Fevral inqilabı

1917-ci ilin fevralında Romanovlar sülaləsini devirmək və müvəqqəti hökumət qurmaq üçün inqilab

Fevral burjua-demokratik inqilabı və ya Fevral inqilabı — 1917-ci ildə Rusiyada çar mütləqiyyətini devirmiş ikinci inqilab.

Fevral inqilabı
Petroqradda etirazlar, 1917-ci ilin martı.
Petroqradda etirazlar, 1917-ci ilin martı.
Yer Petroqrad, Rusiya
Tarix 1917
Səbəb
  • Liberal və sosialist partiyaları daxilində çar rejiminə qarşı müqavimətin artması,
  • Birinci Dünya Müharibəsində rus ordusunun məğlubiyyətləri,
  • Əhalinin yoxsulluqdan narazılığı
Nəticə

İnqilab qələbəsi:

Təşkilatçılar

Petroqrad etirazçılar:

Hərəkətverici qüvvələr Əsgərlər, fəhlələr və s.
Əleyhdarları
  • II Nikolay
  • Nikolay Qolıtsın
  • Sergey Xabalov
  • Mixail Belyayev
  • Nikolay İvanov
  • Petroqrad polisi
  • Jandarmların ayrıca korpusu
  • Daxili İşlər Nazirliyi
  • Petroqrad qarnizonu
Həlak olanlar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1917-ci il, fevralın 25-də 300 min adamın iştirak etdiyi tətil başlandı. Fevralın 27-də Petroqradda ümumi siyasi tətil silahlı üsyana çevrildi və fevralın 28-də inqilabın qələbəsi ilə nəticələndi. Bunun nəticəsində Rusiyada ikihakimiyyətlilik — bir tərəfdə Müvəqqəti hökumətin hakimiyyəti, digər tərəfdə Fəhlə Deputatları Sovetinin hakimiyyəti yarandı. Romanovlar mütləqiyyətinə son qoyuldu. Martın 2-də knyaz G. Y. Lvov başda olmaqla Müvəqqəti hökumət təşkil edildi. Hökumətin qarşısına qoyduğu əsas vəzifə ölkədə qayda-qanun yaratmaq, Müəssislər məclisinə seçkilər keçirmək idi.[2]

Petroqradda inqilabın qələbəsi xəbəri Bakıya martın 2-də çatdı. Martın 3-də Bakı fəhlələri birgünlük tətil keçirməklə Petroqrad inqilabçıları ilə həmrəy olduqlarını bildirdilər. Martın 5-də Bakı İctimai Təşkilatları Şurası və onun Müvəqqəti İcraiyyə Komitəsi təşkil edildi. Martın 7-nə keçən gecə Bakı rayonu fəhlə deputatlarısoveti formalaşdı. Beləliklə, Rusiyanın digər yerlərində olduğu kimi, Azərbaycanda da ikihakimiyyətlilik meydana gəldi. Martın 3-də Cənubi Qafqazda mülki hakimiyyət yeni yaradılmış Xüsusi Zaqafqaziya Komitəsinə — OZAKOM-a verildi

Fevral inqilabı azərbaycanlıların siyasi fəallığını artırdı. Martın 27-də Bakı Müsəlman İctimai təşkilatlarının İcraiyyə Komitəsi yaradıldı. "Müsavat" partiyasının üzvü Məmməd Həsən Hacınski onun sədri seçildi. Yeni inqilabi şəraitdə Azərbaycan xalqının arzu və istəklərini müəyyənləşdirmək məqsədilə 1917 il aprelin 15–20 — də Bakıda Qafqaz müsəlmanlarının qurultayı keçirildi. 1917 ilin mayında Moskvada Ümumrusiya müsəlmanlarının qurultayı oldu. Qurultay nümayəndələrinin əksəriyyəti Rusiya müsəlmanlarının milli-məhəlli muxtariyyəti ideyası lehinə səs verdilər.

1917 ilin yayı və payızında Rusiyada, o cümlədən Cənubi Qafqazda, xüsusən Bakıda siyasi qüvvələr arasında mübarizə kəskinləş məkdə idi. Azərbaycan milli hərəkatının aparıcı siyasi təşkilatı olan "Müsavat" partiyasının nüfuzu getdikcə artmaqda idi. Partiyanın 1917 ilin oktyabrında keçirilən 1-ci qurultayı Azərbaycanın ictimai həyatında əhəmiyyətli hadisə oldu. Qurultayın qətnaməsində partiyanın Mərkəzi Komitəsinə Azərbaycana muxtariyyət əldə edilməsi üçün bütün tədbirləri görmək və Mərkəzi Müsəlman Komitəsi qarşısında Azərbaycan Müəssislər Məclisini çağırmaq tələbini qoymaq tapşırılırdı. Fevral inqilabın ın qələbəsindən sonra Azərbaycanda milli hərəkatın daha kütləvi və siyasi səciyyə alması, konkret iqtisadi tələblər irəli sürülməsi, əhalinin bütün təbəqələrinin milli dövlətçilik ideyası ətrafında birləşməsi kimi yeni mərhələ başlandı.

Fevral inqilabından sonra "Hümmət" təşkilatının da fəaliyyəti gücləndi. İnqilabdan dərhal sonra Bakı və digər şəhərlərdə ikinci hakimiyyət orqanı kimi yaradılan Fəhlə və Əsgər Deputatları Sovetləri içərisində nisbətən nüfuzlusu Bakı Soveti hesab edilirdi. Bakı Sovetinin tərkibində azərbaycanlılar yox dərəcəsində idi. Sovetin tərkibi və rəhbər heyəti bütünlüklə ermənilərdən və ruslardan ibarət idi. 1917 ilin oktyabrında Rusiyada bolşeviklər hakimiyyət çevrilişi etdikdən sonra Bakı bolşevikləri eser-menşeviklərlə müsavatçılar arasında ziddiyyətlərdən istifadə edərək, Bakı Sovetində əsas vəzifələri asanlıqla ələ keçirə bildilər. Bakı Soveti bütün bölgədə təkhakimiyyətliliyə nail olmağa çalışırdı. Bu dövrdə Cənubi Qafqaz şərti olaraq iki hissəyə parçalanmışdı: Rusiya bolşeviklərinin dayağına çevrilməkdə olan Bakı şəhəri və Cənubi Qafqazın qalan ərazisi. 1917 ilin dekabrında V. Lenin S. Şaumyanı Qafqaz işləri üzrə xüsusi komissar təyin etdi. Lakin menşeviklər, sağ eserlər, "Müsavat", "Daşnaksutyun" partiyaları Rusiya bolşevik hökumətinin hakimiyyətini tanımaqdan imtina edərək, "Müstəqil Zaqafqaziya hökuməti" yaratmaq haqqında qərar qəbul etdilər. Noyabrın 15-də Zaqafqaziya Komissarlığı yaradıldı.

1917 ilin sonlarında baş vermiş mühüm hadisələrdən biri Umümrusiya Müəssislər məclisinə seçkilər keçirilməsi oldu. Cənubi Qafqaz dairəsi üzrə seçkilərdə bolşeviklər cəmi 4,4 faiz səs toplaya bildilər. Menşeviklər, müsavatçılar və daşnaklar isə 73 faiz səs qazandılar.

Ümumrusiya Müəssislər məclisi bolşeviklər tərəfindən buraxıldıqdan sonra, 1918 ilin fevralında Cənubi Qafqazdan seçilmiş deputatlar Zaqafqaziya seymini yaratdılar. Seymdə Azərbaycan siyasi partiyalarının 44 nümayəndəsi ar idi. Seymin azərbaycanlı üzvlərinə Cənubi Qafqaz Müsəlman Milli Komitəsi tərəfindən Azərbaycan Müəssislər Məclisini çağırmaq tapşırılmışdı.

Azərbaycan muxtariyyəti uğrunda mübarizə genişləndikcə, Azərbaycan milli hərəkatının artan nüfuzundan təşvişə düşən Bakı bolşevikləri, başda S. Şaumyan olmaqla, daşnaklarla ittifaqda 1918 ilin yazında dinc türk-müsəlman əhalisinə 406 qarşı kütləvi soyqırımı törətdilər. Nəticədə, bolşeviklər Bakıda hakimiyyəti müvəqqəti olaraq ələ keçirə bildilər (1918 il iyulun 31-dək). Türk-müsəlman soyqırımları Azərbaycan milli hərəkatını sarsıtmadı. Cənubi Qafqazın türk-müsəlman əhalisini fiziki cəhətdən məhv olmaq təhlükəsindən xilas etmək üçün müstəqil Azərbaycan dövlətinin yaradılması zərurəti meydana çıxdı. 1918 il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan edildi.[2]

Ədəbiyyat

redaktə
  • Azərbaycan tarixi,7 cilddə, c.5, B., 2001.

İstinadlar

redaktə
  1. https://books.google.com/books?id=ety5B4feoDoC&pg=PA321.
  2. 1 2 Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild. Bakı: "Lider". 2004. səh. 405. ISBN 9952-417-14-2.