1992 Avroviziya Mahnı Müsabiqəsi

1992 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1992; fr. Concours Eurovision de la chanson 1992) — sayca 37-ci Avroviziya Mahnı Müsabiqəsidir. Karolanın ifa etdiyi "Fångad av en stormvind" adlı mahnı ilə 1991 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1992-ci ildə İsveç üçüncü dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə İsveçin üçüncü ən böyük şəhəri olan Malmödə "Malmömässan" arenasında keçirilmişdir. Müsabiqə 1992-ci ilin 9 may tarixində baş tutmuşdur.

1992 Avroviziya Mahnı Müsabiqəsi
Müsabiqə afişası
Müsabiqə afişası
Final 9 may 1992
Aparıcı(lar) Lidiya Kappoliçio
Harald Trütiqer
Kanal İsveç SVT
Keçirilən yer Malmömässan,
Malmö, İsveç
Qalib mahnı İrlandiya İrlandiya
"Why Me?"
Seçki sistemi Hər bir ölkənin münsif heyəti bəyəndikləri on mahnıya 12, 10, 8, 7-1 xallar verirdi
İştirakçıların sayı 23
İlk dəfə iştirak edən ölkələr Olmayıb
Yenidən iştirak edən ölkələr Niderland Niderland
İştirakdan imtina edən ölkələr Olmayıb
Avroviziya Mahnı Müsabiqəsi
◄ 1991        1993 ►

1992-ci ildə Niderland bir illik fasilədən sonra müsabiqəyə geri dönmüşdür. Ümumilikdə 23 ölkənin iştirak etdiyi müsabiqədə İrlandiyanı ikinci dəfə təmsil etmək hüququ qazanan Linda Martin ifa etdiyi "Why Me?" adlı mahnı ilə müsabiqənin qalibi seçilmişdir. Bu sonuncu dəfə Avroviziyada 1987-ci ildə Conni Loqanın təmsilində qalibiyyət əldə etmiş İrlandiyanın müsabiqədə ümumilikdə dördüncü qələbəsi idi.

Avroviziya 1992 eyni zamanda daha sonra beş müstəqil dövlətlərə parçalanan Yuqoslaviyanın müsabiqədə son iştirakı ilə yadda qalmışdır.

Ölkə Dil Müğənni(lər) Mahnı Tərcümə Yer Xal
01   İspaniya İspanca Serafin "Todo esto es la música" Bunların hamısı musiqidir 14 37
02   Belçika Fransızca Morqan "Nous, on veut des violons" Biz skripkalar istəyirik 20 11
03   İsrail İvritcə Dafna Dekel "Ze Rak Sport" (זה רק ספורט) Bu sadəcə idmandır 6 85
04   Türkiyə Türkcə Aylin Vatankoş "Yaz Bitti" Yay bitdi 19 17
05   Yunanıstan Yunanca Kleopatra "Olou tou kosmou i Elpida"
(Όλου του κόσμου η Ελπίδα)
Bütün dünyanın ümidi 5 94
06   Fransa Fransızca,
Haiti kreolca
Kali "Monté la riviè" Çaya gediş 8 73
07   İsveç İsveçcə Krister Byörkman "I morgon är en annan dag" Sabah yeni bir gün olacaq 22 9
08   Portuqaliya Portuqalca Dina "Amor d'água fresca" Təmiz suyun sevgisi 17 26
09   Kipr Yunanca Evridiki "Teriazoume" (Ταιριάζουμε) Biz eyniyik 11 57
10   Malta İngiliscə Meri Spiteri "Little Child" Balaca uşaq 3 123
11   İslandiya İslandca Heart 2 Heart "Nei eða já" Hə yoxsa yox 7 80
12   Finlandiya Fincə Pave Maiyanen "Yamma, yamma" - 23 4
13   İsveçrə Fransızca Deyzi Ovre "Mister Music Man" Cənab musiqiçi 15 32
14   Lüksemburq Lüksemburqca Marion Velter və Kontinent "Sou fräi" Necə də azad 21 10
15   Avstriya Almanca Toni Vegas "Zusammen geh'n" Bir yerdə gedək 10 63
16   Böyük Britaniya İngiliscə Maykl Boll "One Step Out of Time" Zamandan bir addım kənar 2 139
17   İrlandiya İngiliscə Linda Martin "Why Me?" Niyə mən? 1 155
18   Danimarka Danca Kenni Lübke və Lotte Nilsson "Alt det som ingen ser" Heç kəsin görmədiyi şeylər 12 47
19   İtaliya İtalyanca Mia Martini "Rapsodia" Rapsodiya 4 111
20   Yuqoslaviya Serbcə Extra Nena "Ljubim te pesmama" (Љубим те песмама) Səni nəğmələrimlə öpürəm 13 44
21   Norveç Norveçcə Merete Tröan "Visjoner" Görüntü 18 23
22   Almaniya Almanca Wind "Träume sind für alle da" Arzular hər kəs üçün var 16 27
23   Niderland Niderlandca Hamfri Kempbell "Wijs me de weg" Mənə yol göstər 9 67

Nəticələr

redaktə
Səsvermə nəticələri
Cəmi                                              
İspaniya 37 1 1 4 6 2 3 3 2 1 1 7 5 1
Belçika 11 3 4 3 1
İsrail 85 10 2 8 4 7 4 7 4 8 1 7 2 12 2 4 3
Türkiyə 17 8 3 6
Yunanıstan 94 7 8 7 3 5 12 2 5 10 4 12 7 8 4
Fransa 73 6 12 3 3 7 12 5 6 10 3 6
İsveç 9 1 4 4
Portuqaliya 26 8 2 2 1 5 8
Kipr 57 3 10 2 2 1 8 2 6 4 8 3 8
Malta 123 12 10 7 12 12 1 8 5 12 8 10 8 3 10 5
İslandiya 80 8 4 4 6 6 6 3 5 7 12 5 5 1 6 2
Finlandiya 4 1 3
İsveçrə 32 5 12 4 1 10
Lüksemburq 10 10
Avstriya 63 2 8 8 1 3 8 4 10 12 7
Böyük Britaniya 139 5 12 2 10 10 5 6 6 4 6 8 7 12 7 12 8 12 7
İrlandiya 155 1 7 12 12 10 4 5 12 7 10 6 10 10 8 10 2 2 7 10 10
Danimarka 47 4 6 7 1 6 6 3 3 6 5
İtaliya 111 5 3 12 8 8 10 5 10 12 7 6 12 1 12
Yuqoslaviya 44 10 6 1 5 2 3 5 4 2 4 2
Norveç 23 3 2 1 1 4 5 6 1
Almaniya 27 6 10 6 2 3
Niderland 67 7 2 5 7 5 4 7 3 1 5 2 8 4 7

Xarici keçidlər

redaktə

Həmçinin bax

redaktə