Dominika (ing. Dominica) və ya rəsmi adı ilə Dominika Birliyi (ing. Commonwealth of Dominica) — Karib dənizində ada-dövlət. Dominika Kiçik Antil adalarındakı Dominika adasında yerləşən mikrodövətdir. Dominikanın şimal-qərbində Qvadelupa, cənub-şərqində Martinika əraziləri yerləşir. Paytaxtı və ən böyük şəhəri Rozo, ümumi sahəsi 750 kvadrat kilometr, əhalisinin sayı 71 min nəfərdir. Ada-dövətin ən yüksək nöqtəsi 1444 m-lə Morn Diablotindir. Dominikanı 1493-cü ildə Xristofor Kolumb kəşf etmişdir. Dominika 1768-ci ildən etibarən Böyük Britaniyanın müstəmləkəsi olmuşdur. 1978-ci ilin noyabrın 3-dən etibarən isə müstəqil dövlətdir.

Dominika
Commonwealth of Dominica
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
Après le Bondie, C'est la Ter (patua, Allahdan sonra torpağı sevirik)
Himn: Isle of Beauty, Isle of Splendour
(Gözəllik adası, əsrarəngizlik adası)
Tarixi
 • Böyük Britaniyadan müstəqillik 3 noyabr 1978
Rəsmi dilləri
Paytaxt Rozo
İdarəetmə forması Parlamentli respublika
Prezident Sylvanie Burton
Baş nazir Ruzvelt Skerrit
Sahəsi Dünyada 172-ci
 • Ümumi 750 km² km²
 • Su sahəsi (%) 1,6
Əhalisi
 • Əhali 71,000 nəfər (203-cü)
 • Siyahıyaalma (2011) 71 293 nəf.
ÜDM (AQP)
 • Ümumi 1 018 million dollar  (204-cü)
 • Adambaşına 14 400 dollar  (94-cü)
Valyuta Şərqi Karib dolları
İnternet domeni .dm
ISO kodu DM
BOK kodu DMA
Telefon kodu +1767
Saat qurşaqları
Nəqliyyatın yönü sol[d][1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xəritə
Dominika
Dominikanın xəritəsi

Mənbə

redaktə
  1. http://chartsbin.com/view/edr.