9К33 Osa (NATO təsnifatına görə: SA-8 Gecko (Gekkon)) — özüyeriyən zenit raket kompleksi. Kompleks motoatıcı diviziyanı və başqa qüvvələri aşağıdan uçan hava hücum silahlarından qorumaq üçün tətbiq edilir. SSRİ istehsalıdır, Belorusiya istehsalı olan yeni modifikasiyaları mövcuddur. 27 oktyabr 1960-cı ildə layihə işlərinə başlanmış və 4 oktyabr 1971-ci ildə orduda istifadəyə götürülmüşdür. Bu sistem indi də bir çox ölkələrdə tətbiq olunur və dəqiq vurma qabiliyyətinə malik olduğu bildirilir.

9K33 Osa
Osa Bakıda keçirilən hərbi parad zamanı.
Osa Bakıda keçirilən hərbi parad zamanı.
Tipi Zenit raket kompleksi
Ölkə
İstismar tarixçəsi
İstismar illəri 1971-davam edir
İstismara başlanması 1971
İstifadə edilən döyüşlər Körfəz müharibəsi, Rusiya-Gürcüstan müharibəsi (2008), Liviya vətəndaş müharibəsi
İstehsal tarixçəsi
Konstruktor NII-20 araşdırma institutu
Konstruksiya tarixi 1960-1972
İstehsalçı Znamya Truda zavodu
İstehsal illəri 1970-1988
İstehsal sayı 1200
Variantları Osa-A, Osa-AK, Osa-AKM, Osa-M
Xüsusiyyətləri
Ağırlığı 17.5 ton
Sürət 80 km/s
8 km/s (suda)
Uzunluğu 9.14 m
Eni 2.75 m
Hündürlüyü 4.20 m
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Osa" sistemində bərk yanacaq əsasında işləyən bir pilləli raketlər istifadə olunur. SA-8a tipli raketlər 10 km, SA-8b tipli raketlər isə 12 km məsafə qət edilə bilir. Raketin başlanğıc çəkisi 130 kq-dır. Raketin daşıdığı mərmi başlığı 19 kq olub yüksək partladıcı gücə malikdir. Maksimal əməliyyat hündürlüyü 5000 m-dir. Ən aşağı döyüş hündürlüyü isə 25 m təşkil edir.

Atma sistemi və lazım olan radar və kompüter texnikası üç oxlu, 6 təkərli avtomobil gövdəsində (VAZ-5937) yerləşdirilir. Avtomobil çətin keçilən yerlər üçün nəzərdə tutulmuşdur. Avtomobil, həmçinin, suda üzə bilir.

Radar sistemi axtarış və idarəedici hissədən ibarətdir. Nəzarətçi radar H tezliyində işləyir və 360° dönə bilir. Radarın nəzarət məsafəsi 350 km-dir. Atəş radarı J tezliyində işləyir və 20–25 km arasında fəaliyyət göstərir. Raketi idarə etmək üçün iki müxtəlif tezlikdə işləyən ötürücü kanallar mövcuddur.

Bu sistemin hədəfi vurma ehtimalı 35-85% arasında qiymətləndirilir. Osa-AK və Osa-AKM sistemlərində bu 55-85% arasında dəyişir. Bir dəfəyə hədəfə iki raket buraxıla bilər. Ekipajı 5 nəfərdən ibarətdir. Maksimum sürəti 80 km/saat, suda üzərkən isə 8 km/saat təşkil edir. Əsas silahı 6 ədəd 9M33, 9M33M1, 9M33M2 və 9M33M3 raketləridir. Hərəkət mənzili 500 km təşkil edir.

Variantları

redaktə
  • 9K33 "Osa" hazırlanmasına 1960-cı ildə başlanılıb, 1972-ci ildə təqdim olunub. 4 ədəd TELAR 9A33B raketindən istifadə edir, maksimum atış mənzili 12 km-dir.
  • 4K33 "Osa-M" 1972-ci ildə 2 ədəd 9M33M raketi olan dəniz versiyası təqdim olunub. Bu, həmçinin, Gepard sinfi freqat, Kara sinfi kruyser, Kiyev sinfi VTOL kruyserləri və Kirov, Slava, Krivak sinfindən olan katerlərə də quraşdırıla bilər.
  • 9K33M2 "Osa-AK" 1975-ci ildə təqdim olunub.
  • 9K33M3 "Osa-AKM" 1980-ci ildə təqdim olunub. Atış uzaqlığı 15 km-ə qaldırılıb. Aşağı uçuşda isə 12 km-dir.

İstifadəçilər

redaktə
 
Dünyada hal-hazırda 9K33 istifadəçiləri mavi, keçmiş istifadəçilər isə qırmızı rəngdə göstərilmişdir.
Keçmiş istifadəçilər
redaktə

Həmçinin bax

redaktə

İstinadlar

redaktə
  1. "Arxivlənmiş surət". 2013-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-15.
  2. "Arxivlənmiş surət". 2011-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-15.
  3. "Arxivlənmiş surət". 2017-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-15.
  4. "Arxivlənmiş surət". 2017-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-15.