarixində mühüm rol oynadılar və həmin xalqların etnogenezini yeni səmtə istiqamətləndirdilər[11].

Ədəbiyyat

redaktə
  1. Конрад Н.И. Запад и Восток. Cтатьи. М., 1972.
  2. Веселовский А. Н. Историческая поэтика. Л., 1940.
  3. Джафаров Ю. Гунны и Азербайджан. Б., 1993.
  4. Váníček V. a jiné. Dějiny zemí Koruny české. Svazek 1–2. Praha, 1993.
  5. Кузнецова Р.Р. История чешской литературы. М., 1987.
  6. Özdək R. Türkün qızıl kitabı. B., 1992.
  7. Adcı M. Qıpçaq çölünün yovşanı . Bakı, 1997.
  8. Шумов С. и Андреев А. История Словакии. М., 2000.
  9. Muxtarova Ə. Türk xalqlarının tarixi. B., 1999.

İstinadlar

redaktə
  1. Веселовский А. Н. Историческая поэтика. Л., 1940, səh.13.
  2. Джафаров Ю. Гунны и Азербайджан. Б., 1993, səh. 34.
  3. Джафаров Ю. Гунны и Азербайджан. Б., 1993, səh. 8–9.
  4. Váníček V. a jiné. Dějiny zemí Koruny české. Svazek 1–2. Praha, 1993.səh. 3.60, 18.
  5. Váníček V. a jiné. Dějiny zemí Koruny české. Svazek 1–2. Praha, 1993.səh.15.
  6. Váníček V. a jiné. Dějiny zemí Koruny české. Svazek 1–2. Praha, 1993.səh. 16.
  7. Váníček V. a jiné. Dějiny zemí Koruny české. Svazek 1–2. Praha, 1993.səh. 18.
  8. Váníček V. a jiné. Dějiny zemí Koruny české. Svazek 1–2. Praha, 1993.səh.24.
  9. Özdək R. Türkün qızıl kitabı. B., 1992.səh. 75.
  10. Adcı M. Qıpçaq çölünün yovşanı . Bakı, 1997.səh. 9.
  11. Muxtarova Ə. Türk xalqlarının tarixi. B., 1999, səh.212.

Həmçinin bax

redaktə

Xarici keçidlər

redaktə