Şam və ya axşam namazı 3 rəkətdir. Əvvəl vaxtı Günəş qürub edərkən günçıxan tərəfdən gələn işartının başımızın üstündən günbatan tərəfə keçdiyi vaxtdır. Axır vaxtı isə gecəyarısına 4 rəkətlik namaz qılmaq üçün vaxt qalana qədərdir

Şam namazının qılınma qaydası

redaktə
  • 1-ci rəkət:
  1. Niyyət;
  2. Təkbir;
  3. Həmd-surə;
  4. Ruku;
  5. 2 səcdə;
  • 2-ci rəkət:
  1. Həmd-surə;
  2. Qunut;
  3. Ruku;
  4. 2 səcdə;
  5. Təşəhhüd;
  • 3-cü rəkət:
  1. Təsbihati-ərbəə
  2. Ruku;
  3. 2 səcdə;
  4. Təşəhhüd;
  5. Salam.

Niyyət:

redaktə

Niyyət bu şəkildə edilir: "Şam namazı qılıram vacib qürbətən iləllah".

Əllər qulaq bərabərinə qaldırılır və "Əllahu Əkbər" deyilir.

Həmd-surə

redaktə

Fatihə surəsi ilə ondan başqa qısa bir surə (vacibi səcdə ayəsi olmayan) oxunmalı.

Rukuda, yəni normal adamın əlləri dizlərə çatacağı həddə qədər əyilmiş vəziyyətdə 3 dəfə "Sübhənəllah" demək kifayətdir.

Səcdədə bədənin 7 üzvü yerə toxunmalıdır: alın, iki əlin ovucu, dizlər və ayağın baş barmaqları. Hər səcdədə 3 dəfə "Sübhənəllah" demək kifayətdir.

Təşəhhüd deyən zaman oturaq vəziyyəti alırsan. Təşəhhüdün vacibi miqdarı: "Əşhədu ən la ilahə illəllah, vəhdəhu la şərikə ləh, və əşhədu ənnə Muhəmmədən əbduhu və rasuluh. Allahummə salli əla Muhəmmədin və ali Muhəmməd".

Müstəhəbdir ki, təşəhhüddən əvvəl "Əlhəmdulillah", yaxud "Bismillahi və billah. Və xayrul əsmayu lillah" deyəsən.

Təsbihat:

redaktə

Məğrib (Şam) namazının 3-cü rəkətində Həmd-surə əvəzinə oxunur. Təsbihat zamanı 3 dəfə "Subhənallahi vəlhəmdu lilləhi və lə iləhə illəllahu vəllahu əkbər" deyilir.

Vacibi miqdarı - "Əssəlamu əleykum və rahmətullahi və bərakətuh".

Müstəhəbdir ki, bundan əvvəl "Əssəlamu əleykə əyyuhən-nəbiyyu və rahmətullahi və bərakətuh. Əssəlamu əleyna və əla ibadillahis-salihin" deyəsən.