İqor PonomaryovAzərbaycanlı futbolçu və futbol mütəxəssisi. Ampluası yarımmüdafiəçidir. Əməkdar idman ustası və Prezident təqaüdçüsüdür.[2]

İqor Ponomaryov
Ümumi məlumatlar
Doğum tarixi 24 fevral 1960(1960-02-24)[1] (64 yaş)
Doğum yeri
Vətəndaşlığı İsveç İsveç
Azərbaycan Azərbaycan
Boyu 180 sm
Çəkisi 75 kq
Mövqeyi yarımmüdafiəçi
Klub haqqında məlumat
Klub karyerasını bitirib
Karyerası
Klub karyerası[* 1]
1978—1981 SSRİ Neftçi Bakı 77 (25)
1982 SSRİ ÇSKA Moskva 34 (3)
1983—1988 SSRİ Neftçi Bakı 149 (38)
1989 İsveç Norrçyopinq 17 (3)
Milli yığma[* 2]
1980 SSRİ SSRİ 1 (0)
1988 SSRİ SSRİ (Olimpiya) 1 (0)
Məşqçisi olduğu klublar
2000—2001 Azərbaycan Azərbaycan
2002—2003 İsveç Syurianska
2004—2005 Azərbaycan Qarabağ-Azərsun
2006—2007 Rusiya Maşuk KMV Pyatiqorsk
2008—2009 Azərbaycan Xəzər-Lənkəran
Təltif və medalları
Olimpiya oyunları
Qızıl Seul 1988 futbol

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.

Həyatı

redaktə

24 fevral 1960-cı ildə Bakıda doğulub. Atası İqoru futbola gətirdi, lakin anası buna qarşı idi. Ata oğlunu məşqçi Ələkbər Cəfərova yazdırmaq istədi, amma onun bütün qrupları artıq dolmuşdu. Ona Vaqif Axundova müraciət etməyi tövsiyə etdilər, o da İqorun ilk məşqçisi oldu.[3] İqor Ponomaryov Neftçi Bakı klubunun üzvü kimi SSRİ-nin olimpiya yığmasının tərkibində 1988-ci il Seul olimpiadasında qızıl medal qazanıb. Karyerasının çox hissəsini Bakı "Neftçi"də keçirib. 1982-ci ildə MOİK-in tərkibində hərbi xidmət keçdi və 1989-cu ildə İsveçin "Norrçyopinq" klubunda yarım mövsüm oynadı, onunla ölkə çempionu oldu, ancaq zədə səbəbindən karyerasını vaxtından əvvəl bitirmək məcburiyyətində qaldı. İqor 24 dəqiq yerinə yetirilən penalti ilə ardıcıl olaraq həyata keçirilən penaltilərin sayına görə SSRİ çempionatlarının rekordçusudur. Cəmi 34 penaltidən 31-i dəqiq reallaşdı. Futbolçunun fikrincə, onun uğurunun açarı onun soyuqqanlılığı, hisslərinə hakim ola bilməsi və əsəblərinin güclü olması idi.[3]

Karyerasını başa vurduqdan sonra İsveçdə yaşayıb. İsveçin kiçik liqa komandalarını çalışdırdı. Baş məşqçi karyerası ərzində isə o, Azərbaycan yığması, QarabağXəzər-Lənkəran, eləcə də Rusiyanın "Maşuk-KMV" komandalarına rəhbərlik edib[4].

2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomuna layiq görülüb. 24 fevral 2020-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasında idmanın inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir.

Hazırda 2018-ci ildən bəri Azərbaycanın "Sabah" futbol klubunun Müşahidə Şurasının üzvüdür. 2021-ci ildən həm də "Sabah"ın idman direktoru təyin olunub.[5] 2019-cu ildə və 2024-cü ildə müvəqqəti olaraq klubun baş məşqçisi işləyib.[6]

Uğurları

redaktə
  • 1988 Olimpiya çempionu
  • 1989 İsveç çempionu.
  • Avropa Gənclər çempionu (U-18) 1978.
  • 19 yaşlılar arasında 1979 dünya çempionatının gümüş mükafatçısı.
  • 1988-ci il SSRİ Federasiya Kubokunun finalçısı.
  • Ardıcıl olaraq dəqiq vurulan penaltilərin sayına görə SSRİ çempionatlarının rekordçusu — 24 dəfə.
  • SSRİ çempionatının 100 ən yaxşı bombardiri siyahısına daxildir (75-ci yer, "Dinamo" dan Pavel Vinkovatov (Kiyev), Donetsk "Şaxtyor" dan Viktor Qraçov və Tbilisi "Dinamo" dan Şota Yamanidze ilə birlikdə) — 66 qol.
  • Altı dəfə SSRİ çempionatlarında "Neftçi"nin ən yaxşı bombardiri olub: 1979 (Nurməmmədovla birlikdə 5 qol, lakin Ponomaryov çempionatda 20 oyun daha az oynayıb — cəmi 14 oyunda), 1980, 1981, 1983, 1985 və 1988.

İstinadlar

redaktə
  1. Igor Ponomaryov // Transfermarkt (çd.). 2000.
  2. "İQOR PONOMARYOV- HƏYATI BOYU FUTBOLDA". qarabagh.com. İstifadə tarixi: 2 avqust 2024.
  3. 1 2 "Игорь Пономарев: Вся жизнь в футболе". 2016-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-10-29.
  4. "İqor Ponomaryov Olimpiya Ordeni ilə mükafatlandırılacaq". 2009-12-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-12-18.
  5. "İqor Ponomaryov "Sabah"ın idman direktoru təyin olunub". ikisahil.az (az.). İstifadə tarixi: 2 avqust 2024.
  6. "İqor Ponomaryov "Sabah"ın müvəqqəti baş məşqçisi təyin olundu". www.aznews.az. İstifadə tarixi: 2 avqust 2024.

Həmçinin bax

redaktə