Şahzadə Yaqub (1359, Bursa1389, Kosovo) — 3. Osmanlı padşahı I Muradın Füldanə Xatundan doğulan üçüncü oğludur.

Şahzadə Yaqub
türk. Yakub Çelebi
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Bursa, Osmanlı imperiyası
Vəfat tarixi
Vəfat yeri
Atası I Murad
Anası Füldanə Xatun
Ailəsi Osmanlı xanədanı

Həyatı

redaktə

Kiçik yaşlarından etibarən mükəmməl təhsil almış, hərbi və siyasi həyata erkən yaşlarından başlamışdır.[1] Atasının bütün səfərlərinə qatılmışdır. I Muradın son səfəri olan Kosova Meydan Müharibəsində böyük qardaşı Şahzadə Bəyazidlə birlikdə səfərə qatılmışdır. Döyüş əsnasında Serb hakimi Lazarın qüvvələrini məğlub edən Yaqub Çələbi qaçan düşmən qüvvələrinin ardından getdi və döyüş meydanından kənara çıxdı. Bu əsnada döyüş meydanını gəzən I Murad şəhid edilmiş, paşaların da təşviqi ilə Şahzadə Bəyazid gizlicə sultan elan edilmişdir. Ancaq Şahzadə Yaqubun səltənəti ələ almaq üçün taxt mübarizəsinə başlama ehtimalını önləmək üçün xəbərsiz şahzadənin edam qərarı verildi. Sultan otağına çağırılan Şahzadə Yaqub Çələbi heç nə izah edilmədən dərhal boğularaq öldürüldü.[2] I Bəyazid qardaşının cənazəsini Bursaya gətirərək burda torpağa verdi.

İstinadlar

redaktə
  1. "Arxivlənmiş surət". 2013-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-09.
  2. Âşık Paşazâde. Osmanoğullarının Tarihi: Tevârîh-i Âl-i Osmân. yay. haz. Prof. Dr. Kemal Yavuz, Prof Dr. M. A. Yekta Saraç. İstanbul: Gökkubbe, 2010.