İqtisadi Əməkdaşlıq Təşkilatı

İqtisadi Əməkdaşlıq Təşkilatı, (İƏT) — 1985-ci ildə İran, PakistanTürkiyə tərəfindən yaradılıb. Qurum üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasından ibarətdir. Şura təşkilatın fəaliyyət siyasətini, Regional Planlaşdırma Şurasını, Müavinlər Şurasını müəyyən edir. Mənzil-qərargahı Tehranda yerləşən Müavinlər Şurası İƏT ölkələri səfirlərindən ibarətdir.

İqtisadi Əməkdaşlıq Təşkilatı
ECO
İƏT
ing. Economic Cooperation Organization
Loqonun şəkli
Növü Regional
Yaranma tarixi 1985
Rəsmi dili
Mərkəzi
ecosecretariat.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İƏT-in kənd təsərrüfatı sahəsi; sənaye əməkdaşlığı; nəqliyyat və rabitə; infrastruktur və ictimai işlər; elm, təhsil və mədəniyyət; energetika; narkotik maddələrin yayılmaması məsələləri üzrə fəaliyyət göstərən 8 texniki komitəsi var. Komitələr ildə bir dəfə toplanır. İƏT Nazirlər Şurası da ən azı ildə bir dəfə yığıncaq keçirir.

1993-cü ildə BMT Baş Assambleyasının 48-ci sessiyasında İƏT BMT-də, 1994-cü ildə isə İslam Təşkilatı Konfransı nda müşahidəçi statusu alıb.

5–7 iyul 1993-cü il – baş nazirin müavini Rəsul Quliyev İstanbul da İƏT ölkələri dövlət başçılarının II görüşündə Azərbaycanı təmsil edib. Sammitdə İƏT-in uzunmüddətli inkişafına dair İstanbul bəyannaməsi qəbul edilib. Sənəddə İƏT-in iqtisadiyyat, elm və mədəniyyət sahələrində başlıca vəzifələri və fəaliyyət istiqamətləri müəyyənləşib. Həmin görüşdə Kvett planı da (İƏT-in nəqliyyat, ticarət, energetika, sənaye, kənd təsərrüfatı və turizm sahələrində fəaliyyəti) təqdir edilib.

İstanbulda sammit iştirakçıları ermənilərin Azərbaycan ın Ağdam, Füzuli, Cəbrayıl, QubadlıAğdərə rayonlarına hücumlarını pisləyib, Ermənistandan öz qoşunlarını işğal olunmuş ərazilərdən çıxarmağı və BMT Təhlükəsizlik Şurasının 822-ci qətnaməsini yerinə yetirməyi tələb edib.

13–15 mart 1995-ci il – Azərbaycanın xarici işlər naziri Həsən Həsənov İƏT-in III sammitində iştirak etmək üçün İslamabada gedib. Sammitdə tranzit ticarəti, İƏT ölkələri iş adamlarına viza verilməsi prosedurunun sadələşdirilməsi, İƏT gəmiçilik şirkətinin və onun nizamnaməsinin təsis olunması, İƏT hava şirkətinin və onun nizamnaməsinin təsis olunması barədə sazişlər imzalanıb.

13–14 may 1996-cı il – prezident Heydər Əliyev Aşqabad da İƏT-in IV sammitində iştirak edib. Görüşdə nəqliyyat və kommunikasiyanın inkişafına dair (1998–2007-ci illər) proqram qəbul olunub.

10–11 may 1998-ci il – Almatı da V sammitdə Azərbaycanı baş nazir Artur Rasizadə təmsil edib. Görüş iştirakçıları Almatı bəyannaməsini qəbul ediblər. Sənəd əməkdaşlığın prioritet istiqamətlərini (nəqliyyat və telekommunikasiya, ticarət rejimlərinin liberallaşdırılması, kənd təsərrüfatı və sənaye sahəsində tərəfdaşlığın dərinləşdirilməsi, ticarət bankının yaradılması və İƏT-in inkişafı) müəyyən edir.

9–10 iyun 2000-ci il – Tehran da İƏT-in VI sammiti keçirilib. Sammitdə iqtisadi məsələlərdən başqa Əfqanıstanda vəziyyət də müzakirə olunub. Sammitdə Azərbaycan prezidenti Heydər Əliyev region iqtisadiyyatının yaxşılaşdırılması üçün Böyük İpək yolu nun bərpasına tərəfdar olduğunu bildirib.

14 oktyabr 2002-ci il – Heydər Əliyev İstanbul da İƏT-in VII sammitində iştirak edib. Sammitdə Əfqanıstan a yardım Fondu təsis olunub. Həmçinin Türkmənistan dan Pakistan a qaz nəqli üçün kəmərin çəkilişinin vacibliyi vurğulanıb.

13–14 sentyabr 2004-cü il – Düşənbə də keçirilən VIII sammitdə Azərbaycanı baş nazir Artur Rasizadə təmsil edib. Görüş iştirakçıları 2015-ci ilədək İƏT məkanında azad ticarət zonasının yaradılmasını əsas məsələ hesab ediblər.

İƏT üzv dövlətlərinin özəlləşdirmə qurumları rəhbərlərinin 1-ci iclası 2004-cü ilin yanvar ayında Tehranda (İran İslam Respublikası), 2-ci iclası 2007-ci ilin aprel ayında İslamabadda (Pakistan İslam Respublikası), 3-cü iclası isə 2008-ci ilin apreli ayında Antalyada (Türkiyə) keçirilmişdir. Hazırda 4-cü iclasın 2009-cu ildə Bakıda (Azərbaycan) keçirilməsi planlaşdırılır. Azərbaycan tərəfi buna rəsmi razılığını bildirmişdir.

Quruma üzv olan ölkələr

redaktə

Xarici keçidlər

redaktə