İtaliya milli futbol komandası

İtaliya milli futbol komandası (it. Nazionale di calcio dell'Italia) — İtaliyanı beynəlxalq futbol turnirlərində təmsil edən milli futbol komandası.

İtaliya milli futbol komandası
Emblem
Ləqəb Gli Azzurri
Konfederasiya UEFA
Baş məşqçi İtaliya Luciano Spaletti
Bombardir Cici Riva (35)
Stadion Roma Olimpiya Stadionu
FİFA Reytinqi 5 2 (12 avqust 2021)[1]
Ən yüksək nəticə  İtaliya 9-0  ABŞ
Ən aşağı nəticə  Macarıstan 7-1  İtaliya
FİFA kodu ITA
Uniforma
Ev
Səfər
İlk matç
 İtaliya 6-2  Fransa

İtaliya milli futbol komandası 1898-ci ildə yaradılmışdır. 1934-cü ildə Futbol üzrə Dünya Çempionatında ilk dəfə iştirak etmiş və çempianatın birincisi olmuşdur. bundan sonra 1938, 1982 və 2006-cı illərdə də dünyanın ən güclü komandası adını qazanmışdır. 1970 və 1994-cü illərdə finalda Braziliyaya məğlub olmuş və ikinciliklə kifayətlənmişlər. 1990-cı ildə İtaliyada keçirilən çempionatda dünya üçüncüsü olmuşlar. 1968-ci ildə Avropa Çempionatının birincisi, 2000-ci ildə isə Fransaya, 2012-ci ildə İspaniyaya məğlub olaraq ikincisi olmuşlar. Dünya futboluna Roberto Baggio, Dino Zoff, Paolo Rossi, Franco Baresi, Gianluca Vialli kimi ulduz futbolçular qazandırmışlar. İtaliya Milli Komandasının formasını ən çox Canluici Buffon (167 dəfə) geymişdir. Ən çox qolu isə Luigi Riva (35 qol) vurmuşdur.

Uğurları

redaktə
  1. "The FIFA/Coca-Cola World Ranking". FIFA (ingilis). 12 avqust 2021. İstifadə tarixi: 12 avqust 2021.