Ədadil Qadınəfəndi

Ədadil Qadınəfəndi (d. 1845 — ö. 12 dekabr 1875) — 32. Osmanlı sultanı Əbdüləzizin ikinci xanımı.

Ədadil Qadınəfəndi
اداديل كادينيفندي
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Soçi, Rusiya imperiyası
Vəfat tarixi
Vəfat yeri
Dəfn yeri Sultan Mahmud türbəsi
Fəaliyyəti əsilzadə
Atası Tandal bəy Aredba
Anası Aublaa xanım
Həyat yoldaşı Əbdüləziz
Uşaqları Mahmud Cəlaləddin Əfəndi
Əminə Sultan
Dini Sünni, İslam

Həyatı

redaktə

Ədadil xanım 1845-ci ildə Abxaz əsilzadəsi Tandal bəy Aredba və xanımı Aublaa xanımın ailəsində dünyaya gəlmişdir. Saray xidmətçilərindən biri tərəfindən saraya alınmış, Validə Pərtəvniyal Sultan tərəfindən xüsusi təhsil almışdır. Mavi gözləri və uzun qəhvəyi saçları ilə tezliklə vəliəhd Şahzadə Əbdüləzizin diqqətini cəlb etdi və 1861-ci ilin yazında cütlük Dolmabağça sarayında evləndi. Bir neçə ay sonra əri taxta çıxmış, Ədadil xanım da ikinci qadınəfəndi olaraq sarayda nüfuz qazanmışdır.

Nigahdan bir il sonra ilk övladı Mahmud Cəlaləddin Əfəndini, 1866-cı ildə isə Əminə Sultanı dünyaya gətirmişdir. Ancaq qızı çox keçmədən vəfat etmişdir. Abxaziyada yaşayan qardaşı Aslan bəyi yanına çağıraraq birlikdə həccə getmiş, həccdən döndükdən sonra bütün ailəsini İstanbula gətirtmişdir. Ancaq döndükdən qısa müddət sonra qardaşı xəstələnərək vəfat etmiş, bu səbəblə ağır böhran keçirən Ədadil xanım çox keçmədən vəfat etmişdir. Cənazəsi Sultan Mahmud türbəsi yaxınlığında dəfn edilmişdir.

Övladları

redaktə

Mənbə

redaktə